Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(060)-3805/2024 24.06.2024 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ X20 Fikrət qızının sədrliyi, Məhkəmə iclas katibi Vəlixanova Pəri Murtuza qızının katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi maraqlı şəxs Sumqayıt şəhər İcra Hakimiyyətinə qarşı qarşı «hüquqi əhəmiyyətli olan faktın müəyyən edilməsi» tələbinə dair ərizəsi üzrə mülki işə Sumqayıt Məhkəmə Kompleksinin binasında açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: Ərizəçi ərizə ilə məhkəməyə müraciət edərək, Sumqayıt şəhər X17 icraiyyə Komitəsi Mənzillərin Bölüşdürülməsi və Qeydiyyatı Şöbəsinin xx.xx.1992-ci il tarixli 48/464 saylı orderinin X4 məxsus olması, Sumqayıt şəhər İcra Hakmiyyəti Başçısının xx.xx.1992ci il tarixli əmrində göstərilən şəxslərin X6 və Ərizəçi olması barədə faktının müəyyən ediməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizəsini onunla əsaslandırmışdır ki, o, Ərizəçi xx.xx.1980-ci ildə X6 ilə rəsmi nikaha daxil olmaqla ailə qurmuşdur. Bu nikahdan X12 və X10 adlı iki uşaqları doğulmuşdur. Azərbaycan Respublikası Sumqayıt şəhər X17 İcraiyyə Komitəsi Mənzillərin Bölüşdürülməsi və Qeydiyyatı Şöbəsinin xx.xx.1992-ci il tarixli 48/464 saylı orderi ilə Sumqayıt şəhər, 9-cu mikrorayon, 18/19 saylı evin 3 otaqdan 39,6 kv.m-dən ibarət 1 saylı mənzili 4 nəfər ailə üzvü ilə (Ərizəçi, H.Fətəliyeva və Y.Fətəliyev) birlikdə X4 verilmişdir. Lakin orderdə X6 adı səhvən X1 qeyd edilmişdir. Mənzilə dair arxiv sənədlərinin əldə edilməsi məqsədilə Milli Arxiv İdarəsinə müraciət edilmiş, Sumqayıt şəhər İcra Hakmiyyəti Başçısının xx.xx.1992-ci il tarixli əmri onlara təqdim edilmiş, həmin əmrdə də X6 adı səhvən X1, həmçinin onun adı X3 qeyd edilmişdir. Məlum şəxsin adının X6 olduğu ona aid nikah haqqında, ölüm haqqında şəhadətnamələrlə, həmçinin diplomu ilə də təsdiq olunur. Onun adının Ərizəçi olduğu ərizəsinə əlavə etdiyi sənədlərlə də təsdiq olunur. Hazırda o, Sumqayıt şəhər, 9-cu mikrorayon, 18/19 saylı evin 3 otaqdan 39,6 kv.m-dən barət 1 saylı mənzilini xüsusi mülkiyyət kimi qeydə aldırmaq istəyən zaman 2 saylı Ərazi İdarəsi tərəfindən qeyd olunan adlarda uyğunsuzluq olması əsası ilə ona çıxarış verilməsindən imtina edilmişdir. Bundan sonra o, adlarda olan yalnışlıqların aradan qaldırılması üçün Sumqayıt şəhər İcra Hakimiyyətinə müraciət etmiş və onların cavab məktubu ilə adlarda olan uyğunsuzluğun texniki səhv olduğu bildirilmişdir. Qeyd olunanlara əsasən bir daha demək istəyir ki, order və Sumqayıt şəhər İcra Hakimiyyəti Başçısının əmri mənzilə xüsusi mülkiyyət hüququ əldə edilməsinə dair hüqüqmüəyyənedici sənəddir, o, həmin mənzili özəlləşdirmək istəyir, lakin sənəddə olan texniki səhvləri Sumqayıt şəhər icra Hakimiyyəti texniki səhv hesab edərək düzəltməkdən imtina edir. Hazırda həmin sənəddəki texniki səhvlərin məhkəmədən kənar düzəldilməsi mümkün deyil. Ona görə də məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Məhkəmədə Ərizəçi eyni məzmunlu izahat verərək ərizənin əsaslı olduğu üçün təmin edilməsini məhkəmədən xahiş etdi. Maraqlı şəxs Sumqayıt şəhər İcra Hakimiyyəti məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən olunmuş qaydada məlumat verilməsinə baxmayaraq, nümayəndəsi məhkəmə iclasına gəlməmiş və və gəlməməsinin səbəbləri haqqında məlumat verməmişdir. Ona görə də Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən, məhkəmə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə ərizəçinin izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, ərizə əsaslı olduğundan təmin edilməlidir. İş materiallarında olan X13 və X8 notarial qaydada təsdiq olunmuş ərizələrindən görünür ki, ünvan 1 ünvanında yerləşən mənzilin Ərizəçi adına özəlləşdirilməsinə etiraz etmirlər. İşdə olan Maraqlı şəxs başçısının 398 nömrəli, xx.xx.1992-ci il əmrində ərizəçinin ərinin adı X1 qeyd edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi 2 saylı Sumqayıt Ərazi İdarəsinin Ərizəçi ünvanladıqları xx.xx.2023-cü il tarixli bildirişdən görünür ki, ərizəyə əlavə edilmiş sənədlərin araşdırılması zamanı orderdə və arxiv arayışında order verilən şəxsin adı və ata adında eləcə də 2-ci şəxsin ata adında uyğunsuzluq olduğu müəyyən olunmuşdur. Adlar arasındakı uyğunsuzluq məhkəmə qaydasında həll olunmalıdır. İşə əlavə olan 48/464 saylı, xx.xx.1992-ci il tarixli “order”in surətində ərizəçinin ərinin adı X1 qeyd edilmişdir. İş materiallarında olan AZ №014089 saylı, xx.xx.1999-cu il tarixli “Ölüm haqqında şəhadətnamə”də ərizəçinin ərinin adı X2 qeyd edilmişdir. İş materiallarında olan JV №027762 saylı, xx.xx.1981-ci il tarixli “Diplom”da ərizəçinin ərinin adı X1 qeyd edilmişdir. İş materiallarında olan İ-BD №315576 saylı, xx.xx.1980-ci il tarixli “Nikahın bağlanması haqqında” şəhadətnamənin surətindən görünür ki, X9 ilə X5 xx.xx.1980-ci ildə rəsmi nikaha daxil olmuşlar. Göründüyü kimi, yuxarıda qeyd olunan yanlışlığa görə, ərizəçi öz hüquqlarını həyata keçirə bilmir. Belə ki, ərizəçi Sumqayıt şəhər, 9-cu mikrorayon, 18/19 saylı evin 3 otaqdan 39,6 kv.m-dən barət 1 saylı mənzilini xüsusi mülkiyyət kimi qeydə aldırmaq istəyən zaman 2 saylı Ərazi İdarəsi tərəfindən qeyd olunan adlarda uyğunsuzluq olması əsası ilə mənzilə dair çıxarış ala bilmir. Həmin yanlışlıq ərizəçidən asılı olmayan səbəblərdən yol verilmişdir. Qeyd edilən faktı təsdiq edən sənədləri digər qaydada əldə etmək mümkün olmadığından, ərizəçi həmin faktı başqa qaydada müəyyən edə bilmir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 307-ci maddəsinə əsasən məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Həmin Məcəllənin 307.2, 307.2.5-ci maddəsinə əsasən, məhkəmə şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun pasportdakı adı, atasının adı və ya soyadı ilə düz gəlmədiyi halda hüquq müəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktının müəyyən edilməsi barədə işlərə baxır. Həmin Məcəllənin 308-ci maddəsinə əsasən, məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Həmin Məcəllənin 311-ci maddəsinə əsasən, məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədləri əvəz etməməklə, belə qeydəalınma üçün əsasdır. Məhkəmə, təqdim olunmuş sənədlərlə təsdiq olundu ki, Sumqayıt şəhər X17 icraiyyə Komitəsi Mənzillərin Bölüşdürülməsi və Qeydiyyatı Şöbəsinin xx.xx.1992-ci il tarixli 48/464 saylı orderinin X4 məxsus olması, Sumqayıt şəhər İcra Hakimiyyəti Başçısının xx.xx.1992-ci il tarixli əmrində göstərilən şəxslərin X6 və Ərizəçi olması faktı öz təsdiqini tapır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinin tələbinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinin tələblərinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, ərizə təmin edilməli, Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: Ərizə təmin edilsin. Sumqayıt şəhər X17 icraiyyə Komitəsi Mənzillərin Bölüşdürülməsi və Qeydiyyatı Şöbəsinin xx.xx.1992-ci il tarixli 48/464 saylı orderinin X4 məxsus olması və Sumqayıt şəhər İcra Hakmiyyəti Başçısının xx.xx.1992-ci il tarixli əmrində göstərilən şəxslərin X6 və Ərizəçi olması faktı müəyyən edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) verilə bilər. Sədrlik edən: Gülnarə Tağızadə
Məhkəmə qərarları › İş №2(060)-3805/2024
Sumqayıt Şəhər Məhkəməsi Qətnamə — İş №2(060)-3805/2024
24.06.2024 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Hüquq müəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver