Məhkəmə qərarları › İş №2(060)-3780/2020

Sumqayıt Şəhər Məhkəməsi Qətnamə — İş №2(060)-3780/2020

13.11.2020 · Şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(060)-3780/2020 13.11.2020 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Ələkbərov Əfqan Qəzənfər oğlunun sədrliyi, Mustafayeva Aygün Ələmdar qızının katibliyi, Ərizəçi İddiaçı oğlunun iştirakı ilə, Ərizəçi İddiaçı oğlunun şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsinə dair ərizəsinə Sumqayıt Şəhər Məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı oğlu ərizə ilə məhkəməyə müraciət edərək, oğlu xx.xx.1987-ci il təvəllüdlü X2 fəaliyyət qabiliyyəti olmayan sayılmasına dair qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, xx.xx.1987-ci il təvəllüdlü X4 ərizəçinin oğludur.Oğlu ruhi-əsəb xəstəliyindən əziyyət çəkir. O, 2006-2008-ci ildə Sumqayıt şəhər Ruhi-Əsəb Dispanserində qeydiyyatda olmuşdur. Xəstəliyi ilə əlaqədar olaraq daim müalicə olunur. Onun daim kənar şəxslərin köməyinə ehtiyacı vardır və öz hərəkətlərini idarə edə bilmir. Ona görə də ərizənin təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasında ərizəçi ərizə ilə eyni məzmunlu izahat verərək, ərizənin təmin edilməsini xahiş etdi. Maraqlı şəxs Sumqayıt şəhər İH qəyyumluq və himayəçilik orqanı məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq, həmin qurumun nümayəndəsi məhkəmə iclasında iştirak etməmişdir. Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən məhkəmə işə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etdi. Məhkəmə ərizəçini dinləyərək, iş materiallarını tədqiq edərək belə hesab edir ki, ərizə təmin olunmamalıdır. Belə ki, iş materiallarında olan: - Sumqayıt şəhər 3 nömrəli poliklinikanın verdiyi 318 saylı, xx.xx.2020-ci il tarixli arayışdan görünür ki, xx.xx.1987-ci il təvəllüdlü X4 “keçirilmiş baş beyin travmasının qalıq əyilmələri orta dərəcəli nevroza bənzər sindrom” diaqnozu ilə poliklinikanın psixiatrik kabinetində dispanser və ambulator müşahidədədir. Beləliklə, məhkəmə araşdırması zamanı müəyyən edildi ki, xx.xx.1987-cü il təvəllüdlü X4 ərizəçinin oğludur.Oğlu ruhi-əsəb xəstəliyindən əziyyət çəkir. O, 2006-2008ci ildə Sumqayıt şəhər Ruhi-Əsəb Dispanserində qeydiyyatda olmuşdur. Xəstəliyi ilə əlaqədar olaraq mütəmadi müalicə olunur. Onun daim kənar şəxslərin köməyinə ehtiyacı vardır. Məhkəmə araşdırması zamanı müəyyən olunanlara əsasən məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 28.8-ci maddəsinə əsasən ağıl zəifliyi və ya ruhi xəstəlik nəticəsində öz hərəkətlərinin mənasını başa düşməyən və ya öz hərəkətlərinə rəhbərlik edə bilməyən şəxslər də məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan sayıla bilər. Onlar üzərində qəyyumluq müəyyənləşdirilir. Fəaliyyət qabiliyyəti olmayan sayılmış fiziki şəxsin adından əqdləri onun qəyyumu bağlayır. Fəaliyyət qabiliyyəti olmayan sayılmış şəxsin bağladığı əqd sonradan qəyyumun razılığı ilə etibarlı hesab edilə bilər. Azərbaycan Respublikası MPM-nin 317.3-cü maddəsinə əsasən şəxsin məhdud fəaliyyət qabiliyyətli və ya fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi barədə ərizə həmin şəxsin yaşayış yeri üzrə məhkəməyə, əgər şəxs psixiatriya (psixonevroloji) müəssisəsində yerləşdirilmişsə, həmin müəssisənin olduğu yerin məhkəməsinə verilir. Azərbaycan Respublikası MPM-nin 321-ci maddəsinə əsasən şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsinə dair məhkəmə qətnaməsi fəaliyyət qabiliyyəti olmayan hesab edilən şəxs üzərində qəyyum təyin etmək üçün əsasdır. Həmin Məcəllənin 318.2-ci maddəsinə əsasən məhkəmədə, şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında ərizədə psixi qüsurun nəticəsində şəxsin öz hərəkətlərinin mənasını anlaya bilməməsini və ya öz hərəkətlərini idarə edə bilməməsini təsdiq edən hallar şərh edilməlidir. Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə Psixiatrik X1 Məhkəmə Psixiatrik Ekspertizasının 1969 saylı, xx.xx.2020-ci il tarixli rəyindən görünür ki, X3 halhazırda “yüngül dərəcədə ifadə olunmuş emosional labil (astenik) pozuntu” aşkar olunmuşdur. Bu hal onun öz hərəkətinin mənasını dərk etmək və onları idarə etmək iqtidarından məhrum etmir, yəni X4 öz hərəkətlərinin mənasını dərk etmək və öz hərəkətlərinə rəhbərlik etmək iqtidarına malikdir. Buna görə də X4 fəaliyyət qabiliyyəti olan şəxs hesab olunmalıdır. Məhkəmə iclasında ərizəçi tərəfindən tələbinin əsasları olan faktiki hallar məhkəməyə təqdim edilmiş sənədlərlə sübuta yetirilmədi. Beləliklə, məhkəmə hesab edir ki, İddiaçı oğlunun xx.xx.1987-ci il təvəllüdlü X2 fəaliyyət qabiliyyəti olmayan sayılmasına dair ərizəsi təmin edilməməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 307-ci, 216-220-ci, 311 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddiaçı oğlunun xx.xx.1987-ci il təvəllüdlü X2 fəaliyyət qabiliyyəti olmayan sayılmasına dair ərizəsi təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə qəbul edildiyi gündən 1(bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Əfqan Ələkbərov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar