Məhkəmə qərarları › İş №2(060)-4010/2021

Sumqayıt Şəhər Məhkəməsi Qətnamə — İş №2(060)-4010/2021

18.06.2021 · Müqavilənin etibarsız hesab edilməsi tələbi üzrə - Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(060)-4010/2021 18.06.2021 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Qoşqarlı Rəşad Nizami oğlunun sədrliyi Məhkəmə iclas katibi X1 İddiaçı direktoru X13, vəkili X9, cavabdehlər Cavabdeh1 nümayəndəsi və vəkili Vəkil, “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyətinin direktoru Cavabdeh3 və nümayəndəsi X2 iştirakları ilə İddiaçı cavabdehlər Cavabdeh1 və “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyətinə qarşı «borc müqaviləsinin etibarsız hesab edilməsi və dəymiş maddi ziyanın tutulması tələbinə dair» iddia ərizəsi üzrə mülki işə Sumqayıt şəhərində açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN E T D İ: İddiaçı direktoru X13 iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh1 ilə “xxxx” MMC arasında bağlanmış 02.07.2009-cu il tarixli borc müqaviləsinin uydurma əqd olduğundan etibarsız hesab edilməsi, Cavabdeh1 tərəfindən iddia qaldırılması və iddia təmin tədbirləri tətbiq olunması nəticəsində dəymiş 948.000 manat birbaşa ziyanın və 25.000.000 manat əldən çıxmış faydanın, ümumilikdə 25.948.000 manatın Cavabdeh1 tutularaq İddiaçı MMC-yə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı direktoru X13 iddia tələbinə dəqiqləşmə verərək, Cavabdeh1 tərəfindən iddia qaldırılması və iddia təmin tədbirləri tətbiq olunması nəticəsində dəymiş 948.000 manat bir başa ziyanın və 25.000.000 manat əldən çıxmış faydanın, habelə 1.186.186,60 manat məbləğin əsassız, olaraq ləğv edilmiş Nəsimi Rayon Məhkəməsinin 10 fevral 2014-cü il tarixli qətnaməsinin icrası qaydasında iddiaçı Cavabdeh1 hesabını köçürülmüş məbləğin, ümumilikdə 27.134.186,60 manatın Cavabdeh1 və Cavabdeh3 tutularaq iddiaçı “xxxx” MMC-yə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmədə İddiaçı direktoru X13 iddia tələbini müdafiə edərək göstərdi ki, hazırda iddiaçı "İddiaçı" MMC, “xxxx” MMC-nin təsisçisi olmaqla sonuncu hüquqi şəxsin nizamnamə kapitalı 100% miqdarında ona məxsusdur. Azərbaycan Respublikası MMnin 349-cu maddəsinə əsasən "Hüquqi şəxsin öz nizamnaməsində müəyyənləşdirilmiş fəaliyyət məqsədlərinə zidd olaraq bağladığı əqd, əgər əqddə iştirak edən digər tərəfin onun qanunsuz olduğunu bildiyi və ya bilməli olduğu sübuta yetirilərsə, həmin hüquqi şəxs və ya onun təsisçisi tərəfindən mübahisələndirilə bilər". Başqa sözlə, “xxxx" MMCnin təsisçisi olan "İddiaçı" MMC-nin hüququ vardır ki, “xxxx” MMC-nin adından qanunsuz bağlanmış əqdi miibahisələndirsin. Belə ki, 02.07.2009-cu il tarixdə Cavabdeh1 ilə Cavabdeh3 arasında borc müqaviləsi bağlanmışdır. Həmin borc müqaviləsinin giriş hissəsindən görünür ki, borc verən Rusiya Federasiyası vətəndaşı fiziki şəxs Cavabdeh1dur, borc alan isə Cavabdeh3dur. Sonuncu şəxsin müqavilədə iştirakı “xxxx” MMC-nin təsisçisi kimi qeyd olunur. Borc müqaviləsinin 1-ci bəndində qeyd olunur ki, borc verən borc alanın mülkiyyətinə, ənıəli idarəçiliyinə müəyyən məbləğdə pul verir, borcalan isə 01.06.2010-cıı il tarixədək həmin məbləği qaytarmağı öz öhdəsinə götürür. Başqa sözlə, müqavilənin mətni tərtib olunarkən çalışılmışdır ki, müqavilə üzrə öhdəlik məhz “xxxx” MMC-niıı üzərinə qoyulsun. Lakin borc müqaviləsinin təsdiq olunmasına dair notariat işinə Cavabdeh3 “xxxx” MMC-nin qanuni təmsilçisi kimi çıxış etməsinə dair müvafiq sənədlər əlavə edilməmiş, habelə borc müqaviləsi notarius tərəfindən təsdiq edilərkən təsdiq qeydi fiziki şəxslərin bağladığı müqavilədə təsdiq qeydi formasında təsdiq edilmişdir. Halbuki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 avqust 2000-ci il tarixli, 148 nömrəli qərarı ilə təsdiq edilmiş 20 nömrəli formaya uyğun olaraq hüquqi şəxslərin iştirakı ilə müqavilədə təsdiq qeydi fərqlidir. Başqa sözlə, mübahisəli borc müqaviləsini təsdiq edilərkən qeyd olunan 20 nömrəli formaya uyğun olaraq hüquqi şəxsin nümayəndəsinin səlahiyyətinin yoxlanılması barədə qeydiyyat aparılmamış, notariat işinə müvafiq sənədlərin surəti əlavə olunmamışdır. Bundan başqa, mübahisəli borc müqaviləsində hüquqi əsaslandırma kimi Azərbaycan Respublikası MM-nin 413, 742-745-ci maddələrinin məzmununun tərəflərə izah olunması qeyd edilmişdir. Lakin qeyd olunan 413-cü maddə müqavilənin təsdiq olunma tarixinə artıq Məcəllədən çıxarılmış, 742-745-ci maddələr isə borcun qaytarılmasını nizama salan normalardır. Göründüyü kimi, Cavabdeh3 “xxxx” MMC-nin adından əqd bağlamaq səlahiyyəti olmayıb, onun hüquqi şəxsin qanuni təmsilçisi olması barədə reyestr məlumatı notariat işinə əlavə olunmamışdır. Notariat işinə əlavə edilmiş “xxxx” MMC-nin nizamnaməsində isə təsisçiyə belə bir əqd bağlamaq hüququnun verilməsi barədə heç bir göstəriş aşkar olunmamışdır. Digər tərəfdən, Azərbaycan Respublikası MM-nin 49.1-ci maddəsinə əsasən "Hüquqi şəxslər qanunvericiliyə və nizamnaməyə uyğun fəaliyyət göstərən öz orqanları vasitəsilə mülki hüquqlar əldə edir və öhdələrinə mülki vəzifələr götürürlər. Hüquqi şəxsin orqanlarının seçilməsi və ya təyin edilməsi qaydası nizamnamə ilə müəyyənləşdirilir" (həmin vaxt qüvvədə olan redaksiyada). Lakin “xxxx” MMC-nin nizamnaməsində Cavabdeh3 “xxxx” MMC-nin qanuni təmsilçisi olması və ya hüquqi şəxsin hər hansı orqanını təmsil etmək hüququ barədə qeyd yoxdur. Azərbaycan Respublikası MM-nin 350-ci maddəsinə əsasən "Əgər şəxsin əqd bağlamaq səlahiyyətləri müqavilə ilə və ya hüquqi şəxsin orqanının səlahiyyətləri onun nizamnaməsi ilə etibarnamədə, bu Məcəllədə müəyyənləşdirilənə və ya əqdin bağlandığı şəraitə görə aşkar sayıla bilənə nisbətən məhdudlaşdırılarsa və əqd bağlanarkən həmin şəxs və ya orqan bu məhdudiyyətlərdən kənara çıxarsa, əqd yalnız onda iştirak edən digər tərəfin göstərilən məhdudiyyətləri bildiyinin və ya bilməli olduğunun sübuta yetirildiyi hallarda, mənafeləri üçün məhdudiyyətlər qoyulmuş şəxs tərəfindən mübahisələndirilə bilər." "Azərbaycan Respublikasında notariat hərəkətlərinin aparılması qaydaları haqqında" Təlimatın 35-ci bəndinə əsasən "Notarius, əgər notariat hərəkətlərinin aparılması qanuna ziddir sə, ..., hüquqi şəxsin adından bağlanan əqd onun nizamnaməsində və ya əsasnaməsində göstərilən məqsədlərə ziddirsə, qanunun tələblərinə uyğun olmayan əqd bağlanmışsa, ..., əqdin məzmunu tərəflərin həqiqi niyyətinə uyğun gəlmirsə, notariat hərəkətlərini aparmaqdan imtina edir. Təlimatın 40-cı bəndinə əsasən "Əqddə hüquqi şəxslər iştirak edirlərsə, notariuslar əqddə iştirak edən hüquqi şəxslərin hüquq qabiliyyətini yoxlamalıdırlar. Əqddə iştirak edən hüquqi şəxslərin hüquq qabiliyyətini yoxlayarkən notariuslar hüquqi şəxslərin onun nizamnaməsi ilə və ya əsasnaməsi ilə tanış olmağa və aparılan notariat hərəkətlərinin hüquqi şəxsə onun nizamnaməsi və ya əsasnaməsi ilə verilmiş hüquqlara müvafiq olub-olmadığını yoxlamağa borcludurlar." Bundan əlavə, iş materiallarında kifayət qədər sübut var ki, faktiki olaraq iddiaçı Cavabdeh1 tərəfindən “xxxx” MMC-yə heç bir məbləğdə pul verilməmişdir. İş materiallarına əlavə edilmiş 1 iyun 2009-cu il tarixli əlyazma sənədin tərtibatında iştirak etmiş İsayev Yusif bildirmişdir ki, əlyazma tərtib olunsa da Cavabdeh1 tərəfindən Cavabdeh3 heç bir pul məbləği verilməmişdir. Həmçinin, keçirilmiş audit rəyindən görünür ki, mübahisəli borc müqaviləsində qeyd olunan məbləğdə pul vəsaitinin “xxxx” MMC-nin hesabına mədaxil edilməsi, tikintiyə sərf olunması təsdiqini tapmamışdır. Göründüyü kimi, mübahisəli borc müqaviləsinin notarius tərəfindən təsdiq edildiyi zaman yol verilmiş qanun pozuntularının məcmusu ona dəlalət edir ki, həmin müqavilə uydurma əqddir. Azərbaycan Respublikası MM-nin 340.1-ci maddəsinə əsasən "Uydurma əqd ona uyğun hüquqi nəticələr yaratmaq niyyəti olmadan yalnız görünüş üçünı bağlanmış əqddir. Uydurma əqd əhəmiyyətsizdir. "Həmin Məcəllənin 351.1-ci maddəsinə əsasən "Əhəmiyyətsiz əqd onun bağlandığı andan etibarsızdır ". Bundan başqa, Cavabdeh1 tərəfindən irəli sürülmüş iddianın təmin tədbirləri (əmlaka həbs qoyulması) nəticəsində "İddiaçı" MMC-nin təsisçisi olduğu “xxxx” MMC-yə kiilli miqdarda maddi ziyan dəymişdir. Belə ki, iddianın təmin tədbiri qaydasında “xxxx” MMC-nin bütün hesablarına həbs qoyulmuş və şirkət iflic vəziyyətinə salınaraq fəaliyyəti dayandırılmışdır. Bu zaman şirkət tərəfindən hələ 21.11.2009-cu il tarixdə götürdüyü kreditə görə hər ay 15 min avro məbləğində vəsait ödənilməsini bu giinə kimi davam etdirməkdədir. Bu isə 02.02.2019cu il tarixdən bu giinə kimi davam etməklə 25 ay edir ki, pul ekvivalentində 375.000 avro (15.000x25) və ya hazır ki kursa uyğun manatla 750000 manat edir. Bundan başqa, boşdayanma nəticəsində “xxxx” MMC-yə məxsus obyektin saxlanması üçün xərclər hər aya 7.000 manat (işçilərin əmək haqqısı, kommunal xərclər) təşkil edir ki, bu da 25 ay ərzində edər (7.000x25) 175.000 manat. Həmçinin, audit keçirilməsi iiçiin rəsmi olaraq 10.000 manat, qiymətləndirmə keçirilməsi 3.000 manat, vəkillərin hüquqi yardım göstərilməsi ilə əlaqədar 10.000 manat pul vəsaitləri ödənilmişdir ki, bu da edər 23.000 manat. Bundan əlavə, tikintinin dayandırılması nəticəsində 50 min kvadrat metr sahəsi olan mənzil fondu dövriyyədən kənar qalmışdır ki, həmin mənzil fondunun lıər kv metrinin satışı nəticəsində (1 kv.nıetr sahənin 1500 manat dəyərində, bundan 33%-i mənfəət kimi nəzərə alınsa hər kv.nıetr iiçiin 500 maııat) qəbul etsək, nəticədə əldən çıxmış fayda 25.000.000 manat təşkil etmiş olar. Beləliklə, Cavabdeh1 qanunsuz hərəkətləri nəticəsində birbaşa dəymiş maddi ziyanın məbləği (750.000+175.000+23.000) 948.000 manatdır. Habelə, əldən çıxmış fayda 25.000.000 manat təşkil edir, ki ümumi ziyan 25.948.000 manatdır. Göstərilənləri nəzərə alaraq, Cavabdeh1 tərəfindən iddia qaldırılması və iddia təmin tədbirləri tətbiq olunması nəticəsində dəymiş 948.000 manat bir başa ziyanın və 25.000.000 manat əldən çıxmış faydanın, habelə 1.186.186,60 manat məbləğin əsassız, olaraq ləğv edilmiş Nəsimi Rayon Məhkəməsinin 10 fevral 2014-cü il tarixli qətnaməsinin icrası qaydasında iddiaçı Cavabdeh1 hesabını köçürülmüş məbləğin, ümumilikdə 27.134.186,60 manatın Cavabdeh1 və Cavabdeh3 tutularaq İddiaçı MMCyə ödənilməsi barədə qətnamə qət etməyi məhkəmədən xahiş etdi. Məhkəmədə Cavabdeh1 nümayəndəsi və vəkili Vəkil iddia tələbini qəbul etməyərək bildirdi ki, iddia ərizəsi əsassız olduğundan rədd edilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə müvafiq olaraq hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmçinin, Azərbaycan Respublikası MPM-nin 14.2-ci və 80-ci maddələrinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir, məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. “M. Bağırovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki işlər üzrə məhkəmə kollegiyasının 04 may 2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu 30 iyul 2008-ci il tarixli Qərarında qeyd etmişdir ki, mülki mübahisənin qanuni həlli üçün işə baxan məhkəmə, o cümlədən tam hüquqlu məhkəmə kimi apellyasiya instansiyası məhkəməsi ilk növbədə iddia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa malik olub-olmamasını araşdırmalıdır. Subyektiv hüquq üç elementin məcmusu kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar; başqa (borclu) şəxslərdən tələb etmək hüququ; müdafiə hüququ. Subyektiv hüququn ikinci və üçüncü elementləri birinci elementin mövcudluğu ilə bağlıdır. Birinci element isə bəzən yalnız qanunla müəyyən olunmuş qaydaya riayət edilməklə yaranır. Belə qaydalara riayət edilmədən subyektiv hüququn digər elementlərinin, yəni başqa şəxslərdən tələb etmək hüququnun və müdafiə hüququnun yaranmasından, eləcə də həyata keçirilməsindən söhbət gedə bilməz. Hesab edir ki, hazırki iş üzrə iddiaçının Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunda qeyd edilmiş hüquqi mövqeyə görə iddia qaldırmaqda, tələb etməkdə subyektiv hüququ yoxdur. Belə ki, “xxxx” MMC və Cavabdeh3 ilə Cavabdeh1 arasında arasında borc müqavilələri 2009-cu ildə bağlanmış, həmin zaman Cavabdeh3 “xxxx” MMC-nin həm təsisçisi, həm də direktoru olmuşdur. İddiaçı MMC “xxxx” MMC-nin 100% həcmdə paylarını 04.07.2014-cü il tarixdə almışdır. Başqa sözlə, “xxxx” MMC və Cavabdeh3 ilə Cavabdeh1 arasında mülki hüquqi münasibətlər yarananda, İddiaçı MMC ilə “xxxx” MMC-nin heç bir mülki hüquqi münasibətləri, bağlılığı olmamışdır. Hətta, “xxxx” MMC və Cavabdeh3 ilə Cavabdeh1 arasında arasında borc müqavilələri 2009-cu ildə bağlanan zaman İddiaçı MMC adlanan hüquqi şəxs nə təsis olunmuş, nə də reystrdə qeydə alınmamışdır. Buna görə də İddiaçı MMC onun təsis olunmasından illər öncə bağlanmış və ona aidiyyəti olmayan (nəzərə almalıdır ki, mülki qanunvericiliyin tələblərinə görə təsisçi heç bir halda hüquqi şəxsin öhdəliklərinə görə məsuliyyət daşımır) əqdin etirbarlılığmı mübahisələııdirə bilməz. Digər tərəfdən bağlanmış əqdin guya ki uydurma əqd olması, görünüş üçün bağlanması absurddur, çünki həmin əqd kifayət qədər ciddi hüquqi nəticələr yaratmış, həmin əqdin icrası ilə bağlı müqavilə tərəfləri arasında onlarla məhkəmə mübahisələri olmuşdur. Eləcə də hazırki iddia tələbi üzrə iddia müddəti keçmişdir. Belə ki, İddiaçı MMC “xxxx” MMC-nin 100% həcmdə paylarını 04.07.2014-cü il tarixdə almamışdan öncə MMC-nin səhmləri Bakı Şəhər Nəsimi Rayon Məhkəməsinin 2(006)-208/2014 saylı 10 fevral 2014-cü il tarixli qətnaməsi üzrə ilk iddiaçı Cavabdeh1 məxsus olmuş və Cavabdeh1 etibarnaməsindən istifadə edilərək, onun xəbəri olmadan ona məxsus təsis payları Cavabdeh3 satıldığından Cavabdeh1 bu alqı-satqı müqaviləsini etibarsızlığını Sumqayıt Şəhər Məhkəməsində mübahisələndirmişdir. Sumqayıt Şəhər Məhkəməsinin 2(060)- 1801/2014 saylı, 11.04.2014-cü il tarixli qətnaməsi ilə Cavabdeh1 iddiası təmin edilmiş və 03.11.2009-cu il tarixli alqı-satqı müqaviləsi etibarsız hesab edilmişdir. Həmin qətnamədən apelyasiya şikayəti verən İddiaçı MMC apelyasiya şikayətində Bakı şəhər Nəsimi Rayon Məhkəməsinin 2(006)-208/2014 saylı 10 fevral 2014-cü il tarixli qətnaməsindəki müəyyən edilmiş hallara istinad edərək həmin qətnamənin qanuni qüvvəyə mindiyini və MPM-in 82-ci maddəsinə əsasən preyudesial xarakter daşıdığını bildirmişdi. Həm Sumqayıt Apelyasiya Məhkəməsi, həm də Ali Məhkəmə Cavabdeh1 əqdin etibarsızlığı ilə bağlı iddiasının rədd edərkən İddiaçı MMC-nin istinadı kimi Bakı şəhəri Nəsimi rayon Məhkəməsinin 2(006)-208/2014 saylı 10 fevral 2014-cü il tarixli qətnaməsindəki müəyyən edilmiş hallara preyudesial xarakterli hal kimi yanaşmışlar, həmin qətnaməyə istinad etmişlər. Əqdin etibarsız hesab edilməsinə dair iddialar bir il ərzində irəli sürülə bilər. Qeyd edilən müddət keçdikdə, bu kəsici müddət hesab edilməklə, məhkəmənin özü tərəfindən tətbiq edilməli və iddia rədd edilməlidir. Hazırki halda isə, nəinki kəsici müddət keçmiş, eyni zamanda mülki qanunvericiliyin müəyyən etdiyi ümumi iddia müddəti də ötürülmüşdür. Hazırki halda İddiaçı MMC “xxxx” MMC-nin 100% həcmdə paylarını 04.07.2014-cü il tarixdə alarkən “xxxx” MMC-nin passivlərinin (borc öhdəliklərinin olmasını) olmasını bilməli idi. Müqavilə bağlandıqdan 11-12 il sonra həmin müqavilənin aidiyyəti olmayan şəxs tərəfindən mübahisələndirilməsi absurddur. Göstərilənləri nəzərə alaraq, İddiaçı MMC-nin Cavabdeh1 və qeyrisinə qarşı “borc müqaviləsinin etibarsız hesab edilməsi, maddi ziyanın tutulması” tələbinə dair iddiasını əsassız olması ilə yanaşı, həmçinin iddia müddətinin keçməsi ilə əlaqədar təmin edilməməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etdi. Məhkəmədə cavabdeh “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyətinin direktoru Cavabdeh3 iddia tələbini qəbul etməyərək göstərdi ki, çoxmərtəbəli yaşayış binasının tikintisini həyata keçirmək üçün Bakı Şəhəri İcra Hakimiyyəti tərəfindən 10.01.2008-ci il tarixində 08 saylı və 16.05.2008-ci il tarixində 255 saylı sərəncamlar alınmışdır. Daha sonra həmin layihənin həyata keçirilməsi üçün kredit almaq üçün X15 Bankı ilə danışıqlar aparılırdı. Bu danışıqlar uzanırdı və həmin ərəfədə Rusiya Federasiyasında yaşayan əmisi oğlu Cavabdeh1 Bakıya gələrək belə təklif vermişdir ki, o, bu tikintini maliyələşdirmək üçün krediti Rusiya banklarından ala bilər. O, bildirdi ki, bunun üçün müəyyən zaman tələb olunur və lazımi qurumlarda danışıqlar aparmalıdır. Bir neçə vaxt keçdikdən sonra Cavabdeh1 ona bildirmişdir ki, Rusiya Federasiyasından kredit almaq olar, ancaq bunun üçün “xxxx” MMC - paylarının çox hissəsi onun adına keçməlidir və sözü gedən layihədə guya onun iştirakını və sərmayə qoyduğunu sübut edən sənəd hazırlanaraq ona verilməlidir ki, Rusiya tərəfinə təqdim etsin. Məhz Rusiya Federasiyasından kredit almaq məqsədilə sənəd hazırlanması üçün 2009- cu ilin iyulun ikisində Cavabdeh1la borc müqaviləsi bağlamağa razılıq vermişdir. Müqaviləyə əsasən guya Cavabdeh1 ona borc olaraq pul verir və həmin borc 2010-cu ildə qaytarılmalıdır. Bundan başqa “xxxx” MMC-də ona məxsus olan 100 % payın 95%- i 24.09.2009-cu il tarixində- Cavabdeh1 adına dövlət reyestrində qeydə alınaraq çıxarış verilməsi tərəfindən təmin olunur. Beləliklə, bu iki sənəd Cavabdeh1 verilir ki, Rusiya tərəfi ilə müzakirələr aparıb qeyd olunan layihənin icrası üçün kredit vəsaiti əldə etsin. Lakin sonradan məlum oldu ki, Rusiya Federasiyasından kredit almaq mümkün deyildir. Belə olduğu halda o zaman payların Bakı şəhəri 19 saylı Notariat Kontorunda bağlanmış noyabr 2009-cu il tarixində ona geri qaytarılması təmin olunmuşdur. Müqavilənin ləğv olunmasını ondan tələb edəndə o bildirdi ki, sənədlər Rusiya Federasiyasındadır sonra gətirər ləğv edilər. Sonradan layihənin icrası üçün kredit vəsaiti İran Bankı tərəfindən təmin olunduğunu görən Nəriman İsavev etibarından sui istifadə edərək əlindəki borc müqaviləsindən ona qarşı istifadə etdi və məhkəmədə ona qarşı iddia qaldıraraq özünü tələbkar kimi təqdim etmişdir. Təəsüflər olsun ki, məhkəmə prosesində onun şikayətləri təmin olunmamışdır. Cavabdeh1 hətta payların 95% ona məxsus olduğu barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmiş və bu proses Ali Məhkəmənin Mülki Kollegiyasına qədər uzanmış və nəticədə onun iddiası qəbul edilməmişdir və “xxxx”» MMC iddiaları təmin edilmişdir. Borc müqaviləsi 02.07.2009-cu il tarixində, bağlanmış və onun geri qaytarılması 01.06.2010-cu ildə təmin olunmalı idi. Sual olunur nə üçün 3 il keçdikdən sonra, yəni 2014-cü il tarixində şikayət olunmuşdur. Səbəb; O görəndə ki, tikinti sahəsində işlər X15 Bankı tərəfindən ayrılmış güzəştli kredit əsasında İran şirkəti olan 115 Yolsalma və Tikinti şirkəti tərəfindən surətlə qabağa gedir, o real olmayan müqavilə yadına düşür və tikintidən qazanc əldə etmək üçün məhkəməyə müraciət edir. Cavabdeh1 iddia etdiyi borc pul haqqında onu deyə bilər ki, həmin borc mühasibatlıqda yalnız kağız üzərində olunmuş və həmin müqavilə onun təklifi ilə bağlanmışdır. Müqavilədə qeyd olunduğu vəsaitin “xxxx”» MMC-nin hesabına daxil olması, nağd şəkildə ona verilməsi və ya hansı təyinat üçün istifadə olunmasını təsdiq edən heç bir sənəd yoxdur. Ancaq Cavabdeh1 Ali Məhkəmənin Mülki Kollegiyasına kassasiya şikayəti verən zaman ərizəsində göstərmişdir ki, Cavabdeh3 “xxxx”» MMC-yə 7 000 000 (yeddi milyon) borc “xxxx”» MMC-nin banklardakı borcların ödənilməsinə, torpaqların alınmasına və artıq qalan məbləği isə tikintinin aparılmasına şərt edilməsidir. Torpaqların alınması - torpaqlar 2005-2007-ci illərdə fiziki şəxs olaraq Cavabdeh3 tərəfindən alınıb və bunun əsasında Bakı şəhər İcra Hakimiyəti tərəfindən 10.01.2008-ci il tarixində 08 saylı və 16.05.2008-ci il tarixində 255 saylı sərəncamla 2 girişli 24 mərtəbəli yaşayış binasının tikintisinə icazə verilmişdir. Bankda borc haqqında - 2005-ci il tarixindən “xxxx”» MMC qeydiyyatdan keçməsinə baxmayaraq 2010-cu ilə qədər heç bir fəaliyyət göstərilməmişdir və ona görə hər-hansı bir borcu ola bilməzdir. Binanın tikintisi İlə əlaqədar “xxxx”» MMC-nin sifarişçi olduğu layihə İran Bankı tərəfindən maliyyələmiş və tikinti işləri İran şirkəti olan 115 Tikinti və Yolsama şirktəti tərəfindən həyata keçirilmişdir. Bundan da aydın olmuşdur ki, Cavabdeh1 heç vaxt “xxxx”» MMC- yə borc verməmişdir bu müqavilə Rusiyadan kredit vəsaitini almaq üçün yalnız kağız üzərində olmuşdur. Amma Cavabdeh1 bundan istifadə edərək həm ona, həm də cəmiyyətin işinə küllü miqdarda ziyan vurmuş və çoxmərtəbəli binaya həbs qoyaraq, İcra məmurlarının köməyi ilə həmin evi hərraca çıxarıb satışdan əldə olunan vəsaiti əslində mənimsəmək niyyətini güdür. Hal-hazırda sifarişçi olduqları və qeyd etdiyi çoxmərtəbəli yaşayış binasının tikintisi üzrə işlər tam dayandırılmış və “xxxx”» MMC-nin hesablarına həbs qoyulmuşdur. Əlavə olaraq, İddiaçı MMC 2013-cü ildə yaranmış və “xxxx”» MMC-nin bütün səhmlərini almışdır. Hazırda iddia tələbini əsassız hesab edir və rədd edilməsini məhkəmədən xahiş etdi. Məhkəmədə cavabdeh “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyətinin direktoru nümayəndəsi X10 digər Cavabdeh3 izahatına uyğun izahat verərək iddia tələbinin əsassız olduğu üçün rədd edilməsini məhkəmədən xahiş etdi. İş üzrə müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilmiş Bakı şəhər 9 saylı notariat kontoru qanunla müəyyən olunmuş qaydada məhkəmənin yeri və vaxtı barədə xəbərdar edilməsinə baxmayaraq nümayəndəsi məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri haqqında məlumat verməmişdir. Ona görə də Azərbaycan Respublikası Mülki Prosessaul Məcəlləsinin 185.5-ci maddəsinə əsasən məhkəmə müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilmiş Bakı şəhər 9 saylı notariat kontorunun nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmədə şahid X16 bildirdi ki, o, “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyətində təhcizçi vəzifəsində işləyir. 02 iyul 2009-cu il tarixli borc müqaviləsinə əsasən 6650.000 Evro borcun alınmasına dair qəbz onun iştirakı yazılsada həmin vaxt Cavabdeh3 pul verilməmişdir. Hər iki nəfər arasında bağlanmış yəni razılaşmış adı kağıza tərtib olunmuş pul verilməsinə dair sənəd idi, həmin sənətdə qeyd olunur ki, Cavabdeh1 oğlu 665000 Avro pulu Cavabdeh3 verdi, ancaq həmin vaxt qeyd etdiyi kimi Cavabdeh3 heç bir pul verilməmişdir. Həmin kağız ancaq iş görmək məqsədi ilə imzalanmışdır. Məhkəmə İddiaçı direktoru X13, vəkili X9, cavabdehlər Cavabdeh1 nümayəndəsi və vəkili Vəkil, “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyətinin direktoru Cavabdeh3, nümayəndəsi X10 və şahid X11 izahatlarını dinləyərək, iddia ərizəsini nəzərdən keçirib, iş materiallarını hərtərəfli, tam və obyektiv tədqiq edərək belə hesab edir ki, iddia əsassız olduğu üçün təmin edilməməlidir. Belə ki, iş materiallarında olan Cavabdeh1 (Borc verən) ilə “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyətinin təsisçisi Cavabdeh3 (Borc alan) arasında bağlanmış 02.07.2009-cu il tarixli “borc müqaviləsi”ndən müəyyən edilir ki, müqavilənin 1-ci bəndinə əsasən borc verən borc alanın mülkiyyətinə, əməli idarəçiliyinə-6.650.000 (altı milyon altı yüz əlli min) avro manat kurs üzrə 7.547.750 (yeddi milyon beş yüz qırx yeddi min yeddi yüz əlli) manat məbləğində borc pul verir, borc alan - 01.06.2010-cu il (bir iyun iki min onuncu) tarixədək həmin məbləği qaytarmağı öhdəsinə götürür. Müqavilənin 2-ci bəndinə əsasən müqavilədə göstərilə məbləği, borc pulu alanın arzusu ilə 01.06.2010-cu il (bir iyun iki min onuncu) il tarixədək qaytarıla bilər. Lakin həmin məbləğinin axırıncı qalığını - 01.06.2010-cu il tarixdən gec olmayaraq “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyəti qaytarmalıdır. Müqavilənin 3-cü bəndinə əsasən borc alan borcun ödənilməsini gecikdirdiyi halda ödənişin gecikdirdiyi hər gün üçün əlavə göstərilən məbləğin 0,1% həcmində dəbbə pulu ödəyəcəyi barədə öhdəlik götürür. İş materiallarında olan “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyətinin Nizamnaməsinin surətindən görünür ki, “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyətinin Nizamnaməsinin təsisçisi Cavabdeh3dur. İş materiallarında olan 01.11.2019-cu il tarixli “Akt”dan görünür ki, Azərbaycan Respublikası Auditorlar Palatası tərəfindən verilmiş 23 dekabr 2016-ci il tarixli AT/094 N-li İcazə ilə fəaliyyət göstərən “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyətinin direktoru, auditor X17 “xxxx“ MMC-nin 2009-2011-ci illər ərzində hesablaşma hesabına və kassaya daxil olan pul vəsaitlərinin yoxlanmasına dair audit yoxlamasını aparmışdır. Audit yoxlaması 01 sentyabr 2019-cu il tarixdə başlandı və 01 noyabr 2019-cu il il tarixdə başa çatmışdır. Audit yoxlaması “xxxx“ MMC-nin direktoru (çıxarış üzrə qanuni təmsilçi) Cavabdeh3 və Cəmiyyətin baş mühasibi X3 iştirakı ilə aparılmışdır. Audit yoxlaması “xxxx“ MMC tərəfindən təqdim olunmuş ilkin mühasibat sənədləri əsasında aparılmışdır. Azərbaycan Respublikası Vergilər Nazirliyi Kommersiya Hüquqi Şəxslərin Dövlət Reyestrindən Çıxarışa əsasən “xxxx“ Məhdud Məsuliyyətli Cəmiyyət 19.05.2005ci il tarixdə qeydiyyata almışdır.Əvvəlki Dövlət qeydiyyatı- 0205-S18-3068, Dövlət qeydiyyat N-si (VÖEN) – **********, Hüquqi ünvan: AZ 509, ünvan 1 manat (Bank tərəfindən 15.09.2010-cu il tarix və 1000/1104 nömrəli qərara əsasən 200.0 manat və 100 faizə yüklülük müəyyən edilmişdir) Qanuni təmsilçi İsayev X8 verildiyi tarix 27.01,2016-cı il, **********535000 Dövlət Reyestrindən Çıxarış əlavə olunur. Aparılan audit yoxlaması nəticəsində təqdim olunan ilkin sənədlərdən və araşdırmalardan məlum olur ki, bir tərəfdən Rusiya Federassiyası vətəndaşı, Tyumen vilayəti, Vaqays kəndi, Sovet küçəsi, ev 15, mənzil 1 -də qeydiyyatda olan 04.05.1958-ci il təvəllüdlü Cavabdeh1 Tanrı verdi oğlu (pasport 63 N 2230609, 488 FMXİ 20.06.2007, verilmiş) - “borc verən” və digər tərəfdən 19.05.2005-ci ildə 0205-S18-3068 şəhadətnamə ilə Azərbaycan Respublikası Ədliyyə Nazirliyindən qeydiyyatdan keçmiş ünvan 2 ünvanda qeydiyyatda olan “xxxx“ Məhdud Məsuliyyətli Cəmiyyətin təsisçisi şəxsində ünvan 3 ünvanda qeydiyyatda olan xx.xx.1955-ci il təvəllüdlü Cavabdeh3 (ş/v N 0*******, Sumqayıt ŞPİ QŞVB tərəfindən 23.02.2ÜÜ9-CU ildə verilmiş) - “borc alan” arasında 02,07,2009- cu il tarixində Bakı şəhərində aşağıdakı məzmunda “Borc müqaviləsi” bağlanmışdır: Belə ki, “Borc verən” tərəfindən “Borc alan” ın mülkiyyətinə, əməli idarəçiliyinə - ******* (altı milyon altı yüz əlli min) AVRO, manatla kurs üzrə 7 547 750 (yeddi milyon beş yüz qırx yeddi min yeddi yüz əlli) manat məbləğdə borc pul verilir, “Borc alan” 01.06.2010-cu il tarixədək həmin məbləği qaytarmağı öhdəsinə götürür.Bu müqavilədə göstərilən məbləğ, borc pulu alanın arzusu ilə 01.06.2010-cu il tarixədək qaytarıla bilər. Lakin həmin məbləğin axırıncı qalığı 01.06.2010-cu il tarixdən gec olmayaraq “xxxx" MMC tərəfindən qaytarılmalıdır. Həmin müqavilə 02.07.2009-cu il tarixdə Bakı şəhəri 9 saylı dövlət notariat kontorunun notariusu Sadıqov R.F tərəfindən təsdiq edilmişdir və reyestrdə 3-M- 5/750 nömrə ilə qeyd olunmuşdur. Lakin aparılmış audit yoxlaması nəticəsində və ilkin sənədlər əsasında aparılmış araşdırmalara əsasən “xxxx“ MMC-nin istər kassa sənədlərində və istərsə də banklarda olan hesablaşma hesablarında qeyd olunan 6 650 000 AVRO və ya bu məbləğin manat ekvivalenti ******* manat pul vəsaitinin cəmiyyətə mədaxil olunmadığı və bununla da həmin vəsaitdən hər hansı bir təyinat üzrə İstifadə olunmadığı aşkarlanaraq müəyyən edilmişdir. Belə ki, auditor xidməti göstərilməsi barədə 19/70 saylı 05.08.2019-cıı il tarixli müqaviləyə əsasən 27.09.2019-cu il tarixdə sözü gedən borc müqaviləsi üzrə aparılan audit yoxlaması ilə əlaqədar olaraq “xxxx“ MMC-nin ofisində MMC-nin direktor müavini R.M.Muradovun iştirakı ilə mühasibat sənədləri saxlanılan otaqda baxış keçirilmişdir. Baxış nəticəsində mühasibat sənədləri saxlanılan otaqda 2009-cu ilə dair kassa sənədləri və digər sənədlər aşkar edilmədi. Bundan əlavə “xxxx“ MMC-nin təqdim etdiyi 27.09.2019-cu il tarixli 12 saylı məktubun məzmunundan məlum olur ki, “xxxx“ MMC-nin 2009-cu ildən 2010-cu ilə qədər heç bir fəaliyyəti göstərilməmişdir. Audit yoxlaması ilə əlaqədar olaraq “xxxx” MMC-nin hesablaşma hesabından 2009-2011-ci illər ərzində bank çıxarışları haqqında məlumat almaq məqsədi ilə “Nikoil” İKB-nin Sumqayıt filialına, “xxxx” ASC-yə və “xxxx” ASC-nin “Həyat” filialına müraciət edilmişdir. Qeyd olunan banklardan müvafiq cavablar alınmışdır. Banklardan alınan cavabların araşdırılması nəticəsində müəyyən olunmuşdur ki, 02.08.2009-cu il tarixli “Borc müqaviləsi’nə əsasən istər borc verən tərəf Cavabdeh1 və istərsə də borc alan tərəf Cavabdeh3 tərəfindən "xxxx“ MMC-nin kassasına və ya hesablaşma hesabına heç bir pul vəsaiti istər nağd şəkildə və istərsə də köçürmə yolu ilə mədaxil olunmamışdır. Qeyd olunanlarla əlaqədar olaraq Cavabdeh3 faktla əlaqədar izahatı alınmışdır. O, öz izahatında göstərmişdir ki, Cavabdeh1 ilə aralarında borc söhbəti olsada, eləcə də borc müqaviləsi bağlansa da faktiki olaraq o, İsayev Nərmandan heç bir borc almamışdır. Borc barədə Cavabdeh1lə aralarındakı sənədlər isə yalnız Rusiya Federasiyasının banklarından kredit almaq məqsədi ilə hazırlanmışdır. Lakin nəticədə Rusiya banklarından kredit almaq mümkün olmamışdır. Audit yoxlamasının gedişində “xxxx” MMC-də təchizatçısı vəzifəsində çalışan X6 da faktla əlaqədar izahat alınmışdır. İsayev Yusif öz izahatında göstərmişdir ki, həqiqətən Cavabdeh1, Cavabdeh3 6 650 000 Avro borc verməsinə dair adi kağızda qəbz yazılmış və o da şahid kimi həmin qəbzi imzalamışdır. Lakin həmin vaxt, yəni qəbz yazılan zaman Cavabdeh1 tərəfindən faktiki olaraq Cavabdeh3 pul verilməmiş və bu sənədlər ancaq formal xarakter daşımışdır. Audit yoxlaması gedişində Cavabdeh1 faktla əlaqədar olaraq izahatını almaq mümkün olmamışdır. Belə ki, tərəflərindən onun qeydiyyatda olduğu RF, Tyumen vil. Vaqays kəndi, Sovet küçəsi, ev 15, mənzil 1 ünvanına poçt vasitəsilə 30.09.2019-cu il tarixində 914782 saylı ödəniş qəbzi ilə teleqram verilmişdir və oktyabr 2019-cu il tarixində mərkəzi poçt vasitəsi ilə məktublaşdırılmışdır. İş materiallarında olan Cavabdeh1 iddia tələbinə əsasən çıxarılmış məhkəmə qətnaməsinin icrası nəticəsində “xxxx” MMC-yə və onun inşa etdiyi lahiyəyə dəymiş ziyan haqda 20.07.2020-ci il tarixli aktdan görünür ki, “xxxx” MMC-nin təsisçisi olan İddiaçı MMC-nin direktoru X13, ‘'xxxx'’ MMC-nin direktoru Cavabdeh3, mühasib X14 bu Aktı ondan ötrü tərtib etdilər ki, Rusiya vətəndaşı Cavabdeh1 iddia tələbinə əsasən cavabdehlər “xxxx” MMC-dən və Cavabdeh3 müştərək qaydada iddiaçı Cavabdeh1 xeyrinə əsas borc üzrə ******* manat və dəbbə pulu üzrə 1.000.000 manat olmaqla cəmi 8.547.750 manat pulun tutulması barədə Nəsimi Rayon Məhkəməsinin 10.02.2014-cü il tarixli 2(006)-208/2014 saylı qətnaməsi qəbul edilərək icraya yönəldilmişdir. İcra tədbirləri nəticəsində 2018-ci ilin sonunda “xxxx” MMC-nin daşınmaz əmlakına və 2019cu ilin fevral ayında bank hesablarına həbs qoyulmuşdur. Hesabların bağlanması nəticəsində 2019-ci ilin fevral ayında ünvan 4 ünvanda yerləşən və X12 Bankı ilə bağlanmış 880/M/AZE/ll saylı 21 noyabr 2009-ctı il tarixli kredit müqaviləsinə əsasən maliyyələşən və “xxxx” MMC tərəfindən inşa edilən çoxmərtəbəli binanın tikintisi dayandırılmışdır. “xxxx” MMC ilə kredit ayıran Bank arasında 01.06.2019-cu il tarixində imzalanmış 2019/01 saylı üzləşmə aktına əsasən kreditin vaxtında qaytarılmaması nəticəsində hər gecikən günə görə 14.890.95 (on dörd min səkkiz yüz doxsan min avro 95 sent) avro məbləğində dəbbə pulu hesablanır və həmin məbləğ alınan kreditin faizinin üzərinə gəlir. Bu məqamı nəzərə alsaq tikinti işlərinin 2019-cu ilin fevralından etibarən dayanmasından 16 ay keçmişdir. Aylıq iş günü 20 gün nəzərə alınsa 320 gün boşdayanma hər günə 14.890.95 avro dəbbə pulu nəzərə almanda ******* (dörd milyon yeddi yüz altmış beş min səksək səkkiz) avro məbləği təşkil edir. Digər tərəfdən “xxxx” MMC - nin hesablarına və daşınmaz əmlakı üzərinə həbsin qoyulması nəticəsində bütün inşaat işləri dayandırılmış, heç bir tikinti işi aparmaq mümkün olmamış və nəticədə cəmiyyətin strukturu dağılmış, işçilər ixtisara salınmış, podratçılarla bağlanmış bütün müqavilələrin icrası donmuş vəziyyətdə qalmışdır. Əgər işlər qaydasında və qrafıkə uyğun davam etdirilsəydi o zaman bu müddət ərzində tikinti işləri başa çatardı, satışdan cəmiyyətin əldə edəcəyi gəlir hesabına alınan kredit müəyyən qədər geri qaytarılardı və Cəmiyyət zərər çəkməzdi. Qeyd olunan məqamları nəzərə alaraq, yalnız kredit müqaviləsindən irəli gələn öhdəliklərin vaxtında icra edilməməsi nəticəsində 2019-cu ilin fevralından bu günə qədər “xxxx” MMC-yə ******* (dörd milyon yeddi yüz altmış beş min səksək səkkiz) avro ziyan dəymişdir. İş materiallarında olan Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-1801/2014 saylı, 11.04.2014-cü il tarixli qətnaməsinin surətindən görünür ki, iddia təmin edilərək, “xxxx” MMC-nin nizamnamə kapitalında Cavabdeh1 məxsus olmuş 95% payın Cavabdeh3 satılması barədə Bakı şəhəri, 19 saylı Notariat Kontorunda bağlanılmış 03 noyabr 2009cu il tarixli alqı-satqı müqaviləsi etibarsız hesab edilməsi və Cavabdeh1 “xxxx” MMC-nin nizamnamə kapitalındakı 95% paya hüquqları tanınaraq, bu hüququn reyestrdə qeydə alınması 2 saylı Ərazi vergilər İdarəsinə həvalə edilməsi qət edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının 12.06.2015-ci il tarixli, 2(102)-2384\2015 saylı qərarının surətindən görünür ki, Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 09 yanvar 2015-ci il tarixli qətnaməsi ilə Sumqayıt Şəhər Məhkəməsinin 11 aprel 2014-cü il tarixli qətnaməsi ləğv edilmiş, yeni qətnamə qəbul edilmiş, iddiaçı Cavabdeh1 cavabdehlər Cavabdeh3 və qeyrilərinə qarşı əqdin etibarsız hesab edilməsi tələbinə dair iddiası təmin edilməmişdir. Kassasiya şikayəti qismən təmin edilərək, Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 09.01.2015-ci il tarixli qətnaməsi ləğv edilərək, iş yenidən baxılması üçün apellyasiya instansiyası məhkəməsinə qaytarılması qərara alınmışdır. İş materiallarında olan Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 13.02.2020-ci il tarixli, 6(009)-11/2020 saylı qərarının surətindən görünür ki, İddiaçı MMC-nin direktoru Nizami Gözəlovun şikayət ərizəsi təmin edilərək, İddiaçı MMC-nin direktoru X13 tərəfindən verilmiş cinayət haqqında məlumatla bağlı Azərbaycan Respublikası Baş Prokurorluğunda araşdırmanın aparılmaması və araşdırmanın nəticəsindən asılı olaraq cinayət işinin başlanılması və ya cinayət işinin başlanılmasının rədd edilməsi barədə qərarın qəbul edilməməsi ilə bağlı Azərbaycan Respublikası Baş Prokurorluğunun Müraciətlərə baxılması idarəsinin rəisi müavini, İİ dərəcəli hüquqşünas Toğrul Əhmədovun hərəkətləri qanunsuz hesab edilməklə cinayət haqqında məlumata baxılaraq müvafiq qərar qəbul edilməsi qərara alınmışdır. Qərarın icrası Azərbaycan Respublikası Baş Prokurorluğuna tapşırılmışdır. İş materiallarında olan 24.08.2020-ci il tarixli “cinayət işi baxılmasının rədd edilməsi haqqında qərarın ləğv edilməsi barədə” qərarın surətindən görünür ki, İddiaçı MMC-nin direktoru X7 şikayət ərizəsi əsasında toplanmış 703/20 saylı material üzrə Nəsimi RPİ-nin İŞ-nin baş müstəntiqi Elşən Bədəlzadənin cinayət işinin başlanılmasının rədd edilməsi haqqında 22.06.2020-ci il tarixli qərarı qanunsuz və əsassız olduğundan ləğv edilmişdir. İş materiallarında olan Bakı Şəhəri Nəsimi Rayon Məhkəməsinin 11.12.2020-ci il tarixli, 6(006)-95/2020 saylı, qərarın surətindən görünür ki, Nəsimi Rayon Polis İdarəsinin İstintaq Şöbəsinin müstəntiqi X4 cinayət işinin başlanılmasının rədd edilməsi haqqında 01 noyabr 2020-ci il tarixli qərarı qanunsuz hesab edilərək ləğv edilməsi qərara alınmışdır. İş materiallarında olan “xxxx” MMC-nin Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Yasamal Rayon İcra və Probasiya şöbəsinə 17.08.2020-ci il tarixli, №2020- 16 saylı məktubun surətindən görünür ki, Azərbaycan Respublikası Ali Məhkəməsinin 10-01(102)-01 saylı və 09.01.2013-cü il tarixli icra sənədi üzrə tələb olunan borc məbləği arasında yaranmış fərq yəni 1.186.186,60 manat pul vəsaiti Yasamal rayon icra şöbəsinin depozit hesabına köçürülmüşdür. “xxxx” MMC-yə məxsus həmin vəsait Bakı Apelyasiya Məhkəməsinin 17.12.2019-cu il tarixli 8(103)-774\2019 saylı qərardadına əsasən Nəsimi rayon Məhkəməsinin 10 fevral 2014-cü il tarixli, 2(006)-208/2014 saylı icra sənədi üzrə borclu “xxxx” MMC-dən tutularaq Cavabdeh1 Tanverdi oğluna ödənilmişdir. Tələbkar Cavabdeh1 ödənilmiş və “xxxx” MMC məxsus 1.186.186,60 manat pul vəsaitinin tələbkara hansı tarixdə və hansı qaydada ödənilməsi barədə onlara rəsmi məlumat verilməsini xahiş etmişlər. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Bakı Şəhəri Yasamal Rayon İcra və Probasiya şöbəsinin 24.08.2020-ci il tarixli, 17/72-1077/1-19238 saylı məktubun surətindən görünür ki,sözügedən məbləğ 25.12.2019-cu il tarixdə Bakı Apellyasiya Məhkəməsinin 8(103)-774/19 saylı, 16.12.2019-cu il tarixli icra sənədi əsasında Cavabdeh1 hesabına köçürülmüşdür. Məhkəmə ilkin olaraq borc müqaviləsinin etibarsız hesab edilməsi barədə aşağıdakıları qeyd edir: Əqd mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir. Əqdlər birtərəfli və müqavilə şəklində (ikitərəfli və ya çoxtərəfli) ola bilər. Müqavilənin bağlanması üçün iki tərəfin razılaşdırılmış iradə ifadəsi (çoxtərəfli əqd) zəruridir. İradə ifadəsinin təfsiri zamanı onun həqiqi məzmunu təkcə hərfi mənaya görə deyil, həm də ağlabatan mühakimə əsasında müəyyənləşdirilməlidir (Mülki Məcəllənin 324.1, 324.2, 342.4 və 324.5-ci maddələri). Mülki Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla, bu Məcəllənin tələblərinə uyğun gəlməyən və ya onunla müəyyənləşdirilmiş qaydaları və qadağanları pozan əqd, habelə hakimiyyətdən sui-istifadə nəticəsində, aldatma, zorakılıq, hədə təsiri altında, bir tərəfin nümayəndəsinin digər tərəfə pis niyyətlə razılığa gəlməsi və ya şəxsin ağır vəziyyətə düşməsi nəticəsində bağlanmış əqd etibarsız sayıla bilər (Mülki Məcəllənin 337.1, 338 və 339-cu maddələri). Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337.1-ci maddəsinə əsasən bu Məcəllə ilə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər. Həmin Məcəllənin 337.3-cü maddəsinə əsasən əhəmiyyətsiz əqd məhkəmə tərəfindən etibarsız sayılıb-sayılmamasından asılı olmayaraq özlüyündə etibarsız olan əqddir. Həmin Məcəllənin 337.4-cü maddəsinə etibarsız əqd onun etibarsızlığı ilə bağlı nəticələr istisna olmaqla, hüquqi nəticələrə səbəb olmur. Bu cür əqd bağlandığı andan etibarsızdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337.1, 337.2 və 337.4-cü maddələrinin ümumi məzmununa görə bu Məcəllə ilə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər. Əqd barəsində mübahisə edildikdə əqd bağlandığı andan etibarsızdır. Etibarsız əqd onun etibarsızlığı ilə bağlı nəticələr istisna olmaqla, hüquqi nəticələrə səbəb olmur. Bu cür əqd bağlandığı andan etibarsızdır. Həmin Məcəllənin 339.2-ci maddəsinə əsasən şəxs əqd bağlanması məqsədilə aldadıldıqda həmin əqdi mübahisələndirə bilər. Belə mübahisələndirmə əqdin aldatma olmadan bağlana bilməyəcəyinin aşkar olduğu hallarda həyata keçirilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337.5-ci maddəsinə əsasən əqd etibarsız olduqda, əgər bu Məcəllədə onun etibarsızlığının ayrı nəticələri nəzərdə tutulmayıbsa, tərəflərdən hər biri əqd üzrə aldıqlarının hamısını digər tərəfə qaytarmağa, alınanları eyni ilə qaytarmaq mümkün olmadıqda isə (o cümlədən alınanlar əmlakdan istifadədə, görülmüş işdə və ya göstərilmiş xidmətdə ifadə olunduqda) onun dəyərini pulla ödəməlidir. Bir sözlə, tərəflər müqavilə bağlayanadək olduqları əvvəlki vəziyyətlərinə qaytarılır. Mülki Məcəllənin 338-ci maddəsi bu Məcəllə ilə müəyyənləşdirilmiş qaydaları və qadağaları pozan əqdin etibarsızlığını nəzərdə tutur. Mülki Məcəllənin 339.2 və 339.3cü maddələrinə görə isə şəxs əqd bağlanması məqsədilə aldadıldıqda həmin əqdin etibarsız sayılmasını tələb edə bilər. Bu tələb əqdin aldatma olmadan bağlana biləcəyinin aşkar olduğu hallarda irəli sürülür. Əgər tərəflərdən biri aşkar edilsəydi, digər tərəfin əqd bağlamayacağı hallar barəsində susmuşsa, aldadılmış tərəf əqdin etibarsız sayılmasını tələb edə bilər. Barəsində susulan hallar barəsində məlumat vermək vəzifəsi yalnız o zaman ola bilər ki, digər tərəf vicdanla bunu gözləsin. Aldatma yolu ilə bağlanmış əqdin etibarsız sayılması üçün tərəfin yanlış məlumat verərkən fayda götürmək məqsədini, yaxud digər tərəfə zərər vurmaq məqsədini güdmüş olduğunun əhəmiyyəti yoxdur. Üçüncü şəxs tərəfindən aldadılma halında, əgər əqddən fayda götürən şəxs aldatmadan xəbərdar idisə və ya xəbərdar olmalı idisə, əqdin etibarsız sayılmasını tələb edə bilər. Əgər hər iki tərəf aldatma yolu ilə hərəkət etmişsə, onlardan heç birinin ixtiyarı yoxdur ki, aldadıldığına istinad edərək əqdin etibarsız sayılmasını və ya zərərin əvəzinin ödənilməsini tələb etsin. Aldatma digər tərəfi əqdi bağlamağa vadar etmək məqsədilə bilə-bilə yalan məlumatlar verməklə onda əqd barədə yanlış təsəvvür yaratmaqdan ibarətdir. Əqdin aldatma yolu ilə bağlanması və bu əsasa görə əqdin etibarsız sayılması üçün əqdin bağlanmasında hər hansı tərəfin iradəsinin olmaması və ya belə iradənin düzgün formalaşmaması əsas rol oynayır. Məhkəmə araşdırması nəticəsində müəyyən olunmuşdur ki, İddiaçı MMC 2013cü ildə təsis olunub. 2014-cü il tarixdə “xxxx” MMC-nin paylarını alaraq nizamnamə kapitalı 100% təşkil etmişdir. “xxxx” MMC-nin təsisçisi şəxsində (eyni zamanda direktoru) Cavabdeh3 ilə Cavabdeh1 arasında borc müqaviləsi bağlanmışdır. Həmin borc müqaviləsi 02.07.2009-cu il tarixdə bağlanmışdır. İddiaçı MMC 2014-cü il tarixdə “xxxx” MMC-nin paylarını alan zaman artıq bu müqavilə mövcud olmuşdur. Məhkəmə hesab edir ki, İddiaçı MMC 2014-cü il tarixdə “xxxx” MMC-nin paylarını alaraq nizamnamə kapitalı 100% təşkil etməklə artıq “xxxx” MMC-nin bütün öhdəliklərini (baxmayaraq ki, həmin öhdəliklərə görə məsuliyyət daşımır) qəbul etmişdir. “M. Bağırovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki işlər üzrə məhkəmə kollegiyasının 04 may 2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumu 30 iyul 2008-ci il tarixli Qərarında qeyd etmişdir ki, mülki mübahisənin qanuni həlli üçün işə baxan məhkəmə, o cümlədən tam hüquqlu məhkəmə kimi apellyasiya instansiyası məhkəməsi ilk növbədə iddia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa malik olub-olmamasını araşdırmalıdır. Subyektiv hüquq üç elementin məcmusu kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar; başqa (borclu) şəxslərdən tələb etmək hüququ; müdafiə hüququ. Subyektiv hüququn ikinci və üçüncü elementləri birinci elementin mövcudluğu ilə bağlıdır. Birinci element isə bəzən yalnız qanunla müəyyən olunmuş qaydaya riayət edilməklə yaranır. Belə qaydalara riayət edilmədən subyektiv hüququn digər elementlərinin, yəni başqa şəxslərdən tələb etmək hüququnun və müdafiə hüququnun yaranmasından, eləcə də həyata keçirilməsindən söhbət gedə bilməz. Məhkəmə cavabdeh tərəfin iddia ərizəsinə etirazda qeyd etdiyi arqumentlərlə razılaşaraq hesab edir ki, iddiaçının hazırki iddia tələbini qaldırmaqda subyektiv hüquq yoxdur. Hazırki iş üzrə iddiaçının Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunda qeyd edilmiş hüquqi mövqeyə görə hazırki tələblə iddia qaldırmaqda, tələb etməkdə subyektiv hüququ yoxdur. Belə ki, “xxxx” MMC və Cavabdeh3 ilə Cavabdeh1 arasında arasında borc müqavilələri 2009-cu ildə bağlanmış, həmin zaman Cavabdeh3 “xxxx” MMC-nin həm təsisçisi, həm də direktoru olmuşdur. İddiaçı MMC “xxxx” MMC-nin 100% həcmdə paylarını 04.07.2014-cü il tarixdə almışdır. Başqa sözlə, “xxxx” MMC və Cavabdeh3 ilə Cavabdeh1 arasında mülki hüquqi münasibətlər yarananda, İddiaçı MMC ilə “xxxx” MMC-nin heç bir mülki hüquqi münasibətləri, bağlılığı olmamışdır. Hətta, “xxxx” MMC və Cavabdeh3 ilə Cavabdeh1 arasında arasında borc müqavilələri 2009-cu ildə bağlanan zaman İddiaçı MMC adlanan hüquqi şəxs təsis olunmamış, İddiaçı MMC yalnız 2013-cü ildə reystrdə qeydə alınmışdır. Buna görə də İddiaçı MMC onun təsis olunmasından illər öncə bağlanmış və ona aidiyyəti olmayan (nəzərə alınamlıdır ki, mülki qanunvericiliyin tələblərinə görə təsisçi heç bir halda hüquqi şəxsin öhdəliklərinə görə məsuliyyət daşımır) əqdin etirbarlılığını mübahisələndirə bilməz. Eyni zamanda o da nəzərə alınmalıdır ki, mübahisələndirilmiş borc müqaviləsi 2009-cu ildə bağlanmış, həmin müqavilə bir dəfə mübahisə predmeti olmuş, həmin müqavilə üzrə borclu tərəfin üzərinə məhkəmə qətnaməsi müqavilə üzrə öhdəliklərin icrası vəzifə kimi qoyulmuş, müqavilə hissəvi icra olunmuşdur (sonradan həmin qətnamə ləğv edilmişdir). İddiaçı MMC 2014-cü il tarixdə “xxxx” MMC-nin paylarını alan zaman artıq bu müqavilə tərəflər üçün hüquq və vəzifələr yaratdığından təsisçi olaraq İddiaçı MMC təsisçisi olduğu hüquqi şəxsin həm aktivlərini, həm də passivlərini qəbul etmiş, dolaysıyla həmin müqavilənin borclular üçün hansı hüquqi nəticələr yaratdığını qəbul etmişdir. Eləcə də mülki qanunvericlik hər dəfə təsisçilərin dəyişməsi səbəbindən yeni təsisçiyə paylarını əldə etdiyi hüquqi şəxsin bağladığı əqdləri mübahisələndirmək imkanı vermir, belə bir subyektiv hüquq tanımır. Eyni zamanda məhkəmə hesab edir ki, əqdin etibarsız hesab edilməsi tələbi üzrə müddətlər də ötürülmüşdür. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 354.2-ci maddəsinin tələblərinə görə bu Məcəllənin 347.1-ci maddəsində nəzərdə tutulmuş hal istisna olmaqla, maraqlı şəxs əqdin bağlanmasına təsir etmiş zorakılığa və ya hədəyə son qoyulduğu gündən və ya əqdin etibarsız sayılmasına əsas verən halları bildiyi və ya bilməli olduğu gündən bir il ərzində əqdi mübahisə edə bilər. Vacib əhəmiyyətli yanılmanın təsiri altında bağlanmış əqd mübahisəyə əsasın məlum olduğu andan bir ay ərzində mübahisə edilə bilər. Göründüyü kimi qanunvericiliyin tələblərinə görə, əqdin etibarsız hesab edilməsinə dair iddialar bir il ərzində irəli sürülə bilər. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının 12.06.2015-ci il tarixli, 2(102)-2384\2015 saylı qərarının, habelə Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 09 yanvar 2015-ci il tarixli, 2(105)-135,2015 saylı qətnaməsinin surətindən görünür ki, həmin məhkəmə proseslərində İddiaçı MMC iştirak etmiş, onu hazırki iş üzrə iddiaçının nümayəndəsi X13 təmsil etmiş, həm onun izahatında, həm də apellyasiya şikayətində “xxxx” MMC və Cavabdeh3 ilə Cavabdeh1 arasında arasında borc müqavilələrinin mövcudluğuna istinad edilmiş, başqa sözlə İddiaçı MMC-nin hazırda mübahisələndirdiyi əqdin mövcudluğundan ən pis halda hələ 2014-2015-ci illərdə məlumatı olmuşdur. Odur ki, hazırki iş üzrə iddiaçı qeyd edilən müqaviləni, həmin müqavilənin mövcudluğu ona məlum olduğu vaxtdan bir il müddətinə mübahisələndirməli idi. Əlavə olaraq məhkəmə hesab edir ki, iddia tələbinin borc müqaviləsinin etibarsız hesab edilməsi hissəsi əsassız hesab edildiyi üçün Cavabdeh1 qanunsuz hərəkətləri nəticəsində birbaşa dəymiş maddi ziyan tələbi hissəsində də iddia tələbinin təmin edilməməsini məqbul hesab edir. “İnsan Hüquqları və X5 Haqqında Konvensiya” nın 6-cı maddəsinin 1-ci bəndinə görə, hər kəs, onun mülki hüquq və vəzifələri müəyyən edilərkən qanun əsasında yaradılmış müstəqil və qərəzsiz məhkəmə vasitəsi ilə, ağlabatan müddətdə işinin ədalətli və açıq araşdırılması hüququna malikdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Həmin Məcəllənin 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.3-cü maddəsinə əsasən zərərin əvəzinin ödənilməsi ilə bağlı tələbin həcminin müəyyənləşdirilməsi zamanı zərərçəkənin, onun işçisinin və qanunvericiliklə nəzərdə tutulmuş hallarda üçüncü şəxslərin davranışının zərərin yaranmasına və artmasına hansı həcmdə şərait yaratması nəzərə alınmalıdır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 124.2-ci maddəsinə əsasən iddia rədd edildikdə işə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərclər dövlət mədaxilinə məhkəmə xərclərindən azad edilməyən iddiaçıdan alınır. Şərh edilənləri nəzərə alaraq, məhkəmə İddiaçı cavabdehlər Cavabdeh1 və “xxxx” Məhdud Məsuliyyətli Cəmiyyətinə qarşı “Cavabdeh1 ilə “xxxx” MMC arasında bağlanmış 02.07.2009-cu il tarixli borc müqaviləsinin uydurma əqd olduğundan etibarsız hesab edilməsi, Cavabdeh1 tərəfindən iddia qaldırılması və iddia təmin tədbirləri tətbiq olunması nəticəsində dəymiş 948.000 manat bir başa ziyanın və 25.000.000 manat əldən çıxmış faydanın, ümumilikdə 25.948.000 manatın Cavabdeh1 tutularaq İddiaçı MMC-yə ödənilməsi” barədə iddia tələbi yuxarıda qeyd edilmiş hallar nəzərə alınmaqla təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 80-ci maddəsinə əsasən, məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 106.1-ci maddəsinə görə, işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: İddia rədd edilsin. İddiaçı tərəfindən ödənilmiş dövlət rüsumu özünə aid edilsin. Qətnamədən, qətnamə rəsmi qaydada verildiyi gündən, bir ay müddətinə Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasına apelyasiya şikayəti verilə bilər. Sədrlik edən: Rəşad Qoşqarlı

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar