Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(060)-3847/2022 12.09.2022 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Tanrıverdiyeva Günel Cəbrayıl qızının sədrliyi, Əsədli İlahə Yusif qızının katibliyi, Cavabdeh ASC-nin etibarnamə üzrə səlahiyyətli nümayəndəsi X1 iştirakı ilə İddiaçı Cavabdeh ASC-yə qarşı istifadə edilməmiş suya görə hesablanmış borcun silinməsi tələbinə dair mülki işə 12 sentyabr 2022-ci il tarixdə Sumqayıt Şəhər Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı Cavabdeh ASC-yə qarşı istifadə edilməmiş suya görə hesablanmış borcun silinməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh təşkilatın istifadə etmədiyi suya görə qanunsuz hesabladığı 656.66 manat borcun silinməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, atası X4 xx.xx.2014-cü ildə uzun sürən xəstəlikdən dünyasını dəyişmişdir. xx.xx.2017-ci il tarixdə 0.07 ha torpaq sahəsi olan Sumqayıt şəhəri 3490 saylı Novxanı bağ massivi onun xüsusi müikiyyətinə verilmişdir. Onu da qeyd edir ki, bağını xx.xx.2015-ci il tarixində X7 oğluna satmışdır. Halhazırda həmin şəxsin adına 0.06 ha torpaq sahəsi olan Sumqayıt şəhəri Novxanı bağ massivi 3490 C bağ sahəsi onun xüsusi mülkiyyətindədir. 2017-ci ildə həmin bağ sahəsinin 5 sot torpaq sahəsini satmışdır. Hal-hazırda miilkiyyətində 6 sot torpaq sahəsi vardır. O, Azərsu ASC bağlar Sukanal İdarəsinin rəisi Fərmayıl Vəliyev cənablarına ərizə ilə müraciət edərək bildirmişdir ki, 11 sot torpaq sahəsi satmışdır, orada yaşayış olmayaolmaya 3 il müddətində 953 manat borc yazılmışdır. Həmın borcdan 296,34 manat ödəmişdir. Yerdə qalan 656.66 manat borc atası- X3 adına yazılmışdır. Ona görə də o, iddia tələbinin təmin olunmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iştirak edən Cavabdeh ASC-nin nümayəndəsi X2 iddia tələbini qəbul etməyərək bildirdi ki, 2014-cü ildə abonentin müraciəti əsasında sayğacı sökülüb. O vaxtdan 0,07 ha + 1 nəfər əsasında hesabat aparılıb. Bir nəfər 5 kub olmaqla 0,07 ha hesablanma aparıldıqda 35 kub olur. Onun da üzərinə 1 nəfərlik hesabatı əlavə etdikdə 35+5=40 kub olmuşdur. Orada kanalizasiya sistemi olmadığına görə 70 qəpikdən hesablanma aparılmışdır. Beləliklə də, aylıq 28 manatdan borc yazılıb. 2019-cu ildə mənfiyə düşməyi həmin il üçün nəzərdə tutulmuşdur. Sonrakı illərdə borcun ödənilməsi ilə əlaqədar deyil. Nazirlər Kabinetinin qərarı ilə 35 qəpikdən olan borclar 70 qəpikdən hesablanır. 2019-cu ildən etibarən 70 qəpik olmaqla hesablanır. 2014-cü ildən borc ödənmir. İddiaçı 2022-ci ildə 10 manat ödəniş etmişdir. Nümayəndə göstərilənlərə əsasən iddianın təmin edilməməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. Məhkəmə hazırlıq iclaslarında iştirak edən İddiaçı iddia ərizəsinə uyğun zahat verərək iddia tələbini müdafiə etdiyini bildirdi və əlavə olaraq qeyd etdi ki, 2014-cü ildən bağ evində atası ilə birlikdə yaşamışdır. Uzun xəstəlikdən sonra atası dünyasını dəyişmiş, anası və qardaşının razılığı ilə ev onun adına keçmişdir. Qardaşına məxsus olan payı vermiş, o da 2015-ci ildə başqasına satmışdır. 2017-ci ildə pula ehtiyacı olduğuna görə 0,11 ha torpaq sahəsinin 0,05 ha hissəsini satmış, ona qalan 0,06 ha torpaq sahəsində isə hər ay kommunal xərcləri ödəmişdir. Hətta həmin əraziyə baxan nəzarətçi də onun torpağının satıldığını çox yaxşı bilirdi. Əgər onun hər hansı borcu olsaydı, torpağı sata bilməzdi. Qeyd edir ki, ona hesablanmış borcun məbləği ilə qətiyyən razı deyil. Belə ki, qeyd olunan borc ümumi olaraq 0,11 ha torpaq sahəsinə yazılmış borcdur, halbuki onun istifadəsində hazırda 0,06 ha torpaq sahəsi vardır. Torpaq sahəsinin ümumi ölçüsü 7 sot olsa da, onun 1 sot hissəsində ev yerləşir. Bu səbəbdən hesablaşma 6 sota görə aparılmalı idi. Qeyd edir ki, həmin dövr üçün hesabat 70 qəpik yox, 35 qəpikdən aparılırdı. Yalan akt hazırlayaraq ona imzalatdırıblar. 2012-ci ildə hava şəraitinin çox soyuq olması ilə əlaqədar onun və digər qonşuların sayğacı partlamışdı. Əlavə olaraq bildirir ki, qonşusunun torpaq sahəsi 0,07 ha-dır, qarajı da var. Onda hesabat 0,05 ha əsasında aparılır. Ona isə borc 0,11 ha torpaq sahəsi üçün hesablanıb. Yalnız keçən ay nümayəndə 0,06 ha əsasında ödəniş etməli olduğunu ona bildirmişdir. Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq (məhkəmə bildirişinə imza etmklə) iş üzrə iddiaçı məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məlumat verməmişdir. Azərbaycan Respublikası MPM-in 185.6-cı maddəsinə əsasən məhkəmə işə iddiaçının iştirakı olmadan baxmağı mümkün hesab etmişdir. Məhkəmə tərəfindən işin halları müəyyən edilərkən aşağıdakı sübutlara istinad olunmuşdur: İşdə olan AZ-İ, 705005 nömrəli ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X4 xx.xx.2014-cü ildə Sumqayıt şəhərində ölmüşdür və bu barədə ölüm haqqında akt qeydləri kitabında 1189 nömrə ilə qeyd edilmişdir. İşdə olan RX seriyalı ******* nömrəli çıxarışın surətindən görünür ki, Sumqayıt şəhəri, Novxanı bağ massivi, 3490C saylı torpaq sahəsi (0.06ha) xüsusi mülkiyyət hüququ üzrə X7 oğlunun adına 116 nömrəli reyestr kitabının 32 nömrəli vərəqində ********** qeydiyyat nömrəsi ilə xx.xx.2015-ci il tarixdə qeydə alınmışdır. İş materiallarına əlavə edilmiş xx.xx.2015-ci il tarixli AN-İ № ******* saylı alqı-satqı müqaviləsinin surətindən görünür ki, X7 oğlu Sumqayıt şəhəri, Novxanı bağ massivi, 3490C saylı torpaq sahəsini (0.06 ha) 24700 manat İddiaçı almışdır İşdə olan RX seriyalı ******* nömrəli çıxarışın surətindən görünür ki, Sumqayıt şəhəri, Novxanı bağ massivi, 3490C saylı torpaq sahəsi (0.07ha) xüsusi mülkiyyət hüququ üzrə İddiaçı adına 183 nömrəli reyestr kitabının 76 nömrəli vərəqində ********** qeydiyyat nömrəsi ilə xx.xx.2017-ci il tarixdə qeydə alınmışdır. İş materiallarında olan xx.xx.2022-ci il tarixli abonentin kartından görünür ki, Sumqayıt şəhəri, Novxanı bağ massivi, 3490C ünvanında yerləşən fərdi yaşayış sahəsində X3 adına xx.xx.2005-ci il tarixdə açılmış sayğaca əsasən sudan istifadəyə görə 656.66 manat manat borc hesablanmışdır. İş materiallarında olan xx.xx.2022-ci il tarixli abonentin kartından görünür ki, Sumqayıt şəhəri, Novxanı bağ massivi, 3490C ünvanında yerləşən fərdi yaşayış sahəsində X3 adına xx.xx.2005-ci il tarixdə açılmış sayğaca əsasən sudan istifadəyə görə 682.56 manat manat borc hesablanmışdır. Beləliklə, məhkəmə tərəfindən müəyyən edilmişdir ki, İddiaçı məxsus Sumqayıt şəhəri, Novxanı bağ massivi, 3490C ünvanında yerləşən fərdi yaşayış sahəsində xx.xx.2010-cu il tarixdə su sayğacı quraşdırılmış, 2014-cü ildə sayğac sökülmüş, həmin tarixdən sərfiyyat torpaq sahəsinin ölçüsü və nəfər sayına görə aparılmışdır. Nəticədə İddiaçı sudan istifadəyə görə borc hesablanmış, İddiaçı 656,66 manat məbləğində borcun silinməsi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə tərəfləri dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia qismən əsaslı olduğundan qismən təmin edilməlidir. Belə ki, məhkəmə tərəfindən müəyyən edilmişdir ki, cavabdeh ASC tərəfindən iddiaçıya hesablanmış borc 2014-2022-ci illəri əhatə edir və ümumilikdə cavabdehə 656,66 manat məbləğində borc hesablanmışdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2014-cü il 17 iyul tarixli 262 nömrəli qərarı ilə təsdiq edilmiş “Sudan istifadə qaydalarının” 4.1.3-cü bəndinə əsasən, verilən suyun və axıdılan tullantı sularının həcminə uyğun olaraq ona təqdim edilmiş hesab üzrə ödənişi həyata keçirilməsini istehlakçı təmin etməlidir. “Su təchizatı və tullantı suları haqqında” Azərbaycan Respublikasının Qanununun 30-cu maddəsinin birinci hissəsində göstərilmişdir ki, su təchizatı müəssisəsi istehlakçıya verilən suyun həcmini suölçən cihazlar vasitəsilə və ya müvafiq normativ hüquqi aktlarla nəzərdə tutulmuş qaydada hesablama yolu ilə müəyyənləşdirir. Su təchizatı müəssisəsi istehlakçıya verdiyi suyun dəyərini tam hesablamalıdır və hər ay istehlakçıya məlumat (hesab) təqdim etməlidir (göndərməlidir). Həmin Qanunun 61-ci maddəsinin 1-ci bəndində göstərilir ki, su təchizatı və kanalizasiya müəssisəsi ilə fərdi istehlakçı arasında müqavilənin olub-olmamasından asılı olmayaraq, xidmətlərin haqqının ödənilməsi üzrə istehlakçıların vəzifələri onların obyektdə yaşaması, obyektin icarəçisi olması və ya onlar tərəfindən su təchizatı obyektlərindən hər hansı digər məqsədlər üçün istifadə faktına əsaslanır. Mülki Məcəllənin öhdəliklərin icra edilməməsi ilə əlaqədar yaranan münasibətləri tənzimləyən normalarına görə isə öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür (442). Öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclunun üzərinə öhdəliyi pozmağa görə məsuliyyət qoyulmadıqda bu qayda qüvvədə olmur (443.1). Öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır və icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün kreditor qarşısında məsuliyyət daşıyır (445.2.1). Məhkəmə həmçinin qeyd edir ki, AR Mülki Məcəlləsinin 425.1-ci maddəsinə görə, öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Həmin Məcəllənin 550-ci maddəsinə əsasən tələbə, yəni digər şəxsdən hərəkətin edilməsini və ya edilməməsini tələb etmək hüququna müddətin keçməsinə görə xitam verilə bilər. Həmin Məcəllənin 551.2.1-ci maddəsinə əsasən kirayə haqqı, icarə haqqı, kapital üçün faizlər və digər vaxtaşırı ödənişlər haqqında tələblər beş il keçdikdən sonra qüvvəsini itirir. Məcəllənin 554.1-ci maddəsinə əsasən müddət keçdikdən sonra mükəlləfiyyətli şəxsin öhdəliyin icrasından imtina etmək hüququ vardır. Göründüyü kimi cavabdehin iddiaçıdan tələb etdiyi borc məbləğinin bir hissəsi üzrə (2015, 2016-ci illlər və 2017-ci ilin may ayının 16-na kimi olan dövr) mülki qanunvericilikdə nəzərdə tutulan tələbetmə müddəti keçmişdir. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, İddiaçı su təchizatı və tullantı sularının axıdılması xidmətlərindən istifadəyə görə hesablanmış 656,66 manat məbləğində borcun 544,03 (208+197,35+138,68) manat hissəsinə münasibətdə qanunla nəzərdə tutulmuş tələbetmə müddəti ötürüldüyünə görə iddia həmin hissədə təmin edilməli, həmin məbləğdə borc silinməli, iddia tələbi qalan hissədə təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında təqdim olunmuş sübutlarla əsaslandırır. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia tələbi qismən təmin edilsin. Cavabdeh tərəfindən İddiaçı məxsus Sumqayıt şəhəri, Novxanı bağ massivi, 3490C ünvanında yerləşən fərdi yaşayış sahəsi ünvanına hesablanmış 544,03 (beş yüz qırx dörd manat üç qəpik) manat məbləğində borc silinsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamə rəsmi qaydada verildiyi gündən bir ay müddətində Sumqayıt şəhər məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Günel Tanrıverdiyeva
Məhkəmə qərarları › İş №2(060)-3847/2022
Sumqayıt Şəhər Məhkəməsi Qətnamə — İş №2(060)-3847/2022
12.09.2022 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver