Məhkəmə qərarları › İş №2(060)-3934/2023

Sumqayıt Şəhər Məhkəməsi Qətnamə — İş №2(060)-3934/2023

12.09.2023 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(060)-3934/2023 12.09.2023 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Hüseynov Elmir Xoşbəxt oğlunun sədrliyi, Rüstəmli Aytən Kamil qızının katibliyi, İddiaçı, Cavabdehin nümayəndəsi Nümayəndə iştirakı ilə, İddiaçı Cavabdeh ASC-yə qarşı borcun silinməsi tələbinə dair mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ünvan 1 ünvanına Cavabdeh ASCtərəfindən hesablanmış 148,29 manat borcun əsassız hesab edilərək silinməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia onunla əsaslandırılmışdır ki, ünvan 2 ünvanı xüsusi mülkiyyət hüququ əsasında ölən atası X2 məxsus olmuşdur. Bu faktı Sumqayıt şəhər X1 və Mülkiyyət Hüquqlarının Qeydiyyatı İdarəsi tərəfindən verilmiş xx.xx.2001-ci il tarixli qeydiyyat vəsiqəsi təstiq edir, atası 2001-ci il sentyabr ayında ölmüşdür. Həmin vaxtdan mənzildə 4 nəfər ailə üzvü olmaqla yaşamışlar. Atasından qalan mənzil faktiki olaraq iddiaçı tərəfindən qəbul edilmişdir. Mübahisəli ünvana xx.xx.2002-ci il tarixli müqavilə əsasında Cavabdeh ASC tərəfindən su və kanalizasiya xidmətlərinin təşkili təmin edilmişdir. Həmin ünvana su sayğacı ilk dəfə xx.xx.2010-cu ildə, daha sonra isə xx.xx.2014-cü ildə quraşdırılmışdır. Ərizəsinə əlavə edilmiş abonent saldosundan da görünür ki, yaşadıqları mənzilə dair sudan istifadə üzrə ödənişlər vaxtı vaxtında və tam həcmdə ödənilmişdir. Lakin son vaxtlar gələn qəbzlərdə 148,29 manat dövrdən əvvəlki qalıq borcun olduğunu müəyyən edilmişdir, bu borcun yaranma mənbəyi barədə cavabdeh idarənin Sumqayıt bölməsinə müraciət etdikdə, şifahi şəkildə borcun köhnə borc olması, tələb edilmədiyi bildirilmişdir. Belə olan halda həmin borcun silinməsini tələb etmiş, iddiaçıya dondurulmuş borcun silinməsi üçün məhkəməyə müraciət etməli olduğu bildirilmişdir. Qeyd edir ki, yaşadıqları ünvana dair heç bir kommunal ödənişlər üzrə borcları bir aydan digər aya keçməmişdir. İşıq və qaz həmçinin sudan istifadə üzrə borcu aylıq qrafik üzrə icra etmişlər. Qeyd olunan borcun mövcudluğu onlara bəlli deyildir. Hesab edir ki, əgər bu borc doğrudan da debitor borc olsaydı, indiyədək cavabdeh təşkilat borcu rəsmi qaydada tələb edərdi. Göründüyü kimi təqdim olunan sənədlərdə borcun yaranma əsası uzun müddət göstərilsə də hal-hazırkı vaxtadək həmin borc cavabdeh təşkilat tərəfindən mübahisələndirilməmişdir. Bütün hallarda həmin borcun iddiaçıya məxsus abonent hesabında saxlanılmasını əsassız hesab edir. Ailə üzvləri olaraq yaşadıqları ünvanda işlətdikləri su sərfiyyatının dəyərini tam həcmdə ödəmişlər. Bu səbəbdən qeyd olunan borcun məhkəmə qaydasında silinməsi zərurəti yaranmışdır. Cavabdehin nümayəndəsi məhkəməyə iddia tələbinə etiraz edilməsi barədə yazılı ərizə təqdim edərək, etirazını onunla əsaslandırmışdır ki, ünvan 1 ünvanında Cavabdeh ASC-nin “Sumqayıt Sukanal” İdarəsinin abonent bazasında abonent kimi xx.xx.2002-ci il tarixdən İddiaçı adına bağlanmış müqavilə (№ ********) ilə su təchizatı və kanalizasiya xidmətlərindən istifadə olunur. Hal-hazırda həmin ünvanın su təchizatı və kanalizasiya xidmətlərindən istifadəyə görə 122,29 manat borcu qalmışdır. Qeyd olunan ünvanda xx.xx.2002-ci il tarixdə kod açılaraq 4 nəfər ailə tərkibinə görə normativ qaydada hesabat aparılmışdır. Ünvanda xx.xx.2010-cu il tarixdə sayğac quraşdırılmışdır. Qeyd olunanların nəzərə alınaraq İddiaçı əsassız olaraq hesablanmış 148,29 manat borcun silinməsi barədə iddia tələbinin rədd edilməsini xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı iddianı müdafiə edərək, ərizə ilə eyni məzmunlu izahat verdi və onun təmin olunmasını xahiş etdi. Cavabdehin nümayəndəsi məhkəmə iclasında etiraz ərizəsində göstərdiklərini müdafiə edərək, etiraz ərizəsində göstərilənlərə uyğun eyni məzmunlu izahat verib, məhkəmədən iddianın rədd edilməsini xahiş etdi. Məhkəmə, tərəflərin izahatını dinləyib, iş materiallarını tədqiq edərək hesab edir ki, iddia tələbi qismən təmin olunmalıdır. Belə ki, iş materiallarında olan: - Abonent kartından görünür ki, 2011-ci ildə - 78,84 manat, 2012-ci ildə 29,09 manat, 2013-cü ildə 2,16 manat, 2014-cü ildə 11,84 manat, 2015-ci ildə 1,52 manat, 2016cı ildə 5,87 manat, 2017-ci ildə - 0,50 manat, 2018-ci ildə 3 manat, 2019-cu ildə - 0,50 manat, 2020-ci ildə - 7 manat, 2021-ci ildə - 8,97 manat, 2022-ci ildə - 7 manat, 2023-cü ildə isə 26 manat abonentin borcu mövcuddur. - məcburi köçkün vəsiqəsinin surətindən görünür ki, İddiaçı Qubadlı rayonundan məcburi köçkündür. Beləliklə, məhkəmə araşdırması zamanı müəyyən olundu ki, iddiaçının yaşadığı ünvana aid abonent koduna 2011-2023-cü illər ərzində 182,29 manat 4 nəfər ailə tərkibinə görə normativ qaydada borc hesablanmışdır, lakin həmin borcun 2017-ci ilədək dövrü əhatələyən hissəsi sakinlər məcburi köçkün olduqlarından silinməli olduğu halda bu statusla əlaqədar sənəd təqdim edilmədiyindən saxlanılmışdır. 2017-ci ildən etibarən artıq müvafiq xidmətin göstərilməsinə görə iddiaçıya dövlət qurumunun ödədiyi məbləğdən, sonuncu, ödənişləri lazımi qədər həyata keçirməmiş və 52,97 manat borcu yaranmışdır. Sayğac sözügedən ünvana xx.xx.2010-cu ildə quraşdırılmışdır. İddiaçı xx.xx.2002-ci il tarixdən göstərilən ünvan üzrə abonentdir. Məhkəmə iddia ilə bağlı aşağıdakı hüquq normalarının qeyd edilməsini zəruri hesab edir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Həmin Məcəllənin 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətlərdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Bu Məcəllənin 448.2-ci maddəsinə əsasən borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Borclunu təqsirə görə, yəni qərəzə və ya kobud ehtiyatsızlığa görə məsuliyyətdən qabaqcadan azad etmək olmaz. “Su təchizatı və tullantı suları haqqında” xx.xx.1999-cu il tarixli Azərbaycan Respublikası Qanunun 5.2-ci maddəsinə əsasən su təchizatı və kanalizasiya müəssisələri öz hüquqlarını, səlahiyyətlərini və vəzifələrini qanunvericiliyə və bu maddənin 1-ci bəndinin “a” yarımbəndində nəzərdə tutulan xidmətlərin göstərilməsi haqqında istehlakçılar və ya müvafiq icra hakimiyyəti orqanı (bələdiyyə) ilə bağladıqları müqavilə şərtlərinə riayət etməklə həyata keçirirlər. Həmin Qanunun 5.3-cü maddəsinə əsasən su təchizatı müəssisəsi ilə istehlakçı arasında suyun alqı-satqısı müqavilə əsasında həyata keçirilir. Su təchizatı müəssisəsi ilə istehlakçı arasında suyun alqı-satqı müqaviləsinin nümunəsi, suyun qiyməti, şəbəkəyə qoşulma və şəbəkədən ayırma şərtləri, suyun keyfiyyəti, suyun dəyərinin ödəmə şərtləri və digər məsələlər X5 ilə tənzimlənir. X5 müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 17 iyul 2014-cü il tarixli 262 nömrəli Qərarı ilə təsdiq edilmiş “X5”nın 4.1.3-cü bəndinə əsasən bu Qaydaların tələblərinə əsasən, verilən suyun və axıdılan tullantı sularının həcminə uyğun olaraq ona təqdim edilmiş hesab üzrə ödənişin həyata keçirilməsini təmin etmək istehlakçıların vəzifəsidir. “Məcburi köçkünlər və onlara bərabər tutulan şəxslər üçün vahid aylıq müavinətin müəyyən edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 23 yanvar tarixli 1206 nömrəli Fərmanına və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 24 yanvar 2017-ci il tarixli 11 nömrəli Qərarı ilə təsdiq edilmiş “Məcburi köçkünlər və onlara bərabər tutulan şəxslər üçün yemək xərci müavinəti, habelə kommunal və digər xidmətlər üzrə dövlət büdcəsindən ödənişlər əvəzinə vahid aylıq müavinətin ödənilməsi barədə” Qaydalara əsasən məcburi köçkünlər və onlara bərabər tutulan şəxslər üçün yemək xərci müavinəti, habelə kommunal və digər xidmətlər üzrə dövlət büdcəsindən ödənişlər əvəzinə, vahid aylıq müavinətin ödənilməsi qaydaları müəyyən edilmişdir. Beləliklə, məhkəmə, iş üzrə təqdim edilmiş sübutları məcmu halında qiymətləndirərək və sadalanan maddi hüquq normalarına əsaslanaraq, həmin maddələrin tələblərini işin faktiki hallarına tətbiq edərək hesab edir ki, Cavabdeh ASC tərəfindən ünvan 2 ünvanına aid **********320 saylı abonent koduna 129,32 manat borc əsassız hesablanmışdır. Məhkəmə hesab edir ki, məcburi köçkün olmalarına dair arayışın iddiaçı tərəfindən təqdim edilməməsi sakinlərin həmin statusa malik şəxslər üçün nəzərdə tutulmuş güzəştdən məhrumiyyətinə əsas vermir. Belə ki, vaxtilə düşmən eskalasiyasına məruz qalmış rayonlarımızın işğal tarixləri, eləcə də onların əhalisinin məcburi köçkün həyatı yaşamaları 2011-ci ildən əvvəlki dövrə təsadüf edir və bu hamıya məlum faktdır, odur ki, sübuta ehtiyacı yoxdur. Ona görə də 2012-2016-cı illər üzrə iddiaçının bu statusa görə borcuna güzəşt tətbiq olunduğu halda, 2011-ci ildə müvafiq arayışın cavabdehə verilməməsi səbəbilə bunun edilməməsi əsassız olmuşdur. Çünki, bu sakinlər həmin ildə də məcburi köçkün olmuşlar. Müvafiq arayışın verilməsi isə sözügedən statusla bağlı məlumat xarakteri daşıyır. Odur ki, iddia qismən, 2011-ci ilə dair müvafiq xidmətə görə hesablanmış 129,32 manat borcun silinməsi hissəsində əsaslıdır. Qalan borc isə qanunvericiliyə əsasən verilən suyun və axıdılan tullantı sularının həcminə uyğun olaraq təqdim edilmiş hesab üzrə ödənişin həyata keçirilməsini təmin etmək istehlakçıların vəzifəsi olduğundan iddiaçı tərəfindən ödənilməlidir. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Həmin Məcəllənin 119.2-ci maddəsinə əsasən iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanununun 9.1.5-ci maddəsinə əsasən istehlakçıların hüquqlarının pozulması ilə əlaqədar verdikləri iddialar üzrə - iddiaçılar dövlət rüsumundan azad edilir. Həmin Qanunun 8.1.1-ci maddəsinə əsasən qiymətləndirilən iddia ərizəsinin verilməsinə görə iddia qiyməti 1.000 manatadək olduqda 30 manat dövlət rüsumu ödənilməlidir. Məhkəmə qeyd edir ki, iddia qismən təmin olunduğundan, qanunvericiliyin tələbinə əsasən 30 manat dövlət rüsumu cavabdeh təşkilatdan tutularaq dövlət büdcəsinə ödənilməlidir. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Bu Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəməcavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. QƏT ETDİ: İddia tələbi qismən təmin edilsin. Cavabdeh ASC tərəfindən ünvan 2 ünvanına aid İddiaçı adına olan **********320 saylı abonent koduna hesablanmış 129,32 manat borc silinsin. İddia tələbi qalan hissədə rədd edilsin. İddianın verilməsinə görə 30 manat dövlət rüsumu Cavabdeh ASC-dən tutularaq dövlət büdcəsinə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılan elektron kabinetdən istifadə edilməklə) Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Elmir Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar