Məhkəmə qərarları › İş №2(060)-3951/2020

Sumqayıt Şəhər Məhkəməsi Qərardad — İş №2(060)-3951/2020

22.09.2020 · Müqavilənin etibarsız hesab edilməsi tələbi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2(060)-3951/2020 22.09.2020 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Süleymanova Almaz Məhərrəm qızının sədrliyi, Əsədov Naib Abdulhüseyn oğlunun katibliyi, Cavabdehin nümayəndəsi və vəkili X1 iştirakı ilə, İddiaçı Cavabdeh qarşı «müqavilənin etibarsız hesab edilməsi tələbinə dair» iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə hazırlıq iclasın baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı Cavabdeh qarşı «müqavilənin etibarsız hesab edilməsi tələbinə dair» iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi və vəkili məhkəməyə yazılı vəsatət verərək məhkəmənin icraatında olan 2(060)-3951/2020 saylı mülki işin Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin icraatında olan 2(004)-5069/2019 saylı mülki işə birləşdirilməsi üçün göndərilməsi barədə qərardad qəbul edilməsini xahiş etdi. Vəsatətə əlavə edilmiş Bakı Şəhəri Yasamal rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 2(004)-5069/2019 saylı qərardadına əsasən iddiaçı Cavabdeh İddiaçı qarşı «borcun qaytarılması» tələbinə dair iddia ərizəsinin məhkəmə icraatı mümkün hesab edilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 167.2-ci maddəsinə əsasənhakim işi məhkəmədə baxılmağa hazırlayarkən işin düzgün və vaxtında həll edilməsinə yönələn digər hərəkətləri dəedir. 43.1-ci maddəsinə əsasən əgər müxtəlif məhkəmələrin icraatında olan işlər biri-biri ilə əlaqəlidirsə,ədalət mühakiməsinin düzgün həyata keçirilməsi üçün onlara birgə baxılmalı və qətnamə çıxarılmalıdır. Bu məqsədlə iş (işlər) bir-biri ilə əlaqəli işlərdən birini ilkin olaraq icraata qəbul etmişməhkəməyə göndərilməlidir. 43.2-ci maddəsinə əsasən bir-biri ilə əlaqəli olan işlərin bir icraatda birləşdirilməsi həm işdə iştirak edən şəxslərin vəsatəti, həm də məhkəmənin öz təşəbbüsüilə həyata keçirilə bilər. Məhkəmə cavabdehin nümayəndəsi və vəkilini dinləyib, iş materiallarını nəzərdə keçirərək, hesab edir ki, prosessual qənaətçillik baxımından məhkəmənin icraatında olan İddiaçı Cavabdeh qarşı «müqavilənin etibarsız hesab edilməsi tələbinə dair» iddiası üzrə 2(060)-3951/2020 saylı və Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin icraatında olan iddiaçı Cavabdeh İddiaçı qarşı «borcun qaytarılması tələbinə dair» iddiası üzrə 2(004)- 146/2020 saylı mülki işlər bir icraatda birləşdirilməli, mülki işdə 2(004)-146/2020 nömrəsi saxlanılmalıdır. Məhkəmə şərh olunanlara əsasən və Mülki Prosessual Məcəlləsinin43-cü maddəsini rəhbər tutaraq, məhkəmə qərara aldı : İddiaçı Cavabdeh qarşı «müqavilənin etibarsız hesab edilməsi tələbinə dair» iddiası üzrə 2(060)-3951/2020 saylı mülki iş Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin icraatında olan iddiaçı Cavabdeh İddiaçı qarşı «borcun qaytarılması tələbinə dair» iddiası üzrə 2(004)-146/2020 saylı mülki işlə birlikdə baxılması üçün bir icraatda birləşdirilsin. Mülki işdə 2(004)-146/2020 nömrəsi saxlanılsın. Sədrlik edən Almaz Süleymanova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar