Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(060)-3841/2022 19.07.2022 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Ələkbərov Əfqan Qəzənfər oğlunun sədrliyi, Məmmədli Rəşad Mehman oğlunun katibliyi, İddiaçı, Cavabdehin nümayəndəsi X2 iştirakı ilə, İddiaçı cavabdeh "xxxx" ASC-yə qarşı borcun silinməsi tələbinə dair mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyən etdi : İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh tərəfindən ona məxsus Sumqayıt şəhəri, 4-cü məhəllədə yerləşən 22/13 saylı evin 9 saylı mənzilinə X1yə görə əsassız olaraq akta əsasən hesablanmış 478 manat məbləğində debitor borcun silinməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia onunla əsaslandırılmışdır ki, Sumqayıt şəhəri, 4-cü məhəllədə yerləşən 22/13 saylı evin 9 saylı mənzilində istifadə etdiyi elektrik enerjisinə görə ödənişlər vaxtlıvaxtında onun tərəfindən ödənilmişdir. Heç bir borcunun olmasına baxmayaraq əsassız olaraq cavabdeh təşkilat həmin ünvan üzrə onun 478 manat debitor borcunun olduğunu bildirmişdir. Hesab edir ki, həmin borc qanunsuzdur və əsassız olduğu üçün silinməlidir. İddiaçı məhkəmə iclasında iddia tələbini müdafiə edərək, iddia ərizəsində göstərilənlərə uyğun eyni məzmunlu izahat verib, məhkəmədən iddianın təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə iclasında cavabdehin nümayəndəsi izahat verərək bildirdi ki, İddiaçı məxsus ünvan 1 ünvanında yerləşən evi **********00074 saylı kodla xx.xx.2000-ci il tarixindən abonent qeydiyyatındadır. Abonentin mənzilinə xx.xx.2007-ci il tarixində elektrik hesabat sayğacı quraşdırılaraq istismara verilmişdir. Mənzilin "xxxx" ASC dövründə yaranmış 478 manat borcu xx.xx.2021-ci il tarixində dondurulmuşdur. Abonentin xx.xx.2022-ci il tarixinə enerjitəchizatçı təşkilata 4.82 manat borcu vardır. Məhkəmə, iddiaçının və cavabdehin nümayəndəsinin izahatını dinləyib, iş materiallarını tədqiq edərək hesab edir ki, iddia təmin edilməlidir. İş materiallarında olan: - Azərbaycan Respublikası Sumqayıt şəhər İcra Hakimiyyəti Mənzil Kommunal Təsərrüfatı İstehsalat Birliyinin 3 saylı Mənzil Kommunal Səhəsinin 250 №-li arayışından görünür ki, İddiaçı Sumqayıt şəhəri, 4-cü məhəllədə yerləşən 22/13 saylı evin 9 saylı mənzilində yaşayır. - xx.xx.2010-cu il tarixli 6/67 saylı orderdən görünür ki, Sumqayıt şəhəri, 4-cü məhəllədə yerləşən 22/13 saylı evin 9 saylı mənzilinin icarədarı İddiaçıdur. - Abunə haqqında çıxarışdan görünür ki, iddiaçının 478 manat borcu vardır və həmin borc xx.xx.2015-ci ilədək olan dövrü əhatə edir. - "xxxx" ASC-nin X3 Təchizatı və Satışı İdarəsinin 50-01/285 saylı, 16 iyun 2022-ci il tarixli məktubundan görünür ki, ünvan 1 ünvanında yerləşən evi **********00074 saylı kodla xx.xx.2000-ci il tarixindən abonent qeydiyyatındadır. Abonentin mənzilinə xx.xx.2007-ci il tarixində elektrik hesabat sayğacı quraşdırılaraq istismara verilmişdir. Mənzilin "xxxx" ASC dövründə yaranmış 478 manat borcu xx.xx.2021-ci il tarixində dondurulmuşdur. Abonentin xx.xx.2022-ci il tarixinə enerjitəchizatçı təşkilata 4.82 manat borcu vardır. Beləliklə, məhkəmə araşdırılması zamanı müəyyən olundu ki, iddiaçıya məxsus Sumqayıt şəhəri, 4-cü məhəllədə yerləşən 22/13 saylı evin 9 saylı mənzilinə aid abonent koduna xx.xx.2015-ci ilədək 478 manat borc hesablanmışdır. Məhkəmə araşdırması zamanı müəyyən olunanlara əsasən məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olunmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Həmin Məcəllənin 399.1-ci maddəsinə əsasən müqavilə bağlandığı andan qüvvəyə minir və tərəflər üçün məcburi olur. Bu Məcəllənin 443.7-ci maddəsinə əsasən əgər öhdəlikdə ayrı qayda nəzərdə tutulmayıbsa və ondan ayrı qayda irəli gəlmirsə, borclunun üzərinə yalnız qəsdən və ya ehtiyatsızlıqdan edilmiş hərəkətlər nəticəsində dəymiş zərərin əvəzini ödəmək vəzifəsi qoyulur. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 02 fevral 2005-ci il tarixli, 18 nömrəli Qərarı ilə təsdiq edilmiş “X1 Qaydaları”nın 8.1-ci bəndinə əsasən Dövlət elektroenergetika müəssisəsindən enercitəchizatı müəssisəsinə, enerjitəchizatı müəssisəsindən abonentə, abonentdən subabonentə elektrik enerjisinin verilişi yalnız müvafiq olaraq tərəflər arasında bağlanmış elektrik enerjisinin alqı-satqı müqaviləsinə əsasən və onlar üçün təyin olunmuş elektrik enerjisinin tariflərinə uyğun aparılır.Həmin Qaydaların 8.2-ci bəndinə əsasən elektrik enerjisinə görə hesablaşmalar uçot cihazlarının hesablaşma dövründəki göstəricilərinə əsasən aparılır.Həmin Qaydaların 8.4-cu bəndinə əsasən Enerjitəhcizatı müəssisəsi istehlakçıdan yalnız istifadə olunmuş elektrik enerjisinə görə ödəniş alır,digər ödənişlərin,o cümlədən bu qaydaların 3.5-ci bəndinə uyğun olaraq istehlakçıya məxsus elektrik qurğularına gərginlik verilməsinə görə ödənişin alınmasına yol verilmir.Həmin Qaydaların 8.9-cu bəndinə əsasən istehlakcı (məişət abonenti istisna olmaqla) hesablaşma elektrik sayğacının göstərişi haqqında məlumat vermədikdə, hesablaşma əvvəlki dövr ücün müəyyən olunmuş orta gündəlik elektrik enerjisi sərfinə uyğun aparılır və orta gündəlik elektrik enerjisi sərfinə uyğun hesablaşma bir hesablaşma dövründən artıq olmamalıdır, dövr başa çatdıqdan sonra göstərilən hal davam edərsə, elektrik enercisinin sərfi istehlakçının (məişət abonenti istisna olmaqla) cərəyan qəbuledicilərinin gücünə və işləmə saatlarına uyğun olaraq müəyyənləşdirilir. Bu qayda elektrik sayğaclarının göstərişi haqqında istehlakçı (məişət abonenti istisna olmaqla) məlumat verənədək davam etdirilir və həmin dövr üçün elektrik enerjisinin yenidən hesablaşması aparılmır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 551.2.1-ci maddəsinə əsasən kirayə haqqı, icarə haqqı, kapital üçün faizlər və digər vaxtaşırı ödənişlər haqqında tələblər beş il keçdikdən sonra qüvvəsini itirir. Məhkəmə yuxarıda qeyd olunan maddi hüquq normalarını müəyyən etdiyi hallara tətbiq edərək bildirir ki, istehlakçı tərəfindən istifadə edilən elektrik enerjisinin dəyərinin ödənilməsi vaxtaşırı edilən ödənişlər növünə aiddir. Belə olan halda cavabdeh tərəfindən iddiaçının 2016-cı il tarixdən əvvələ yaranmış X1yə görə edilməli olan ödənişlərin tələb etmə müddəti cavabdehin hərəkətsizliyi səbəbindən ötürülmüşdür. Odur ki, həmin hissədə iddiaçının öhdəliyinə xitam verilməlidir. Beləliklə, məhkəmə iş üzrə təqdim olunmuş sübutları məcmu halında qiymətləndirərək, sadalanan maddi hüquq normalarına əsaslanaraq və həmin maddələrin tələblərini işin faktiki hallarına tətbiq edərək belə nəticəyə gəlir ki, "xxxx" ASC tərəfindən X1yə görə itirilmiş elektrik enerjisi bərpası üçün hesablanmış 478 manat borcun ödənilməsinə iddiaçı məsuliyyət daşımır. Odur ki, iddia əsaslıdır. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Bu Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə bu normalardan çıxış edərək və işin faktiki halları ilə əlaqəli olan sübutları qəbul edib məcmu halda hüquqi qiymət verərək belə nəticəyə gəlir ki, iddia əsaslı olduğu üçün təmin edilməlidir. Beləliklə, məhkəmə hesab edir ki, iddia təmin edilməli, İddiaçı məxsus Sumqayıt şəhəri, 4-cü məhəllədə yerləşən 22/13 saylı evin 9 saylı mənzili üzrə qeydiyyata alınmış **********00074 saylı abonent koduna hesablanmış 478 manat borc silinməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220-ci və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Qət etdi: İddia təmin edilsin. İddiaçı məxsus Sumqayıt şəhəri, 4-cü məhəllədə yerləşən 22/13 saylı evin 9 saylı mənzili üzrə qeydiyyata alınmış **********00074 saylı abonent koduna hesablanmış 478 manat borc silinsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Əfqan Ələkbərov
Məhkəmə qərarları › İş №2(060)-3841/2022
Sumqayıt Şəhər Məhkəməsi Qətnamə — İş №2(060)-3841/2022
19.07.2022 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver