Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2(060)-3982/2025 19.05.2025 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Sumqayıt Şəhər Məhkəməsinin hakimi Tanrıverdiyeva Günel Cəbrayıl qızı, İddiaçı Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Cavabdehnə qarşı düzgün hesablanmayan sərfiyyatın hərbi hissənin hesabatından azaldılması və s. tələbinə dair iddia ərizəsini nəzərdən keçirib, müəyyən etdi: İddiaçı Azərbaycan Respublikası Müdafiə Nazirliyi Cavabdehnə qarşı düzgün hesablanmayan sərfiyyatın hərbi hissənin hesabatından azaldılması və s. tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, N nömrəli hərbi hissənin qaz sərfiyyatı zamanı Xaçmaz RQİİ-nin Qusar Xidmət Sahəsi tərəfindən düzgün hesablanmayan sərfiyyatların hərbi hissənin hesabatından azaldılması və qaz sayğacları çıxarılan zaman sərfiyyatın müvafiq qərara əsasən hesablanmasına dair qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə hesab edir ki, iddiaçı Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Cavabdehnə qarşı düzgün hesablanmayan sərfiyyatın hərbi hissənin hesabatından azaldılması və s. tələbinə dair iddia ərizəsi və ona əlavə olunmuş sənədlər geri qaytarılmalıdır. Belə ki, Azərbaycan Respublikası MPM-in 36.9-cu maddəsinin tələbinə görə istehlakçının hüququnun müdafiəsi haqqında iddialar iddiaçının yaşadığı yerə görə, yaxud müqavilənin bağlandığı və ya icra edildiyi yerə görə verilə bilər. İddiaçı Azərbaycan Respublikası Müdafiə Nazirliyi qarşı hazırki iddia ərizəsini Sumqayıt Şəhər Məhkəməsinə versə də, iş materiallarından görünür ki, iddiaçı Azərbaycan Respublikası Müdafiə Nazirliyinin hüquqi ünvanı ünvan 1 məzmunundan görünür ki, iddiaçı Nazirlik N nömrəli hərbi hissəyə Xaçmaz RQİİ-nin Qusar Xidmət Sahəsi tərəfindən hesablanmış sərfiyyatı mübahisələndirir. Belə olan halda məhkəmə hesab edir ki, hazırki iddia ərizəsinə aidiyyəti üzrə iddiaçının qeydiyyat ünvanı üzrə Bakı şəhər Yasamal Rayon Məhkəməsində (ünvan: AZ-1138, Bakı şəhəri, Mikayıl Müşviq küç. 1H), Xaçmaz RQİİ-nin yerləşdiyi Xaçmaz Rayon Məhkəməsində (ünvan: Xaçmaz şəhəri, Nəsimi küçəsi, 8) və ya Cavabdeh hüquqi ünvanı üzrə Bakı şəhər Xətai rayon məhkəməsində (ünvan: ünvan 6kası MPM-in 152.1.3-cü maddəsinə əsasən, əgər iş ərazi aidiyyəti üzrə həmin məhkəmədə baxılmalı deyildirsə hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. Göstərilənlərə əsasən, məhkəmə hesab edir ki, iddiaçı Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Cavabdehnə qarşı düzgün hesablanmayan sərfiyyatın hərbi hissənin hesabatından azaldılması və s. tələbinə dair iddia ərizəsi və ona əlavə olunmuş sənədlər geri qaytarılmalıdır. Azərbaycan Respublikası MPM-nin 152.4-cü maddəsinə əsasən, iddia ərizəsinin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 152, 263, 264-cü maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddiaçı Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Cavabdehə qarşı düzgün hesablanmayan sərfiyyatın hərbi hissənin hesabatından azaldılması və s. tələbinə dair iddia ərizəsi və ona əlavə olunmuş sənədlər geri qaytarılsın. İddiaçıya, iddia ərizəsinin qaytarılmasına səbəb olmuş hallar aradan qaldırıldıqdan sonra ümumi qaydada yenidən məhkəməyə müraciət etmək hüququ izah edilsin. Qərardaddan, rəsmi qaydada verildiyi (və ya alındığı) gündən 10 gün müddətinə Sumqayıt Şəhər Məhkəməsinə şikayət verilə bilər. Hаkim Günel Tanrıverdiyeva
Məhkəmə qərarları › İş №2(060)-3982/2025
Sumqayıt Şəhər Məhkəməsi Qərardad — İş №2(060)-3982/2025
19.05.2025 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver