Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(060)-4080/2023 06.09.2023 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Giriş hissə: Hakim Həxiyeva Şəbnəm Səlim qızının sədrliyi, İbrahimzadə Zəhra Şahverdi qızının katibliyi, Ərizəçi nümayəndəsi X1 iştirakı ilə Ərizəçi Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 2 saylı Sumqayıt Ərazi İdarəsini maraqlı şəxs qismində cəlb etməklə "hüquqi faktın müəyyən edilməsi tələbi”nə dair ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Təsviri hissə:
1. Ərizəçi Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 2 saylı Sumqayıt Ərazi İdarəsini maraqlı şəxs qismində cəlb etməklə "hüquqi faktın müəyyən edilməsi tələbi”nə dair ərizə ilə məhkəməyə müraciət etmişdir.
2. Ərizə onunla əsaslandırılmışdır ki, Ərizəçi Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi Yanında Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsinin 2 saylı ünvan 1 ünvanda yerləşən 17 saylı mənzil üzərində mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması, reyestrdən çıxarış və texniki pasportun verilməsi il bağlı ərizə ilə müraciət etmişdir. Maraqlı şəxs tərəfindən həmin əmlak üzərində mülkiyyət hüququnun dövlət qeydiyyatına alınmasından imtina olunmuşdur. Həmin imtina məktubunda qeyd olunmuşdur ki, ünvan 2 ünvanda yerləşən 17 saylı mənzil üzərində mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması, reyestrdən çıxarış və texniki pasportun verilməsi il bağlı ərizəyə "Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri" publik hüquqi şəxsinin 2 saylı Sumqayıt Ərazi İdarəsində baxılmışdır. Müraciətə əlavə olunan sənədlərin araşdırılması zamanı Azərbaycan Respublikası Dövlət Arxivinin “Sumqayıt” filialının 124 nömrəli xx.xx.2023-cü il tarixli arxiv arayışında adı qeyd olunan Ərizəçi adında uyğunsuzluq olduğu müəyyən olunmuşdur. Bu səbəbdən ərizənin icrasından imtina edilmişdir. Bundan sonra, ərizəçi Sumqayıt şəhər İcra Hakimiyyətinə müraciət edərək Sumqayıt şəhər X17 İcraiyyə Komitəsinin protokolunda adındakı yalnışlığın düzəldilməsi ilə bağlı müraciət etmişdir. Sumqayıt şəhər İcra Hakimiyyəti tərəfindən ərizəçiyə ünvanlanmış xx.xx.2023-cü il tarixli məktubunda qeyd edilmişdir ki, mənzilin sənədləşməsi zamanı adın düzgün yazılmaması səbəbdən sənədlərdə yaranmış problemin həlli ilə bağlı köməklik göstərilməsi barədə şifahi müraciətə şəhər İcra Hakimiyyətində baxılmışdır. Müəyyən olunmuşdur ki, əri X7 iş yeri üzrə Sumqayıt Xovlu İplik fabriki tərəfindən verilmiş yaşayış sahəsi 39,6 kv metrdən ibarət 3 otaqlı ünvan 2, mənzil 17-ə dair adına xx.xx.1993-cü il tarixdə 73/541 saylı order təqdim olunmuşdur. Aparılmış arxiv araşdırması nəticəsində xx.xx.1993-cü il tarixli, 73/541 saylı orderin verilməsinə əsasən olmuş alt sənədlərdə adının Nazimət kimi qeyd olunduğu məlum olmuşdur. Qeyd edilənlərə əsasən xahişlərinin müsbət həlli mümkün olmamışdır. Göründüyü kimi Sumqayıt şəhər İcra Hakimiyyəti sənəddəki adındakı yanlışlığın aradan qaldırılmasından imtina etdiyi üçün hazırda hüquqi faktı müəyyən edilməsi ilə bağlı məhkəməyə müraciət etmək məcburiyyətindədir. Ona görə də hazırda Sumqayıt şəhər X17 İcraiyyə Komitəsinin protokolunda qeyd olunmuş X2 Ərizəçi ilə eyni şəxs olması ilə bağlı faktın müəyyən edilməsi zərurəti yaranmışdır. Göstərilənlərə əsasən Sumqayıt şəhər X32 İcrayə Komitəsinin xx.xx.1992-ci il tarixli 91 saylı protokolunda X2 Ərizəçi ilə eyni şəxs olması faktının müəyyən edilməsi ilə bağlı qətnamə qəbul edilməsi xahiş edilmişdir.
3. Sonradan Ərizəçi məhkəməyə ərizəsinin dəqiqləşməsi ilə bağlı müraciət edərək, ərizəsində xahiş olunan hissədə dəyişiklik edilərək Sumqayıt şəhər X32 İcrayə Komitəsinin xx.xx.1992-ci il tarixli 91 saylı protokolunda Ərizəçi məxsus olması faktının müəyyən edilməsi ilə bağlı qətnamə qəbul edilməsini xahiş etmişdir.
a) Məhkəmə icraatı iştirakçılarının izahatları:
4. Məhkəmə iclasında Ərizəçi nümayəndəsi X8 ərizədə qeyd olunanları təsdiq edərək ərzəsinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir.
5. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdarlıq edilməsinə baxmayaraq, maraqlı şəxs Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 2 saylı Sumqayıt Ərazi İdarəsinin nümayəndəsi məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir.
6. Məhkəmə işə maraqlı şəxs nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.
7. Məhkəmə ərizəçinin nümayəndəsinin izahatını dinləyib, mülki işin materiallarını araşdırıb hesab edir ki, ərizə təmin edilməlidir.
Əsaslandırıcı hissə: a) Mülki işin materialları:
8. Belə ki, iş materiallarında olan Şəki rayonu Baş Göynük kənd Soveti tərəfindən 01 iyul 1983-cü il tarixdə verilmiş, İİİ-ЖГ № 308279 saylı nikah haqqında şəhadətnamənin surətindən görünür ki, X15 ilə X3 01 iyul 1983-cü il tarixində nikahlarını bağlamışlar, bu barədə nikahın bağlanması haqqında akt qeydləri kitabında həmin tarixdə 75 nömrə ilə qeyd edilmişdir. Nikah bağlandıqdan sonra arvada “Hacıyeva” soyadı verilmişdir.
9. İş materiallarında olan olan Sumqayıt şəhər VVADQ şöbəsi tərəfindən 17 sentyabr 1986-cı il tarixində verilmiş Xİ-JQ № 439822 saylı doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X9 xx.xx.1986-cı ildə Sumqayıt şəhərində anadan olmuş, atası X15, anası Ərizəçidır.
10. İşin materiallarında olan Azərbaycan Respublikası Milli Arxiv İdarəsi Azərbaycan Respublikası Dövlət Arxivinin Sumqayıt filialı tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli, 124 saylı məktubdan görünür ki, Sumqayıt şəhər İcra Hakimiyyəti başçısının xx.xx.1992-ci il tarixli, 772 saylı əmrinə əsasən təsərrüfat hesablı 9-cu mikrorayonda yerləşən 38 “a” №-li binanın yeni istifadəyə verilmiş və boşalmış mənzillərin bölünməsi üzrə Sumqayıt şəhəri mənzil bölüşdürmə, dəyişdirmə və mənzil-tikinti kooperativlərində mənzil bölüşdürülməsi komissiyasının 22 oktyabr 1992-ci il tarixli, 91 №-li protokolun təsdiq olunması əmr edilmişdir. Həmçinin Sumqayıt Xovlu İplik Fabrikinin xx.xx.1992-ci il tarixli, 01/372 №-li məktubuna və müdriyyət, HİK və MMK-nin birgə iclasının 12 №-li protokoluna əsasən yaşayış sahəsi 39,6 kv.m olan 3 otaqlı 17 №-li mənzil X4 6 nəfərdən ibarət ailə tərkibinə təqdim edilsin: X15-ev sahibi, X10-yoldaşı, X5-qızı, X9-qızı, X11-qızı, X12-qızı. 1980-ci ildən işləyir. 1983-cü ildən ev növbəsindədir. Növbədən çıxarılsın.
11. İş materiallarında olan AA******* seriyalı şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, Ərizəçi xx.xx.1956-cı il təvəllüdlüdür.
12. İş materiallarında olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi tərəfindən verilmiş “Yaşayış yeri üzrə qeydiyyat haqqında” ******* saylı arayışdan məlum olur ki, Ərizəçi xx.xx.2006-cı ildən etibarən X13, X6, X21, X16, X22, X14, X23, X11 ilə birlikdə Sumqayıt şəhəri, 9-cu mikrorayon, ev 38A, 17 saylı mənzildə qeydiyyatdadırlar.
13. İş materiallarında olan Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi 2 saylı Sumqayıt Ərazi İdarəsi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli, № 3-21-3-21/2-71-0033-8/2023 “Daşınmaz əmlak üzərində hüquqların qeydiyyata alınmasından imtina edilməsi barədə” bildirişdən görünür ki, təqdim edilən xx.xx.2023-cü il tarixli, 124 nömrəli arxiv çıxarışında adı qeyd olunmuş X2 adı ilə şəxsiyyəti təsdiq edən sənəd arasında uyğunsuzluq olduğu müəyyən edilmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 307.2.5-ci maddəsinin tələblərinə əsasən şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun şəxsiyyətini təsdiq edən sənəddə göstərilən adı, atasının adı və ya soyadı ilə düz gəlmədiyi halda hüquqmüəyyənedici sənədlərin (həmkarlar ittifaqı və digər ictimai birliklərin, siyasi partiyaların bileti, hərbi sənədlər, pasport və müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilən şəhadətnamələrdən başqa) həmin şəxsə məxsus olması faktının müəyyən edilməsi məhkəmələrin səlahiyyətlərinə aid edilmişdir. Odur ki, hüquqi faktın müəyyən edilməsi ilə bağlı müvafiq məhkəmə qərarı idarəyə daxil olduqdan sonra müraciətə qanunamüvafiq qaydada baxılacaqdır. Bundan əlavə ərizəyə hüquqların dövlət qeydiyyatı üçün əsəs olan sənəd əlavə edilməmişdir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında" Azərbaycan Respublikası Qanununun 8.0.11-ci maddəsinə əsasən, Azərbaycan Respublikasının Mənzil Məcəlləsi qüvvəyə minənədək (2009-cu il oktyabrın 1-dək) dövlət və ya ictimai mənzil fondundan yaşayış sahəsinin verilməsinə dair müvafiq icra hakimiyyəti orqanının sərəncamı, order və ya mənzil kirayəsi müqaviləsi hüquqların dövlət qeydiyyatı üçün əsas hesab edilir. Həmçinin, hazırda mənzildə qeydiyyatda olan şəxslərin mənzilin özəlləşdirilməsinə razılığı barədə ərizələri təqdim edilməmişdir. Qeyd edilənləri nəzərə alaraq, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 15-ci maddəsinə əsasən ərizənin icrasından imtina edilməsi məqsədəmüvafiq hesab edilmişdir.
14. İşin materiallarında olan Ərizəçi müraciətinə cavab olan Azərbaycan Respublikası Sumqayıt Şəhər İcra Hakimiyyəti Başçısının Aparatı tərəfindən verilmiş № 16, xx.xx.2023-cü il tarixli məktubdan görünür ki, əriniz X7 iş yeri üzrə Sumqayıt Xovlu İplik fabriki tərəfindən verilmiş yaşayış sahəsi 39,6 kvadratmetrdən ibarət 3 otaqlı Sumqayıt şəhəri, 9-cu mikrorayon, ev 38a, mənzil 17-ə dair adına xx.xx.1993-cü il tarixdə 73/541 saylı order təqdim olunmuşdur. Aparılmış arxiv araşdırması nəticəsində xx.xx.1993-cü il tarixli, 73/541 saylı orderin verilməsinə əsas olmuş alt sənədlərdə adın “Nazimət” kimi qeyd olunduğu məlum omuşdur. Qeyd edilənlərə əsasən xahişin müsbət həlli mümkün olmamışdır.
b) Məhkəmə tərəfindən müəyyən edilən hallar:
15. Beləliklə məhkəmədə müəyyən olundu ki, Sumqayıt şəhəri, 9-cu mikrorayon, ev 38a, mənzil 17 icarədar altı nəfər ailə tərkibi ilə X7 ayrılmışdır. Ərizəçinin adı ona məxsus AA******* seriyalı şəxsiyyət vəsiqəsində “Nazimət” kimi qeyd olunmasına baxmayaraq, 22 oktyabr 1992-ci il tarixli, 91 №-li protokola əsasən səhvən “Nəzakət” kimi qeyd olunmuşdur və yanlışlığın yol verildiyi protokol hüquq müəyyənedici sənəddir və ərizəçiyə sənəddə olan səhvin aradan qaldırılaraq yeni sənədin verilməsindən imtina edilmişdir.
c) Mülki iş üzrə tətbiq edilən hüquq və məhkəmənin gəldiyi nəticə:
16. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 307.1-ci maddəsinə əsasən məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir.
17. Həmin Məcəllənin 307.2.5-ci maddəsinə əsasən şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun şəxsiyyətini təsdiq edən sənəddə göstərilən adı, atasının adı və ya soyadı ilə düz gəlmədiyi halda hüquq müəyyənedici sənədlərin (həmkarlar ittifaqı və digər ictimai birliklərin, siyasi partiyaların bileti, hərbi sənədlər, pasport və müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilən şəhadətnamələrdən başqa) həmin şəxsə məxsus olması faktı məhkəmə tərəfindən müəyyən edilir.
18. Eyni Məcəllənin 307.2.11-ci maddəsinə əsasən qanunvericilikdə müəyyən edilməsinin başqa qaydası nəzərdə tutulmamışsa, hüquqi əhəmiyyətli olan digər faktlar məhkəmə tərəfindən müəyyən edilir.
19. Həmin Məcəllənin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın.
20. Bundan əlavə, «Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 03 №-li 12 aprel 2019-cu il tarixli qərarı ilə müəyyən edilmişdir ki, Azərbaycan Respublikası MPM-nin 307.2.5-ci maddəsində nəzərdə tutulan faktın- yəni şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun şəxsiyyətini təsdiq edən sənəddəki adı, atasının adı və ya soyadı ilə düzgün gəlmədiyi halda hüquqmüəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktının məhkəmə tərəfindən xüsusi icraat qaydasında baxılaraq müəyyən edilməsi üçün aşağıdakı şərtlərin olması zəruridir: birincisi- şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun şəxsiyyətini təsdiq edən sənəddəki adı, atasının adı və ya soyadı ilə düz gəlməməlidir (üst-üstə düşməməlidir); ikincisi- həmin sənədlər hüquqmüəyyənedici sənədlər olmalıdır; üçüncüsüməhkəməyə müraciət edən ərizəçiyə hüquqmüəyyənedici sənədləri verən təşkilat tərəfindən sənəddə olan səhvlərin aradan qaldırılaraq (düzəldilərək) yeni sənədin verilməsindən imtina edilməlidir, yaxud həmin sənəddəki səhvlərin düzəldilməsinin mümkün olmaması bildirilməlidir. Qanunverici şəxsiyyəti təsdiq edən sənədlərin (pasportun, həmkarlar ittifaqı və digər ictimai birliklərin, siyasi partiyaların bileti, hərbi bilet, xidməti vəsiqə və sair) deyil, məhz hüquqmüəyyənedici sənədlərin, yəni müəyyən hüquqları reallaşdırmaq üçün qanunvericiliklə zəruri vasitə rolunu oynayan sənədlərin konkret şəxsə məxsus olması faktının müəyyən edilməsini nəzərdə tutur.
21. Azərbaycan Respublikası MPM-in 311-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədləri əvəz etməməklə, belə qeydəalınma üçün əsasdır.
22. Beləliklə, məhkəmə iş üzrə toplanmış sübutlara məcmu halında hüquqi qiymət verərək hesab edir ki, iş materiallarına əsasən qeyd olunan sənədlərin texniki səhvlik nəticəsində iddiaçının adının Nəzakət kimi yazılması müəyyən edildiyindən, səhvin düzəldilərək yeni sənədin verilməsindən dövlət orqanı tərəfindən imtina olunduğundan, həmin səhvin düzəldilməsinin başqa qaydası müəyyən olunmadığından ərizə təmin edilməli, Sumqayıt şəhər X32 İcraiyyə Komitəsi tərəfindən verilmiş xx.xx.1992-ci il tarixli, 91 saylı protokolun (2-ci bəndi- X10-yoldaşı) Ərizəçi (AA******* seriyalı şəxsiyyət vəsiqəsi) məxsus olması faktı müəyyən edilməlidir.
23. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
24. Həmin Məcəllənin 76.1 və 76.2-ci maddəsinə əsasən tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyətli olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən həmin Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur.
25. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir.
26. Eyni Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
27. Azərbaycan Respublikası MPM-in 217.3-cü maddəsinə əsasən qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır.
28. Həmçinin, Mülki Prosessual Məcəlləsinin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.
Nəticə hissəsi:
29. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 307, 311 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə
QƏT ETDİ: Ərizə təmin edilsin. Sumqayıt şəhər X32 İcraiyyə Komitəsi tərəfindən verilmiş xx.xx.1992-ci il tarixli, 91 saylı protokolun (2-ci bəndi- X10-yoldaşı) Ərizəçi (AA******* seriyalı şəxsiyyət vəsiqəsi) məxsus olması faktı müəyyən edilsin. İş üzrə ödənilmiş dövlət rüsumu ərizəçiyə aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) apellyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Sədrlik edən Şəbnəm Həxiyeva