Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(060)-3867/2024 04.09.2024 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ X2 Behbudovanın sədrliyi, Rəşad Mehman oğlu Məmmədlinin katibliyi, İddiaçı və cavabdeh "xxxx" ASC-nin nümayəndəsi Nümayəndə iştirakları ilə, İddiaçı cavabdeh "xxxx" ASC-yə qarşı “əsassız hesablanmış borcun silinməsi” barədə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyənetdi: İddiaçı cavabdeh "xxxx" ASC-nə qarşı “əsassız hesablanmış borcun silinməsi” tələbinə dair iddia ərizəsi ilə Sumqayıt Şəhər Məhkəməsinə müraciət edərək, məhkəmədən cavabdeh "xxxx" ASC tərəfindən xüsusi mülkiyyət hüququ ilə ona məxsus olan Sumqayıt şəhəri, 16-cı mkr, ev 75B, dair elektrik enerjisindən istifadəyə görə əsassız olaraq hesablanmış 1189,25 manat məbləğində borcun silinməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsini onunla əsaslandırmışdır ki, o, illərdir ki, ünvan 1 ünvana dair elektrik enerjisindən istifadəyə görə aylıq sərf etdiyi elektrik enerjisinə görə ödənişləri vaxtlıvaxtında etmişdir. Bildirir ki, ona məxsus olan yuxarıda qeyd etdiyi ünvanda işıq sayğacının oğurlanmış və bununla əlaqədar olaraq, müəyyən edən vaxt o, Sumqayıt Şəhər ŞPİ-nin 1-ci polis bölməsinə şikayət yazaraq ona məxsus olan həyət evindən elektrik sayğacının naməlum şəxs və ya şəxslər tərəfindən oğurlandığını, həmin oğurluq hadisəsini törədən şəxslərin müəyyən edilərək barələrində qanuni tədbirlərin görülməsini xahiş etmiş və ona xx.xx.2024-cü il tarixli, 988 nömrəli məktubla ona cavab olaraq bildirmişlər ki, araşdırılma aparılır. Daha sonra ona məlum olmuşdur ki, hansısa formada onun sayğacı ilə bağlı akt tərtib edilmiş və ona 1189.25 manat məbləğində cərimə hesablanmışdır. Qeyd edir ki, müvafiq yoxlamadan onun xəbəri olmamışdır. Gələrək yoxlamanı nə vaxt keçirtmiş, nə zaman cərimə yazmasını bilmir. Ona bu barədə heç bir rəsmi bildiriş, xəbərdarlıq və sair gəlməmişdir. Yoxlama keçirildiyini də bilmir. Yuxarıda da bildirdiyi ki, ortada oğurlanmış sayğac vardır. Həmin sayğac da onun həyət evinin darvazasından çöldə - hər kəsin rahat şəkildə müdaxilə edə biləcəyi və oğurlaya biləcəyi və onun da hər saat hər dəqiqə həmin sayğaca nəzarət etmə imkanı yoxdur. Abonentin saldosundan da göründüyü kimi akt üzrə hesablanmış işıq cərimə borcu 1189,25 manat təşkil edir. Bu gün də nə üçün qanunsuz akt əsasında yazılmış cərimə borcuna görə əziyyət çəkməli və məsuliyyət daşımalıdır. Məhkəmə iclasında iştirak edən İddiaçı izahat verərək məhkəmədən iddia tələbinin təmin olunması barədə qətnamə qəbul edilməsini xahiş etdi. Əlavə olaraq qeyd etdi ki, bələdiyyə daimi yaşayış olub-olmaması ilə bağlı sənəd verməmişdir. Ödənişi etdikdən 4 gün sonra yoxlama gəlmişdir. Sayğacın olmamasını aşkar etmişdir. Polisə şikayət etmişdir. Ondan sonra da "xxxx" Açıq Səhmdar Cəmiyyətinin əməkdaşları dəfələrlə sayğacı dəyişmişdir. O, sayğaca əl vurmamışdır. Yeni qoyulan sayğacı da 10-15 gün işlətmişdir. "xxxx" ASC-yə getmiş, onlar da cəriməni ödəməsini bildirmişlər. Cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi Nümayəndə məhkəmədən iddia tələbinin qanunsuz və əsassız olduğu üçün təmin edilməməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Əlavə olaraq qeyd etdi ki, xx.xx.2024-cü il tarixdə "xxxx" ASC-nin əməkdaşları sayğaca baxış keçirmişdir. Sayğac yerində olmamışdır. Kabel də birbaşa qoşulmuşdur. Hesabat aparılmış, o da 365 gün müddətinə aparılmışdır. 19 aprel tarixində akt yazılmışdır. May ayının 7-də də sayğac quraşdırılmışdır. Ən son 81.36 manat hesablanmışdır. Qəbul edilən qərarı isə məhkəmənin mülahizəsinə buraxdığını bildirdi. Məhkəmə İddiaçı və cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi Nümayəndə izahatlarını dinləyib, iş materiallarını araşdırıb, məhkəmə baxışında tədqiq edilən sübutlara məcmu halda qiymət verərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia tələbi qismən təmin edilməlidir. İş materiallarında olan: Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi Sumqayıt Şəhər Polis İdarəsi 1-ci Polis Bölməsi tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli, 988 nömrəli arayışdan görünür ki, İddiaçı xx.xx.2024-cü il tarixdə Sumqayıt ŞPİ-nin 1-ci PB-nə yazmış olduğu şikayət ərizəsində göstərmişdir ki, ona məxsus həyət evinin elektrik sayğacını naməlum şəxs və ya şəxslər tərəfindən oğurlandığını, həmin oğurluq hadisəsini törədən şəxslərin müəyyən edilərək barələrində qanuni təbdir görülməsini xahiş etmişdir. Faktla əlaqədar Sumqayıt ŞPİ-nin 1-ci PB-də təhqiqat araşdırması aparılır. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən verilmiş çıxarışdan görünür ki, Sumqayıt şəhəri, 16-cı mikrorayon, ev 75B ünvanında yerləşən fərdi yaşayış evi xüsusi mülkiyyət hüququ əsasında İddiaçı adına tam payda ********** qeydiyyat nömrəsi ilə xx.xx.2023-cü il tarixdə rəsmiləşdirilmişdir. Abunə haqqında məlumatdan görünür ki, iddiaçı yaşadığı Sumqayıt şəhəri, 16-cı mikrorayon, ev(Bina):0190, mənzil:0311 ünvanında yerləşən mənzildə istifadə etdiyi elektrik enerjisinin dəyərini vaxtında ödəmişdir. "xxxx" ASC tərəfindən tərtib edilmiş 19 aprel 2024-cü il tarixli, 001164 nömrəli aktdan görünür ki, məişət abonentinə məxsus elektrik sayğacının yerində yoxdur. İşlədiciləri qidalandıran kabel xəttinin şəbəkəyə bir-başa qoşulmuşdur. Kabel xəttindən axan yük onlar tərəfindən ölçülmüşdür. "xxxx" ASC-nin Akt komissiyasının sədri tərəfindən tərtib olunmuş əhali istehlakçılar qrupuna aid olan abonentlərin uçot komplektlərinə dair satış sahələri üzrə və texniki sahələr üzrə tələblərinə aid cədvəldən görünür ki, X1 Sumqayıt RETSİ, Sumqayıt şəhəri ünvanında yerləşən **********00311 saylı sayğacına baxış keçirilən zaman məişət abonentinə məxsus elektrik sayğacının yerində olmaması, işlədiciləri qidalandıran kabel xəttinin şəbəkəyə bir-başa qoşulması qüsuları aşkar olunmuş, 1189,25 (bir min yüz səksən doqquz manat iyirmi beş qəpik) manat hesabat aparılmış və fərdi yaşayış evinə elektrik sayğacının quraşdırılması qərara alınmışdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2005-ci ilin 02 fevral tarixli, 18 nömrəli qərarı ilə təsdiq edilmiş «Elektrik enerjisindən istifadə Qaydaları»nın 8.2-ci bəndinə əsasən elektrik enerjisinə görə hesablaşmalar uçot cihazlarının hesablaşma dövründəki göstərişlərinə əsasən aparılır. Bir qayda olaraq, hesablaşma dövrü 1 ay qəbul olunur. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2005-ci ilin 02 fevral tarixli, 18 nömrəli qərarı ilə təsdiq edilmiş «Elektrik enerjisindən istifadə Qaydaları»nın 8.4-cü bəndinə əsasən enerji təchizatı müəssisəsi istehlakçıdan yalnız istifadə olunmuş elektrik enerjisinə görə ödəniş alır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2005-ci ilin 02 fevral tarixli, 18 nömrəli qərarı ilə təsdiq edilmiş «Elektrik enerjisindən istifadə Qaydaları»nın 8.2-ci bəndinə əsasən elektrik enerjisinə görə hesablaşmalar uçot cihazlarının hesablaşma dövründəki göstərişlərinə əsasən aparılır. Bir qayda olaraq, hesablaşma dövrü 1 ay qəbul olunur. Azərbaycan Respublikası «Elektroenergetika haqqında» qanununun 11-ci maddəsinə əsasən, enerci təchizatı müəssisəsi istehlakçıya verdiyi elektrik enercisinin dəyərini yalnız sayğacın göstəricilərinə əsasən tam hesablamalıdır və hər ay istehlakçıya məlumat təqdim etməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2005-ci ilin 02 fevral tarixli, 18 nömrəli qərarı ilə təsdiq edilmiş «Elektrik enerjisindən istifadə Qaydaları»nın 9.10-cu maddəsinə əsasən, istehlakçı sərf etdiyi elektrik enercisinin haqqının vaxtında, müəyyən edilmiş tarif qiymətinə uyğun tam həcmdə ödənilməsini təmin etməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2005-ci ilin 02 fevral tarixli, 18 nömrəli qərarı ilə təsdiq edilmiş «Elektrik enerjisindən istifadə Qaydaları»nın 7.11-ci maddəsinə əsasən, Yaşayış evlərinin hasarının xarici tərəfində (hasar olmadıqda evin fasadında), yaşayış binalarının girişində, yaxud pilləkən meydançalarında quraşdırılmış mənzillər üzrə hesablaşma elektrik sayğaclarının, o cümlədən üzərindəki plombların qorunmasına və işçi vəziyyətdə saxlanılmasına görə enerjitəchizatı müəssisəsi cavabdehlik daşıyır. Enerjitəchizatı müəssisəsi yaşayış evlərinin hasarının xarici tərəfində (hasar olmadıqda evin fasadında), yaşayış binalarının girişində, yaxud pilləkən meydançalarında quraşdırılmış mənzillər üzrə hesablaşma elektrik sayğaclarının göstərişlərinə baxış keçirilməsi üçün məişət abonentlərinə şərait yaratmağa borcludur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 560.3.2-ci maddəsinə əsasən şəxsin öz vəzifələrini kobudcasına pozmasına baxmayaraq hüquqlarının həyata keçirməsi hüquqdan sui-istifadə hesab edilməlidir. Həmin maddəyə əsasən hüquqdan sui-istifadə yolverilməzdir. Həmin Məcələnin 425-ci maddəsinə əsasən öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Həmin Məcələnin öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Məhkəmə hesab edir ki, iddiaçının ünvanına cavabdeh tərəfindən 1189,25 manat borc hesablanmışdır. Həmin akt yoxlama zamanı məişət abonentinə məxsus elektrik sayğacının yerində olmaması, işlədiciləri qidalandıran kabel xəttinin şəbəkəyə bir-başa qoşulması halı aşkar edildiyi üçün tərtib edilmişdir. Lakin işin araşdırılan hallarına əsasən sayğacın məhz onun tərəfindən götürülməsi və işlədicilərin kabel xəttinin şəbəkəyə birbaşa qoşulmasının onun tərəfindən edilməsi təsdiq edilmir. Buradan aydın olur ki, həmin sayğaca nəzarət edilməsi, işlək vəziyyətdə saxlanılması cavabdehin vəzifəsi olduğu üçün iddiaçının qanuna zidd hərəkəti sübuta yetirilmir. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, mənzilə elektrik hesabat sayğacının işlədiciləri qidalandıran kabel xəttinin şəbəkəyə bir-başa qoşulması halı məhz sayğacın yerində olmaması (oğurlanması) ilə bağlı olmuş, sayğacın oğurlanması faktı polis orqanı təsdiq etmiş, cavabdeh isə bu halı inkar etməyərək akt tərtib etmişdir. Belə ki, Nazirlər Kabinetinin yuxarıda qeyd olunan müvafiq qərarına da əsasən sayğaca nəzarət edilməsi və onun işlək vəziyyətdə saxlanılması iddiaçının deyil, cavabdeh təşkilatın üzərinə düşür. Belə olan halda mənzilə elektrik hesabat sayğacının olmaması halında iddiaçı tərəfindən edilməsi, iddiaçının təqsiri ucbatından olması sübuta yetirilməmiş, sayğacda olan nasazlıqlara görə məsuliyyət daşımadığından iddia tələbi qismən edilməlidir. Bu səbəbdən iddiaçının abunə hesabına yazılmış borc məbləği əsassız olmaqla bərabər, onun təqsiri nəticəsində baş verməsi müəyyən edilmir. Ona görə də məhkəmə iddianın qismən əsaslı olması qənaətinə gəlir.İddiaçının bir başa qoşulma halı nəticəsində istifadə etdiyi elektrik enerjisinə görə enerji dəyəri üçün müddət Nazirlər Kabinetinin qərarına istinad edilməklə qismən təmin edilməlidir. Qeyd olunan normaların tələbinə və işin məhkəmə iclasında müəyyən edilmiş hallarına əsasən məhkəmə hesab edir ki, iddia tələbi qismən təmin edilərək, İddiaçı məxsus Sumqayıt şəhəri, 16-cı mikrorayon, ev 75B (saldo üzrə Sumqayıt şəhəri, 16-cı mikrorayon, ev(Bina):0190, mənzil:0311) ünvanında elektrik enerjisindən istifadəyə görə cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyəti tərəfindən hesablanmış 1149,25 (bir min yüz qırx doqquz manat iyirmi beş qəpik) manat məbləğində borc **********00311 saylı abunə hesabından silinməli, iddia tələbi qalan hissədə təmin edilməməlidir. Azərbaycan Respublikası MPM-nin 124.1-ci maddəsinə əsasən işə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərclər və iddiaçının ödəməkdən azad edildiyi dövlət rüsumu, iddia tələblərinin təmin edilmiş hissəsinə mütənasib olaraq dövlət mədaxilinə cavabdehdən alınır. Məhkəmə cavabdehdən dövlət rüsumunun alınması məsələsinə qiymət verərək hesab edir ki, iddia qiyməti 1.000 manatdan 10.000 manatadək olduqda, cavabdehdən dövlət mədaxilinə 30 manat + 1.000 manatdan yuxarı olan iddia qiymətinin 1 faizi məbləğində dövlət rüsumu alınmalıdır. Belə ki, «Dövlət rüsumu haqqında» Azərbaycan Respublikası Qanununun 9.1.5-ci maddəsinə əsasən, istehlakçıların hüquqlarının pozulması ilə əlaqədar verdikləri iddialar üzrə iddiaçılar dövlət rüsumu ödəməkdən azad olunurlar. Həmin Qanunun 9.4-cü maddəsinə əsasən iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq cavabdehdən tutularaq dövlət büdcəsinə köçürülür. Azərbaycan Respublikası MPM-nin 14-cü maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Yuxarıda göstərilənlərinə əsasən və Azərbaycan Respublikası MPM-in 216-220, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi : İddia tələbi qismən təmin edilsin. İddiaçı məxsus Sumqayıt şəhəri, 16-cı mikrorayon, ev 75B (saldo üzrə Sumqayıt şəhəri, 16-cı mikrorayon, ev(Bina):0190, mənzil:0311) ünvanında elektrik enerjisindən istifadəyə görə hesablanmış 1149,25 (bir min yüz qırx doqquz manat iyirmi beş qəpik) manat məbləğində borc **********00311 saylı abunə hesabından silinsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətindən 31,49 (otuz bir manat qırx doqquz qəpik) manat dövlət rüsumu alınaraq Azərbaycan Respublikasının Dövlət Büdcəsinə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə (MPM-nin 361-363-cü maddələrinə və əlavə 2 uyğun olaraq) elektron qaydada apellyasiya şikayəti verilə bilər. Hakim Aynur Behbudova
Məhkəmə qərarları › İş №2(060)-3867/2024
Sumqayıt Şəhər Məhkəməsi Qətnamə — İş №2(060)-3867/2024
04.09.2024 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver