Məhkəmə qərarları › İş №2(060)-3804/2024

Sumqayıt Şəhər Məhkəməsi Qətnamə — İş №2(060)-3804/2024

14.10.2024 · Mənzil mübahisələri - Mənzilə köçürmə - Sair mülki iş - Maneənin aradan qaldırılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(060)-3804/2024 14.10.2024 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ X7 Fikrət qızının sədrliyi Məhkəmə iclas katibi Vəlixanova Pəri Murtuza qızının katibliyi ilə, İddiaçı və Cavabdeh1 nümayəndəsi X1 iştirakları ilə İddiaçı cavabdehlər Cavabdeh1nə və cavabdeh qismində cəlb edilmiş Sumqayıt şəhər İcra Hakimiyyətinə qarşı “mənzildən istifadəyə yaradılmış maneənin aradan qaldırılması və mənzilə köçürülmə tələbinə” dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh1 tərəfindən ona məxsus olan Sumqayıt şəhəri, 16-cı məhəllə, 3 saylı yataqxanada yerləşən 1 otaqlı 23 saylı binanın 24 saylı məzilindən istifadəsinə yaratdığı maneənin aradan qaldırılması və onun həmin otağa köçürülməyi barədə barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbini onunla əsaslandırmışdır ki, mübahisəli mənzil Sumqayıt şəhəri, 16-cı məhəllə, 3 saylı yataqxanada yerləşən 1 otaqlı 23 saylı binanın 24 saylı mənzilidir. Bu mənzil işlədiyi Superfosfat zavodu HK-nin nəfər ailə üzvlərinə ayrılmış və işlədiyi müddətdə yataqxananın ona verilməsi ilə bağlı əmək haqqından aylıq tutulmalar aparılmışdır. O, bu ünvan üzrə pasport qeydiyyatına alınmışdır. Lakin ona ayrılan bu otaq 1993-cü ildə Qubadlı rayonundan məcburi köçkün kimi gəlmiş ailə tərəfindən zəbt edilmiş 30 il bu mənzildə məcburi köçkün ailəsinin yaşaması səbəbindən o, otaqda yaşamaq imkanından məhrum olmuşdur. Lakin həmin ailəyə 2023-cü ildə st.Sumqayıt ərazisində mənzil verilmiş və onlar bu otaqdan köçmüşlər. Buna baxmayaraq o, hələ də öz otağına daxil ola bilmir. Belə ki, cavabdehin yataqxana üzrə nümayəndəsi (komendant) ona məxsus otağın guya Sumqayıt İcra hakimiyyətinin nümayəndələri tərəfindən plomblandığını bildirməklə onu bu mənzilə buraxmır. Halbuki bu mənzil ona ayrılmış, o, mənzilə daimi yaşayış yeri kimi qeydiyyata düşmüş və onun bu otaqda yaşamaq hüququ vardır. Bu mənzil onun və ailə üzvlərinin yaşayış yeridir. Lakin cavabdeh onun AR Konstitusiyasının 43-cü maddəsində nəzərdə tutulan konstitusion mənzil hüquqlarını pozaraq onu mənzilindən, yaşayış yerindən məhrum etmişdir. Halbuki həmin normaya əsasən heç kəs öz yaşayış yerindən məhkəmənin qərarı olmadan məhrum edilə bilməz. Hazırda cavabdehin təqsiri üzündən o, bu otağa daxil ola bilmir. Məhkəmədə İddiaçı eyni məzmunlu izahat verərək iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmədə cavabdehin nümayəndəsi N.M.Hüseynova iddia tələbini qəbul etməyərək bildirdi ki, o, 1982-ci ildən təmsil etdiyi müəssisədə komendant vəzifəsində işləyir. Bu müddət ərzində o, iddiaçını görməmişdir. Sözügedən otaqda həmişə qaçqınlar yaşamışdır. Onun qeydiyyat dəftərində də iddiaçıya aid məlumat qeyd olunmamışdır. İddiaçı tərəfindən təqdim edilmiş orderdə də kim tərəfindən verilməsi, imzası yoxdur. İddiaçının orada yaşamaq hüququ yoxdur. Göstərilənləri nəzərə alaraq, iddia tələbinin rədd edilməsini məhkəmədən xahiş etdi. İş üzrə cavabdeh Sumqayıt şəhər İcra Hakimiyyəti qanunla müəyyən olunmuş qaydada məhkəmənin yeri və vaxtı barədə xəbərdar edilməsinə baxmayaraq nümayəndəsi məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri haqqında məlumat verməmişdir. Ona görə də Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5ci maddəsinə əsasən, məhkəmə cavabdehin nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə tərəflərin izahatlarını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi aşağıda göstərilənlərə əsasən iddia təmin olunmalıdır. İş materiallarında olan AZE seriyalı, № ******** saylı şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, İddiaçı Sumqayıt şəhəri, yataqxana 3, otaq-23, məhəllə 16-da qeydiyyatdadır. İş materiallarında olan Sumqayıt X2 İstismar Sahəsinin 208 nömrəli “Order”in surətindən görünür ki, X4 Sumqayıt şəhəri, 16-cı məhəllə, yataqxana 3, otaq 24 saylı yaşayış sahəsi ayrılmışdır. İşə əlavə olan Sumqayıt Superfosfat zavodu X3 xx.xx.2024-cü il tarixli arayışından görünür ki, İddiaçı Sumqayıt şəhəri, ev 23, yataqxana 3-də qeydiyyatdadır, yaşamır. İşdə olan "xxxx" ASC-nin xx.xx.2024-cü il tarixli məktubundan görünür ki, hazırda müəssisənin fəaliyyəti 2013-cü ildən dayanmışdır. Eyni zamanda sözügedən yataqxana Sumqayıt şəhər İcra Hakimiyyətinin balansında olan yataqxanadır. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, Sumqayıt şəhəri, 16-cı məhəllə, 3 saylı yataqxanada yerləşən 1 otaqlı 23 saylı binanın 24 saylı mənzil” işlədiyi Superfosfat zavodu X3 208 nömrəli “Order” əsasında iddiaçıya və onun ailə üzvlərinə yaşayamaq üçün ayrılmışdır. Lakin mənzildə məcburi köçkünlər məskunlaşdığı üçün iddiaçı ona ayrılan yataqxananın otağından yaşaması üçün istifadə edə bilməmişdir. Azərbaycan Respublikasının Mənzil Məcəlləsinin 17.3.2-ci maddəsinə əsasən xüsusi təyinatlı mənzil fondu – bu Məcəllənin X fəslinin qaydalarına uyğun olaraq verilən ayrı-ayrı kateqoriyalardan olan vətəndaşların yaşaması üçün nəzərdə tutulmuş dövlət və bələdiyyə mənzil fondlarının yaşayış sahələrinin məcmusudur. Həmin Məcəllənin 91.2-ci maddəsinə əsasən Xüsusi təyinatlı yaşayış sahələri qismində dövlət və bələdiyyə mənzil fondunun yaşayış sahələri istifadə edilir. Yaşayış sahəsinin xüsusi təyinatlı yaşayış sahəsi qismində istifadəsinə yalnız həmin sahə müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilmiş qayda və tələblərə riayət etməklə xüsusi təyinatlı mənzil fonduna aid edildikdən sonra yol verilir. Yaşayış sahəsinin xüsusi təyinatlı yaşayış sahələrinin növlərindən birinə aid edilməklə xüsusi təyinatlı mənzil fonduna daxil edilməsi və ondan çıxarılması dövlət və ya bələdiyyə mənzil fondunun idarəetməsini həyata keçirən orqanın qərarı əsasında həyata keçirilir. Azərbaycan Respublikası Konstitusiyasının 43-cü maddəsinin 1-ci hissəsinə əsasən, heç kəs yaşadığı mənzildən qanunsuz məhrum edilə bilməz. Göründüyü kimi sözügedən mənzil iddiaçıya Superfosfat zavodu X3 208 nömrəli “Order” əsasında verilmiş və onun həmin evdən yaşamaq hüququ var. Belə olan halda iddiaçı qeyd olunan mənzilə köçürülməli və istifadəsi üçün yaranan maneələr cavabdehlər tərəfindən aradan qaldırılmalıdır. Beləliklə də iddia tələbi əsaslı olduğu üçün təmin edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 14.2-ci maddəsinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Göstərilən Məcəllənin 77.1-ci maddəsinə müvafiq olaraq, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 218.3-cü maddəsinə görə, hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Məhkəmə qeyd olunanlara əsasən və Mülki Prosessual Məcəlləsinin 119, 216-220ci, 360-cı maddələrini rəhbər tutaraq, Q Ə T E T D İ: İddia təmin edilsin. Cavabdeh1 tərəfindən İddiaçı məxsus olan Sumqayıt şəhəri, 16-cı məhəllə, 3 saylı yataqxanada yerləşən 1 otaqlı 23 saylı binanın 24 saylı məzilindən istifadəsinə yaratdığı maneə aradan qaldırılsın. İddiaçı Sumqayıt şəhəri, 16-cı məhəllə, 3 saylı yataqxanada yerləşən 1 otaqlı 23 saylı binanın 24 saylı məzilinə köçürülsün. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) verilə bilər. Sədrlik edən: Gülnarə Tağızadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar