Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(060)-4083/2021 14.06.2021 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Behbudova Aynur Mirzalı qızının sədrliyi, Həsənli Mehriban Hüseyn qızının katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi maraqlı tərəf Maraqlı şəxsnə qarşı şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun pasportdakı adı, atasının adı və ya soyadı ilə düz gəlmədiyi halda hüquq müəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktının müəyyən edilməsi tələbinə dair ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Ərizəçi maraqlı tərəf Maraqlı şəxsnə qarşı şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun pasportdakı adı, atasının adı və ya soyadı ilə düz gəlmədiyi halda hüquq müəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktının müəyyən edilməsi tələbinə dair ərizə ilə Sumqayıt şəhər Məhkəməsinə müraciət edərək ərizəsini onunla əsaslandırmışdır ki, xx.xx.1958-ci il tarixində Masallı rayonunda anadan olmuşdur, ailəlidir. 30 ildir ki, ünvan 1 ünvanında ailəsi ilə birlikdə yaşayır. Sumqayıt “ASAN Xidmət” Mərkəzi tərəfindən Azərbaycan Respublikası Dövlət Arxivinin Sumqayıt filialına göndərilmiş 104 saylı 11.04.2019-cu il tarixli sorğuya cavab olaraq, Sumqayıt şəhər XDS İK-nın 23.01.1991-ci il tarixli, 2 saylı iclas protokolunun 25.33.3 saylı qərarından arxiv çıxarışının surəti göndərilmişdir. Azərbaycan Respublikası Dövlət Arxivinin Sumqayıt filialının 23.04.2019-cu il tarixli, 117/2 saylı arxiv çıxarışına əsasən Sumqayıt şəhər X8 İcraiyyə Komitəsinin İclasının 23.01.1991-ci il tarixli protokolunun 18 saylı protokolundan çıxarışda adı səhvən X5 olaraq qeyd edilmişdir. Bu hal ona Maraqlı şəxsnə göndərdiyi 08.02.2021-ci il tarixli, ********** qeydiyyat nömrəli ərizəsinə cavab olaraq göndərilmiş Daşınmaz Əmlakın üzərində hüquqların dövlət qeydiyyatına alınmasından imtina edilməsi barədə bildirişi əldə etdiyi zaman aydın olmuşdur. Həmin bildirişin məzmunu belə qeyd olunmuşdur: “ünvan 1 ünvanında mənzil üzərində mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması barədə 08.02.2021-ci il tarixli, ********** qeydiyyat nömrəli ərizənizə və ərizəyə əlavə edilmiş sənədlərə Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 2 saylı Sumqayıt Ərazi İdarəsində baxılmışdır. Müraciətinizlə əlaqədar bildiririk ki, ərizənizə yaşayış sahəsinə dair verilmiş orderin surəti əlavə olunmuşdur ki, ərizəyə əlavə olunmuş, mənzil sahəsinin dəyişdirilməsi barədə Sumqayıt XDS İK-nın 2 nömrəli, 23.01.1991-ci il tarixli protokolunun Dövlət Arxivinin Sumqayıt filialından 23.04.2019-cu il tarixli, 117/2 nömrəli arxiv çıxarışında isə yaşayış sahəsini əldə edən şəxs “X10” qeyd olunmuşdur. Odur ki, mənzil üzərində hüquqların dövlət qeydiyyatı üçün təqdim etdiyiniz hüquq müəyyənedici sənədin sizə məxsus olması faktının müəyyən edilməsi üçün məhkəmə orqanlarına müraciət etməyiniz tövsiyə olunur. Yuxarıda qeyd edilənləri nəzərə alaraq, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 15-ci maddəsinə əsasən ərizənizin icrasından imtina edilməsi məqsədəmüvafiq hesab edilmişdir.” Ona görə də hazırkı ərizə ilə məhkəməyə müraciət etmişdir. Belə ki, onun doğum haqqında şəhadətnaməsində, şəxsiyyət vəsiqəsində, nikahın bağlanması haqqında şəhadətnamədə, hərbi biletində, övladlarının doğum haqqında şəhadətnamələrində valideynləri hissəsində ataları qismində də adı əslində olan, Ərizəçi kimi qeyd olunmuşdur. Qeyd olunan sənədlərin surətlərini ərizəsinə əlavə etmişdir. Hesab edir ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 307.2-ci maddəsinə əsasən, məhkəmə şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı, onun şəxsiyyətini təsdiq edən sənəddə göstərilən adı, atasının adı və ya soyadı ilə düz gəlmədiyi halda hüquq müəyyənedici sənədlərin (həmkarlar ittifaqı və digər ictimati birliklərin, siyas partiyaların bileti, hərbi sənədlər, pasport və müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilən şəhadətnamələrdən başqa) həmin şəxsə məxsus olması faktının müəyyən edilməsi barədə işlərə baxır. Qeyd edilənlərə əsasən, məhkəmədən mənzil sahəsinin dəyişdirilməsi barədə Sumqayıt XDS İK-nın 2 nömrəli, 23.01.1991-ci il tarixli protokolunun Dövlət Arxivinin Sumqayıt filialından 23.04.2019-cu il tarixli, 117/2 nömrəli arxiv çıxarışında qeyd olunmuş “X10” oğlunun onunla yəni, Ərizəçi ilə eyni şəxs olması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən Ərizəçi ərizəsinə uyğun eyni məzmunlu izahat verməklə hazırki faktla bağlı yaşadığı mənzili özəlləşdirmək istədiyi zaman məlumatı olmuşdur, 30 ildən artıqdır ki, həmin mənzili dəyişmə yolu ilə əldə edərək ailə üzvləri ilə birlikdə orada yaşayır. Onun adı Rasif, atasının adı isə Ağarəhimdir, hamı onu bu adla tanıyır. Qeyd olunanlara əsasən məhkəmədən iddia ərizəsinin təmin olunmasını xahiş etdi. Maraqlı tərəf Maraqlı şəxs məhkəmə iclasının yeri və vaxtı barədə qanunla nəzərdə tutulmuş qaydada məhkəmə bildirişi göndərilməsinə baxmayaraq məhkəmə iclasında maraqlı tərəfin nümayəndəsi iştirak etməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.6-cı maddəsinə əsasən işdə iştirak edən şəxsin nümayəndəsinin, yaxud vəkilinin gəlməməsi işə baxılmasına mane olmur. Məhkəmə maraqlı tərəf Maraqlı şəxs nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün hesab etdi. Məhkəmə iclasında şahid qismində iştirak edən X4 bildirdi ki, ərizəçi onun qonşusudur, yaşadığı ünvanda 1967-ci ildən yaşayır, onunla yaxın münasibətləri vardır, ailəsini tanıyır, 3 övladı vardır, 1990-cı ildən onu Rasif kimi tanıyır, Masallı rayonundandır, 5 qardaş, 3 bacıdırlar, atası 2000-ci ildə, anası isə 2010-cu ildə rəhmətə getmişdir. Məhkəmə iclasında şahid qismində iştirak edən X6 bildirdi ki, ərizəçi onun qonşusudur,1990-cı ildən onu Rasif kimi tanıyır, 3 oğlu vardır. Məhkəmə ərizəçini və şahidləri dinləyib, iş materiallarını araşdırıb və işin məhkəmə iclasında araşdırılan hallarına hüquqi qiymət verərək belə hesab edir ki, ərizə əsaslı hesab edilərək təmin edilməlidir. İş materiallarında olan, AZE №0******* seriyalı şəxsiyyət vəsiqəsinin notarial qaydada təsdiq olunmuş surətindən görünür ki, Ərizəçi xx.xx.1958-ci ildə Masallı rayonu, Hişkədərə kəndində doğulmuşdur. İş materiallarında olan, Sumqayıt şəhər İcra Hakimiyyəti Mənzil-Kommunal Təsərrüfatı İstehsalat Birliyinin 12 saylı Mənzil-Kommunal Sahəsinin 15.04.2021-ci il tarixli, 474 nömrəli arayışından görünür ki, Ərizəçi ünvan 1 ünvanında yaşayır. İş materiallarında olan, doğum haqqında şəhadətnamənin notarial qaydada təsdiq edilmiş surətindən görünür ki, Ərizəçi xx xxxxxx 1958-ci ildə Masallı rayonu, Hişkədərə kəndində doğulmuş, atasının adı qeyd edilməmiş, anası X2r. İş materiallarında olan, doğum haqqında şəhadətnamədən çıxarışın notarial qaydada təsdiq edilmiş surətindən görünür ki, X12 oğlu 21 iyul 1982-ci ildə Masallı rayonunda doğulmuş, atası Ərizəçi, anası X1r. İş materiallarında olan, doğum haqqında şəhadətnamənin notarial qaydada təsdiq edilmiş surətindən görünür ki, X14 oğlu 22 avqust 1984-cü ildə Rusiya Federasiyasının Tümen şəhərinin Tümen rayonunda doğulmuş, atası Ərizəçi, anası X1r. İş materiallarında olan, doğum haqqında şəhadətnamənin notarial qaydada təsdiq edilmiş surətindən görünür ki, X15 oğlu 03 fevral 1986-cı ildə Rusiya Federasiyasının Tümen şəhərinin Tümen rayonunda doğulmuş, atası Ərizəçi, anası X1r. İş materiallarında olan, nikahın bağlanması haqqında şəhadətnamə barədə tərtib edilmiş arayışın notarial qaydada təsdiq olunmuş surətindən görünür ki, Ərizəçi ilə X3 arasında nikah 28.10.1981-ci il tarixində Masallı rayon Hişkədərə kənd ərazi nümayəndəliyində bağlanmışdır. İş materiallarında olan, Maraqlı şəxs 01 mart 2021-ci il tarixli, **********67 saylı ərizəçiyə ünvanlanmış daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatına alınmasından imtina edilməsi barədə bildirişdən görünür ki, Ərizəçi ərizəsinə əlavə olunmuş, mənzil sahəsinin dəyişdirilməsi barədə Sumqayıt XDS İK-nın 2 nömrəli, 23.01.1991-ci il tarixli protokolunun Dövlət Arxivinin Sumqayıt filialından 23.04.2019-cu il tarixli, 117/2 nömrəli arxiv çıxarışında isə yaşayış sahəsini əldə edən şəxs “X10” qeyd olunmuşdur. Ərizəçi mənzil üzərində hüquqların dövlət qeydiyyatı üçün təqdim etdiyi hüquq müəyyənedici sənədin ona məxsus olması faktının müəyyən edilməsi üçün məhkəmə orqanlarına müraciət etməsi tövsiyə olunmuşdur. Bu səbəbdən, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 15-ci maddəsinə əsasən ərizənin icrasından imtina edilmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 4.1-ci maddəsinə əsasən bütün fiziki şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Həmin Məcəllənin 305.1.1-ci maddəsinə əsasdən məhkəmə xüsusi icraat qaydasında hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında işlərə baxır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 307.1-ci maddəsinə əsasən, məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Həmin Məcəllənin 307.2.5-ci maddəsinə əsasən şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun şəxsiyyətini təsdiq edən sənəddə göstərilən adı, atasının adı və ya soyadı ilə düz gəlmədiyi halda hüquq müəyyənedici sənədlərin (həmkarlar ittifaqı və digər ictimai birliklərin, siyasi partiyaların bileti, hərbi sənədlər, pasport və müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilən şəhadətnamələrdən başqa) həmin şəxsə məxsus olması faktının müəyyən edilməsi barədə işlərə baxır. Həmin Məcəllənin 307.2.11-ci maddəsinə əsasən, məhkəmə qanunvericilikdə müəyyən edilməsinin başqa qaydası nəzərdə tutulmamışsa, hüquqi əhəmiyyəti olan digər faktların müəyyən edilməsi barədə işlərə baxır. Həmin Məcəllənin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Həmin Məcəllənin 310-cu maddəsinə əsasən ərizədə həmin faktın müəyyən edilməsinin ərizəçiyə nə məqsəd üçün lazım olduğu, habelə lazımi sənədləri ərizəçinin ala bilməməsini, yaxud itən sənədlərin bərpasının mümkünsüzlüyünü təsdiq edən sübutlar göstərilməlidir. Həmin Məcəllənin 309-cu maddəsinə əsasən hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında ərizələr ərizəçinin yaşadığı yerin məhkəməsinə verilir. İşin məhkəmə iclasında araşdırılan halları ilə müəyyən edilir ki, Ərizəçi xx.xx.1958ci ildə Masallı rayonu, Hişkədərə kəndində doğulmuş, ona görə də AZE seriyalı 0******* №-li 17.12.2010-cu il tarixli Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsində adı buna müvafiq olaraq göstərilmişdir. Məhkəmə ünvan 1 ünvanının Ərizəçi mülkiyyətində olmasını, qeydiyyat vəsiqəsində soyadının və adının eyni olmasını nəzərə alaraq, mənzil sahəsinin dəyişdirilməsi barədə Sumqayıt XDS İK-nın 2 nömrəli, 23.01.1991-ci il tarixli protokolunun Dövlət Arxivinin Sumqayıt filialından 23.04.2019-cu il tarixli, 117/2 nömrəli arxiv çıxarışında yaşayış sahəsini əldə edən “X10” olaraq qeyd edilmiş şəxsin özünün olması və həmin sənədin onun barəsində verilməsi barədə ərizəçinin dəlillərini işin hallarına uyğun hesab edir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Beləliklə, məhkəmə tədqiq olunan sübutları qiymətləndirərək belə nəticəyə gəlir ki, mənzil sahəsinin dəyişdirilməsi barədə Sumqayıt XDS İK-nın 2 nömrəli, 23.01.1991-ci il tarixli protokolunun Dövlət Arxivinin Sumqayıt filialından 23.04.2019-cu il tarixli, 117/2 nömrəli arxiv çıxarışında yaşayış sahəsini əldə edən “X10” olaraq qeyd edilmiş şəxslə ərizəçinin eyni şəxs olması faktı tam təsdiq olunduğundan, faktı təsdiq edən sənədi başqa qaydada ala bilmədiyindən faktın müəyyən edilməsi barədə qətnamə çıxarılmalıdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədləri əvəz etməməklə, belə qeydə alınması üçün əsasdır. Həmin Məcəllənin 217.3-cü maddəsində göstərilir ki, qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası MPM-in 216-220, 305-311, 360-cı maddələrinin tələblərini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: Ərizə təmin edilsin. Mənzil sahəsinin dəyişdirilməsi barədə Sumqayıt XDS İK-nın 2 nömrəli, 23.01.1991-ci il tarixli protokolunun Dövlət Arxivinin Sumqayıt filialından 23.04.2019-cu il tarixli, 117/2 nömrəli arxiv çıxarışında yaşayış sahəsini əldə edən “X10” olaraq qeyd edilmiş şəxsin Ərizəçi ilə eyni şəxs olması faktı müəyyən edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Aynur Behbudova
Məhkəmə qərarları › İş №2(060)-4083/2021
Sumqayıt Şəhər Məhkəməsi Qətnamə — İş №2(060)-4083/2021
14.06.2021 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Hüquq müəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver