Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(060)-3812/2024 22.07.2024 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Tanrıverdiyeva Günel Cəbrayıl qızının sədrliyi, Atakişiyev Atakişi Nizami oğlunun katibliyi, Ərizəçi və onun etibarnamə üzrə səlahiyyətli nümayəndəsi Vəkil iştirakı ilə, Ərizəçi maraqlı şəxs Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 2 saylı Sumqayıt Ərazi İdarəsinə qarşı hüquqi əhəmiyyətli faktın müəyyən edilməsi tələbinə dair ərizəsi üzrə mülki işə Sumqayıt Şəhər Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Ərizəçi maraqlı şəxs Sumqayıt şəhər Qeydiyyat Şöbəsinə qarşı hüquqi əhəmiyyətli faktın müəyyən edilməsi tələbinə dair ərizə ilə məhkəməyə müraciət edərək, ünvan 1 ünvanda yerləşən yaşayış evinə dair 1966-cı ildə “Texniki inventarizasiya bürosu” tərəfindən verilmiş 88 inventar N-li “Şəxsi mülkiyyət hüququ ilə evlərin texniki inventarizasıya və qiymətləndirilməsinə aid Pasport”un AZ-İİ 318498 qeydiyyat nömrəli “X9”də göstərilən, xx.xx.1977-ci ildə ölmüş mərhum X1na məxsus olması faktının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizəçi ərizəsini onunla əsaslandırmışdır ki, hazırda yaşadıqları ünvan 1 ünvanda yerləşən fərdi yaşayış evi 88 inventar nömrəli "Şəxsi mülkiyyət hüququ ilə evlərin texniki inventarizasiya və qiymətləndınlməsinə aid Pasport”a əsasən mərhum X1nun adına 1966cı ildə qeydə alınmış və hüquq müəyyənedici sənədin üz vərəqinın içəri tərəfində sonrakı tarixlərdə (yanvar 1978-ci il və 8.05.1986-cı il) “Texnikı inventarizasiya bürosu” tərəfindən inventarlaşdırma aparılmışdır. Atası daşınmaz əmlak üzərində mülkiyyət hüququnu təsdiq edən çıxarış almadan xx.xx.1977-ci il tarixdə vəfat etmiş, Corat qəbirstanlığıında dəfn olunmuşdur. Atasının ölümündən sonra da ailəsinin həmin fərdi yaşayış evındə yaşamasına baxmayaraq daşınmaz əmlak üzərində mülkiyyət hüququnu təsdiq edən çıxarış və vərəsəlik hüququ haqqında şəhadətnamə verilməsı üçün müvafiq orqanlara müraciət etməmiş, mərhumun adına verilmiş sənədlərlə, o cümlədən “Şəxsi mülkiyyət hüququ ilə evlərin texniki inventarızasiya və qiymətləndirilməsınə aid pasport’la maraqlanmamışdırlar. Atalarının ölümü ilə əlaqədar vərəsəlik hüquq haqqında şəhadətnamə verilməsi üçün sənədlərin toplanması məqsədilə xx.xx.2024-cü il tarixdə “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsi 2 saylı Sumqayıt ərazi idarəsinə müraciət edib. Həmin orqandan xx.xx.2024-cü il tarixdə “imtina” barədə bildiriş verilərək 88 inventar nömrəli “Şəxsi mülkiyyət hüququ ilə evlərin texniki inventarizasiya və qiymətiəndirilməsinə aid pasport”un arxiv əsaslarının idarənin arxiv saxlancında aşkar olunmadığı, həmçinin hüquq sahibinin adının ölüm haqında şəhadətnamədə “ X7 ”, texniki pasportda isə “ X8” kimi qeyd edildiyi, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 307.2.5-ci maddəsinin tələbinə əsasən şəxsin sənəddə göstərilən adı,atasının adı və ya soyadının onun şəxsiyyətini təsdiq edən sənəddə göstərilən adı,atasının adı, və ya soyadı ilə düz gəlmədiyi halda hüquqmüəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktının müəyyən edilməsinin məhkəmələrin səlahiyyətlərinə aid edildiyi bildirilmişdir. Beləliklə, mərhum atasının rəsmi sənədlərdə adı “Nurağa”, atasının adı “Hacıağa” (bıtişik) yazılmasına baxmayaraq, 88 nömrəli “Şəxsi mülkiyyət hüququ ilə evlərin texniki inventarizasiya və qiymətləndirilməsinə aıd pasport”da düzgün yazılmayaraq adı "Nurəli”, atasının adı isə “Hacıağa” (ayrı) yazılmışdır, həmin sənəd hüquq müəyyənedici sənəd hesab olunmaqla arxiv əsasları “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” publik hüquqi şəxsi 2 saylı Sumqayıt ərazi idarəsinin saxlancında aşkar olunmamış və maraqlı şəxs tərəfindən hüquqmüəyyənedici sənəddə düzəliş aparılması səlahiyyətinin məhkəmələrə aid olduğu əsas gətirilərək düzəliş edilməsindən imtina edilmişdir. Qeyd olunan hüquqi əhəmiyyəti olan faktları təsdiq edən sənədlərin başqa qaydada əldə olunması mümkün olmadığı üçün hazırkı ərizə ilə məhkəməyə müraciət etməyə məcbur olub. Yuxarıda göstərdiklərinə əsasən, o, iddia tələbinin təmin olunmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən Ərizəçi ərizə ilə eyni məzmunlu izahat verərək, ərizəsini müdafiə etdiyini bildirdi və ərizəsinin təmin olunmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iştirak edən Ərizəçi etibarnamə üzrə səlahiyyətli nümayəndəsi Vəkil ərizə ilə eyni məzmunlu izahat verərək, ərizəni müdafiə etdiyini bildirdi və əlavə olaraq qeyd etdi ki, tərəfi maraqlı şəxsə vərəsəliklə bağlı sənədlərin toplanması məqsədilə müraciət etmiş, maraqlı şəxs qeyd edilən faktın təsdiqi məsələsi məhkəmənin səlahiyyətində olduğundan ərizəçiyə imtina məktubu göndərmiş və ərizəçiyə şəxsin ölüm kağızında atasının adının Nurağa, texniki pasportda isə Nurəli olduğu bildirilmişdir. Bununla yanaşı ata adı, ad, soyad və s. uyğun gəlmədiyi hallarda hüquqmüəyyənedici sənədlərin şəxsə məxsus faktının təsdiqinin məhkəməyə məxsus olduğu bildirilmişdir. Məhkəmənin nəzərinə çatdırır ki, mərhumun pasportu aldığı dövrdə evlərin texiniki pasportu “Texniki inventarizasiya bürosu” tərəfindən verilirdi. Hesab edir ki, qeyd edilən pasport hüquqmüəyyən edici sənəddir. Buna görə də ünvan 1 ünvanında yerləşən yaşayış evinin 1966-cı ildə “Texniki inventarizasiya bürosu” tərəfindən verilmiş pasportun ərizəçinin mərhum X1na məxsus olması faktının müəyyən edilməsi barədə qətnamə çıxarılmalıdır. Onu da qeyd edir ki, ərizəçinin atasına məxsus digər bütün sənədlərdə onun adı Nurağa kimi qeyd edilmişdir. Qeyd olunanlara əsasən, nümayəndə iddia tələbinin təmin olunmasını məhkəmədən xahiş etdi. Maraqlı şəxs Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 2 saylı Sumqayıt Ərazi İdarəsi məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada (sənədin elektron kabinetə yerləşdirilməsinə dair çıxarışa əsasən) məlumatlandırılmasına baxmayaraq, maraqlı şəxsin nümayəndəsi məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən məhkəmə işə maraqlı şəxsin nümayəndəsinn iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə tərəfindən işin halları müəyyən edilərkən aşağıdakı sübutlara istinad edilmişdir: İşdə olan AZ-İİ 318498 saylı X9nin notarial qaydada təsdiqlənmiş surətindən görünür ki, X7 xx.xx.1977-ci ildə Bakı şəhərində ölmüşdür və bu barədə ölüm haqqında akt qeydləri kitabında xx.xx.1977-ci ildə 09 nömrə ilə qeyd edilmişdir. İş materiallarına əlavə olunmuş nikah haqqında akt qeydinin notarial qaydada təsdiqlənmiş surətindən görünür ki, X7 ilə X6 xx.xx.1995-ci il tarixdə Sumqayıt şəhər Corat qəsəbə İcra Nümayəndəliyində rəsmi nikaha girərək ailə qurmuşlar və bu nikah 21 saylı akt qeydilə rəsmiləşdirilmişdir. Nikahdan sonra arvada Hacıyeva soyadı verilmişdir. İşdə olan İ-JQ 353583 saylı doğum haqqında şəhadətnamənin notarial qaydada təsdiqlənmiş surətindən görünür k, Ərizəçi xx.xx.1972-ci il tarixdə Sumqayıt şəhərində doğulmuşdur. X1, anası X3r. İşdə olan 88 nömrəli "Şəxsi mülkiyyət hüququ ilə evlərin texniki inventarizasiya və qiymətləndirilməsinə aid Pasportdan görünür ki, ünvan 1 ünvanda yerləşən fərdi yaşayış evinin texniki pasportu X4 adına tərtib edilmişdir. İşdə olan Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 2 saylı Sumqayıt Ərazi İdarəsinin Ərizəçi ünvanladığı xx.xx.2024-cü il tarixli məktubun surətindən görünür ki, 88 inventar nömrəli “Şəxsi mülkiyyət hüququ ilə evlərin texniki inventarizasiya və qiymətləndirilməsinə aid pasportun arxiv əsasları idarənin arxiv saxlancında aşkar olunmamışdır. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 9.1.2-ci maddəsinə əsasən daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatı daxil edilmiş sənədlərdə göstərilən məlumatın dövlət reyestrində saxlanılan məlumata uyğunluğunun yoxlanılması qaydasında aparılır. Əlavə olaraq bildirilir ki, hüquq sahibinin adı X9də “X7”, təqdim edilmiş texniki pasportda isə “X8” kimi qeyd edilmişdir. Ona görə də, müraciətin icrasından imtina edilmişdir. Məhkəmə tərəfindən müəyyən edilmişdir ki, ünvan 1 ünvanda yerləşən fərdi yaşayış evi ərizəçinin atasının adına qeydə alınmışdır və bu barədə 88 nömrəli "Şəxsi mülkiyyət hüququ ilə evlərin texniki inventarizasiya və qiymətləndirilməsinə aid Pasport verilmişdir. Pasportda ərizəçinin mərhum atasının adı X15 ağa oğlu kimi qeyd edilmişdir. Məhkəmə hesab edir ki, ünvan 3 ünvanda yerləşən yaşayış evinə dair 1966-cı ildə “Texniki inventarizasiya bürosu” tərəfindən verilmiş 88 inventar N-li “Şəxsi mülkiyyət hüququ ilə evlərin texniki inventarizasıya və qiymətləndirilməsinə aid Pasport”un AZ-İİ 318498 qeydiyyat nömrəli “X9”də göstərilən, xx.xx.1977-ci ildə vəfat etmiş ərizəçinin atası mərhum X5 məxsus olması faktı müəyyən edilməlidir. Belə ki, bu fakt ərizəçinin, nümayəndəsinin izahatı və işdə olan mərhum X5 məxsus digər sənədlərlə tam təsdiqini tapır. Həmçinin məhkəmə hesab edir ki, qeyd olunan faktın müəyyən olunmaması ərizəçinin mülki, sosial və digər hüquqlarını həyata keçirməsinə təsir göstərir. Həmçinin, ərizəçinin bu faktı təsdiq edən lazımi sənədi məhkəmədənkənar başqa qaydada ala bilməsi mümkün deyildir. “Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında” AzərbaycanRespublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2019-cu il tarixli qərarında qeyd edilmişdir ki, Azərbaycan Respublikası MPM-nin 307.2.5-ci maddəsində nəzərdə tutulan faktın - yəni şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun şəxsiyyətini təsdiq edən sənəddəki adı, atasının adı və ya soyadı ilə düzgün gəlmədiyi halda hüquqmüəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktının məhkəmə tərəfindən xüsusi icraat qaydasında baxılaraq müəyyən edilməsi üçün aşağıdakı şərtlərin olması zəruridir: birincisi- şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun şəxsiyyətini təsdiq edən sənəddəki adı, atasının adı və ya soyadı ilə düz gəlməməlidir (üst-üstə düşməməlidir); ikincisi- həmin sənədlər hüquqmüəyyənedici sənədlər olmalıdır; üçüncüsü- məhkəməyə müraciət edən ərizəçiyə hüquqmüəyyənedici sənədləri verən təşkilat tərəfindən sənəddə olan səhvlərin aradan qaldırılaraq (düzəldilərək) yeni sənədin verilməsindən imtina edilməlidir, yaxud həmin sənəddəki səhvlərin düzəldilməsinin mümkün olmaması bildirilməlidir. Məhkəmələr nəzərə almalıdırlar ki, qanunverici şəxsiyyəti təsdiq edən sənədlərin (pasportun, həmkarlar ittifaqı və digər ictimai birliklərin, siyasi partiyaların bileti, hərbi bilet, xidməti vəsiqə və sair) deyil, məhz hüquqmüəyyənedici sənədlərin, yəni müəyyən hüquqları reallaşdırmaq üçün qanunvericiliklə zəruri vasitə rolunu oynayan sənədlərin konkret şəxsə məxsus olması faktının müəyyən edilməsini nəzərdə tutur. Hüqüqmüəyyənedici sənədlərə isə vəsiyyətnamə, vəsiyyət sərəncamı, ali və orta ixtisas təhsili haqqında diplom və sair aid edilə bilər. Həmkarlar ittifaqı və digər ictimai birliklərin, siyasi partiyaların biletlərində və sair sənədlərdə olan bütün səhvlər isə belə sənədləri vermiş orqanların (təşkilatların) özləri tərəfindən aradan qaldırıla bilər. Eləcə də, vətəndaşlıq vəziyyəti aktlarında yol verilən səhvlər (adın, ata adının, soyadın düzgün yazılmaması, digər məlumatların yaddan çıxıb yazılmaması və sair) vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatını aparan orqanlar tərəfindən düzəldilə bilər. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, ərizə təmin edilməli, ünvan 1 ünvanda yerləşən yaşayış evinə dair 1966-cı ildə “Texniki inventarizasiya bürosu” tərəfindən verilmiş 88 inventar N-li “Şəxsi mülkiyyət hüququ ilə evlərin texniki inventarizasıya və qiymətləndirilməsinə aid Pasport”un AZ-İİ 318498 qeydiyyat nömrəli “X9”də göstərilən, xx.xx.1977-ci ildə vəfat etmiş ərizəçinin atası mərhum X5 məxsus olması faktı müəyyən edilməlidir. Azərbaycan Respublikası MPM-nin 307.1-ci maddəsinə əsasən məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Həmin Məcəllənin 307.2.5-ci maddəsinə görə məhkəmə şəxsin sənəddə göstərilən adı, atasının adı, və ya soyadı ilə düzgün gəlmədiyi halda hüquqmüəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktının müəyyən edilməsi barədə işlərə baxır. Azərbayçan Respublikası MPM-nin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Yuxarıda göstərilənlərə əsasən və Azərbayçan Respublikası MPM-nin 216-220 307, 311 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: Ərizə təmin edilsin. ünvan 1 ünvanında yerləşən yaşayış evinə dair 1966-cı ildə “Texniki inventarizasiya bürosu” tərəfindən verilmiş 88 inventar N-li “Şəxsi mülkiyyət hüququ ilə evlərin texniki inventarizasıya və qiymətləndirilməsinə aid Pasport”un AZ-İİ 318498 qeydiyyat nömrəli “X9”də göstərilən, xx.xx.1977-ci ildə vəfat etmiş X5 məxsus olması faktı müəyyən edilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Günel Tanrıverdiyeva
Məhkəmə qərarları › İş №2(060)-3812/2024
Sumqayıt Şəhər Məhkəməsi Qətnamə — İş №2(060)-3812/2024
22.07.2024 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Hüquq müəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver