Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(060)-3891/2021 23.06.2021 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim İsmayılov Azər İbrahim oğlunun sədrliyi, Əliyev Orxan Elşən oğlunun katibliyi, İddiaçı, Cavabdehin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı Cavabdeh İB-nə qarşı “əsassız hesablanmış borcun silinməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh İB-nə qarşı “əsassız hesablanmış borcun silinməsi” tələbinə dair iddia ərizəsi ilə Sumqayıt şəhər Məhkəməsinə müraciət edərək, Cavabdeh ASC tərəfindən yaşayış sahəsi 17.04 kv.m, yardımçı sahə 13.2 kv.m olan Sumqayıt şəhəri, 34-cü məhəllə, 6/19 saylı evin, 27 saylı mənzilinə qaz sərfiyyatından istifadəyə görə əsassız olaraq akta əsasən hesablanmış 216 manat məbləğində debitor borcun və 185.73 manat sayğacın dəyərinin, ümumilikdə 403.23 manat borcun silinməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı məhkəmə iclasında iddia tələbini müdafiə edərək onunla əsaslandırdı ki, yaşayış sahəsi 17.04 kv.m, yardımçı sahə 13.2 kv.m olan Sumqayıt şəhəri, 34-cü məhəllə, 6/19 saylı evin, 27 saylı mənzili ona məxsusdur. İstifadə etdiyi qaz sayğacına görə olan ödənişləri vaxtlı-vaxtında ödəmişdir və bütün ödənişlərin qəbzləri mövcuddur. Hal-hazırda mənzildə yaşayış yoxdur. Heç bir borcunun olmamasına baxmayaraq, cavabdeh təşkilat tərəfindən əsassız olaraq həmin ünvan üzrə sayğaca müdaxiləyə görə 217.50 manat debitor borc hesablanmışdır. Məhkəmənin nəzərinə çatdırır ki, Cavabdeh İB Qaz sayğaclarının yoxlanılması barədə 13 noyabr 2020-ci il tarixli, № MSK -29/1710-03854-1 nömrəli akt tərtib olunmuş və qaz sayğacına müdaxilə olunduğu müəyyən edilmişdir. Lakin, qaz sayğacı blokun girişində, mənzildən çöldə yerləşir və ona heç bir müdaxilə edilməmişdir. Həmin sayğaca görə o, istehlakçı kimi məsuliyyət daşımır. ”Cavabdeh” İB Sumqayıt QİS 01/01MS11-707 nömrəli, 03.06.2021-ci il tarixli “Sayğacın Dövlət yoxlamasının bildirişində müdaxiləyə görə 185.73 manat sayğacın dəyərinin onun tərəfindən ödənilməsini tələb edir. O, hesab edir ki, cavabdehin bu tələbi qanunsuz və əsassızdır. Eyni zamanda Cavabdeh İB təbii X2nın pozulması haqqında 13.11.2020-ci il tarixdə, ******* nömrəli akt tərtib etmişdir. Cavabdeh təşkilat qeyri müəyyən yollarla onun istifadəsində olan yaşadığı mənzilə qanunsuz olaraq 216 manat məbləğində hesablama aparmışdır. Cavabdeh İB qaz təcihzatı müəssiəsi istehlakçıdan yalnız istifadə olunmuş qaza görə ödəniş alır. Cavabdeh təşkilat isə ondan istifadə etmədiyi qaza görə ödəniş tələb edir. Hesab edir ki, əsassız olaraq cavabdeh tərəfindən borc hesablanmışdır. Qeyd edilənlərə əsasən iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etdi. Cavabdeh İB-nin nümayəndəsi X3 məhkəmə iclasında iddia tələbini qəbul etməyərək iddianın rədd edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə proses iştirakçılarını dinləyib, iş materiallarını hərtərəfli araşdırıb hesab edir ki, aşağıda qeyd olunan əsaslara görə iddia tələbi təmin edilməlidir. Belə ki, iş materiallarında olan Azərbaycan Respublikası ƏMDK Yanında DƏDRX tərəfindən verilmiş MA seriyalı, ******* nömrəli çıxarışın notarial qaydada təsdiq edilmiş surətindən görünür ki, Sumqayıt şəhəri, 34-cü məhəllə, 6/19 saylı evin, 27 saylı mənzili İddiaçı qızına məxsusdur. İş materiallarında olan ******* nömrəli, 13.11.2020-cu il tarixli aktın surətindən görünür ki, Sumqayıt şəhəri, 34-cü məhəllə, 6/19 saylı evin, 27 saylı mənzilindən çıxarılmış qaz sayğacı dövlət yoxlamasına göndərilmiş və verilən rəyə görə sayğacın element yuvasının qapağı alt hissədən gövdəyə birləşdirilən hissədən sınıqdır, nəticədə sayğac ALARM-1 rejimindədir. Klapanı bağlıdır. Kart yuvasının qapağı aşkar olunmamışdır. Sayğacın arxivi oxunmuş və sayğacda istismar müddətində 10.06.2020-ci ildə ALARM-1 rejimi aşkar olunmuşdur. İş materiallarında olan 13.11.2020-ci il tarixli dəymiş ziyanın bərpasına dair tələbnamənin surətindən görünür ki, İddiaçı qızına məxsus olan Sumqayıt şəhəri, 34-cü məhəllə, 6/19 saylı evin, 27 saylı mənzilinə 2160 m3 itirilmiş qaz sərfiyyatı hesablanmışdır. İş materiallarına əlavə edilmiş abonentin saldosundan görünür ki, Sumqayıt şəhəri, 34-cü məhəllə, 6/19 saylı evin, 27 saylı mənzilinə dair 216 manat borc hesablanmışdır. İş materiallarına əlavə edilmiş 01/01MS-11-107 nömrəli, 03.06.2021-ci il tarixli bildiriş məktubundan görünür ki, Sumqayıt şəhəri, 34-cü məhəllə, 6/19 saylı evin, 27 saylı mənzilinə müdaxilə edilmiş sayğacın dəyəri olan 185.73 manat məbləğində pulun İddiaçı qızı tərəfindən ödənilməsi tələb edilmişdir. Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 12 may 2011-ci il tarixli 80 №li qərarı ilə təsdiq olunmuş “X2”nın 1.3-cü bəndində göstərilmişdir ki, qaz paylayıcısı tərəfindən istehlakçının qazla təchiz edilməsi qazın alqı-satqı müqaviləsinə əsasən həyata keçirilir. Həmin müqaviləyə qaz paylayıcısı ilə istehlakçı arasında qazpaylayıcı şəbəkənin balans mənsubiyyəti sərhədini müəyyən edən akt əlavə edilir. Həmin Qaydaların 3.1.5-ci bəndinə görə qazdan səmərəli istifadə, qaz qurğularının etibarlı və təhlükəsiz istismar edilməsi məqsədi ilə qaz paylayıcısı istehlakçının qaz qurğusu dövlət standartlarının tələblərinə cavab vermədiyi, paylayıcının istehlakçıya verdiyi qazın sayğacla müəyyənləşdirilən hesabı istehlakçıya təqdim edildikdən (göndərildikdən) sonra bir ay müddətinə tam ödənilmədiyi və paylayıcı ilə müvafiq müqavilə bağlanılmadığı hallarda qazın verilməsinin dayandırılacağı barədə istehlakçıya yazılı bildiriş göndərməlidir. Həmin Qaydaların 4.7-ci bəndində göstərilmişdir ki, sayğacların üzərində olan plomblar kənar müdaxilələrdən qorunmaq üçün müvafiq örtüklə örtülməli (fiziki şəxs olan istehlakçıların sayğacları qaz paylayıcısı tərəfindən) və sayğac göstəricisinə sərbəst şəkildə baxılmasına imkan olmalıdır. Həmin Qaydaların 4.8-ci bəndinə görə fiziki şəxs olan istehlakçıların qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi qaz paylayıcısı, hüquqi şəxslərin qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi isə özləri daşıyırlar. Həmin Qaydaların 5.2-ci bəndinə görə qaz paylayıcısı istehlakçıya verdiyi qazın dəyərini yalnız qaz sayğacının göstəricilərinə əsasən tam hesablamalıdır və hər ay istehlakçıya hesab təqdim etməlidir (göndərməlidir). “Smart-kart” tipli qaz sayğacı olan istehlakçıya istifadə etdiyi qazın dəyəri haqqında hesabın qaz paylayıcısı tərəfindən istehlakçıya təqdim edilməsi (göndərilməsi) tələb edilmir. İstehlakçı tərəfindən qazın hesabı tam ödənildikdən sonra, qaz paylayıcısı tərəfindən yol verilmiş səhvə görə düzgün hesablanmamış qazın dəyərinin qaz paylayıcısı istehlakçı tərəfindən ödənilməsini tələb edə bilməz. Qeyd olunanlara əsasən məhkəmə belə hesab edir ki, aktda göstərilən hallar iş materialları ilə təsdiq olunmadığından və qeyd olunan akt Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 12 may 2011-ci il tarixli, 80 nömrəli qərarı ilə təsdiq olunmuş “X2”nın tələblərinin pozulması ilə tərtib olunduğundan, dəymiş ziyanın bərpasına dair tələbnamə əsasında hesablanmış 216 manat məbləğində borc və tələb edilən 185.73 manat sayğacın dəyəri olan borc silinməlidir Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə Qət etdi: İddia tələbi təmin edilsin. Sumqayıt şəhəri, 34-cü məhəllə, 6/19 saylı evin, 27 saylı mənzilinə (abunə kodu: **********00270) dəymiş ziyanın bərpasına dair tələbnamə əsasında hesablanmış 216 manat borc və 185.73 manat sayğacın dəyəri olan borc silinsin. Qətnamədən məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən bir ay müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Azər İsmayılov
Məhkəmə qərarları › İş №2(060)-3891/2021
Sumqayıt Şəhər Məhkəməsi Qətnamə — İş №2(060)-3891/2021
23.06.2021 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver