Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(060)-4000/2023 25.08.2023 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Behbudova Aynur Mirzalı qızının sədrliyi, Həsənli Mehriban Hüseyn qızının katibliyi, İddiaçı nümayəndəsi Nümayəndə iştirakı ilə, İddiaçı Cavabdehnə qarşı mirası qəbul etmək üçün müddətin uzadılması tələbinə dair iddiası üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏNETDİ: İddiaçı Cavabdehnə qarşı mirası qəbul etmək üçün müddətin uzadılması tələbinə dair iddia ərizəsi ilə Sumqayıt Şəhər Məhkəməsinə müraciət edərək iddia tələbini onunla əsaslandırmışdır ki, atası – X6 xx.xx.2011-ci il tarixdə vəfat etmişdir. Atasının ölümündən sonra ünvan 1 ünvanda torpaq sahəsi və Gədəbəy rayonu, Slavyanka kəndində yerləşən fərdi yaşayış evi miras əmlakı qalmışdır. Hər iki əmlak onun faktiki sahibliyində və istifadəsindədir. Başqa vərəsələr bu əmlaklara vərəsəlik şəhadətnaməsi istəmir. O halhazırda Sumqayıt “Asan Xidmət” Mərkəzinin Notariat ofisinə xx.xx.2011-ci il tarixdə ölmüş X2ndan qalmış əmlaka dair qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin verilməsi üçün ərizə ilə müraciət etmişdir. 2 saylı Sumqayıt Regional “Asan” Xidmət mərkəzində notariat ofisi ona ünvanladığı 30 mart 2023-cü il tarixli, 229 nömrəli məktubunda ərizənin təmin olunmasndan imtina etmiş və Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 1246-cı maddəsinə əsasən müddətin ötürülməsi səbəbi ilə müddətin bərpası üçün məhkəməyə müraciət etməyi tövsiyyə etmişdir. Qeyd edir ki, atasının yas mərasimlərində iştirak etmiş, lakin hüquqi savadı olmadığına görə mirasın qəbul etmə müddətinin miras qoyanın ölümündən 6 ay müddət ərzində olduğunu bilməmişdir. Zənn etmişdir ki, atasından qalmış mirası istənilən vaxt vərəsəlik qaydasında qəbul edə bilər. Lakin 2023-cü il tarixdə Sumqayıt “Asan Xidmət” Mərkəzinin Notariat ofisinə müraciət edərkən mirasın qəbulu üçün müddətin müəyyən edildiyini bilməmişdir. Bu müddətin ötürülməsi səbəbi atasının ölümündən sonra təsirlənməyi və bir müddət özünə gələ bilməməsi səbəbindən və savadsızlığından irəli gəlmişdir. Buna görə də bu müddətin üzrlü sayılması və uzadılması üçün məhkəməyə müraciət etmişdir. Qeyd olunanlara əsasən məhkəmədən xx.xx.2011-ci il tarixdə vəfat etmiş X2ndan miras qalmış ünvan 4 ünvanda yerləşən torpaq sahəsinə və Gədəbəy rayonu, Slavyanka kəndində fərdi yaşayış evinə o, İddiaçı tərəfindən mirasın qəbulu üçün qanunla müəyyən edilmiş müddətin ötürülməsinin üzrlü hesab edilərək bu müddətin uzadılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı məhkəməyə iddia tələbinin dəqiqləşdirilməsi ilə bağlı ərizə ilə müraciət edərək, məhkəmədən xx.xx.2021-ci il tarixdə vəfat etmiş X2ndan miras qalmış ünvan 4 ünvanda yerləşən torpaq sahəsinə və Gədəbəy rayonu, Slavyanka kəndində fərdi yaşayış evinə o, İddiaçı tərəfindən mirasın qəbulu üçün qanunla müəyyən edilmiş müddətin ötürülməsinin üzrlü hesab edilərək bu müddətin uzadılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı nümayəndəsi Nümayəndə iddia ərizəsində göstərilənlərə uyğun eyni məzmunlu izahat verərək məhkəmədən iddia tələbinin təmin olunması barədə qətnamə qəbul edilməsini xahiş etdi. Əlavə olaraq qeyd etdi ki, miras onun qaynatasından qalmışdır. İddiaçı onun həyat yoldaşıdır. Onun səhhəti ilə əlaqədar olaraq uzun müddətli müraciət edə bilməmişlər. Hipertonikdir. Vaxtından əvvəl pensiyaya çıxmış insandır. Başında trompu vardır. Panika-takları vardır. Tez gəringləşir. Üç dəfə infarkt keçirmişdir. Ürək damarlarına stend qoyulmuşdur. Yəni səhhəti buna əl vermir. Tək ölkə daxilində yox, ölkə xaricində də müalicə alır. Başları ona qarışmış, mülk mübahisəsi olmamışdır. Hal-hazırda həmin ünvanda yaşayırlar. Qaynatası rəhmətə gedəndən sonra qaynanası həmin ünvandan çıxmamış, onlar da köçüb onun yanına gəlmişlər. 2011-ci ildən qaynatası rəhmətə getdikdən həmin ünvanda yaşayırlar. Cavabdeh ünvan 6 tutulmuş qaydada məhkəmə bildirişi göndərilməklə məhkəmə iclasının yeri və vaxtı barədə xəbərdar edilməsinə baxmayaraq nümayəndələrinin iştirakını təmin etməmişdir. Azərbaycan Respublikası MPM-in 185.6-cı maddəsinə əsasən, məhkəmə Cavabdeh nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün hesab etdi. Məhkəmə iddiaçının nümayəndəsinin izahatını, məhkəmə baxışında tədqiq edilən sübutlara məcmu halda qiymət verərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia tələbi təmin edilməlidir: İş materiallarında olan: Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Cavabdeh 15 may 2023-cü il tarixli, 401 nömrəli arayışından görünür ki, 22 fevral 2011-ci il tarixində ölmüş X3 miras qalmış əmlaka dair qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamənin verilməsi üçün miras əmlakın qəbuluna dair xx.xx.2023-cü il tarixində ərizə qeydə alınmışdır. Lakin qanunla müəyyənləşdirilmiş müddətin ötürülməsi üçün qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə verilə bilməməsi nəzərə çatdırılmışdır.Odur ki, müddətin bərpası üçün Məhkəməyə müraciət etmək tövsiyyə olunmuşdur. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 2 saylı Sumqayıt Ərazi İdarəsinin torpaq sahəsinin planı və ölçüsünə dair məlumatdan görünür ki, torpaq sahəsi Sumqayıt şəhəri, Saray bağlar massivi, 4116 ünvanında yerləşməklə, hüququ sahibi X5r. Torpaq sahəsinin kateqoriyası yaşayış məntəqələrinin torpaqları olmaqla, xüsusi mülkiyyət hüququ əsasında **********01 reyestr nömrəsi ilə ilə qeydiyyata alınmışdır. Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi şəxsinin hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən verilmiş çıxarışdan görünür ki, torpaq sahəsi Sumqayıt şəhəri, Saray bağlar massivi, 4116 ünvanında yerləşməklə, hüququ sahibi X5r. Torpaq sahəsinin kateqoriyası yaşayış məntəqələrinin torpaqları olmaqla, xüsusi mülkiyyət hüququ əsasında **********01 reyestr nömrəsi ilə ilə qeydiyyata alınmışdır. X4 adına tam payda ********** qeydiyyat nömrəsi ilə xx.xx.2023-cü il tarixdə rəsmiləşdirilmişdir. Daşınmaz əmlakın dövlət reyestrində 257 nömrəli reyestr kitabının 30 nömrəli vərəqində qeydiyyata alınmışdır. AZ-T seriyalı, 002677 nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, İddiaçı xx.xx.1967-ci il tarixdə Bakı şəhərində anadan olmuşdur. X2, anası isə Əliyeva Hicran Xəlil qızıdır. Bu barədə doğum haqqında akt qeydləri kitabında 1967-ci ilin iyul ayının 03-cü günündə 1324 nömrəsi ilə qeyd edilmişdir. AZ-İ seriyalı, 467878 nömrəli ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X6 22 fevral 2011-ci il tarixdə Sumqayıt şəhərində hipertoniya xəstəliyi səbəbindən ölmüşdür. Bu barədə ölüm haqqında akt qeydləri kitabında 2011-ci ilin 03 ayının 10-cu günündə 351 nömrə ilə qeyd edilmişdir. Azərbaycan Respublikası Gömrük Komitəsi Tibbi Xidmət İdarəsinin 21 avqust 2023cü il tarixli arayışından görünür ki, 1967-ci il təvəllüdlü X1 DGK TXİ Mərkəzi Hospitalına müraciət etmiş, xx.xx.2009-cu il tarixdə həkim-kardioloqun müayinəsindən, xx.xx.2014-cü il tarixdə “EKQ” tibb müayinəsindən, xx.xx.2015-ci il tarixdə həkim-kardioloqun müayinəsindən, xx.xx.2015-ci il tarixdə həkim-kardioloqun müayinəsindən, xx.xx.2015-ci il tarixdə həkim-endokrinoloqun müayənəsindən, xx.xx.2023-cü il tarixdə həkim-kardioloqun müayinəsindən keçmişdir. Məhkəmə iclasında işin araşdırılan halları və iş materiallarına əlavə edilmiş sənədlərdən müəyyən edildi ki, X6 22 fevral 2011-ci ildə vəfat etmiş, iddiaçı mərhum X2nun vəfatından sonra onun adına olan ünvan 4 ünvanda yerləşən torpaq sahəsinə və Gədəbəy rayonu, Slavyanka kəndində fərdi yaşayış evinə miras payın qəbulu üçün Cavabdehnə müraciət etmiş, imtina məktubu alaraq Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1246-cı maddəsinə əsasən mirasın qəbulu üçün nəzərdə tutulmuş müddət ərzində ərizə verilmədiyindən imtina edilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1243.1-ci maddəsinə əsasən mirası istər qanun üzrə, istərsə də vəsiyyət üzrə vərəsə qəbul edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1243.2-ci maddəsinə əsasən vərəsə mirasın açıldığı yer üzrə notariat ofisinə mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktik başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1243.3-cü maddəsinə əsasən vərəsə mirasın bir hissəsinə sahiblik etməyə faktik başladıqda hesab edilir ki, mirasın nədə ifadə edilməsindən və harada olmasından asılı olmayaraq, o, mirası tamamilə qəbul etmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1248.1-ci maddəsinə əsasən mirasın qəbul edilməsi üçün müəyyənləşdirilmiş müddəti məhkəmə, gecikdirmənin səbəbini üzrlü sayarsa, uzada bilər. Müddət qurtardıqdan sonra, əgər mirası qəbul edən bütün digər vərəsələr razıdırlarsa, miras məhkəməyə müraciət edilmədən də qəbul oluna bilər. Həmin Məcəllənin 1248.2-ci maddəsinə əsasən bu Məcəllənin 1248.1-ci maddəsində nəzərdə tutulan halda mirasın qəbulunu gecikdirmiş vərəsəyə digər vərəsələrin aldığı və ya dövlətin mülkiyyətinə keçmiş əmlakdan pay qalan əmlakdan naturada verilir; ona çatası əmlakın qalan hissəsinin dəyərinin məbləği də verilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Həmin Məcəllənin 133.1-ci maddəsinə əsasən məhkəmə qanunla müəyyən edilmiş müddətin buraxılmasının səbəbini üzürlü hesab edərsə, işdə iştirak edən şəxsin ərizəsinə əsasən buraxılmış müddəti bərpa edir. Həmin Məcəllənin 133.4-cü maddəsinə əsasən buraxılmış prosessual müddətin bərpası məhkəmənin qətnaməsində, qərardadında və qərarında göstərilməlidir. Məhkəmə hesab edir ki, müddətin ötürülməsi üzürlü səbəbdən olduğundan (iddiaçının xəstəliyinin olması, yaxınlarının vəfat etməsi və sair hallar), ötürülmüş müddət bərpa edilməldir. Beləliklə, qanunvericiliyin yuxarıda qeyd edilən normalarının mahiyyətindən göründüyü kimi qanunvericiliklə müəyyən edilmiş müddətin buraxılması səbəbini məhkəmə o halda üzrlü hesab edərək bərpa edir ki, şəxsin həmin hərəkəti etməsi onun özündən asılı olmayan səbəbdən qeyri-mümkün olsun. Bütün bunları nəzərə alaraq məhkəmə hesab edir ki, iddia tələbi təmin edilməli, X4 adına olan ünvan 4 ünvanda yerləşən torpaq sahəsinə və Gədəbəy rayonu, Slavyanka kəndində fərdi yaşayış evinin miras payının İddiaçı tərəfindən qəbul edilməsi müddətinin buraxılması üzrlü hesab edilərək mirasın qəbulu müddəti bərpa edilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 217.3-cü maddəsinə əsasən, qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Qeyd olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə QƏTETDİ: İddia tələbi təmin edilsin. X3 miras qalmış, ünvan 4 ünvanda yerləşən torpaq sahəsi və Gədəbəy rayonu, Slavyanka kəndində fərdi yaşayış evindəki payından ibarət miras əmlakı İddiaçı tərəfindən qəbul edilməsi müddətinin buraxılması üzrlü hesab edilərək mirasın qəbulu müddəti bərpa edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə (MPM-nin 361-363-cü maddələrinə və əlavə 2 uyğun olaraq) elektron qaydada apellyasiya şikayəti verilə bilər. Hakim Aynur Behbudova
Məhkəmə qərarları › İş №2(060)-4000/2023
Sumqayıt Şəhər Məhkəməsi Qətnamə — İş №2(060)-4000/2023
25.08.2023 · Vərəsəlik hüququ üzrə mübahisələr - Vərəsəlik hüququ üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver