Məhkəmə qərarları › İş №2(060)-3851/2025

Sumqayıt Şəhər Məhkəməsi Qətnamə — İş №2(060)-3851/2025

03.09.2025 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(060)-3851/2025 03.09.2025 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Kazımov Elçin Məmməd oğlunun sədrliyi, Bəhramlı Ümid Fəxri oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh "xxxx" ASC-nə qarşı borcun silinməsi tələbinə dair iddia ərizəsi üzrə mülki işə Sumqayıt Şəhər Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq məhkəmə, MÜƏYYƏN ETDİ: İddiaçı iddia ərizəsi ilə Sumqayıt Şəhər Məhkəməsinə müraciət edərək, ünvan 1 ünvanına əsassız hesablanmış 332,17 manat borcun silinməsi və elektrik sayğacın sərfiyyatından artıq ödəmə kimi 122,17 manatın balansa hesablanması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, ünvan 1 ünvanında yerləşən yaşayış sahəsini "xxxx" MTK ilə bağlanılmış müqavilə əsasında dəyərini tam ödəməklə 2019-cu il tarixdə almışdır. xx.xx.2023-cü il tarixdə həmin mənzilə köçərək hal-hazırkı vaxta kimi orada yaşayır. Mənzilin yerləşdiyi binada xx.xx.2023-cü ildə sayğaclaşma aparılandan sonra, Cavabdeh ASC tərəfindən həmin mənzilə guya istifadə edilmiş elektrik enerjisinə görə 332 manat 17 qəpik borc hesablanmışdır. Guya həmin borc MTK-nın hesablanmasına görə istifadə edilən hər klovata görə 11 qəpikdən hesablanmışdır. Bu hesablanma hüquqi cəhətdən tamamilə əsassızdır, çünki istifadə etmədiyi halda mənzilə bu qədər borc yazılmışdır. Elektrik sayğacı üzrə hesablanmış bütün məbləği vaxtlıvaxtında ödəmişdir. "xxxx" ASC-nin əməkdaşları tərəfindən binada elektrik enerjisi borcları ilə bağlı baxış keçirilərkən yaşadığı mənzilin elektrik enerjisi onlar tərəfindən kəsildiyinə görə (qış aylarında və mənzildə azyaşlı körpələr olduğu halda) yaşadığı mənzil işiqsız qalmasın deyə əsassız olaraq hesablanmış elektrik enerjisi borcunun bir hissəsini ödəməyə məcbur olmuşdur. O, "xxxx" ASC-nin Sumqayıt Elektirk Şəbəkəsinə gedərək aidiyyəti şəxslərinə öz şikayətini bildirmiş və həmin mənzilə hesablanmış bu əsassız borcun izahini tələb etmişdir. Ona bildirilmişdir ki, sayğac sərfiyyatına görə heç bir borc yoxdur, lakin bu borc "xxxx" ASC tərəfindən mənzilə hesablanmayıb. Həmin borc "xxxx" MMC (köhnə adı "xxxx" MTK) tərəfindən tərtib olunmuş xx.xx.2023-cü il tarixli, SR/1632 nömrəli protokol əsasında mənzilə hesablanmışdır. Bu protokol onun iştirakı və xəbəri olmadan tərtib edilmişdir. Borcun hansı qaydada, hansı metodika ilə hesablanması məlum deyildir. Göstərilənlərə əsasən iddia təmin olunmalıdır. Məhkəmə iclasında İddiaçı iddia tələbini müdafiə edərək tələbin təmin edilməsini xahiş etdi. Məhkəmə baxış iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin nümayəndəsi məhkəmə iclasının onun iştirakı olmadan keçirilməsini xahiş etmiş, məhkəmə Azərbaycan Respublikası MPM-in 185.5-ci maddəsinə əsasən mülki işə cavabdehin iştirakı olmadan baxmağı mümkün hesab etmişdir. Məhkəmə iddiaçının izahatını dinləyib, iş materiallarını tədqiq edərək hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. İş materiallarında olan: - "xxxx" MMC-nin xx.xx.2025-ci il tarixli 188 saylı arayışından görünür ki, İddiaçı ünvan 1-un payçısıdır və həmin məznildə yaşayır. - **********00556 kodlu abunə haqqında çıxarışdan görünür ki, iddiaçının ünvan 1 ünvanı üzrə cavabdehə 210 manat borcu vardır. O cümlədən sayğac oxuması üzrə 248,71 manat, aktlar üzrə 332,17 manat (ödəmələr 370,88 manat olmaqla). 327,91 manat borc protokol üzrə tətbiq edilmişdir (xx.xx.2023). Beləliklə, məhkəmə araşdırması zamanı müəyyən edildi ki, abonent kodu **********00556 olan ünvan 1 ünvanında X1yə görə aktlar üzrə hesablanmış 332,17 manat borcun 327,91 manat hissəsinin qanuni əsası yoxdur, çünki mövcud qanunvericiliyə görə borc yalnız sayğac oxuması və ya sayğacdan kənar qoşulma halında akt üzrə hesablana bilər. Hazırki işdə isə bu hallara aid sənədlər mövcud deyildir. Belə ki; Azərbaycan Respublikası Mülki Məcəlləsinin 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olunmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Həmin Məcəllənin 399.1-ci maddəsinə əsasən müqavilə bağlandığı andan qüvvəyə minir və tərəflər üçün məcburi olur. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 02 fevral 2005-ci il tarixli, 18 nömrəli Qərarı ilə təsdiq edilmiş “X1 Qaydaları”nın 8.1-ci bəndinə əsasən Dövlət elektroenergetika müəssisəsindən enercitəchizatı müəssisəsinə, enerjitəchizatı müəssisəsindən abonentə, abonentdən subabonentə elektrik enerjisinin verilişi yalnız müvafiq olaraq tərəflər arasında bağlanmış elektrik enerjisinin alqı-satqı müqaviləsinə əsasən və onlar üçün təyin olunmuş elektrik enerjisinin tariflərinə uyğun aparılır.Həmin Qaydaların 8.2-ci bəndinə əsasən elektrik enerjisinə görə hesablaşmalar uçot cihazlarının hesablaşma dövründəki göstəricilərinə əsasən aparılır.Həmin Qaydaların 8.4-cu bəndinə əsasən Enerjitəhcizatı müəssisəsi istehlakçıdan yalnız istifadə olunmuş elektrik enerjisinə görə ödəniş alır,digər ödənişlərin,o cümlədən bu qaydaların 3.5-ci bəndinə uyğun olaraq istehlakçıya məxsus elektrik qurğularına gərginlik verilməsinə görə ödənişin alınmasına yol verilmir.Həmin Qaydaların 8.9-cu bəndinə əsasən istehlakcı (məişət abonenti istisna olmaqla) hesablaşma elektrik sayğacının göstərişi haqqında məlumat vermədikdə, hesablaşma əvvəlki dövr ücün müəyyən olunmuş orta gündəlik elektrik enercisi sərfinə uyğun aparılır və orta gündəlik elektrik enerjisi sərfinə uyğun hesablaşma bir hesablaşma dövründən artıq olmamalıdır, dövr başa çatdıqdan sonra göstərilən hal davam edərsə, elektrik enercisinin sərfi istehlakçının (məişət abonenti istisna olmaqla) cərəyan qəbuledicilərinin gücünə və işləmə saatlarına uyğun olaraq müəyyənləşdirilir. Bu qayda elektrik sayğaclarının göstərişi haqqında istehlakçı (məişət abonenti istisna olmaqla) məlumat verənədək davam etdirilir və həmin dövr üçün elektrik enerjisinin yenidən hesablaşması aparılmır. Beləliklə məhkəmə hesab edir ki, iddia tələbi qismən təmin edilməli, abonent kodu abonent kodu **********00556 olan ünvan 1 ünvanında X1yə görə hesablanmış 327,91 manat borc silinməli, iddia tələbi qalan hissədə rədd edilməlidir. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Həmin məcəllənin 119.2-ci maddəsinə əsasən iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanununun 9.1.5-ci maddəsinə istehlakçıların hüquqlarının pozulması ilə əlaqədar verdikləri iddialar üzrə iddiaçılar dövlət rüsumundan azad edilir. Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 8.1.1-ci maddəsinə əsasən iddianın qiyməti 1000 manatadək olduqda məhkəməyə ödənilməli olan dövlət rüsumunun məbləği 30 manat olmalıdır. Hazırda iddia tələbinin təmin edilən hissəsi 327,91 manat olduğundan 30 manat dövlət rüsumu cavabdehdən tutularaq Dövlət büdcəsinə ödənilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220-ci və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə, QƏT ETDİ: İddia tələbi qismən təmin edilsin. Cavabdeh "xxxx" ASC tərəfindən abonent kodu abonent kodu **********00556 olan ünvan 1 ünvanında X1yə görə hesablanmış 327,91 manat borc silinsin. İddia tələbi qalan hissədə rədd edilsin. İddianın verilməsinə görə 30 manat dövlət rüsumu cavabdeh "xxxx" ASC-dən tutularaq Dövlət büdcəsinə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə (“Elektron məhkəmə” informasiya Sistemində yaradılan elektron kabinetdən istifadə edilməklə) Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Elçin Kazımov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar