Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(060)-3980/2022 23.08.2022 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Süleymanova Almaz Məhərrəm qızının sədrliyi, İsmayılov Əli Seyran oğlunun katibliyi, Ərizəçi, Maraqlı şəxsin nümayəndəsi X5 iştirakları ilə, Ərizəçi Sumqayıt şəhər İcra Hakimiyyəti yanında Qəyyumluq və Himayəçilik orqanını maraqlı şəxs qismində işə cəlb etməklə “şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi” tələbinə dair ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Ərizəçi Sumqayıt şəhər İcra Hakimiyyəti yanında Qəyyumluq və Himayəçilik orqanını maraqlı şəxs qismində işə cəlb etməklə “şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi” tələbinə dair ərizə ilə məhkəməyə müraciət edərək onun uşaqlıqdan 1-ci qrup əlil olan qızı, xx.xx.2000-ci il tarixdə anadan olmuş X1 fəaliyyət qabiliyyətsiz elan edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizəçi ərizəni onunla əsaslandırmışdır ki, Sumqayıt şəhəri, məhəllə 42, ev 8A, mənzil 37-də qeydiyyatda olan xx.xx.2000-ci il təvəllüdlü X3 onun doğma qızıdır. O, anadangəlmə “Ağır dərəcəli əqli gerilik Autizim” diaqnozu ilə Sumqayıt Psixiatriya Xəstəxanasında qeydiyyatdadır və stasionar müalicədədir. Anadangəlmə ümumi səbəbdən 1-ci qrup əlildir. Başqasının köməyinə ehtiyacı vardır. O, öz hərəkətlərini idarə edə və onların mənasını dərk etməyə qadir deyildir. Ona görə də məhkəməyə müraciət edərək qızının fəaliyyət qabiliyyətsiz elan edilməsini və özünün ona qəyyum təyin edilməyimi istəyir. Məhkəmə iclasında iştirak edən ərizəçi eyni məzmunlu izahat verərək ərizənin təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən maraqlı şəxsin nümayəndəsi ərizənin təmin edilməsinə etirazı olmadığını bildirdi. Məhkəmə işdə iştirak edən şəxslərin izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, ərizə əsaslı olduğundan təmin edilməlidir. Mülki iş materiallarında olan: AZ-İ seriyalı 011588 saylı doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X3 xx.xx.2000-ci ildə Sumqayıt şəhərində anadan olmuş, atası X4, anası Ərizəçidır. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Sumqayıt şəhər Psixiatriya Xəstəxanası tərəfindən verilmiş 19 noyabr 2018-ci il tarixli, ******* saylı xəstənin stasionar tibbi kartasından çıxarışdan görünür ki, X3 “ağır dərəcəli əqli gerilik, qulluq və müalicə tələb edən davranış pozğunluğu” diaqnozu ilə xəstəxananın qeydiyyatındadır. Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin yanında Dövlət Tibb-Sosial Ekspertiza və Reablitasiya Xidmətinin 12 saylı Tibbi Sosial Ekspert Komissiyası tərəfindən verilən xx.xx.2016-cı il tarixli arayışdan görünür ki, X3 “uşaq autizmi” diaqnozu ilə qeydə alınmışdır. Məhkəmə tərəfindən xx.xx.2022-ci il tarixdə X3 barəsində məhkəmə-psixiatriya ekspertizası təyin edilmişdir. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə Psixiatrik X6 Hüquqi Şəxsi tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli, 2549 saylı rəyindən görünür ki, X2 ağır dərəcəli əqli gerilik müəyyən edilir. X3 öz hərəkətlərinin mənasını anlaya və öz hərəkətlərini idarə etmək iqtidarında deyildir. Buna görə də X3 tam fəaliyyət qabiliyyəti olmayan şəxs kimi hesab edilməlidir. X2 müəyyən edilən ağır dərəcəli əqli gerilik ilə əlaqədar səhhəti mülki işə məhkəmə baxışında iştirakına yol vermir. Azərbaycan Respublikası MPM-in 317.2-ci maddəsinə əsasən məhkəmədə psixi qüsurlarına görə şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında iş, ailə üzvlərinin birgə yaşamasından asılı olmayaraq, yaxın qohumların (valideynlərin, uşaqların, qardaş-bacıların), müvafiq icra hakimiyyəti orqanının, psixiatriya (psixo-nevroloji) müəssisənin ərizəsi üzrə qaldırıla bilər. İş materiallarına əlavə olunmuş sənədlərdən görünür ki, Ərizəçi X1 anasıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 28.8-ci maddəsinə əsasən ağıl zəifliyi və ya ruhi xəstəlik nəticəsində öz hərəkətlərinin mənasını başa düşməyən və ya öz hərəkətlərinə rəhbərlik edə bilməyən şəxslər məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan sayıla bilər. Onlar üzərində qəyyum müəyyənləşdirilir. MPM-in 321.2-ci maddəsinə əsasən şəxsin fəaliyyət qabiliyəti olmayan hesab edilməsinə dair məhkəmə qətnaməsi fəaliyyət qabiliyyəti olmayan hesab edilən şəxs üzərində qəyyum təyin etmək üçün əsasdır. Mülki Məcəlləsinin 34.2-ci maddəsinə əsasən fiziki şəxsin fəaliyyət qabiliyyəti olmayan sayılması və ya fəaliyyət qabiliyyətinin məhdudlaşdırılması barədə qərarın qanuni qüvvəyə mindiyi gündən etibarən üç gün ərzində məhkəmə həmin fiziki şəxs üzərində qəyyumluq və himayəçilik təyin edilməsi üçün onun yaşayış yeri üzrə qəyyumluq və himayəçilik orqanına bu barədə məlumat verməlidir. Məhkəmə toplanmış və tədqiq edilmiş sübutların məcmusuna hüquqi qiymət verərək bu nəticəyə gəlir ki, X3 öz psixi vəziyyətinə görə hərəkətlərinin mənasını dərk etmək və onları şüurlu idarə etmək iqtidarında olmadığından fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilməlidir. MPM-in 119-cu maddəsinə əsasən iş üzrə ödənilmiş 100 manat məbləğində dövlət rüsumu ərizəçiyə aid edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 119, 216-220, 227, 233, 317-321-ci maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: Ərizə təmin edilsin. xx.xx.2000-ci il tarixdə anadan olmuş X3 fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilsin. Məhkəmə qətnaməsi fəaliyyət qabiliyyəti olmayan hesab edilən şəxs üzərində qəyyum təyin etmək üçün əsasdır. İş üzrə ödənilmiş dövlət rüsumu ərizəçiyə aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Sumqayıt Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Almaz Süleymanova
Məhkəmə qərarları › İş №2(060)-3980/2022
Sumqayıt Şəhər Məhkəməsi Qətnamə — İş №2(060)-3980/2022
23.08.2022 · Şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver