Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(060)-3946/2021 17.05.2021 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Süleymanova Almaz Məhərrəm qızının sədrliyi, Əsədov Naib Abdulhüseyn oğlunun katibliyi, Cavabdehin nümayəndəsi X2 iştirakı ilə, İddiaçı Ziyadxan qızının Cavabdeh İB-yə qarşı “borcun silinməsi” tələbinə dair iddiası üzrə mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı Ziyadxan qızı Cavabdeh İB-yə qarşı “borcun silinməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh İB tərəfindən ona məxsus Sumqayıt şəhəri, Xəzər bağları ərazisində yerləşən 95 saylı evə hesablanmış ümumilikdə 401,73 manat məbləğində borcun silinməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, o, 1993-cü ildə Qubadlı rayonundan məcburi köçkün düşmüşdür. Hazırda Sumqayıt şəhəri, Xəzər bağları ərazisində yerləşən 95 saylı evdə ailə üzvləri ilə birlikdə yaşayır. Cavabdehin əməkdaşları tərəfindən onun mənzilinə qaz sayğacının çıxarılması və istismara qəbulu haqqında 19.08.2019-cu il tarixli, ******* saylı akt tərtib edilmiş və aktda qeyd olunmuşdur ki, sayğacın çıxış borusunda deşik aşkarlanıb. Onun, yaxud ailə üzvləri tərəfindən qaz sayğacına heç bir müdaxilə olunmamışdır. Qaz sayğacı onun həyətyanı sahəsindən kənarda, hasardan çöldə yerləşir. Hesab edir ki, əsassız olaraq cavabdeh tərəfindən 216 manat və sayğac dəyəri kimi 185,73 manat borc olmaqla cəmi 401,73 manat borc hesablanmışdır. O, bu borcu qəti şəkildə qəbul etmir. Qeyd olunan aktın əsassızlığı barədə cavabdehə bildirsə də, hər hansı bir nəticəsi olmamışdır. İddiaçı məhkəməyə ərizə ilə müraciət edərək səhhəti ilə əlaqədar olaraq məhkəmə iclasında iştirak edə bilmədiyindən işə onun iştirakı olmadan baxılıb iddianın təmin edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi iddia tələbini qəbul etməyərək izahatında göstərdi ki, iddia tələbi əsassızdır, Cavabdeh İB-nin əməkdaşları tərəfindən sayğaca baxış keçirilərkən, müdaxilə olunduğu müəyyən olunmuşdur. Odur ki, sayğac dəyişdirilmişdir və bu halda sayğacın və itirilmiş qazın dəyəri abonent tərəfindən ödənilməlidir. Məhkəmə cavabdehin nümayəndəsinin izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməlidir. Məhkəmə gəldiyi nəticəni aşağıda qeyd olunanlarla əsaslandırır. Mülki iş materiallarında olan: Cavabdeh İB-nin əməkdaşları tərəfindən tərtib edilmiş 17 mart 2020-ci il tarixli ******* nömrəli “Təbii qazdan istifadə qaydalarının pozulması haqqında” aktdan görünür ki, abonent kodu **********07670 olan ünvanda sayğaca baxış keçirilərkən aşkar olunmuşdur ki, sayğacın qayka plombu üçün nəzərdə tutulmuş qulaqcıq qırıqdır. Sayğacın çıxış borusu deşilib. Sayğacın klapanı işlək deyil. Xətalar normadan artıqdır. Sayğac minimal və nominal sərfiyyatda 100% nisbi xətayla işləyir, hesablama mexanizmi minimal və nominal sərfiyyatda keçən qazın həcmini qeyd etmir. 03 mart 2021-ci il tarixli xəbərdarlıq məktubundan görünür ki, abunəçi İddiaçı bildirilmişdir ki, Birliyin əməkdaşları tərəfindən 19.08.2019-cu il tarixdə onun mənzilində quraşdırılmış G-4 markalı, 1302AZ**********11 nömrəli qaz sayğacı abonentin iştirakı ilə ******* nömrəli akt tərtib edilərək çıxarılmış, yeni qaz sayğacıyla əvəz edilmişdir. Ünvandan çıxarılmış sayğac dövlət yoxlamasından keçirilməsi üçün “İnformasiya Texnologiyaları və Rabitə İdarəsi»nə şöndərilmişdir. “İnformasiya Texnologiyaları və Rabitə İdarəsi”nin rəyinə əsasən qaz sayğacına müdaxilə olunduğu və sayğacın istismara məruz qaldığı aşkar olunmuşdur. Bu səbəbdən də itirilmiş qazın sərfiyyatına görə 216 manat borc və yararsız hala salınmış sayğacın dəyəri olaraq 185.73 manat ümumilikdə 401,73 manat borcu yaranmışdır. Abonentin saldosundan görünür ki, abonent kodu **********07670 olan ünvan 1 ünvanına akta görə 216 manat borc hesablanmışdır. Sumqayıt Şəhər Məhkəməsinin 08.04.2021-ci il tarixli 2(060)-3946/2021saylı sorğusuna Cavabdeh İB-nin məktubundan görünür ki, Sumqayıt şəhər, Ximstroy.Xəzər bağ ev 1 mənzil 767 (**********07670) ünvanında 21.05.2014-ci il tarixdə quraşdırılmış G-4 markalı itron tipli 1302AZ**********11 saylı sayğacının çıxış plastmas borusunda deşik aşkarlanması səbəbindən 20.08.2019 cu il tarixdə Smart G-4 İTRON GALLUS PAY **********3 zavod nömrəli sayğacla əvəzlənmişdir. Çıxarılan sayğac Sumqayıt QİS-dən İnformasiya Texnologiyaları və Rabitə İdarəsinin Sənaye və məişət qaz sayğaclarını yoxlanması Laboratoriyasına göndərilmişdir. Dövlət yoxlamasının nəticəsi olaraq 29/1710- 02851-2 saylı aktına əsasən sayğacın çıxış plastmas borusunda deşik aşkarlanması kimi qiymətləndirilmişdir. Bundan başqa rəydə hesablama mexanizmi minimal və nominal sərfiyyatda keçən qazın həcmini qeyd etməməklə müdaxilə faktı olaraq istismara yararsız kimi göstərilmişdir. 17.03.2020-ci il tarixli ******* nömrəli akt tərtib edilərək Cavabdeh İB-nin X1 Nəzarət şöbəsinə göndərilmişdir. Bu şöbə tərəfindən hesablama yolu ilə zərərin məbləğinin 216 manat olduğu müəyyənləşdirilmişdir. Qaz Təhcizatı haqqında Qanunun 13-cü maddəsinə əsasən fiziki şəxs olan istehlakçıların sayğaclarla təchiz edilməsi, onların quraşdırılması və dəyişdirilməsi qaz paylayıcısı hesabına həyata keçirilir. "Qazdan istifadə Qaydaları"nın təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetinin 12 may 2011-ci il tarixli Qərarının 4.2 bəndinə görə məişət qaz qurğularının istifadəsi üçün qaz sayğacı qaz paylayıcısının vəsaiti hesabına, sənaye qaz qurğularının istifadəsi üçün isə qaz sayğacı istehlakçının vəsaiti hesabına təchiz edilir, quraşdırılır və dəyişdirilir. 4.7 bəndə görə sayğacların üzərində olan plomblar kənar müdaxilələrdən qorunmaq üçün müvafiq örtüklə örtülməli (fiziki şəxs olan istehlakçıların sayğacları qaz paylayıcısı tərəfindən) və sayğac göstəricisinə sərbəst şəkildə baxılmasına imkan olmalıdır. 4.8 bəndə görə fiziki şəxs olan istehlakçıların qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi qaz paylayıcısı, hüquqi şəxslərin qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi isə özləri daşıyırlar. 4.9 bəndə görə zədələnmiş qaz sayğacının (hesablama mexanizmlərinin sıradan çıxması, baxış pəncərəsinin sınması, qoruyucu plombların qırılması, texniki nasazlıqlar və s.) təmir olunması, həmin sayğacın dövlət yoxlanmasından keçirilməsi, dəyişdirilməsi və quraşdırılması müraciət edildiyi gündən başlayaraq 15 iş günündən gec olmayaraq bu Qaydaların 4.2-ci bəndinə uyğun olaraq qaz paylayıcısı tərəfindən həyata keçirilir. 6.7 bəndə görə qazın verilməsinin dayandırılması və bərpa edilməsi hər bir halda (bu Qaydaların 6.1.2-ci yarım bəndi istisna olunmaqla) qaz paylayıcısı tərəfindən istehlakçının iştirakı ilə aktla rəsmiləşdirilməli və aktın bir nüsxəsi istehlakçıya təqdim edilməlidir. “İstehlakçıların hüquqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikasının Qanununun 13-cü maddəsində göstərilir ki, satıcı (icraçı) istehlakçını maraqlandıran malın (işin, xidmətin) qiyməti, istehlak xassələri (ərzaq malları barəsində isə həm də tərkibi, yararlılıq müddəti, kaloriliyi, sağlamlıq üçün zərərli maddələrin normativ sənədlərin tələbi ilə müqayisəli miqdarı), əldə edilməsi şərtləri, təminat öhdəlikləri və iddiaların irəli sürülməsi, malın dəyişdirilməsi, saxlanılması və təhlükəsiz istifadəsi üsulları və qaydaları barəsində istehlakçıya zəruri və düzgün məlumat verməlidir. Məhkəmə qeyd edir ki, qaz paylayıcısı istehlakçıya verdiyi qazın dəyərini yalnız sayğacın göstəricilərinə əsasən tam hesablamalı, istehlakçı tərəfindən qazın dəyəri tam ödənilməlidir. İstehlakçı fiziki şəxs olarsa, onun qaz sayğacı ilə təchiz edilmə, onun quraşdırılması və dəyişdirilməsi qaz paylayıcısı hesabına həyata keçirilir. Sayğacların üzərində olan plomblar kənar müdaxilələrdən qorunmaq üçün müvafiq örtüklə örtülməli (fiziki şəxs olan istehlakçıların sayğacları qaz paylayıcısı tərəfindən) və sayğac göstəricisinə sərbəst şəkildə baxılmasına imkan olmalıdır. Fiziki şəxs olan istehlakçıların qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi qaz paylayıcısı dayışır. Qazın verilməsinin dayandırılması və bərpa edilməsi hər bir halda qaz paylayıcısı tərəfindən istehlakçının iştirakı ilə aktla rəsmiləşdirilməli və aktın bir nüsxəsi istehlakçıya təqdim edilməlidir. Göründüyü kimi qazdan istifadə üçün quraşdırılmış sayğac mənzilin daxilində deyil, kənarda quraşdırılmışdır. Mənzildən kənarda quraşdırılmış sayğaca görə məsuliyyəti iddiaçı deyil, qaz paylayıcısı olan cavabdeh daşıdığından, həmin sayğaca müdaxilə edilməsinə görə iddiaçı barəsində mülki hüquq məsuliyyətinin yaranmasına görə akt tərtib edilməsi əsaslı hesab edilə bilməz. Belə olan halda qaz sayğacının yararsız vəziyyətə düşməsi nəticəsində qaz sərfiyyatında görə iddia edilən məbləğ abonentdən tələb edilə bilməz. Eləcədə qanunvericiliyin tələbinə görə qaz sayğacının dəyişdirilməsi, quraşdırılması və s. qaz paylayıcısının vəsaiti hesabına həyata keçirilməli olduğundan sayğacın dəyərinin abonentdən tələb edilməsi əsassızdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinin tələbinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, məhkəmə toplanmış və tədqiq edilmiş sübutlara hüquq normalarının göstərişlərinə uyğun olaraq məcmu halda qiymət verərək bu nəticəyə gəlir ki, iddia təmin edilməli, yeni quraşdırılmış sayğacın dəyəri olaraq hesablanmış 185,73 manat və abonent saldosunda göstərilən 216 manat borc **********07670 saylı abonent hesabından silinməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia təmin edilsin. İddiaçı Ziyadxan qızıya məxsus ünvana yeni quraşdırılmış sayğacın dəyəri olaraq hesablanmış 185,73 (bir yüz səksən beş manat, yetmiş üç qəpik) manat borc və abonent saldosunda göstərilən 216 (iki yüz on altı) manat borc **********07670 saylı abonent hesabından silinsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Almaz Süleymanova
Məhkəmə qərarları › İş №2(060)-3946/2021
Sumqayıt Şəhər Məhkəməsi Qətnamə — İş №2(060)-3946/2021
17.05.2021 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver