Məhkəmə qərarları › İş №2(060)-4053/2021

Sumqayıt Şəhər Məhkəməsi Qətnamə — İş №2(060)-4053/2021

09.07.2021 · Şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(060)-4053/2021 09.07.2021 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim İsmayılov Azər İbrahim oğlunun sədrliyi, Həsənova Həvva Seymur qızının katibliyi, Ərizəçi, Maraqlı şəxs Sumqayıt Şəhər İcra Hakimiyyətinin yanında Qəyyumluq və himayəçilik orqanının nümayəndəsi X5 iştirakı ilə, Ərizəçi «şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi» barədə ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Ərizəçi «şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi» barədə ərizə ilə Sumqayıt şəhər Məhkəməsinə müraciət edərək, 05.12.1982-ci il təvəllüdlü X3 fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizəçi məhkəmə iclasında ərizəni müdafiə edərək onunla əsaslandırdı ki, 05.12.1982-ci il təvəllüdlü X6 onun doğma qızıdır. O, 1-ci qrup əlildir. Qızına qoyulmuş diaqnoz belədir: Paranoid şizofreniya, Fasiləsiz gedişli. Dərin psixi qüsur halı. Daim kənar şəxsin nəzarətinə və köməyinə ehtiyacı var. Qızı X1 şəxsin qulluğuna ehtiyacı vardır. Uzun müddətdir qızı onun himayəsində yaşayır. Ona daimi qulluq və nəzarət lazımdır. Bu səbəbdən X2 fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilməsi məqsədəuyğundur. Qeyd edilənləri nəzərə alaraq ərizənin təmin olunmasını məhkəmədən xahiş etdi. Maraqlı şəxs Sumqayıt Şəhər İcra Hakimiyyəti yanında Qəyyumluq və Himayəçilik orqanının nümayəndəsi məhkəmə iclasında məhkəmə-psixiatrik ekspertizasının rəyi və iş üzrə digər materiallarla tanış olduğunu bildirdi və ekspert rəyini əsas götürərək, rəyə uyğun qətnamə çıxarılmasını məhkəmədən xahiş etdi. Məhkəmə, proses iştirakçılarını dinləyib, iş materiallarını araşdırıb belə nəticəyə gəlir ki, ərizə təmin olunmalıdır. Belə ki, iş materiallarında olan şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, X8 qızı 05.12.1982-ci ildə anadan olmuşdur. İş materiallarında olan tibbi-sosial ekspert komissiyasında sonuncu müayinəyə dair 13.04.2021-ci il tarixdə verilən məlumatda göstərilmişdir ki, X6 birinci qrup əlildir. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə Psixiatrik X7 Hüquqi Şəxs tərəfindən verilmiş 01.06.2021-ci il tarixli, 1139 saylı rəydən görünür ki, X4 şizofreniya paranoid forma, psixi qüsur əlamətləri ilə (F20.0) xroniki psixi xəstəliyi qeyd olunur. Bunu anamnestik məlumatlar-uzun müddət psixi xəstəlikdən əziyyət çəkməsi, dəfələrlə Sumqayıt RƏXD-də stasioner və ambulator qaydada müailə olunması, TSEK-in 13.04.2018-ci il tarixli müayinə aktına əsasən " paranoid şizofreniya fasiləsiz gedişli. Dərin psixi qüsur halı" diaqnozu ilə İ dərəcəli əlil hesab edilməsi, həmçinin hazırki müayinə zamanı aşkar olunan əlamətlər: ünsiyyətə formal daxil olması, təfəkkürünün paroloqik olması, autikliyi, sayıqlama fikirləri aşkar edilməsi, rabitəsiz fikirlər söyləməsi, eşitmə hallüsinasiyalarının qeyd olunması, maraq tənqidinin olmaması və sair əlamətlər sübut edir. Ekspert mülki iş materiallarının həmin materialda olan tibbi sənədlərin, həmçinin məhkəmə-psixiatrik ekspertizası zamanı aparılmış müayinələrin bütün nəticələrinin tədqiqi və hərtərəfli təhlili sayəsində yekun nəticəyə gələrək hesab edilmişdir ki, 05.12.1982-ci il təvəllüdlü X6 psixi vəziyyətinə görə öz hərəkətlərinin mənasını dərk etmək və onları şüurla idarə etmək iqtidarına malik deyil və o, fəaliyyət qabiliyyəti olmayan şəxs hesab olunmalıdır. Məhkəmə, qeyd olunanlara əsasən hesab edir ki, 05.12.1982-ci il təvəllüdlü X6 fəaliyyət qabiliyyəti olmayan şəxs hesab olunmalıdır. Belə ki, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 28.8-ci maddəsinin mahiyyətinə əsasən ağıl zəifliyi və ya ruhi xəstəlik nəticəsində öz hərəkətlərinin mənasını başa düşməyən və ya öz hərəkətlərinə rəhbərlik edə bilməyən şəxslər məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan sayıla bilər və onların üzərində qəyyumluq müəyyənləşdirilir. Beləliklə, işin yuxarıda tədqiq edilən hallarından və qanunun qeyd edilən tələbindən görünür ki, 05.12.1982-ci il təvəllüdlü X3 fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilməsi barədə məhkəmə qətnaməsinin çıxarılması qanuni və əsaslıdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 321.2. maddəsində göstərilir ki, şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsinə dair məhkəmə qətnaməsi fəaliyyət qabiliyyəti olmayan hesab edilən şəxs üzərində qəyyum təyin etmək üçün əsasdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 317 və 320-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: Ərizə təmin edilsin. 05.12.1982-ci il təvəllüdlü X6 fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilsin. Qətnamə fəaliyyət qabiliyyəti olmayan hesab edilən 05.12.1982-ci il təvəllüdlü X3 üzərində qəyyum təyin etmək üçün əsasdır. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. HAKİM: AZƏR İSMAYİLOV

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar