Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(060)-4077/2022 09.09.2022 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Hüseynov Elmir Xoşbəxt oğlunun sədrliyi, Rüstəmli Aytən Kamil qızının katibliyi, İddiaçı nümayəndəsi Nümayəndə, Cavabdeh "xxxx" ASC-nin nümayəndəsi X3 iştirakı ilə, İddiaçı cavabdeh "xxxx" ASC-nə qarşı borcun silinməsi tələbinə dair iddia ərizəsi üzrə mülki işə Sumqayıt Şəhər Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq məhkəmə müəyyən etdi : İddiaçı iddia ərizə ilə məhkəməyə müraciət edərək, Sumqayıt şəhəri, Sumqayıt şəhəri 11-ci mikrorayon 33 nömrəli evin tinində yerləşən ticarət obyektində istifadə olunan elektrik enerjisinə görə əsassız hesablanmış 366,27 (üç yüz altmış altı manat, iyirmi yeddi qəpik) manat məbləğində borcun silinməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, təmsil olunduğum X1 Sumqayıt şəhər şöbəsinin 18 may 1999-cu il tarixli 768 saylı müraciətini nəzərə alaraq iddiaçıya kommersiya köşkü qoyulması məqsədi ilə X1 Sumqayıt şəhər şöbəsinə 11-ci mikrorayon ərazisindən ayrılmış torpaq sahəsində köşk qoyaraq sahibkarlıq fəaliyyəti ilə məşğul olur. Fəaliyyət göstərdiyi dövrdə qanunla müəyyən edilmiş bütün şərtlərə əməl edir, kommunal xərcləri vaxtlı-vaxtında ödəyir. xx.xx.2022-ci il tarixdə X5 Cəmiyyətindən daxil olmuş bildirişi alarkən məlum oldu ki, iddiaçıya 379,27 manat borc hesablanmışdır. Araşdırma apararkən məlum olmuşdur ki, "xxxx" ASC-nin əməkdaşlarının iştirakı ilə iddiaçının xəbəri və iştirakı olmadan 05 may 2017-ci il tarixdə iddiaçıya məxsus Sumqayıt şəhər 11-ci mikrorayon 33 nömrəli evin tinində yerləşən ticarət obyektində yerləşən elektrik sayğacının və “X2 Qaydaların”a (EEİQ) riayət olunması yoxlanılmış və guya qoruq möhürlərinin trosunun qırılaraq sayğaca müdaxilə olunmasına dair 008662 saylı akt tərtib edilmiş və 107845 saylı Abunə haqqında məlumata əsasən iddiaçıya 366,27 manat qalıq borcunun qalması müəyyən edilmişdir. Hansı ki, iddiaçı mütəmadi olaraq X2yə dair pulu vaxtlıvaxtında ödəmişdir. Bu borcun hesablanması barədə məlumat cavabdeh tərəfindən iddiaçıya 379,27 manat ödəniləcək məbləğ barədə xx.xx.2022-cı il tarixdə hesab ödəniş vərəqəsi təqdim olunarkən məlumatlı olmuşdur. Belə ki, məlum olmuşdur ki, yuxarıda qeyd olunanlarla bağlı iddiaçıya 366,27 manat cərimə hesablanmışdır. Həmin bildirişi alana kimi iddiaçının bu proseslərin heç birindən xəbəri olmamış və bu barədə iddiaçıya "xxxx" ASCdən heç bir bildiriş və xəbərdarlıq daxil olmamışdır. İddiaçı həmin cavabdehə bu aktların qanunvericiliyə zidd tərtib olunduğunu və əsassız olduğunu bildirsə də heç bir nəticə verməmiş, müvafiq olaraq sayğacın yoxlanılması barədə aktın nüsxəsini də iddiaçıya təqdim etməmişlər. Məhkəmənin nəzərinə çatdırır ki, iddiaçı tərəfindən nə sayğaca müdaxilə olunmuş, nə də ki, belə müdaxilənin olmasından məlumatı olmuşdur. Hesab edir ki, cavabdeh tərəfindən hesablanmış borc tam əsassızdır. Belə ki,məlumat üçün bildirir ki, sözügedən sayğac ticarət obyektinin daxilində deyil kənarda quraşdırılmışdır. Elektrik enerjisinə görə ödənişin ödənilməsi ilə bağlı problemlər olmamışdır. Təkrar olaraq bildirir ki, iddiaçı tərəfindən sayğaca hər hansı bir müdaxilə olmamışdır. Ona hər hansı müdaxilə varsa belə, belə müdaxilə hər hansı bir kənar şəxslər tərəfindən oluna bilər. Digər tərəfdən tərtib edilmiş akta əsasən də müəyyən olunur ki, əgər müdaxilə varsa belə xarakterinə görə bu müdaxilə sayğacın göstəricilərində hər hansı bir dəyişikliklərlə nəticələnə bilməz. Aktda da qeyd olunur ki, sadəcə elektrik sayğacının qoruq möhürlərinin trosu qırılmışdır. Trosun qırılmasının hansı nəticə yaratmağı aydın deyildir və iddiaçıya izah olunmamışdır. Digər tərəfdən nə sayğacın götürülməsi, nə də ki, sayğacın laborator yoxlamadan keçməsi barədə akt qanunvericiliyə uyğun tərtib edilməmişdir. Göründüyü kimi, sayğaca müdaxilənin iddiaçının təqsiri üzündən zədələnməsi müəyyən olunmadığından onun yenisi ilə əvəz olumnası xərclərinin iddiaçının üzərinə qoyulması təmamilə əsassızdır. Məhkəmə iclasında İddiaçı nümayəndəsi Nümayəndə iddia tələbini müdafiə edərək, iddia ərizəsində qeyd olunanları təsdiq etdi. İddia tələbinin təmin edilməsi barədə qətnamə qət edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən cavabdeh "xxxx" ASC-nin nümayəndəsi X4 iddia tələbinə etiraz edərək xx.xx.2017-ci il tarixdə enerjitəchizatı müəssisəsinin əməkdaşları tərəfindən ünvan 1 ünvanında yerləşən iddiaçıya məxsus abunə kodu **********6 olan obyektə məxsus elektrik hesabat sayğacının dövlət və alt qapaq möhürlərinin trosunun qırılması sayğaca müdaxilə olunması halı aşkar edilmiş və Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2005-ci il tarixli, 18 nömrəli qərarı ilə təsdiq edilmiş “X2 qaydaları”nın (EEİQ) 8.17-ci bəndinin tələblərinə uyğun olaraq xx.xx.2017-ci il tarixli, 008662 saylı akt tərtib edilərək 410,85 manat dəyərində itirilmiş elektrik enerjisi bərpa edilmişdir. Buna görə də iddia tələbinin rədd edilməsinə dair qətnamə qət edilməsini xahiş etdi. Məhkəmə iddiaçının və cavabdehin nümayəndələrinin izahatını dinləyib, iş materiallarını tədqiq edərək hesab edir ki, iddia tələbi təmin edilməlidir. İş materiallarında olan: - İş materiallarında olan Abunə haqqında çıxarışdan müəyyən edilir ki, İddiaçı məxsus Sumqayıt şəhər 11-ci mikrorayon 33 nömrəli evin tinində yerləşən ticarət obyektinə aid **********90231 saylı abunə koduna 366,76 manat borc hesablanmışdır. - "xxxx" ASC 211774 saylı, xx.xx.2017-ci il tarixli aktından görünür ki, obyektin elektrik sayğacının dövlət və alt qapaq möhürlərinin trosunun qırıldığını, sayğaca müdaxilə olunduğu aşkar edilmişdir. Beləliklə, məhkəmə araşdırması zamanı müəyyən edildi ki, iddiaçı tərəfindən ona məxsus obyektdə elektrik sayğacına kənar müdaxilənin olduğunu təsdiq edən heç bir əsas yoxdur. Buna görə də cavabdeh təşkilatın əməkdaşları tərəfindən tərtib edilmiş akt qanunsuz və əsassız hesab olunur. Həmin aktın əsasında İddiaçı akt hesabında hesablanmış 366,76 manat borc silinməlidir. Məhkəmə araşdırması zamanı müəyyən olunanlara əsasən məhkəmə qeyd edir ki; Azərbaycan Respublikası Mülki Məcəlləsinin 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olunmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Həmin Məcəllənin 399.1-ci maddəsinə əsasən müqavilə bağlandığı andan qüvvəyə minir və tərəflər üçün məcburi olur. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 02 fevral 2005-ci il tarixli, 18 nömrəli Qərarı ilə təsdiq edilmiş “X2 Qaydaları”nın 8.1-ci bəndinə əsasən Dövlət elektroenergetika müəssisəsindən enercitəchizatı müəssisəsinə, enerjitəchizatı müəssisəsindən abonentə, abonentdən subabonentə elektrik enerjisinin verilişi yalnız müvafiq olaraq tərəflər arasında bağlanmış elektrik enerjisinin alqı-satqı müqaviləsinə əsasən və onlar üçün təyin olunmuş elektrik enerjisinin tariflərinə uyğun aparılır.Həmin Qaydaların 8.2-ci bəndinə əsasən elektrik enerjisinə görə hesablaşmalar uçot cihazlarının hesablaşma dövründəki göstəricilərinə əsasən aparılır. Həmin Qaydaların 8.4-cu bəndinə əsasən Enerjitəhcizatı müəssisəsi istehlakçıdan yalnız istifadə olunmuş elektrik enerjisinə görə ödəniş alır,digər ödənişlərin,o cümlədən bu qaydaların 3.5-ci bəndinə uyğun olaraq istehlakçıya məxsus elektrik qurğularına gərginlik verilməsinə görə ödənişin alınmasına yol verilmir.Həmin Qaydaların 8.9-cu bəndinə əsasən istehlakcı (məişət abonenti istisna olmaqla) hesablaşma elektrik sayğacının göstərişi haqqında məlumat vermədikdə, hesablaşma əvvəlki dövr ücün müəyyən olunmuş orta gündəlik elektrik enercisi sərfinə uyğun aparılır və orta gündəlik elektrik enerjisi sərfinə uyğun hesablaşma bir hesablaşma dövründən artıq olmamalıdır, dövr başa çatdıqdan sonra göstərilən hal davam edərsə, elektrik enercisinin sərfi istehlakçının (məişət abonenti istisna olmaqla) cərəyan qəbuledicilərinin gücünə və işləmə saatlarına uyğun olaraq müəyyənləşdirilir. Bu qayda elektrik sayğaclarının göstərişi haqqında istehlakçı (məişət abonenti istisna olmaqla) məlumat verənədək davam etdirilir və həmin dövr üçün elektrik enerjisinin yenidən hesablaşması aparılmır. Beləliklə, məhkəmə iş üzrə təqdim edilmiş sübutları məcmu halında qiymətləndirərək və sadalanan maddi hüquq normalarına əsaslanaraq,həmin maddələrin tələblərini işin faktiki hallarına tətbiq edərək belə nəticəyə gəlir ki, iddiaçı ilə cavabdeh arasında müqavilə olmadığı halda Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2005-ci il 02 fevral tarixli 18 saylı qərarı ilə təsdiq edilmiş “X2 qaydaları”nın tələblərinə zidd olaraq (orta gündəlik elektrik enercisi sərfinə uyğun hesablama məişət abonenti istisna olmaqla hesablanır) əsassız, orta sərfiyyatla qeyri müəyyən hesablanılmış 525,16 manat borc silinməlidır. İddiaçının mənzilinə işlədicilərin gücünə görə orta sərfiyyat əsasında Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2005-ci il 02 fevral tarixli 18 saylı qərarı ilə təsdiq edilmiş “X2 qaydaları”nın tələblərinə zidd, əsassız olaraq 525,16 manat borc hesablanmışdır. Ona görə də, məhkəmə hesab edir ki, cavabdeh "xxxx" ASC tərəfindən heç bir əsası olmadan qeyri-müəyyən hesablanmış borcun iddiaçıdan tələb etməsi vətəndaşın hüququnun pozulması kimi qiymətləndirilməlidir. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Həmin məcəllənin 119.2-ci maddəsinə əsasən iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanununun 9.1.5-ci maddəsinə istehlakçıların hüquqlarının pozulması ilə əlaqədar verdikləri iddialar üzrə iddiaçılar dövlət rüsumundan azad edilir. Məhkəmə iddianın ödənilmiş dövlət rüsumunun tutulması ilə bağlı hissəsini araşdıraraq hesab edir ki, iddia bu hissədə də təmin edilməli, iddianın qiyməti 1000 manatadək olduqda məhkəməyə ödənilməli olan dövlət rüsumunun məbləği 30 manat olmalıdır. Hazırda iddia tələbi təmin edildiyindən 30 manat dövlət rüsumu cavabdehdən tutularaq Dövlət büdcəsinə ödənilməlidir. Məhkəmə hesab edir ki, cavabdeh "xxxx" ASC tərəfindən iddiaçıya məxsus Sumqayıt şəhəri, Sumqayıt şəhəri 11-ci mikrorayon 33 nömrəli evin tinində yerləşən ticarət obyektində istifadə olunan elektrik enerjisinə görə əsassız hesablanmış 366,27 (üç yüz altmış altı manat, iyirmi yeddi qəpik) manat məbləğində borc silinməli və iddianın verilməsinə görə 30 manat dövlət rüsumu cavabdeh "xxxx" ASC-dən tutularaq Dövlət büdcəsinə ödənilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Həmin Məcəllənin 119.2-ci maddəsinə əsasən iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220-ci və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə, qət etdi: İddia tələbi təmin edilsin. İddiaçıya məxsus Sumqayıt şəhəri, Sumqayıt şəhəri 11-ci mikrorayon 33 nömrəli evin yaxınlığında yerləşən ticarət obyektində istifadə olunan elektrik enerjisinə görə əsassız hesablanmış 366,27 (üç yüz altmış altı manat, iyirmi yeddi qəpik) manat məbləğində borc **********90231 saylı abunə hesabından silinsin. İddianın verilməsinə görə 30 manat dövlət rüsumu cavabdeh "xxxx" ASC-dən tutularaq Dövlət büdcəsinə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılan elektron kabinetdən istifadə edilməklə) Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Elmir Hüseynov
Məhkəmə qərarları › İş №2(060)-4077/2022
Sumqayıt Şəhər Məhkəməsi Qətnamə — İş №2(060)-4077/2022
09.09.2022 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver