Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(060)-3852/2023 12.07.2023 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ X6 Fikrət qızının sədrliyi Məhkəmə iclas katibi Vəlixanova Pəri Murtuza qızının katibliyi, İddiaçı və cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi X4 iştirakları ilə İddiaçı cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətinə qarşı «istehlakçının hüquqlarının müdafiəsi tələbinə dair» iddia ərizəsi üzrə mülki işə Sumqayıt şəhərində açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, xx.xx.2016-cı il tarixli AN-İ №0561418 saylı alqı-satqı müqaviləsinə əsasən xx.xx.2016-cı il tarixindən onun xüsusi mülkiyyətində olan Sumqayıt şəhəri, 1-ci mkr, 7/5 saylı evin, 12 saylı mənzilinin **********00222 saylı abonent kodunun onun adına rəsmiləşdirilməsinin cavabdeh Azərişıq ASC-nin üzərinə öhdəlik qoyulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia ərizəsinə dəqiqləşmə verərək, ona məxsus Sumqayıt şəhəri, 1-ci mkr, 7/5 saylı evin, 12 saylı mənzilinin **********00222 saylı abonent koduna enerji sərfıyyatına görə əsassız olaraq hesablanmış 708 (yeddi yüz səkkiz) manat 03 (üç) qəpik borc əsassız olduğu üçün silinməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddia tələbini onunla əsaslandırmışdır ki, xx.xx.2022-ci il tarixində cavabdeh orqan "xxxx" ASC-nə rəsmi məktub ilə müraciət edərək xx.xx.2016-cı il tarixli AN-İ № ******* saylı alqı-satqı müqaviləsinə əsasən Sumqayıt şəhəri, 1-ci mkr, ev 7/5, mənzil 12 ərazisində yerləşən ümumi sahəsi 62.8 kv metr olan mənzil onun xüsusi mülkiyyətindədir. Həmin mənzilin abonent kodunun onun adına rəsmiləşdirilməsi ilə bağlı X7 Cəmiyyətinin yerli qurumlarına müraciət etməyinə baxmayaraq əvvəlki abonentin borcu olduğuna görə həmin abonent kodunun onun adına rəsmiləşdirilmədiyini bildirmiş və istifadəsində olan Sumqayıt şəhəri, 1-ci mkr, ev 7/5, mənzil 12 ərazisində yerləşən ümumi sahəsi 62.8 kv.metr olan mənzilin **********00222 saylı abonent kodunun onun adına rəsmiləşdirilməsi ilə bağlı qanunvericiliyə uyğun tədbir görülməsini və bu barədə ona rəsmi məlumat verilməsini xahiş etmişdir. Cavabdeh orqan tərəfindən xx.xx.2022-ci il tarixdə ona ünvanlanmış məktubda qeyd olunur ki, ünvan 1ləşən yaşayış sahəsinin abonent kodunda ad dəyişmə edilməsi ilə bağlı "xxxx" ASC-yə daxil olmuş müraciətinə (xx.xx.2022- ci il tarixli, V-2006- 126 nömrəli) Müştəri xidmətləri idarəsində baxılmışdır. Məlumat üçün bildirir ki, "xxxx" ASC-nin elektron məlumat bazasındakı abonent kodunda ad dəyişmə edilməsi AR-sı Nazirlər Kabinetinin 2005-ci il 2 fevral tarixli 18 nömrəli Qərarı ilə təsdiq olunmuş "X2 Qaydaları" ilə tənzimlənir. Təqdim edilmiş sənədlər Səhmdar Cəmiyyət tərəfindən yoxlanıldıqdan sonra abonet koduna hesablanmış borc olmadığı halda müraciət təmin edilir. Ərizəsində qeyd etdiyi məsələ "xxxx" ASC-nin elektron məlumat bazasında araşdırılmışdır. Araşdrıma zamanı məlum olmuşdur ki, sözügedən yaşayış sahəsi **********00222 nömrəli abunə kodu ilə qeydiyyatdadır və həmin kod üzrə əvvəlki dövürdə istehlak edilmiş lakin dəyəri ödənilməmiş dondurulmuş borc mövcuddur. Nəzərə çatdırır ki, dondurulmuş borcların ödənişi yalnız abunə kodlarında ad dəyişmə edilən zaman və ya borcun olmamasına dair arayış tələb olunan zaman vətəndaşlar tərəfindən təmin edilir. Qeyd olunanları nəzərə alaraq bildirir ki, sözügedən ünvana məxsus **********00222 nömrəli abunə kodu üzrə dəyəri ödənilməmiş dondurulmuş borcun ödənişi təmin edildikdən sonra, reqlamentə uyğun təqdim edəcəkləri sənədlər əsasında müraciətinə yenidən baxılacaqdır. Hesab edir ki, cavabdeh orqanın imtinası əsassızdır. Cavabdeh təşkilatın gətirdiyi arqumenti əsassız hesab edir. Belə ki, xx.xx.2016-cı il tarixindən Sumqayıt şəhəri, 1-ci mkr, ev 7/5, mənzil 12 ərazisində yerləşən ümumi sahəsi 62,8 kv metr olan mənzil xüsusi mülkiyyətindədir. Belə ki, mənzilin sahibinin dəyişməsinə baxmayaraq həmin mənzilə verilmiş abonent kodu yeni istifadəçi olaraq onun adına dəyişdirilməmişdir. Buna görə də o, cavabdeh təşkilata müraciət edərək istifadəsində olan mənzilə verilmiş abonent kodunun keçmiş istifadəçinin adından öz adına dəyişdirilməsini xahiş etmişdir. Lakin cavabdeh təşkilat onun istifadəsində olan mənzildə elektrik enerjisi borcunun olmasını bəhanə gətirərək abonent kodunda onun adına dəyişdirilməsindən imtina etmişdir. Nəzərə alınmalıdır ki, cavabdeh tərəfindən edilən imtina etimat hüququnun qorunması və formal tələblərdən sui-istifadənin qadağan olunması prinsipinə ziddidir. Məhkəmədə İddiaçı eyni məzmunlu izahat verərək, ərizənin təmin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmədə cavabdehin nümayəndəsi S.R.Əhmədov iddia tələbini qəbul etməyərək bildirdi ki, 31 may 2006-cı il tarixdə iddiaçının köhnədən qalmış qaçqın borcu olan 708,33 manat dondurulmuşdur. Həmin borc iddiaçıdan tələb olunmasada mənzilin alqı-satqısı, sayğacın ada keçirilməsi kimi hallarda problem yaradır. Bu zaman borcun ödənilməsi vətəndaşdan tələb olunur. Qətnamə çıxarılarkən göstərilənləri nəzərə almağı məhkəmədən xahiş etdi. Məhkəmə tərəflərin izahatlarını dinləyib, hesab edir ki, iddia tələbi təmin edilməlidir. İşə əlavə olan Əmlak Məsələləri Dövlət Xidməti DƏDK və Reyestri Publik Hüququ şəxsi hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən RX seriyalı, №0992552 saylı Çıxarışdan görünür ki, Sumqayıt şəhəri, 1-ci mikrorayon, 7/5 saylı evin, 12 saylı mənzil 23 dekabr 2016-cı il tarixdə iddiaçı G.V.Vəliməmmədovanın mülkiyyətindədir. İş materiallarında olan AZ-İ № 019004 saylı, 09 iyun 2017-ci il tarixli “Adın, Ata adının və soyadının dəyşidirilməsi haqqında şəhadətnamə”nin surətindən görünür ki, X1 “Məmmədli”yə dəyişdirmişdir. İş materiallarında olan xx.xx.2023-cü il tarixli Abunə haqqında saldodan müəyyən edilir ki, iddiaçıya məxsus Sumqayıt şəhəri, 1-ci mikrorayon, 090 saylı evin, 0222 saylı mənzilin enerji sərfıyyatına görə 31 dekabr 2016-cı il tarixinə orta sərfiyyat əsasında ümumilikdə 708 (yeddi yüz səkkiz) manat 33 (otuz üç) qəpik qaçqın borcu qalmışdır. Məhkəmə araşdırması zamanı iş materiallarından və tərəfin izahatından müəyyən olunmuşdur ki, cavabdeh tərəfindən iddiaçıya məxsus Sumqayıt şəhəri, 1-ci mikrorayon, 7/5 saylı evin, 12 saylı mənzilin (**********00222) ünvanına 31 dekabr 2016-cı il tarixinə orta sərfiyyat əsasında ümumilikdə 708 (yeddi yüz səkkiz) manat 33 (otuz üç) qəpik qaçqın borcu hesablanmışdır. İddiaçı həmin borcun silinməsini xahiş etmişdir. Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 2 fevral 2005-ci il tarixli 18 №li qərarı ilə təsdiq olunmuş “X2 Qaydaları”nın 8.2-ci bəndində göstərilmişdir ki, elektrik enerjisinə görə hesablaşmalar uçot cihazlarının hesablaşma dövründəki göstərişlərinə əsasən aparılır. Bir qayda olaraq, hesablaşma dövrü 1 ay qəbul olunur. Enerji təchizatı müəssisəsi istehlakçıya verdiyi elektrik enerjisinin dəyərini yalnız sayğacın göstəricilərinə əsasən tam hesablamalı və hər ay istehlakçıya məlumat (hesab) təqdim etməlidir (göndərməlidir). İstehlakçı tərəfindən elektrik enerjisinin hesabı tam ödənildikdən sonra, enerji təchizatı müəssisəsi tərəfindən yol verilmiş səhvə görə düzgün hesablanmamış elektrik enerjisinin dəyərini enerji təchizatı müəssisəsi istehlakçı tərəfindən ödənilməsini tələb edə bilməz. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2005-ci ilin 02 fevral tarixli, 18 nömrəli qərarı ilə təsdiq edilmiş “X2 Qaydaları”nın 7.9-cu maddəsində nəzərdə tutulur ki, məişət abonentinin elektrik enerjisi sərfinə görə hesablanması üçün, yaşayış binalarındakı hər bir mənzil üzrə hesablaşma elektrik sayğacı quraşdırılmalıdır. Qaydaların 7.2-ci bəndində göstərilir ki, dövlət elektroenergetika müəssisəsinin, enerjitəchizatı müəssisəsinin, müstəqil enerji istehsalçısının, abonentin və subabonentin şəbəkələrinə elektrik enerjisinə görə hesablaşma uçot cihazları olmayan elektrik qurğularının qoşulmasına yol verilmir. Qaydaların 7.9-cu bəndinə görə məişət abonentinin elektrik enerjisi sərfinə görə hesablaşması üçün hər bir yaşayış sahəsi, o cümlədən yaşayış binalarındakı hər bir mənzil üzrə hesablaşma elektrik sayğacı quraşdırılır. Həmçinin yaşayış binalarında ümumi məqsədlərə-pilləkənlərin işıqlandırılmasına, liftlərin, nasosların işləməsinə və s. sərf edilən elektrik enerjisinə görə hesablaşmaq üçün hesablaşma elektrik sayğacı quraşdırılır. Kommunal mənzildə elektrik enerjisi sərfinə görə hesablaşmalar aparmaq məqsədi ilə hər bir məişət abonenti üçün hesablaşma elektrik sayğacı quraşdırılır, həmçinin mənzilin ümumi istifadə yerlərində (dəhlizin, mətbəxin, hamamın və s.) elektrik enerjisi sərfini müəyyənləşdirmək üçün ayrıca hesablaşma elektrik sayğacı quraşdırılır. Fiziki şəxs olan istehlakçıların sayğaclarla təchiz edilməsi, onların quraşdırılması və dəyişdirilməsi enerji təchizatı müəssisəsinin hesabına həyata keçirilir. Qaydaların 7.10-cu bəndinə görə istismarda olan yaşayış binalarında məişət abonentlərinin mənzillərindəki hesablaşma elektrik sayğacları enerjitəchizatı müəssisəsi tərəfindən öz vəsaiti hesabına çıxarılaraq, yaşayış binalarının girişində, yaxud pilləkən meydançalarında quraşdırıla bilər. Yeni yaşayış binalarında mənzillər üzrə məişət abonentlərinin hesablaşma elektrik sayğacları yaşayış binalarının girişində, yaxud pilləkən meydançalarında quraşdırılmalıdır. Bu hesablaşma elektrik sayğacları kənardan müdaxilə imkanı olmayan elektrik lövhəsində quraşdırılmalıdır. Qaydaların 7.11-ci bəndinə görə yaşayış binalarının girişində, yaxud pilləkən meydançalarında quraşdırılmış mənzillər üzrə hesablaşma elektrik sayğaclarının, o cümlədən üzərindəki plombların qorunmasına və işçi vəziyyətdə saxlanılmasına görə enerjitəchizatı müəssisəsi cavabdehlik daşıyır. Enerjitəchizatı müəssisəsi yaşayış binalarının girişində, yaxud pilləkən meydançalarında quraşdırılmış mənzillər üzrə hesablaşma elektrik sayğaclarının göstərişlərinə baxış keçirilməsi üçün məişət abonentlərinə şərait yaratmağa borcludur. Qaydaların 8.2-ci bəndində göstərilmişdir ki, elektrik enerjisinə görə hesablaşmalar uçot cihazlarının hesablaşma dövründəki göstərişlərinə əsasən aparılır. Bir qayda olaraq, hesablaşma dövrü 1 ay qəbul olunur. Enerji təchizatı müəssisəsi istehlakçıya verdiyi elektrik enerjisinin dəyərini yalnız sayğacın göstəricilərinə əsasən tam hesablamalı və hər ay istehlakçıya məlumat (hesab) təqdim etməlidir (göndərməlidir). İstehlakçı tərəfindən elektrik enerjisinin hesabı tam ödənildikdən sonra, enerji təchizatı müəssisəsi tərəfindən yol verilmiş səhvə görə düzgün hesablanmamış elektrik enerjisinin dəyərini enerji təchizatı müəssisəsi istehlakçı tərəfindən ödənilməsini tələb edə bilməz. Qaydaların 8.4-cü bəndinə əsasən enerjitəchizatı müəssisəsi istehlakçıdan yalnız istifadə olunmuş elektrik enerjisinə görə ödəniş alır, digər ödənişlərin, o cümlədən bu Qaydaların 3.5-ci bəndinə uyğun olaraq istehlakçıya məxsus elektrik qurğularına gərginlik verilməsinə görə ödənişin alınmasına yol verilmir. Qanunun tələbindən görünür ki, istehlakçı kimi iddiaçıdan istifadə etmədiyi enerjiyə görə haqq tələb edilə bilməz. Qaydaların 9.1-ci bəndinə əsasən istehlakçı sərəncamındakı elektrik qurğularının texniki vəziyyətinə, təhlükəsizlik texnikası qaydalarına əməl olunmasına və düzgün istismarına, elektrik enerjisindən səmərəli istifadəsinə, elektrik enerjisi sərfi üzrə müqavilə göstəricilərinin və rejimlərin yerinə yetirilməsinə, sərf edilmiş elektrik enerjisi haqqının vaxtında ödənilməsinə, elektrik enerjisinin keyfiyyətinin təmin olunmasına və mövcud qaydalara uyğun olaraq operativ intizama riayət edilməsinə, həmçinin “Dövlət Enerjinəzarət” İdarəsinin nümayəndələrinin tələbnamələrinin vaxtında icra olunmasına görə məsuliyyət daşıyır. Qaydaları”nın 9.10-cu bəndinə uyğun olaraq istehlakçı sərf etdiyi elektrik enerjisinin haqqının vaxtında, müəyyən edilmiş tarif qiymətinə uyğun tam həcmdə ödənilməsini təmin etməlidir. “Sahibkarlıq fəaliyyəti ilə əlaqədar işlərə baxılarkən məhkəmələr tərəfindən qanunvericiliyin ümumi təcrübəsinin bəzi məsələləri haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 mart 2003-cü il tarixli 3 N-li qərarında göstərilir ki, vaxtaşırı (aylıq, rüblük və s.) icra edilməli öhdəliklər üzrə iddia müddəti hər bir ödəmə üçün ayrılıqda hesablanmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 405.1-ci maddəsinə əsasən, tərəflər müqavilənin bütün mühüm şərtləri barəsində tələb olunan formada razılığa gəldikdə müqavilə bağlanmış sayılır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 567-ci maddəsinə görə, alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373.3-cü maddəsinə əsasən vaxtaşırı icra edilməli öhdəliklərdən irəli gələn tələblər üzrə iddia müddəti üç ildir. Azərbaycan Respublikası Prezidentinin 2004-cü il 1 iyul tarixli 298 nömrəli Sərəncamının 3-cü bəndinə əsasən, sıx məskunlaşma yerlərində müvəqqəti məskunlaşmış məcburi köçkünlərin istehlak etdikləri kommunal xidmət xərcləri (elektrik enerjisi, təbii qaz, su və məişət tullantılarının daşınması) dövlət tərəfindən ödənilir. Məhkəmə hesab edir ki, iddiaçıya məxsus mənzilə 2016-cı il tarixdən hesablanmış 708,33 manat borc silinməlidir. Məhkəmə qeyd edir ki, sadalanan maddi hüquq normalarına görə hazırkı mübahisə üzrə zərərin ödənilməsi üçün aşağıdakı hüquqi əsaslar müəyyən edilməlidir: zərərin mövcud olması, zərərin qanunsuz hərəkət və yaxud hərəkətsizlik nəticəsində, o cümlədən iddiaçının qanunsuz hərəkətləri nəticəsində vurulması, zərərlə qanunsuz hərəkət və yaxud hərəkətsizlik arasında səbəbli əlaqənin olması, zərər vuran şəxsin təqsirli olması. Bu əsaslar müəyyən olunmadan iddiaçının üzərinə zərərin ödənilməsi öhdəliyi qoyula bilməz. Azərbaycan Respublikasının “Dövlət rüsumu haqqında” Qanunun 9.1.5-ci maddəsinə əsasən, istehlakçıların hüquqlarının pozulması ilə əlaqədar verdikləri iddiaları üzrə iddiaçılar dövlət rüsumu ödəməkdən azad olunurlar. Məhkəmə prosesi zamanı müəyyən edildi ki, iddiaçı tərəfindən tələb edilən borc mənzilin köhnə sakinindən yaranan borcdur, həmin borc 2016-cı ilədək yaranmışdır, odur ki, hesablanmış 708,33 manat məbləğində borc əsassız olduğu üçün silinməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 106-cı maddəsinə əsasən, işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 80-ci maddəsinə əsasən, məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217-ci maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Məcəlləsinin 405, 567-ci və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə, Q Ə T E T D İ: İddia təmin edilsin. Cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyəti tərəfindən İddiaçı məxsus Sumqayıt şəhəri, 1-ci mikrorayon, 7/5 saylı evin, 12 saylı mənzilinin (abunə kodu **********00222) ünvanına enerji sərfıyyatına görə əsassız olaraq hesablanmış 708 (yeddi yüz səkkiz) manat 33 (otuz üç) qəpik borc əsassız olduğu üçün silinsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) verilə bilər. Sədrlik edən: Gülnarə Tağızadə
Məhkəmə qərarları › İş №2(060)-3852/2023
Sumqayıt Şəhər Məhkəməsi Qətnamə — İş №2(060)-3852/2023
12.07.2023 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver