Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2(060)-3849/2022 01.07.2022 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Qoşqarlı Rəşad Nizami oğlunun sədrliyi, Məhkəmə iclas katibi Hacıyeva Yeganə Müslüm qızının katibliyi ilə İddiaçı Сavabdeh Sumqayıt şəhər 1 saylı Notariat Ofisinə qarşı «vərəsəliyin müəyyənləşdirilməsi tələbinə» dair açıq məhkəmə hazırlıq iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı məhkəməyə iddia ərizəsi ilə müraciət edərək, 04 noyabr 2020-сi il tarixində vəfat etmiş İmamquliyev Mürsəl Сamalxan oğlundan miras qalmış Sumqayıt şəhəri, Saray bağlarında 0,12 ha torpaq sahəsi və torpaq üzərində yerləşən 3288A nömrəli fərdi evə 20 noyabr 2021-сi il tarixində vəfat etmiş anası X1 1/5 hissədə payı müəyyən edilməsi, 04 noyabr 2020-сi il tarixində vəfat etmiş İmamquliyev Mürsəl Сamalxan oğlundan miras qalmış Sumqayıt şəhəri, Saray bağlarında 0,12 ha torpaq sahəsi və torpaq üzərində yerləşən 3288A nömrəli fərdi evdən anasına düşən pay hissəsində onun vərəsəlik hüququn tanınması və bu hissəyə onun adına vərəsəlik şəhadətnaməsinin verilməsi öhdəliyi сavabdehin üzərinə qoyulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iddia ərizəsini icraata qəbul etmiş və qanunamüvafiq prosessual hərəkətlər etdikdən sonra məhkəmə təkrar hazırlıq iclasını 01 iyul 2022-ci il tarixə təyin etmişdir. İddiaçı ərizə ilə müraciət edərək, iddiasının geri götürülməsi, iddia ərizəsinə əlavə olunan sənədlərin və ödədiyi dövlət rüsumunun ona qaytarılmasını xahiş etmişdir. Azərbaycan Respublikasının MPM-nin 170.1-ci maddəsinə əsasən məhkəmə baxışına hazırlığın icraatı dayandırıla və ya xitam edilə bilər, yaxud iddiaçının vəsatəti ilə ərizə qaytarıla bilər. Yuxarıda göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikasının MPM-nin 170.1, 263-cü maddələrini rəhbər tutaraq məhkəmə QƏRARA ALDİ: İddiaçı сavabdeh Sumqayıt şəhər 1 saylı Notariat Ofisinə qarşı «vərəsəliyin müəyyənləşdirilməsi tələbinə» dair ərizə baxılmadan geri qaytarılsın. Qərardaddan rəsmi qaydada verildikdən sonra 10 gün müddətində Sumqayıt Şəhər Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Rəşad Qoşqarlı
Məhkəmə qərarları › İş №2(060)-3849/2022
Sumqayıt Şəhər Məhkəməsi Qərardad — İş №2(060)-3849/2022
01.07.2022 · Vərəsəlik hüququ üzrə mübahisələr - Vərəsəlik hüququ üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver