Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(060)-4002/2023 10.08.2023 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Hüseynov Elmir Xoşbəxt oğlunun sədrliyi, Rüstəmli Aytən Kamil qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh "xxxx" ASC-nə qarşı borcun silinməsi tələbinə dair iddia ərizəsi üzrə mülki işə ünvan 2qayıt Şəhər Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq məhkəmə müəyyən etdi : İddiaçı iddia ərizəsi ilə ünvan 2qayıt Şəhər Məhkəməsinə müraciət edərək, xx.xx.2022-ci il tarixli AN-İ№ ******* saylı alqı-satqı müqaviləsinə əsasən xx.xx.2022-ci il tarixindən iddiaçının xüsusi mülkiyyətində olan ünvan 2qayıt şəhəri, 10-cu mkr, 51 saylı evin, 20 saylı mənzilinin **********02285 saylı abonent kodunun iddiaçının adına rəsmiləşdirilməsinin cavabdeh "xxxx" ASC-nin üzərinə öhdəlik qoyulması barədə qətnamə qət edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək cavabdeh "xxxx" ASC tərəfindən iddiaçının xüsusi mülkiyyətində olan ünvan 2qayıt şəhəri, 10-cu mkr, 51 saylı evin, 20 saylı mənzilindəki **********02285 saylı abonent koduna xx.xx.2016-cı il tarixə hesablanmış 672,58 manat borcun silinməsi barədə qətnamə qət edilməsini xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, xx.xx.2022-ci il tarixində cavabdeh orqan Azərişıq ASC-nə rəsmi məktub ilə müraciət edərək xx.xx.2022-ci il tarixli AN-İ № ******* saylı alqı-satqı müqaviləsinə əsasən ünvan 2qayıt şəhəri, 10-cu mkr, ev 51, mənzil 20 ərazisində yerləşən ümumi sahəsi 80.39 kv metr olan mənzilin, həmin mənzilin iddiaçının xüsusi mülkiyyətində olduğunu, iddiaçıdan öncəki mülkiyyətçinin abonent kodunun iddiaçının adına rəsmiləşdirilməsi ilə bağlı X3 Cəmiyyətinin yerli qurumlarına müraciət etməyinə baxmayaraq əvvəlki abonentin borcu olduğuna görə həmin abonentin kodunun iddiaçının adına rəsmiləşdirilmədiyini bildirmişdir və mülkiyyətində olan ünvan 2qayıt şəhəri, 10-cu mkr, ev 51, mənzil 20 ərazisində yerləşən ümumi sahəsi 80.39 kv metr olan mənzilin **********02285 saylı abonent kodunun iddiaçının adına rəsmiləşdirilməsi ilə bağlı qanunvericiliyə uyğun tədbir görülməsini və bu barədə iddiaçıya rəsmi məlumat verilməsini xahiş etmişdir. Cavabdeh orqan tərəfindən xx.xx.2022-ci il tarixdə iddiaçıya ünvanlanmış məktubda qeyd olunur ki, ünvan 1ləşən mənzilin sahəsinin abonent kodunda ad dəyişmə edilməsi ilə bağlı "xxxx" ASC-yə daxil olmuş müraciətinizə (xx.xx.2022-ci il tarixli, O-062 nömrəli) Müştəri xidmətləri idarəsində baxılmışdır. "xxxx"ASC-nin elektron məlumat bazasındakı abonent kodunda ad dəyişmə edilməsi Nazirlər Kabinetinin 2005-ci il 2 fevral tarixli 18 nömrəli Qərarı ilə təsdiq olunmuş "X1 Qaydaları" ilə tənzimlənir. Qaydalara uyğun olaraq həmçinin, "xxxx" ASC ilə “ASAN xidmət"in birgə hazırladığı reqlamentə əsasən müvafiq sənədlər vətəndaş tərəfindən ASAN Kommunal mərkəzinə təqdim edilir. Təqdim edilmiş sənədlər Səhmdar Cəmiyyət tərəfindən yoxlanıldıqdan sonra abonent koduna hesablanmış borc olmadığı halda müraciət təmin edilir. İddiaçı xüsusi mülkiyyətində olan ünvan 2qayıt şəhəri, 10-cu mkr, 51 saylı evin, 20 saylı mənzilindəki **********02285 saylı abonent koduna xx.xx.2016-cı il tarixə hesablanmış 672,58 manat borcun silinməsi məqsədilə məhkəməyə müraciət etməli olmuşdur. Məhkəmə iclasında İddiaçı iddia tələbini müdafiə edərək tələbin təmin edilməsini xahiş etdi. Cavabdehin nümayəndəsi isə ərizə ilə məhkəməyə müraciət edərək məhkəmə baxış iclasının iştirakları olmadan keçirilməsini və iddia tələbi əsassız olduğu üçün rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iddiaçının izahatını dinləyib, iş materiallarını tədqiq edərək hesab edir ki, iddia tələbi təmin edilməlidir. İş materiallarında olan: - Abunə haqqında çıxarışdan görünür ki, iddiaçının cavabdehə 672,58 manat borcu vardır. Həmin borc ETAİS-dən (enerji təhcizatı və istismar sahəsi) qalan borcdur. - xx.xx.2022-ci il tarixli AN-İ № ******* daşınmaz əmlakın alqı-satqı müqaviləsindən görünür ki, X2 oğlu ünvan 2qayıt şəhəri, 10-cu mkr, 51 saylı evin, 20 saylı mənzilini İddiaçı 75000 manat satmışdır. - ƏMDX DƏDKR publik hüquqi şəxsinin xx.xx.2022-ci il tarixli, ********** qeydiyyat nömrəli çıxarışından görünür ki, ünvan 2qayıt şəhəri, 10-cu mikrorayonda yerləşən, 51 saylı evin, 20 saylı mənzili İddiaçı xüsusi mülkiyyətindədir. Beləliklə, məhkəmə araşdırması zamanı müəyyən edildi ki, ünvan 2qayıt şəhəri, 10-cu mikrorayonda yerləşən, 51 saylı evin, 20 saylı mənzilində **********02285 nömrəli abunə koduna hesablanmış 672,58 manat borcun tələb müddəti keçmişdir. Belə ki; Azərbaycan Respublikası Mülki Məcəlləsinin 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olunmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Həmin Məcəllənin 399.1-ci maddəsinə əsasən müqavilə bağlandığı andan qüvvəyə minir və tərəflər üçün məcburi olur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 527.1-ci maddəsinə əsasən öhdəliyə icra, depozitə qoyma, qarşılıqlı əvəzləşdirmə, borcu bağışlama, müddətin keçməsi nəticəsində və bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər əsaslar üzrə tamamilə və ya qismən xitam verilir.Həmin Məcəllənin 527.2-ci maddəsinə əsasən öhdəliyə tərəflərdən birinin tələbi ilə xitam verilməsinə yalnız bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan hallarda yol verilir. Qeyd edilən Məcəllənin 550-ci maddəsinə əsasən tələbə, yəni digər şəxsdən hərəkətin edilməsini və ya edilməməsini tələb etmək hüququna müddətin keçməsinə görə xitam verilə bilər.Həmin Məcəllənin 551.2.1-ci maddəsinə əsasən kirayə haqqı, icarə haqqı, kapital üçün faizlər və digər vaxtaşırı ödənişlər haqqında tələblər beş il keçdikdən sonra qüvvəsini itirir.Bu Məcəllənin 552.1-ci maddəsinə əsasən müddətin axımı tələbin icra müddətinin çatması ilə başlanır. Müddət hesablanarkən müddətin başlandığı gün nəzərə alınmır. Öhdəliyin məzmunu hərəkətsizlikdirsə, müddət bu öhdəliyin yerinə yetirilmədiyi andan başlanır. Həmin Məcəllənin 554.1-ci maddəsinə əsasən müddət keçdikdən sonra mükəlləfiyyətli şəxsin öhdəliyin icrasından imtina etmək hüququ vardır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 02 fevral 2005-ci il tarixli, 18 nömrəli Qərarı ilə təsdiq edilmiş “X1 Qaydaları”nın 8.1-ci bəndinə əsasən Dövlət elektroenergetika müəssisəsindən enercitəchizatı müəssisəsinə, enerjitəchizatı müəssisəsindən abonentə, abonentdən subabonentə elektrik enerjisinin verilişi yalnız müvafiq olaraq tərəflər arasında bağlanmış elektrik enerjisinin alqı-satqı müqaviləsinə əsasən və onlar üçün təyin olunmuş elektrik enerjisinin tariflərinə uyğun aparılır.Həmin Qaydaların 8.2-ci bəndinə əsasən elektrik enerjisinə görə hesablaşmalar uçot cihazlarının hesablaşma dövründəki göstəricilərinə əsasən aparılır. Həmin Qaydaların 8.4-cu bəndinə əsasən Enerjitəhcizatı müəssisəsi istehlakçıdan yalnız istifadə olunmuş elektrik enerjisinə görə ödəniş alır,digər ödənişlərin, o cümlədən bu qaydaların 3.5-ci bəndinə uyğun olaraq istehlakçıya məxsus elektrik qurğularına gərginlik verilməsinə görə ödənişin alınmasına yol verilmir.Həmin Qaydaların 8.9-cu bəndinə əsasən istehlakcı (məişət abonenti istisna olmaqla) hesablaşma elektrik sayğacının göstərişi haqqında məlumat vermədikdə, hesablaşma əvvəlki dövr ücün müəyyən olunmuş orta gündəlik elektrik enercisi sərfinə uyğun aparılır və orta gündəlik elektrik enerjisi sərfinə uyğun hesablaşma bir hesablaşma dövründən artıq olmamalıdır, dövr başa çatdıqdan sonra göstərilən hal davam edərsə, elektrik enercisinin sərfi istehlakçının (məişət abonenti istisna olmaqla) cərəyan qəbuledicilərinin gücünə və işləmə saatlarına uyğun olaraq müəyyənləşdirilir. Bu qayda elektrik sayğaclarının göstərişi haqqında istehlakçı (məişət abonenti istisna olmaqla) məlumat verənədək davam etdirilir və həmin dövr üçün elektrik enerjisinin yenidən hesablaşması aparılmır. Beləliklə məhkəmə hesab edir ki, cavabdeh "xxxx" ASC tərəfindən iddiaçı ünvan 2qayıt şəhəri, 10-cu mikrorayonda yerləşən, 51 saylı evin, 20 saylı mənzil ünvanında **********02285 nömrəli abunə koduna hesablanmış 672,58 manat borc silinməlidir. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Həmin məcəllənin 119.2-ci maddəsinə əsasən iddiaçı müəyyən olunmuş qaydada dövlət rüünvan 2unu ödəməkdən azad edilmişsə, dövlət rüünvan 2u iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. “Dövlət rüünvan 2u haqqında” Azərbaycan Respublikasının Qanununun 9.1.5-ci maddəsinə istehlakçıların hüquqlarının pozulması ilə əlaqədar verdikləri iddialar üzrə iddiaçılar dövlət rüünvan 2undan azad edilir. Məhkəmə iddianın ödənilmiş dövlət rüünvan 2unun tutulması ilə bağlı hissəsini araşdıraraq hesab edir ki, iddia bu hissədə də təmin edilməli, iddianın qiyməti 1000 manatadək olduqda məhkəməyə ödənilməli olan dövlət rüünvan 2unun məbləği 30 manat olmalıdır. (“Dövlət rüünvan 2u haqqında” Azərbaycan Respublikası Qanununun 8.1.1-ci maddəsi) Hazırda iddia tələbinin təmin edilən hissəsi 672,58 manat olduğundan 30 manat dövlət rüünvan 2u cavabdehdən tutularaq Dövlət büdcəsinə ödənilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220-ci və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə, qət etdi: İddia tələbi təmin edilsin. Cavabdeh "xxxx" ASC tərəfindən İddiaçı məxsus olan ünvan 2qayıt şəhəri, 10-cu mikrorayonda yerləşən, 51 saylı evin, 20 saylı mənzil ünvanında **********02285 nömrəli abunə koduna hesablanmış 672,58 manat borc silinsin. İddianın verilməsinə görə 30 manat dövlət rüünvan 2u cavabdeh "xxxx" ASC-dən tutularaq Dövlət büdcəsinə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində ünvan 2qayıt Şəhər Məhkəməsi vasitəsi ilə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılan elektron kabinetdən istifadə edilməklə) ünvan 2qayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Elmir Hüseynov
Məhkəmə qərarları › İş №2(060)-4002/2023
Sumqayıt Şəhər Məhkəməsi Qətnamə — İş №2(060)-4002/2023
10.08.2023 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver