Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(060)-4049/2023 15.12.2023 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Giriş hissə: Hakim Həxiyeva Şəbnəm Səlim qızının sədrliyi, İbrahimzadə Zəhra Şahverdi qızının katibliyi ilə, İddiaçı MMC-nin Cavabdeh qarşı “daxili lizinq müqavilələri üzrə ödənilməmiş lizinq borcunun qaytarılması və s. tələbi”nə dair iddia ərizəsi ilə bağlı mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təsviri hissə:
1. İddiaçı MMC Cavabdeh qarşı “daxili lizinq müqavilələri üzrə ödənilməmiş lizinq borcunun qaytarılması və s. tələbi”nə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir.
2. İddiaçı tələbini onunla əsaslandırılmışdır ki, Cavabdeh ilə İddiaçı arasında 12 aprel 2018-ci il tarixdə lizinq obyekti olan 2018-ci il buraxılışlı, qara rəngli, “X3” minik markalı, ** PR *** dövlət nömrə nişanlı avtomobilin müəyyənləşdirilmiş dövriliklə lizinq ödənişləri icra etmək qarşılığında müvəqqəti sahiblik və istifadəyə verilməsinə dair 1204- 18 saylı X2, 15 avqust 2018-ci il tarixdə 2018-ci il buraxılışlı, qara rəngli, “X3” minik markalı, ** PF *** dövlət nömrə nişanlı avtomobilin müəyyənləşdirilmiş dövriliklə lizinq ödənişləri icra etmək qarşılığında müvəqqəti sahiblik və istifadəyə verilməsinə dair 158- 18/2 saylı X2 və 10 aprel 2018-ci il tarixdə 2018-ci il buraxılışlı, qara rəngli, “X3” minik markalı, ** PR *** dövlət nömrə nişanlı avtomobilin müəyyənləşdirilmiş dövriliklə lizinq ödənişləri icra etmək qarşılığında müvəqqəti sahiblik və istifadəyə verilməsinə dair 1004- 18-2 saylı X2 bağlanılmışdır. 48 aylıq müddətə bağlanılmış müqavilənin şərtlərində nəzərdə tutulan öhdəliklər İddiaçı MMC tərəfindən tam şəkildə icra edilsə də, Cavabdeh müqavilə üzrə öhdəliklərini tam icra etməyərək, X2 üzrə ödənilməsi nəzərdə tutulan lizinq haqqı borclarını uzun zamandır ki, gecikdirməklə ödəməkdən qərəzli olaraq boyun qaçırır. Cavabdehin qərəzli hərəkətlərinin nəticəsində lizinq verənə 1204-18 saylı, 12 aprel 2018ci il tarixli müqavilə üzrə xx.xx.2022-ci il tarixədək 6245 manat əsas ödəniş borcu, 442,17 manat lizinq mükafatı (faiz) borcu, 158-18/2 saylı, 15 avqust 2018-ci il tarixil müqavilə üzrə xx.xx.2022-cı il tarixədək 3835 manat əsas ödəniş borcu, 1010,81 AZN lizinq mükafatı (faiz) borcu və 1004-18-2 saylı, 10 aprel 2018-ci il tarixli müqavilə üzrə xx.xx.2021-cl il tarixədək 5560 manat əsas ödəniş borcu, 900 manat (lizinq mükafatı faiz) borcu yaranmışdır. Cavabdeh dəfələrlə xəbərdarlıqlar edilməsinə baxmayaraq, X2 üzrə nəzərdə tutulan öhdəlikləri ödəməkdən qərəzli olaraq boyun qaçırmaqla lizinq obyekti olan avtomobil üzrə yaranmış lizinq borclarını ödəməni və İddiaçı MMC-nin xüsusi mülkiyyətindəki lizinq obyekti olan 2018-ci il buraxılışlı, boz metallik rəngli, “X3” minik markalı, ** PR *** dövlət nömrə nişanlı avtomobili Lizinq verənə qaytarmamışdır. Cavabdeh öhdəliklərini icra etməyərək Müqavilənin şərtlərini pozduğu üçün onunla bağlanılmış Müqaviləyə Lizinq verən tərəfindən birtərəfli qaydada xitam verilmiş və bu barədə cavabdehə bildiriş təqdim edilmiş, avtomobilin qaytarılması və yaranmış lizinq borcunun ödənilməsi istiqamətində iddiaçı tərəfindən müvafiq addımlar atılmışdır. Göstərilənlərə əsasən Cavabdeh İsa oğlu ilə İddiaçı MMC arasında 12 aprel 2018-ci il tarixdə bağlanılmış 1204-18 saylı X2 üzrə 12 aprel 2022-ci il tarixədək yaranmış 6245 manat əsas borc məbləğinin, 442,17 manat lizinq mükafatının (faiz), avtomobilə vurulmuş 8298 manat maddi ziyanın, 15 avqust 2018-ci il tarixli, 158-18/2 saylı X2 üzrə 15 avqust 2022-ci il tarixədək yaranmış 3835 manat əsas borc məbləğinin, 1010,81 manat lizinq mükafatının (faiz) və 10 aprel 2018-ci il tarixli 1004-18-2 saylı X2 üzrə 30 dekabr 2021-ci il tarixədək yaranmış 5560 manat əsas borc məbləğinin, 900 manat lizinq mükafatının (faiz), iddia ərizəsi üçün ödənilmiş 169 manat dövlət rüsumunun, ümumilikdə 26.290,98 manat pul vəsaitinin Cavabdeh alınaraq "Atlas Cars” MMC-yə ödənilməsi, həmçinin iddiaçının mülkiyyətindəki lizinq obyekti olan 2018-ci il buraxılışlı, boz metallik rəngli, “X3” minik markalı, ** PR *** dövlət nömrə nişanlı avtomobilin Cavabdeh tam işlək vəziyyətdə geri alınaraq iddiaçı "Atlas Cars” MMC-yə qaytarılması barədə qətnamə qəbul edilməsi məhkəmədən xahiş edilmişdir.
3. Daha sonra İddiaçı nümayəndəsi iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək, Cavabdeh İsa oğlu ilə İddiaçı MMC arasında 12 aprel 2018-ci il tarixdə bağlanılmış 1204-18 saylı X2 üzrə 12 aprel 2022-ci il tarixədək yaranmış 6245 manat əsas borc məbləğinin, 442,17 manat lizinq mükafatının (faiz), avtomobilə vurulmuş 8298 manat maddi ziyanın, 15 avqust 2018-ci il tarixli, 158-18/2 saylı X2 üzrə 15 avqust 2022-ci il tarixədək yaranmış 3835 manat əsas borc məbləğinin, 1010,81 manat lizinq mükafatının (faiz) və 10 aprel 2018-ci il tarixli, 1004-18-2 saylı X2 üzrə 30 dekabr 2021-ci il tarixədək yaranmış 5560 manat əsas borc məbləğinin, 900 manat lizinq mükafatının (faiz), iddia ərizəsi üçün ödənilmiş 169 manat dövlət rüsumunun, ümumilikdə 26.290,98 manat pul vəsaitinin Cavabdeh alınaraq "Atlas Cars” MMC-yə ödənilməsi barədə qətnamə qəbul edilməsi məhkəmədən xahiş edilmişdir.
a) Məhkəmə icraatı iştirakçılarının izahatları:
4. İddiaçı nümayəndəsi tərəfindən məhkəməyə ərizə ilə müraciət edilərək, işə onların nümayəndələrinin iştirakı olmadan baxılması və iddianın təmin olunması barədə qətnamə qəbul edilməsi xahiş edilmişdir.
5. Məhkəmə işə iddiaçının nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.
6. Məhkəmə məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdarlıq edilməsinə baxmayaraq, Cavabdeh məhkəmə iclasına gəlməmiş və bunun səbəbi barədə məhkəməyə məlumat verməmişdir.
7. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.
8. Məhkəmə, iş materiallarını nəzərdən keçirib hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir.
Əsaslandırıcı hissə: a) Mülki işin materialları:
9. Belə ki, iş materiallarında olan İddiaçı ilə Cavabdeh arasında bağlanmış 15 avqust 2018-ci il tarixli, 158-18/2 nömrəli X2ndən görünür ki, lizinq şirkəti lizinq obyektini satıcıdan əldə etməyi və lizinq alana istifadəyə verməyi, lizinq alan isə lizinq obyektini qəbul edib, müəyyənləşdirilmiş dövriliklə ödənişləri icra etməyi qarşılıqlı surətdə öhdələrinə götürmüşlər. İpoteka müqaviləsi üzrə əldə edilən lizinq obyektinin-“Saipa Saina” markalı, mühərrik nömrəsi M15-8641954 olan avtomobilin qiyməti 11281 manat təşkil edir.
10. Həmin müqavilənin 2.3-ci bəndinə əsasən, lizinq ödənişləri bu müqavilə bağlanan gündən bir ay sonradan başlayaraq hər ayın həmin günü lizinq məbləği və ona hesablanmış faizlərdə daxil olmaqla 385 manat təşkil edir.
11. Eyni müqavilənin 2.4-cü bəndinə əsasən, lizinq verən lizinq obyektini 48 ay müddətinə, illik 26,7 faiz hesablanmaqla, 18465 manat məbləğində verir.
12. İş materiallarında olan, İddiaçı tərəfindən xx.xx.2022-ci il tarixli maliyyə arayışından görünür ki, borclu Cavabdeh 15 avqust 2018-ci il tarixli, 150818 nömrəli X2 üzrə 3835 manat əsas, 1010,81 manat faiz borcu, lizinq obyektinə maddi ziyan vurulubsa 14715 manat olmaqla, cəmi 19560,81 manat borcu vardır.
13. İş materiallarında olan İddiaçı ilə Cavabdeh arasında bağlanmış 12 aprel 2018ci il tarixli, 1204-18 nömrəli X2ndən görünür ki, lizinq şirkəti lizinq obyektini satıcıdan əldə etməyi və lizinq alana istifadəyə verməyi, lizinq alan isə lizinq obyektini qəbul edib, müəyyənləşdirilmiş dövriliklə ödənişləri icra etməyi qarşılıqlı surətdə öhdələrinə götürmüşlər. İpoteka müqaviləsi üzrə əldə edilən lizinq obyektinin-“Saipa Saina” minik markalı, Ban NAS831100J5880523, rəngi gümüş, buraxılış ili 2018 olan avtomobilinib qiyməti 11582 manat təşkil edir.
14. Həmin müqavilənin 2.3-ci bəndinə əsasən, lizinq ödənişləri bu müqavilə bağlanan gündən bir ay sonradan başlayaraq hər ayın həmin günü lizinq məbləği və ona hesablanmış faizlərdə daxil olmaqla 385 manat təşkil edir.
15. Eyni müqavilənin 2.4-cü bəndinə əsasən, lizinq verən lizinq obyektini 48 ay müddətinə, illik 25,15 faiz hesablanmaqla, 18480 manat məbləğində verir.
16. İş materiallarında olan, İddiaçı tərəfindən xx.xx.2022-ci il tarixli maliyyə arayışından görünür ki, borclu Cavabdeh 12 aprel 2018-ci il tarixli, 120418 nömrəli X2 üzrə 6245 manat əsas, 442,17 manat faiz borcu, lizinq obyektinə maddi ziyan vurulubsa 8298 manat olmaqla, cəmi 14985,17 manat borcu vardır.
17. İş materiallarında olan İddiaçı ilə Cavabdeh arasında bağlanmış 10 aprel 2018-ci il tarixli, 1004-18-2 nömrəli X2ndən görünür ki, lizinq şirkəti lizinq obyektini satıcıdan əldə etməyi və lizinq alana istifadəyə verməyi, lizinq alan isə lizinq obyektini qəbul edib, müəyyənləşdirilmiş dövriliklə ödənişləri icra etməyi qarşılıqlı surətdə öhdələrinə götürmüşlər. İpoteka müqaviləsi üzrə əldə edilən lizinq obyektinin-“Saipa Saina” minik markalı, Ban NAS831100J5880519, rəngi boz, buraxılış ili 2018 olan avtomobilinin qiyməti 11582 manat təşkil edir
18. Həmin müqavilənin 2.3-ci bəndinə əsasən, lizinq ödənişləri bu müqavilə bağlanan gündən bir ay sonradan başlayaraq hər ayın həmin günü lizinq məbləği və ona hesablanmış faizlərdə daxil olmaqla 385 manat təşkil edir.
19. Eyni müqavilənin 2.4-cü bəndinə əsasən, lizinq verən lizinq obyektini 48 ay müddətinə, illik 25,15 faiz hesablanmaqla, 18180 manat məbləğində verir.
20. İş materiallarında olan, İddiaçı tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli maliyyə arayışından görünür ki, borclu Cavabdeh 10 aprel 2018-ci il tarixi, 100418 nömrəli X2 üzrə 7100 manat əsas, 1600,88 manat faiz borcu olmaqla, cəmi 8700,88 manat borcu vardır.
21. İş materiallarında olan İddiaçı Cavabdeh ünvanladığı bildirişdən görünür ki, Cavabdeh borcun ödənilməsi ilə bağlı təklif edilmiş, borcun ödənilməyəcəyi təqdirdə məhkəməyə müraciət ediləcəyi ilə bağlı xəbərdarlıq edilmişdir.
22. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 9/6082 saylı, xx.xx.2023-cü il tarixli məhkəmə-mühasibatlıq ekspertizasının rəyindən görünür ki, xx.xx.2018-ci il tarixli, 158-18/2 saylı X2 üzrə rəyin tədqiqat hissəsində göstərilənlərə əsasən, iş materiallarında olan hesabdan çıxarış məlumatları, 15 avqust 2018-ci il tarixdə bağlanmış 158-18/2 nömrəli X2ndə qeyd olunan şərtləri nəzərə alınmaqla Cavabdeh İddiaçı MMC-yə olan borcu xx.xx.2022-ci il (sualda göstərilən tarixə) borcu 11.185,9 manat, o cümlədən əsas borc üzrə 7836,34 manat, faiz borcu üzrə 3349,56 manat, xx.xx.2018-ci il tarixli, 1204-18 saylı X2 üzrə rəyin tədqiqat hissəsində göstərilənlərə əsasən, iş materiallarında olan hesabdan çıxarış məlumatları, 12 aprel 2018-ci il tarixdə bağlanmış 1204-18 nömrəli X2ndə qeyd olunan şərtləri nəzərə alınmaqla Cavabdeh İddiaçı MMC-yə olan borcu xx.xx.2022-ci il (sualda göstərilən tarixə) 7463,02 manat, o cümlədən əsas borc üzrə 6212,28 manat, faiz borcu üzrə 1430,74 manat, xx.xx.2018-ci il tarixli, 1004-18-2 saylı X2 üzrə rəyin tədqiqat hissəsində göstərilənlərə əsasən, iş materiallarında olan hesabdan çıxarış məlumatları, 10 aprel 2018-ci il tarixdə bağlanmış 1004-18-2 nömrəli X2ndə qeyd olunan şərtləri nəzərə alınmaqla Cavabdeh İddiaçı MMC-yə olan borcu xx.xx.2021-ci il (sualda göstərilən tarixə) 8258,97 manat, o cümlədən əsas borc üzrə 6794,92 manat, faiz borcu üzrə 1464,05 manat müəyyən edilmişdir. Ekspertiza tədqiqatının dəyəri 100 (bir yüz) manat təşkil edir. a) Məhkəmə tərəfindən müəyyən edilən hallar:
23. Beləliklə, məhkəmə araşdırması zamanı müəyyən edildi ki, tərəflər arasında qanunla müəyyən edilmiş qaydada daxili lizinq müqavilələri bağlanılmaqla öhdəlik hüquq münasibətlər yaranmışdır. İddiaçı üzərinə götürdüyü öhdəliyi yerinə yetirmiş, yəni müqavilələrdə nəzərdə tutulan lizinq obyektlərini cavabdehin istifadəsinə vermiş, lakin cavabdeh lizinq müqavilələri ilə üzərinə düşən öhdəliyi lazımi qaydada və vaxtında tam yerinə yetirməmiş, lizinq borcunun lazımı qaydada və vaxtında ödəməmişdir. Bu səbəbdən lizinq verən məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır.
24. Məhkəmə hesab edir ki, tərəflər arasında lizinq müqaviləsi ilə bağlı münasibətlər yarandığından mübahisə Mülki Məcəllənin 21 və 38-ci fəsillərində təsbit olunmuş «Öhdəliklərin icra edilməməsi üçün məsuliyyət» və «Lizinq» müqaviləsi ilə bağlı müddəalar çərçivəsində həll edilməlidir.
a) Mülki iş üzrə tətbiq edilən hüquq və məhkəmənin gəldiyi nəticə:
25. Hazırki iddia tələbi ilə bağlı məhkəmə aşağıdakıları qeyd etməyi zəruri hesab edir.
26. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkət etməlidir, məsələn, pul ödəməli, xidmətlər göstərməli, əmlak verməli, iş görməli və i.a və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasının tələb etmək hüququ vardır.
27. Həmin Məcəllənin 443.1-ci maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur.
28. Eyni Məcəllənin 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir.
29. Məhkəmə iclasında müəyyən edildi ki, cavabdeh lizinq müqaviləsi üzrə üzərinə götürdüyü öhdəlikləri tam yerinə yetirməmiş və öhdəlikləri icra etmədiyi üçün iddiaçı qarşısında məsuliyyət daşıyır.
30. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 421.2-ci maddəsinə əsasən tərəflərdən birinin tələbi ilə müqavilə yalnız digər tərəf müqaviləni əhəmiyyətli dərəcədə pozduqda və ya bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan digər hallarda dəyişdirilə və ya ləğv edilə bilər. Tərəflərdən birinin müqaviləni pozması o zaman əhəmiyyətli pozuntu sayılır ki, bunun digər tərəfə vurduğu zərər nəticəsində o, müqavilə bağlanarkən ümid etməyə haqqı çatanlardan xeyli dərəcədə məhrum olur.
31. Həmin Məcələnin 424.5-ci maddəsinə əsasən əgər müqavilənin dəyişdirilməsinə və ya ləğvinə onu tərəflərdən birinin əhəmiyyətli dərəcədə pozması əsas vermişdirsə, digər tərəf müqavilənin dəyişdirilməsi və ya ləğv edilməsi nəticəsində dəyən zərərin əvəzinin ödənilməsini tələb edə bilər.
32. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 747.1-ci maddəsinə əsasən lizinq müqaviləsinə görə, lizinq verən müəyyən əşyanı müqavilə ilə şərtləşdirilmiş müəyyən haqla, müəyyən müddətə və digər şərtlərlə (lizinq alana əmlakı satın almaq hüququnun verilməsi də daxil olmaqla) lizinq alanın istifadəsinə verməyə borcludur. Lizinq alan müəyyənləşdirilmiş dövriliklə muzd ödəməyə borcludur.
33. Həmin Məcəllənin 748-1.12 və 748-1.12.4-cü maddələrinin tələbinə əsasən lizinq alan lizinq obyektindən istifadə üçün haqqı müqavilə ilə nəzərdə tutulan ödəniş müddətləri üzrə ardıcıl olaraq iki dəfədən artıq ödəmirsə lizinq verənin lizinq obyektini mübahisəsiz geri almaq və bununla da lizinq müqaviləsinin vaxtından əvvəl ləğv etmək hüququ vardır.
34. Lizinq alana müvəqqəti sahibliyə və ya istifadəyə verilmiş lizinq obyekti lizinq verənin mülkiyyətidir (həmin Məcəllənin 748-2.1-ci maddəsi).
35. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 748-11.1.5-ci maddəsinə əsasən lizinq obyekti lizinq verən tərəfindən sığorta edilmişdirsə, sığorta üçün ödənilən məbləğ lizinq ödənişlərinin ümumi məbləğinə daxildir.
36. İşin materiallarından göründüyü kimi Cavabdeh lizinq obyektini istifadəsinə qəbul edərək, iddiaçıya müvafiq ödənişləri həyata keçirməyi öz üzərinə öhdəlik götürmüş, lakin müqavilələr üzrə öz üzərinə götürdüyü öhdəliyi yerinə yetirməmiş, ödənişləri gecikdirmiş və beləliklə də iddiaçı ilə bağladığı müqavilələrin şərtlərini pozmuşdur.
37. Məhkəmə onu da qeyd edir ki, ekspert rəyində Cavabdeh xx.xx.2018-ci il tarixli müqavilə üzrə 6794,92 manat əsas, 1464,05 manat faiz, xx.xx.2018-ci il tarixli müqavilə üzrə 1430,74 manat faiz, xx.xx.2018-ci il tarixli müqavilə üzrə 7836,34 manat əsas, 3349,56 manat faiz borcu qeyd olunduğu halda, iddia ərizəsində xx.xx.2018-ci il tarixli müqavilə üzrə 5560 manat əsas, 900 manat faiz, xx.xx.2018-ci il tarixli müqavilə üzrə 442,17 manat faiz, xx.xx.2018-ci il tarixli müqavilə üzrə 3835 manat əsas, 1010,81 manat faiz borcu tələb edilir. Belə olan halda məhkəmə hesab edir ki, iddia tələbindən kənara çıxmayaraq, Cavabdeh iddia ərizəsində göstərilən məbləğlərdə, yəni xx.xx.2018-ci il tarixli müqavilə üzrə 5560 manat əsas, 900 manat faiz, xx.xx.2018-ci il tarixli müqavilə üzrə 442,17 manat faiz, xx.xx.2018-ci il tarixli müqavilə üzrə 3835 manat əsas, 1010,81 manat faiz borcu tutulmalıdır.
38. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 218.3-cü maddəsinə müvafiq olaraq hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır.
39. Bundan əlavə, iş materiallarından göründüyü kimi ekspert rəyində Cavabdeh MMC-yə xx.xx.2018-ci il tarixli müqavilə üzrə 6212,28 manat əsas borcu qeyd olunduğu halda, iddia ərizəsində 6245 manat əsas borc tələb edilir. Belə olan halda məhkəmə ekspert rəyini əsas götürərək hesab edir ki, Cavabdeh xx.xx.2018-ci il tarixli müqavilə üzrə 6212,28 manat əsas borc tutulmalıdır.
40. Bundan əlavə, məhkəmə iddia tələbinin “12 aprel 2018-ci il tarixdə bağlanılmış 1204-18 saylı X2 üzrə avtomobilə vurulmuş 8298 manat maddi ziyanın tutulması” hissəsi ilə bağlı qeyd edir ki, iddiaçı tələbinin həmin hissəsinin əsaslı olmasını təsdiq edən sübutları məhkəməyə təqdim edə bilmədiyindən iddia tələbi həmin hissədə təmin edilməməlidir.
41. Belə ki, Azərbaycan Respublikası MPM-in 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Bununla belə, tərəfin öz tələblərini təsdiq etmək üçün təqdim etdiyi sübutlar Azərbaycan Respublikası MPM-in 81-ci maddəsinin tələblərinə uyğun olmalıdır. Öz növbəsində, yazılı sübutlar iddianın və ya ona qarşı verilmiş etirazın əsaslarını təşkil edən halları təsdiq edən sübutetmə vasitələridir. Yazılı sübutlar hər hansı bir nəticəyə gəlmək üçün zəruri olan məlumatları özündə əks etdirir. Bununla əlaqədar qanunverici yazılı sübutların əslinin və ya lazımi qaydada təsdiq olunmuş surətinin təqdim olunmasını tələb edir (Azərbaycan Respublikası MPM-in 89.3-cü maddəsi).
42. Qanunun qeyd olunan tələblərinə uyğun gəlməyən yazılı sübutlar Azərbaycan Respublikası MPM-in 76.1-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran hallar kimi qəbul edilə bilməz.
43. «Mahmudov Rusiya Federasiyasına qarşı» iş üzrə 26 iyul 2007-ci il tarixli qərarında İnsan Hüquqları üzrə Avropa Məhkəməsi qeyd etmişdir ki, Konvensiya araşdırmalarında sübutları qiymətləndirərkən, bir qayda olaraq, affirmanti, non neganti incumbit probation (sübut etmək yükü təkzib edənin deyil, iddia edənin üzərinə düşür) prinsipi rəhbər tutulur. Sübut kifayət qədər güclü, aydın və bir-birinə uyğun qənaətlərin həm mövcudluğundan, həmçinin təkzib olunmaz oxşar fakt ehtimallarından irəli gələ bilər (§ 68).
44. Avropa Məhkəməsinin «Qavazov Bolqarıstana» qarşı 06 mart 2008-ci il tarixli Qərarında qeyd edilmişdir ki, sübutlar qiymətləndirilərkən, bir qayda olaraq əsaslı şübhədən kənar standartlar tətbiq edilir (§ 93).
45. Göstərilən normanın tələbinə görə sübut edilməli hallar dedikdə, həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar başa düşülür.
46. Mülki prosessual qanunvericiliyinə əsasən iddia üzrə iddiaçının tələbləri və cavabdehin etirazları bilavasitə sübutetmə yükü ilə bağlıdır, işin faktiki hallarının müəyyən edilməsinin məhkəmə qərarının qanuniliyinin və əsaslığının əsas göstəricisi olduğu nəzərə alınsa, bu institut xüsusi əhəmiyyət kəsb edir.
47. İddia tələblərinin və etirazın əsaslarının təsdiqlənməsi üçün tərəfin sübut etmədiyi halları məhkəmə mövcud olmayan kimi rədd edə bilər. Bu mənada, mülki hüquq münasibətləri iştirakçılarının vicdanlılığı prezumpsiyasına əsaslanan iddianın əsasında duran faktların mövcud olmadığına dair ehtimal ortaya çıxır. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, sübutetmə üzrə vəzifələrin müəyyən edilməsi həm də iş üçün əhəmiyyət kəsb edən halların mötəbər aşkarlanmasının mümkünsüzlüyü halında hüquqi münasibətlərdə yaranan qeyri-müəyyənliyin aradan qaldırılması məqsədini daşıyır. Bununla belə, sübutların çatışmazlığı ilə bağlı işin halları barədə etibarlı qənaətlər mümkün olmadıqda, məhkəmə sübutların kifayətedici olmamasına və işin faktiki hallarının müəyyən edilməməsinə istinadən qərarın çıxarılmasından yayına bilməz. Bu mənada, bir tərəfdən, qeyri-müəyyənliyin aradan qaldırılmasına, digər tərəfdən, müvafiq faktların mövcud olub-olmamasında məhkəmə mülahizəsinin məhdudlaşdırılmasına xidmət edən mexanizm qismində sübutetmə yükünün bölüşdürülməsi institutu çıxış edir.
48. Beləliklə, məhkəmə hesab edir ki, iddia tələbi qismən təmin edilməli, Cavabdeh xx.xx.2018-ci il tarixli müqavilə üzrə 6212,28 (altı min iki yüz on iki manat, iyirmi səkkiz qəpik) manat əsas, 442,17 (dörd yüz qırx iki manat, on yeddi qəpik) manat faiz olmaqla, cəmi 6654,45 (altı min altı yüz əlli dörd manat, qırx beş qəpik) manat, xx.xx.2018-ci il tarixli müqavilə üzrə 3835 (üç min səkkiz yüz otuz beş) manat əsas, 1010,81 (bir min on manat, səksən bir qəpik) manat faiz borcu olmaqla, cəmi 4845,81 (dörd min səkkiz yüz qırx beş manat, səksən bir qəpik) manat, xx.xx.2018-ci il tarixli müqavilə üzrə 5560 (beş min beş yüz altmış) manat əsas, 900 (doqquz yüz) manat faiz olmaqla, cəmi 6460 (altı min dörd yüz altmış) manat, ümumilikdə 17960,26 (on yeddi min doqquz yüz altmış manat, iyirmi altı qəpik) manat məbləğində pul və ödənilmiş 169 (bir yüz altmış doqquz) manat dövlət rüsumunun əvəzi alınaraq İddiaçı MMC-yə ödənilməli, iddia tələbi qalan hissədə təmin edilməməlidir.
49. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
50. Həmin Məcəllənin 76.1 və 76.2-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyətli olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən həmin Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur.
51. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir.
52. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.
53. Qeyd olunan Məcəllənin 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.
54. Azərbaycan Respublikasının MPM-in 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.
55. İş üzrə aparılmış ekspertiza tədqiqatının dəyəri 100 (bir yüz) manat Cavabdeh tutulub Az.MEM, VÖEN **********, X1, KOD 210005 VÖEN ********** Müxbir hesab AZ41NABZ******************** SWİFT BİK CTREAZ 22 AZ34CTRE******************** hesabına köçürülməlidir.
Nəticə hissəsi:
56. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə
QƏT ETDİ: İddia tələbi qismən təmin edilsin. Cavabdeh xx.xx.2018-ci il tarixli müqavilə üzrə 6212,28 (altı min iki yüz on iki manat, iyirmi səkkiz qəpik) manat əsas, 442,17 (dörd yüz qırx iki manat, on yeddi qəpik) manat faiz olmaqla, cəmi 6654,45 (altı min altı yüz əlli dörd manat, qırx beş qəpik) manat, xx.xx.2018-ci il tarixli müqavilə üzrə 3835 (üç min səkkiz yüz otuz beş) manat əsas, 1010,81 (bir min on manat, səksən bir qəpik) manat faiz borcu olmaqla, cəmi 4845,81 (dörd min səkkiz yüz qırx beş manat, səksən bir qəpik) manat, xx.xx.2018-ci il tarixli müqavilə üzrə 5560 (beş min beş yüz altmış) manat əsas, 900 (doqquz yüz) manat faiz olmaqla, cəmi 6460 (altı min dörd yüz altmış) manat, ümumilikdə 17960,26 (on yeddi min doqquz yüz altmış manat, iyirmi altı qəpik) manat məbləğində pul və ödənilmiş 169 (bir yüz altmış doqquz) manat dövlət rüsumunun əvəzi alınaraq İddiaçı MMC-yə ödənilsin. İddia qalan hissədə təmin edilməsin. İş üzrə aparılmış ekspertiza tədqiqatının dəyəri 100 (bir yüz) manat Cavabdeh tutulub Az.MEM, VÖEN **********, X1, KOD 210005 VÖEN ********** Müxbir hesab AZ41NABZ******************** SWİFT BİK CTREAZ 22 AZ34CTRE******************** hesabına köçürülsün. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) apellyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Sədrlik edən Şəbnəm Həxiyeva