Məhkəmə qərarları › İş №2(060)-4059/2021

Sumqayıt Şəhər Məhkəməsi Qətnamə — İş №2(060)-4059/2021

11.06.2021 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Hüquq müəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(060)-4059/2021 11.06.2021 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Süleymanova Almaz Məhərrəm qızının sədrliyi, Əsədov Naib Abdulhüseyn oğlunun katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi Azərbaycan Respublikası DƏDRX-nin 8 saylı Cəlilabad Ərazi İdarəsini maraqlı şəxs qismində işə cəlb etməklə “hüquqi əhəmiyyəti olan faktın müəyyən edilməsi” tələbinə dair ərizəsi üzrə mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Ərizəçi Azərbaycan Respublikası DƏDRX-nin 8 saylı Cəlilabad Ərazi İdarəsini maraqlı şəxs qismində işə cəlb etməklə “hüquqi əhəmiyyəti olan faktın müəyyən edilməsi” tələbinə dair ərizə ilə məhkəməyə müraciət edərək, Masallı rayonu Aqrar İslahat Komissiyasının 05 noyabr 1998-ci il tarixli 58 nömrəli qərarında verilmiş torpaq mülkiyyət hüququna dair dövlət aktının ona məxsus olması faktının müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizəçi, ərizəsini onunla əsaslandırmışdır ki, Masallı rayonu Aqrar İslahat Komissiyasının 05 noyabr 1998-ci il tarixli 58 nömrəli qərarı X4, X6, X16, X2, X7, X8, X22 oglu, X5, X9 və X11 1.12 hektar kənd təsərrüfatı məhsulları istehsalı üçün JN 0097 kod nömrəsi ********* olan torpağa mülkiyyət hüququna dair dövlət akt verilmişdir. Sonradan ona məlum olmuşdur ki, dövlət aktında onun adı səhvən Ərizəçi əvəzinə X3 qeyd olunmuşdur. Həmin dövlət aktında adında yalnışlığm düzəldilməsi ilə əlaqədar o, Azərbaycan Respublikası Əmlak məsələləri dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 8 saylı Cəlilabad ərazi idarəsinə müraciət etmişdir. Maraqlı şəxs 14.09.2020-ci il tarixdə ona imtina məktubu vermiş və həmin imtina məktubunda qeyd edilmişdir ki, Əmlak Məsələləri Dövlət Xidmətinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 8 saylı Cəlilabad Ərazi İdarəsinə ünvanladığı 09 sentyabr 2020-ci il tarixli ərizəyə cavab olaraq bildirilir ki, Masallı rayonu, Sığdaş kəndində yerləşən 1.12 ha pay torpaq sahəsinin torpağa mülkiyyət hüququna dair JN-0097 nömrəli dövlət aktında düzəliş edilməsi Əmlak Məsələləri Dövlət Xidmətinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 8 saylı Cəlilabad Ərazi İdarəsinin səlahiyyəti xaricindədir. Buna görə də məhkəməyə müraciət etməli olub. Məhkəmə iclasında iştirak edən ərizəçi ərizəni müdafiə edərək eyni məzmunlu izahat verdi və ərizənin təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında şahid qismində dindirilmiş X9 ifadəsində göstərdi ki, ərizəçi onun qardaşıdır, onlar ailədə 4 bacı, 2 qardaşı olmuşlar. Qardaşının adı Pənah, soyadı Səbziyevdi, onların Kənan adlı qardaşları olmayıb. Məhkəmə iclasında şahid qismində dindirilmiş X17 ifadəsində bildirdi ki, ərizəçi onun qardaşıdır, qardaşı Ərizəçi xx.xx.1987-ci ildə doğulmuşdur, atası Səbziyev Əyyub vəfat edib, anası isə sağdır. Onların Kənan adlı qardaşları olmayıb. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən işə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etdi. Məhkəmə ərizəçini, şahid ifadələrini dinləyib dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, ərizə təmin edilməlidir. Mülki iş materiallarında olan: JN-0097 KOD 80519018 saylı Torpağa Mülkiyyət hüququna dair Dövlət aktından təsdiq olunmuş surətindən görünür ki, ərizəçinin adı “X14” olaraq göstərilmişdir. AA******* saylı şəxsiyyət vəsiqəsindən görünür ki, Ərizəçi xx.xx.1987-ci ildə doğulmuşdur. XVİİ-JQ seriyalı 318934 saylı doğum haqqında şəhatədnamənin surətindən görünür ki, X17 05.01.1993-cü ildə Masallı rayonunda anadan olmuşdur, atası X16, anası X1r. XV-JQ seriyalı 408290 saylı doğum haqqında şəhatədnamənin surətindən görünür ki, X9 03.10.1990-cı ildə Masallı rayonunda anadan olmuşdur, atası X16, anası X1r. Azərbaycan Respublikası DƏDRX-nin 8 saylı Cəlilabad Ərazi İdarəsi tərəfindən verilmiş 14.09.2020-ci il tarixli məktubdan görünür ki, dövlət aktında düzəliş edilməsindən imtina edilmişdir. Məhkəmənin 14 aprel 2021-ci il tarixli sorğusuna Azərbaycan Respublikası Vətəndaş Vəziyyəti Aktlarının Reyestri Xidmətinin 19 may 2021-ci il tarixli 05/2-3724/13 saylı cavabından görünür ki, X14 barəsində doğum haqqında hər hansı məlumat aşkra edilməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (MPM) 307.1-ci maddəsinə əsasən, məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. MPM-in 307.2 və 307.2.5-ci maddələrinə əsasən şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun şəxsiyyətini təsdiq edən sənəddə göstərilən adı, atasının adı və ya soyadı ilə düz gəlmədiyi halda hüquq müəyyənedici sənədlərin (həmkarlar ittifaqı və digər ictimai birliklərin, siyasi partiyaların bileti, hərbi sənədlər, pasport və müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilən şəhadətnamələrdən başqa) həmin şəxsə məxsus olması faktının müəyyən edilməsi barədə işlərə baxır. MPM-in 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. «Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 12 aprel 2019-cu il tarixli, 03 saylı qərarına əsasən Azərbaycan Respublikası MPM-nin 307.2.5-ci maddəsində nəzərdə tutulan faktın- yəni şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun şəxsiyyətini təsdiq edən sənəddəki adı, atasının adı və ya soyadı ilə düzgün gəlmədiyi halda hüquqmüəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktının məhkəmə tərəfindən xüsusi icraat qaydasında baxılaraq müəyyən edilməsi üçün aşağıdakı şərtlərin olması zəruridir: birincisi- şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun şəxsiyyətini təsdiq edən sənəddəki adı, atasının adı və ya soyadı ilə düz gəlməməlidir (üst-üstə düşməməlidir); ikincisi-həmin sənədlər hüquqmüəyyənedici sənədlər olmalıdır; üçüncüsü- məhkəməyə müraciət edən ərizəçiyə hüquqmüəyyənedici sənədləri verən təşkilat tərəfindən sənəddə olan səhvlərin aradan qaldırılaraq (düzəldilərək) yeni sənədin verilməsindən imtina edilməlidir, yaxud həmin sənəddəki səhvlərin düzəldilməsinin mümkün olmaması bildirilməlidir (qərarın 6-cı bəndi). Məhkəmələr nəzərə almalıdırlar ki, qanunverici şəxsiyyəti təsdiq edən sənədlərin (pasportun, həmkarlar ittifaqı və digər ictimai birliklərin, siyasi partiyaların bileti, hərbi bilet, xidməti vəsiqə və sair) deyil, məhz hüquqmüəyyənedici sənədlərin, yəni müəyyən hüquqları reallaşdırmaq üçün qanunvericiliklə zəruri vasitə rolunu oynayan sənədlərin konkret şəxsə məxsus olması faktının müəyyən edilməsini nəzərdə tutur (qərarın 6.1-ci bəndi). MPM-in 311-ci maddəsinə əsasən, məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədləri əvəz etməməklə, belə qeydə alınma üçün əsasdır. İş materiallarından və şahid ifadələrindən göründüyü kimi, ərizəçinin adı ona məxsus AA******* saylı şəxsiyyət vəsiqəsində “Pənah” kimi qeyd olunmasına baxmayaraq, JN- 0097 KOD 80519018 saylı Torpağa Mülkiyyət hüququna dair Dövlət aktında səhvən “Kənan” kimi qeyd olunmuşdur və yanlışlığın yol verdiyi dövlət aktı hüquq müəyyənedici sənəddir və hüquqmüəyyənedici sənədi verən təşkilat tərəfindən sənəddə olan səhvin aradan qaldırılaraq yeni sənədin verilməsindən imtina edilmişdir. MPM-nin 14.2-ci maddəsinin tələbinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlsidir. Məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək bu nəticəyə gəlir ki, sözügedən dövlət aktında ərizəçinin adı səhv (Kənan) göstərildiyindən, həmin dövlət aktı hüquqmüəyyənedici sənəd olduğundan, səhvin düzəldilməsindən aktı tərtib edən dövlət orqanı tərəfindən imtina olunduğundan, həmin səhvin düzəldilməsinin başqa qaydası müəyyən olunmadığından ərizə təmin edilməli, Masallı rayonu Aqrar İslahat Komissiyasının 05 noyabr 1998-ci il tarixli 58 nömrəli qərarı ilə verilmiş JN-0097 KOD 80519018 saylı Torpağa Mülkiyyət hüququna dair Dövlət aktında göstərilmiş «X14» nun xx.xx.1987-ci il təvəllüdlü Ərizəçi olmaqla sənədin ona məxsus olması faktı müəyyən edilməlidir. İş üzrə ödənilmiş dövlət rüsumu ərizəçiyə aid edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 119, 216-220, 227, 233, 307-311-ci maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: Ərizə təmin edilsin. Masallı rayonu Aqrar İslahat Komissiyasının 05 noyabr 1998-ci il tarixli 58 nömrəli qərarı ilə verilmiş JN-0097 KOD 80519018 saylı Torpağa Mülkiyyət hüququna dair Dövlət aktında göstərilmiş «X14»nun xx.xx.1987-ci il təvəllüdlü Ərizəçi olmaqla sənədin ona məxsus olması faktı müəyyən edilsin. İş üzrə ödənilmiş dövlət rüsumu ərizəçiyə aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Almaz Süleymanova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar