Məhkəmə qərarları › İş №2(060)-4030/2023

Sumqayıt Şəhər Məhkəməsi Qətnamə — İş №2(060)-4030/2023

15.09.2023 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Hüquq müəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(060)-4030/2023 15.09.2023 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ X8 Behbudovanın sədrliyi, Mehriban Hüseyn qızı Həsənlinin katibliyi, Ərizəçi və vəkili Vəkil iştirakları ilə, Ərizəçi maraqlı şəxs “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri X10 2 saylı Sumqayıt Ərazi İdarəsi”nə qarşı “hüquqi əhəmiyyəti olan faktın müəyyən edilməsi”nə dair ərizəsi üzrə mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Ərizəçi maraqlı şəxs “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri X10 2 saylı Sumqayıt Ərazi İdarəsi”nə qarşı “hüquqi əhəmiyyəti olan faktın müəyyən edilməsi”nə dair ərizə ilə məhkəməyə müraciət edərək, məhkəmədən xx.xx.1990-cı il tarixli, 6274 nömrəli bağ sahəsinin və tikintilərin uzun müddətli icarəyə verilməsi üçün müqaviləsinin Ərizəçi məxsus olması faktının müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizəçi ərizəni onunla əsaslandırmışdır ki, o, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlakın Dövlət Kadastrı və Reyestri X10 2 saylı Sumqayıt Ərazi İdarəsinə ərizə ilə müraciət edərək Sumqayıt şəhəri, Saray bağlar massivi, 4507 ünvanda yerləşən ümumi sahəsi 0.12 ha torpaq sahəsi üzərində mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması, reyestrdən çıxarış və texniki pasportun verilməsi ilə bağlı ərizə ilə müraciət etmişdir. Maraqlı şəxs tərəfindən həmin əmlak üzərində mülkiyyət hüququnun dövlət qeydiyyatına alınmasından imtina olunmuşdur. Həmin imtina məktubunda qeyd olunmuşdur ki, Sumqayıt şəhəri, Saray bağlar massivi, 4507 ünvanda yerləşən ümumi sahəsi 0.12 ha torpaq sahəsi üzərində mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması, reyestrdən çıxarışın və torpaq sahəsinin plan və ölçü sənədinin verilməsi ilə əlaqədar xx.xx.2023-cü il tarixli ərizəyə “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri” X10 2 saylı Sumqayıt Ərazi İdarəsində baxılmışdır. Bununla bağlı bildirmişlər ki, ərizədə torpaq sahəsinin sərhəd ölçülərinin və yerini müəyyən edən texniki sənəd əlavə edilmədiyi üçün faktiki yerin sənəddə qeyd edilən koordinatlara uyğun olub-olmaması barədə rəy vermək mümkün deyildir. xx.xx.1990-cı il tarixli, 6274 nömrəli “Bağ sahəsinin və tikintilərin uzun müddətli icarəyə verilməsi üçün müqavilə” də ad “X5” kimi, şəxsiyyət vəsiqəsində isə “Ərizəçi” kimi qeyd edilmişdir. Adla bağlı qeyd olunan uyğunsuzluq məhkəmə qaydasında həll olunmalıdır. Bundan əlavə olaraq idarənin mütəxəssisi tərəfindən torpaq sahəsinə müayinə baxışı keçirilən zaman 0.0180 ha zəbt torpaq sahəsinin olduğu müəyyən edilmişdir. Ona görə də hazırda xx.xx.1990-cı il tarixli, 6274 nömrəli bağ sahəsinin və tikintilərin uzun müddətli icarəyə verilməsi üçün müqaviləsinin Ərizəçi məxsus olunması faktının müəyyən edilməsi zərurəti yaranmışdır. Ona görə də hüquqi faktın müəyyən edilməsi ilə bağlı Sumqayıt Şəhər Məhkəməsinə müraciət etmək məcburiyyətindədir. Ərizəçi məhkəməyə ərizənin dəqiqləşdirilməsi ilə bağlı ərizə ilə müraciət edərək, məhkəmədən 14 fevral 1990-cı il tarixlə, 6274 saylı bağ sahəsinin və tikintilərin uzun müddət icarəyə verilməsi barədə X2 dair aparılmış qeydin Ərizəçi məxsus olması faktının müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən: Ərizəçi vəkili Vəkil ərizəni müdafiə edərək eyni məzmunlu izahat verərək ərizənin təmin edilməsini xahiş etdi. Əlavə olaraq qeyd etdi ki, dəqiqləşdirilmə barədə ərizə təqdim etmişdir. Hüquqi faktın müəyyən olunmasını xahiş etmişdir. Şahidlər ərizəçinin Ərizəçi olması barədə halları təsdiq edəcəkdirlər. Ərizəçi ərizəni müdafiə edərək bildirdi ki, vəkilin dediklərinə əlavəsi yoxdur. Qeyd olunanları nəzərə alaraq onun təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə maraqlı şəxs “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri X10 2 saylı Sumqayıt Ərazi İdarəsi”nə qanunvericiliklə nəzərdə tutulmuş qaydada məlumat verilmiş, lakin maraqlı şəxs nümayəndəsinin iştirakını təmin etməmiş, iştirak etməməsi səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.6-cı maddəsinə əsasən işə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etdi. Məhkəmə ərizəçinin izahatını, şahidlərin ifadələrini dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, ərizə təmin edilməlidir. Məhkəmə iclasında şahid X9 ifadəsində bildirdi ki, ərizəçi ilə səkkiz il bir sinifdə təhsil almışdır. Adı Səyafdır. Burda da münasibətləri vardır. Hazırda təqaüdçüdür. Məhkəmə iclasında şahid X7 ifadəsində bildirdi ki, Səyaf müəllim onun dayısı sayılır. Ərizəçi kimi tanımışdır. Zakir, Zəki, Ramiz adlı dayıları olmuşdur. Mülki iş materiallarında olan və məhkəmə iclasında tədqiq olunmuş: ИЕ seriyalı, 305010 nömrəli doğum haqqında şəhadətnamənin tərcüməsindən görünür ki, vətəndaş X6 xx.xx.1949-cu il tarixdə Azərbaycan SSR, Tovuz rayonu, Əzaplı kəndində anadan olmuşdur. Əzaplı kənd sovetliyində bu barədə doğum haqqında aktların qeydiyyat kitabında 1949-cu ilin noyabr ayının 29-cu günündə 29 nömrə ilə qeyd edilmişdir. Atası Ramazan, anası X3r. Qeyd olaraq yazılmışdır ki, ananın soyadı səhv olaraq Rüstəmova yazılmışdır. Kənd Təsərrüfatı kitabı üzrə Qocayevadır. Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, Ərizəçi Azərbaycan Respublikası, Tovuz rayonu, Əzaplı kəndində anadan olmuşdur. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsin 2 saylı Sumqayıt Ərazi İdarəsinin 18 may 2023-cü il tarixli, vətəndaş Ərizəçi ünvanlanmış daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatına alınmasından imtina edilməsi barədə bildirişdən görünür ki, ərizədə torpaq sahəsinin sərhəd ölçülərini və yerini müəyyən edən texniki sənəd ( torpaq sahəsinin planı və ölçüsü, mövqe sxemi, ayrıc aktı və s. ) əlavə edilmədiyi üçün faktik yerin sənəddə qeyd edilən koordinatlara uyğun olub-olmaması barədə rəy vermək mümkün deyildir. Həmçinin bildirmişlər ki, 14 fevral 1990-cı il tarixli, 6274 nömrəli “Bağ sahəsinin və tikintilərin uzun müddətli icarəyə verilməsi üçün müqavilə” də ad “X5” kimi, şəxsiyyət vəsiqəsində isə “Ərizəçi” kimi qeyd edilmişdir. Adla bağlı qeyd olunan uyğunsuzluq məhkəmə qaydasında həll olunmalıdır. Bundan əlavə olaraq idarənin mütəxəssisi tərəfindən torpaq sahəsinə müayinə baxışı keçirilən zaman 0.0180 ha zəbt torpaq sahəsinin olduğu müəyyən edilmişdir. Yuxarıda qeyd edilənləri nəzərə alaraq, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanunun 15-ci maddəsinə əsasən hüquqların dövlət qeydiyyatından imtina edilməsi məqsədə müvafiq hesab edilmişdir. 14 fevral 1990-cı il tarixli, 6274 nömrəli “Bağ sahəsinin və tikintilərin uzun müddətli icarəyə verilməsi üçün müqavilə” dən görünür ki, X5 ilə bağlanmış müqavilənin predmeti olaraq göstərilmişdir ki, idarə Sumqayıt şəhəri, Saray bağlar massivi, 4507 ünvanda yerləşən ümumi sahəsi 0.12 ha bağ sahəsini köməkçi tikintilərlə birlikdə bu müqaviləyə əlavə edilmiş və tərəflərin imzaladığı inventar vərəqəsinə müvafiq olaraq icarəyə vermiş, icarədar isə təhvil almışdır. İ-ЖГ seriyalı, 306392 nömrəli nikah haqqında şəhadətnamənin surətindən görünür ki, Ərizəçi ilə X1 arasında 1975-ci ilin iyul ayının 1-ində nikah bağlanmışdır. Nikah bağlandıqdan sonra ərə Qocayev, arvada isə Qocayeva soyadı verilmişdir. Bu barədə nikahın bağlanması haqqında akt qeydləri kitabında 1975-ci ilin iyul ayının birində 528 nömrə ilə qeyd edilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 307.1-ci maddəsinə əsasən məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. 307.2 və 307.2.5-ci maddələrinə əsasən şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun şəxsiyyətini təsdiq edən sənəddə göstərilən adı, atasının adı və ya soyadı ilə düz gəlmədiyi halda hüquq müəyyənedici sənədlərin (həmkarlar ittifaqı və digər ictimai birliklərin, siyasi partiyaların bileti, hərbi sənədlər, pasport və müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilən şəhadətnamələrdən başqa) həmin şəxsə məxsus olması faktının müəyyən edilməsi barədə işlərə baxır. 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. «Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 12 aprel 2019-cu il tarixli, 03 saylı qərarına əsasən Azərbaycan Respublikası MPM-nin 307.2.5-ci maddəsində nəzərdə tutulan faktın- yəni şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun şəxsiyyətini təsdiq edən sənəddəki adı, atasının adı və ya soyadı ilə düzgün gəlmədiyi halda hüquq müəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktının məhkəmə tərəfindən xüsusi icraat qaydasında baxılaraq müəyyən edilməsi üçün aşağıdakı şərtlərin olması zəruridir: birincisi- şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun şəxsiyyətini təsdiq edən sənəddəki adı, atasının adı və ya soyadı ilə düz gəlməməlidir (üst-üstə düşməməlidir); ikincisi-həmin sənədlər hüquq müəyyənedici sənədlər olmalıdır; üçüncüsü- məhkəməyə müraciət edən ərizəçiə hüquq müəyyənedici sənədləri verən təşkilat tərəfindən sənəddə olan səhvlərin aradan qaldırılaraq (düzəldilərək) yeni sənədin verilməsindən imtina edilməlidir, yaxud həmin sənəddəki səhvlərin düzəldilməsinin mümkün olmaması bildirilməlidir (qərarın 6-cı bəndi). Məhkəmələr nəzərə almalıdırlar ki, qanunverici şəxsiyyəti təsdiq edən sənədlərin (pasportun, həmkarlar ittifaqı və digər ictimai birliklərin, siyasi partiyaların bileti, hərbi bilet, xidməti vəsiqə və sair) deyil, məhz hüquq müəyyənedici sənədlərin, yəni müəyyən hüquqları reallaşdırmaq üçün qanunvericiliklə zəruri vasitə rolunu oynayan sənədlərin konkret şəxsə məxsus olması faktının müəyyən edilməsini nəzərdə tutur (qərarın 6.1-ci bəndi). MPM-in 311-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədləri əvəz etməməklə, belə qeydə alınma üçün əsasdır. MPM-nin 14.2-ci maddəsinin tələbinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. İş materiallarından göründüyü kimi, ərizəçinin adı ona məxsus şəxsiyyət vəsiqəsində “Ərizəçi” kimi olmasına baxmayaraq, 14 fevral 1990-cı il tarixli, 6274 nömrəli “Bağ sahəsinin və tikintilərin uzun müddətli icarəyə verilməsi üçün müqavilə”-də “X5” kimi qeyd olunmuşdur və yanlışlığın yol verildiyi sənəddir və ərizəçiyə sənəddə olan səhvin aradan qaldırılaraq yeni sənədin verilməsindən imtina edilmişdir. Məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək bu nəticəyə gəlir ki, sözügedən aktda ərizəçinin adı səhv göstərildiyindən, həmin akt hüquqmüəyyənedici sənəd olduğundan, səhvin düzəldilərək yeni sənədin verilməsindən dövlət orqanı tərəfindən imtina olunduğundan, həmin sənədin eyni şəxsə məxsus olmasının məhkəmədən kənar həllinin mümkün olmadığı işin araşdırılan hallarına əsasən öz təsdiqini tapdığından ərizə təmin edilməli, 14 fevral 1990-cı il tarixli, 6274 nömrəli “Bağ sahəsinin və tikintilərin uzun müddətli icarəyə verilməsi üçün müqavilə”-nin Ərizəçi məxsus olması faktı müəyyən edilməlidir. İş üzrə ödənilmiş dövlət rüsumu ərizəçiyə aid edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 119, 216-220, 227, 233, 307-311-ci maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: Ərizə təmin edilsin. 14 fevral 1990-cı il tarixli, 6274 nömrəli “Bağ sahəsinin və tikintilərin uzun müddətli icarəyə verilməsi üçün müqavilə”-nin Ərizəçi məxsus olması faktı müəyyən edilsin. İş üzrə ödənilmiş dövlət rüsumu ərizəçiyə aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə (MPM-nin 361-363-cü maddələrinə və əlavə 2 uyğun olaraq) elektron qaydada apellyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Aynur Behbudova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar