Məhkəmə qərarları › İş №2(060)-4093/2024

Sumqayıt Şəhər Məhkəməsi Qətnamə — İş №2(060)-4093/2024

27.09.2024 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(060)-4093/2024 27.09.2024 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ X1 Behbudovanın sədrliyi, Rəşad Mehman oğlu Məmmədlinin katibliyi, İddiaçı və cavabdeh "xxxx" ASC-nin nümayəndəsi Nümayəndə iştirakları ilə, İddiaçı cavabdeh "xxxx" ASC-yə qarşı “əsassız hesablanmış borcun silinməsi” barədə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyənetdi: İddiaçı cavabdeh "xxxx" ASC-nə qarşı «əsassız hesablanmış borcun silinməsi» tələbinə dair iddia ərizəsi ilə Sumqayıt Şəhər Məhkəməsinə müraciət edərək, məhkəmədən iki akt üzrə əsassız hesablanmış 1288.50 manat borcun **********00250 saylı abonent kodundan silinməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı məhkəməyə ərizə ilə müraciət edərək bildirmişdir ki, iddia ərizəsində texniki səhv vardır. İddia tələbinə dəqiqləşmə edərək bildirmək istəyir ki, "xxxx" ASC tərəfindən ona tərtib edilən qanunsuz cərimə borcunun silinməsi tələbi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsini onunla əsaslandırmışdır ki, hal-hazırda sözügedən ünvanda yaşayır. Yaşadığı ünvandakı sayğaca "xxxx" ASC tərəfindən 2021-2023-cü il tarixlərdə 1337 manat cərimə yazılmışdır. Yaşadığı ünvanda 2021-ci ildən istifadə etdiyi elektrik sayğacı Smart kart tipli sayğacdır. Aktları Sumqayıt Elektrik Şəbəkəsindən tələb etdikdə onlarda olmadıqları bildirilmişdir. Karta 10 manat yükləyirsə həmin məbləğdə elektrik enerjisi istifadə edir. Smart kart tipli sayğacdan əvvəl qeyd etdiyi ünvana dair elektrik enerjisindən istifadəyə görə aylıq sərf etdiyi elektrik enerjisinə görə ödənişləri də yaşadığı müddətdə tam şəkildə ödəmişdir. Yaşadığı ünvanda elektrik enerjisindən istifadə sayğacına müdaxilə etməmişdir. İki dəfə ona akt tərtib edilmişdir. Smart kart tipli sayğacdan istifadə edir və o, heç vaxt sayğaca müdaxilə etməmişdir. Ən çox həmin karta 20 manat ödəniş etmiş və 1 ay müddətində ona bəs edir. Əlavə olaraq bildirmək istəyir ki, sayğaca hər ay "xxxx" ASC-nin əməkdaşları tərəfindən baxış keçirilir. Bu faktla əlaqədar olaraq bildirmək istəyir ki, elektrik hesabat sayğacı mənzildən çöldə yerləşir və cavabdehliyi o daşımır. Yəni karta nə yükləyirsə onu da istifadə edir. Ona iki dəfə akt tərtib edilmişdir. Akt tərtib edilən zaman onun iştirakı təmin olunmalı idi. Lakin onlar qeyri-qanuni olaraq ona akt tərtib etmiş və cərimə yazmışdılar. Hər ay "xxxx" ASC-nin əməkdaşları gələrək sayğacı yoxlayırdılar ki, belə bir fakt olsa idi bunu sayğacı yoxlayan əməkdaşlar da görərdi. Abonen saldosundan da aydın görünür ki, o, istifadə etdiyi elektrik enerjisinin dəyərini bütün aylar üzrə ödəmişdir. Hesab edir ki, ona hesablanan cərimə borcu tamamilə qanunsuzdur. Cavabdeh "xxxx" ASC-nin nümayəndəsi Nümayəndə iddia tələbinə etiraz ərizəsi ilə məhkəməyə müraciət edərək, məhkəmədən İddiaçı iki akt üzrə əsassız hesablanmış 1288.50 manat borcun **********00250 saylı abonent kodundan silinməsi tələbinə dair iddia tələbinin əsassız olduğu üçün iddia tələbinin rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Etiraz ərizəsini onunla əsaslandırmışdır ki, 11 fevral 2021-ci il tarixdə "xxxx" ASC-nin əməkdaşları tərəfindən fərdi yaşayış evinə məxsus mənzilin elektrik hesabat sayğacına EEİQ-nə uyğun baxış keçirilərkən məlum olmuşdur ki, fərdi yaşayış evinə sayğac sxemindən kənar xətt daxil olur. Kənar xətt sayğacı qidalandıran sip xəttinin arxasından sip xəttinin izoliyasiyası pozularaq budaqlanma yolu ilə çəkilmişdir. Bu faktla əlaqədar 021501 saylı akt əsasında 529.8 manat dəyərində itirilmiş elektrik enerjisinin bərpasına dair hesabat aparılmışdır. xx.xx.2023-cü il tarixdə "xxxx" ASC-nin əməkdaşları tərəfindən fərdi yaşayış evinə məxsus mənzilik elektrik hesabat sayğacına EEİQ-nə uyğun baxış keçirilərkən məlum olmuşdur ki, elektrik sayğacının giriş faza yuvasına əlavə naqil daxil edilərək sayğac dövrədən kənarlaşdırılmışdır. Bu fakt əsasında 031008 saylı akt əsasında 808.8 manat məbləğində itirilmiş elektrik enerjisinin dəyərinə uyğun olaraq hesabat aparılmışdır. xx.xx.2022-ci il tarixdən xx.xx.2023-cü il tarixədək sayğacın göstəricisi 0 təşkil etmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı izahat verərək məhkəmədən iddia tələbinin təmin olunması barədə qətnamə qəbul edilməsini xahiş etdi. Əlavə olaraq qeyd etdi ki, səhhəti ilə əlaqədar keçən məhkəmə iclasında iştirak edə bilməmişdir. Sayğacda problem olmuşdur. Əlavə qoşulmaya da ehtiyac olmamışdır. Evdə körpə uşaq olduğu üçün məcbur qalaraq qoşmuşlar. İşlətməkdən asılı olaraq hər ay ödənişlər fərqli (15, 20 və 25 manat) olur. Dörd ayın ödənişini də ödəməyə razıdır. Cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi Nümayəndə izahatında bildirdi ki, ümumillikdə iki akt üzrə hesabat aparılmışdır. Hesabatın aparılma səbəbi sayğacın dörd ay müddətində qeyd etməməsi olmuşdur. Sonuncu dəfə 30 manat ödəniş etmişdir. 20, 30, 15, bəzən isə 100 manat miqdarında ödəniş etmişdir. Əməkdaşları tərəfindən vaxtaşırı baxış keçirilir. Üç aydan bir də olsa baxış keçirilməlidir. Məhkəmə İddiaçı və cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi Nümayəndə izahatlarını dinləyib, iş materiallarını araşdırıb, məhkəmə baxışında tədqiq edilən sübutlara məcmu halda qiymət verərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia tələbi qismən təmin edilməlidir. İş materiallarında olan: Azərbaycan Respublikası Sumqayıt Bələdiyyəsi 76-cı məhəllə üzrə 3 saylı Məhəllə Komitəsi tərəfindən verilmiş 552 nömrəli, xx.xx.2024-cü il tarixli arayışdan görünür ki, İddiaçı Sumqayıt şəhəri, 76-cı məhəllə, 3-cü sahə, Hafiz Baxış küçəsi, ev 3/1, 211 nömrəli mənzildə, fərdi yaşayış evində yaşayır. Abunə haqqında məlumatdan görünür ki, iddiaçı yaşadığı Sumqayıt şəhəri, 76cı məhəllə, ev(Bina):0000, mənzil:0250 ünvanında yerləşən mənzildə istifadə etdiyi elektrik enerjisinin dəyərini vaxtında ödəmişdir. "xxxx" ASC tərəfindən tərtib edilmiş 06 fevral 2023-cü il tarixli, 031008 nömrəli aktdan görünür ki, E.E.İ.Q-na uyğun baxış apararkən məlum olmuşdur ki, elektrik sayğacının giriş faza yuvasına əlavə naqil daxil edilərək sayğac dövrədən kənarlaşdırılmışdır. "xxxx" ASC tərəfindən tərtib edilmiş 11 fevral 2021-ci il tarixli, 021501 nömrəli aktdan görünür ki, E.E.İ.Q-na uyğun baxış apararkən məlum olmuşdur ki, fərdi yaşayış evinə sayğac sxemindən kənar xətt daxil olur. Kənar xətt sayğacı qidalandıran sip xəttinin sayğaca girişdən qabaq hissədən sayğac quraşdırılmış qutunun arxasından sip xəttinin izoliyası pozularaq budaqlanma yolu ilə çəkilmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2005-ci ilin 02 fevral tarixli, 18 nömrəli qərarı ilə təsdiq edilmiş «Elektrik enerjisindən istifadə Qaydaları»nın 8.2-ci bəndinə əsasən elektrik enerjisinə görə hesablaşmalar uçot cihazlarının hesablaşma dövründəki göstərişlərinə əsasən aparılır. Bir qayda olaraq, hesablaşma dövrü 1 ay qəbul olunur. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2005-ci ilin 02 fevral tarixli, 18 nömrəli qərarı ilə təsdiq edilmiş «Elektrik enerjisindən istifadə Qaydaları»nın 8.4-cü bəndinə əsasən enerji təchizatı müəssisəsi istehlakçıdan yalnız istifadə olunmuş elektrik enerjisinə görə ödəniş alır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2005-ci ilin 02 fevral tarixli, 18 nömrəli qərarı ilə təsdiq edilmiş «Elektrik enerjisindən istifadə Qaydaları»nın 8.2-ci bəndinə əsasən elektrik enerjisinə görə hesablaşmalar uçot cihazlarının hesablaşma dövründəki göstərişlərinə əsasən aparılır. Bir qayda olaraq, hesablaşma dövrü 1 ay qəbul olunur. Azərbaycan Respublikası «Elektroenergetika haqqında» qanununun 11-ci maddəsinə əsasən, enerci təchizatı müəssisəsi istehlakçıya verdiyi elektrik enercisinin dəyərini yalnız sayğacın göstəricilərinə əsasən tam hesablamalıdır və hər ay istehlakçıya məlumat təqdim etməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2005-ci ilin 02 fevral tarixli, 18 nömrəli qərarı ilə təsdiq edilmiş «Elektrik enerjisindən istifadə Qaydaları»nın 9.10-cu maddəsinə əsasən, istehlakçı sərf etdiyi elektrik enercisinin haqqının vaxtında, müəyyən edilmiş tarif qiymətinə uyğun tam həcmdə ödənilməsini təmin etməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2005-ci ilin 02 fevral tarixli, 18 nömrəli qərarı ilə təsdiq edilmiş «Elektrik enerjisindən istifadə Qaydaları»nın 7.11-ci maddəsinə əsasən, Yaşayış evlərinin hasarının xarici tərəfində (hasar olmadıqda evin fasadında), yaşayış binalarının girişində, yaxud pilləkən meydançalarında quraşdırılmış mənzillər üzrə hesablaşma elektrik sayğaclarının, o cümlədən üzərindəki plombların qorunmasına və işçi vəziyyətdə saxlanılmasına görə enerjitəchizatı müəssisəsi cavabdehlik daşıyır. Enerjitəchizatı müəssisəsi yaşayış evlərinin hasarının xarici tərəfində (hasar olmadıqda evin fasadında), yaşayış binalarının girişində, yaxud pilləkən meydançalarında quraşdırılmış mənzillər üzrə hesablaşma elektrik sayğaclarının göstərişlərinə baxış keçirilməsi üçün məişət abonentlərinə şərait yaratmağa borcludur. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2005-ci ilin 02 fevral tarixli, 18 nömrəli qərarı ilə təsdiq edilmiş «Elektrik enerjisindən istifadə Qaydaları»nın 8.2-ci maddəsinə əsasən, elektrik enerjisinə görə hesablaşmalar uçot cihazlarının hesablaşma dövründəki göstərişlərinə əsasən aparılır. Bir qayda olaraq, hesablaşma dövrü 1 ay qəbul olunur. Enerji təchizatı müəssisəsi istehlakçıya verdiyi elektrik enerjisinin dəyərini yalnız sayğacın göstəricilərinə əsasən tam hesablamalı və hər ay istehlakçıya məlumat (hesab) təqdim etməlidir (göndərməlidir). İstehlakçı tərəfindən elektrik enerjisinin hesabı tam ödənildikdən sonra, enerji təchizatı müəssisəsi tərəfindən yol verilmiş səhvə görə düzgün hesablanmamış elektrik enerjisinin dəyərini enerji təchizatı müəssisəsi istehlakçı tərəfindən ödənilməsini tələb edə bilməz. Məhkəmə qeyd edir ki, iddiaçı məhkəmə iclasında dörd ayın ödənişini etməyə hazır olduğunu qeyd etmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 560.3.2-ci maddəsinə əsasən şəxsin öz vəzifələrini kobudcasına pozmasına baxmayaraq hüquqlarının həyata keçirməsi hüquqdan sui-istifadə hesab edilməlidir. Həmin maddəyə əsasən hüquqdan sui-istifadə yolverilməzdir. Həmin Məcələnin 425-ci maddəsinə əsasən öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Həmin Məcələnin öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Məhkəmə hesab edir ki, iddiaçının ünvanına cavabdeh tərəfindən iki akt üzrə 1338,6 manat borc hesablanmışdır. Həmin aktlar yoxlama zamanı məişət abonentinə məxsus elektrik sayğac sxemindən kənar xətt daxil olması, sayğacın giriş faza yuvasına əlavə naqilin daxil edilərək sayğacın dövrədən kənarlaşdırılması halları aşkar edildiyi üçün tərtib edilmişdir. Lakin işin araşdırılan hallarına əsasən sayğacın məhz onun tərəfindən kənar xətt daxil olması və sayğacın giriş faza yuvasına əlavə naqilin daxil edilməsinin onun tərəfindən edilməsi təsdiq edilmir. Buradan aydın olur ki, həmin sayğaca nəzarət edilməsi, işlək vəziyyətdə saxlanılması cavabdehin vəzifəsi olduğu üçün iddiaçının qanuna zidd hərəkəti sübuta yetirilmir. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, mənzilə elektrik hesabat sayğacın məhz onun tərəfindən kənar xətt daxil olması və sayğacın giriş faza yuvasına əlavə naqilin daxil edilməsi halı məhz sayğaca kənar xəttin daxil olması ilə bağlı olmuş, cavabdeh isə bu halı inkar etməyərək akt tərtib etmişdir. Belə ki, Nazirlər Kabinetinin yuxarıda qeyd olunan müvafiq qərarına da əsasən sayğaca nəzarət edilməsi və onun işlək vəziyyətdə saxlanılması iddiaçının deyil, cavabdeh təşkilatın üzərinə düşür. Belə olan halda mənzilə sayğacın məhz onun tərəfindən kənar xətt daxil olması və sayğacın giriş faza yuvasına əlavə naqilin daxil edilməsi halında iddiaçı tərəfindən edilməsi, iddiaçının təqsiri ucbatından olması sübuta yetirilməmiş, sayğacda olan nasazlıqlara görə məsuliyyət daşımadığından iddia tələbi qismən edilməlidir. Bu səbəbdən iddiaçının abunə hesabına yazılmış borc məbləği əsassız olmaqla bərabər, onun təqsiri nəticəsində baş verməsi müəyyən edilmir. Ona görə də məhkəmə iddianın qismən əsaslı olması qənaətinə gəlir. İddiaçının bir başa qoşulma halı nəticəsində istifadə etdiyi elektrik enerjisinə görə enerji dəyəri üçün müddət Nazirlər Kabinetinin qərarına istinad edilməklə qismən təmin edilməlidir. Qeyd olunan normaların tələbinə və işin məhkəmə iclasında müəyyən edilmiş hallarına əsasən məhkəmə hesab edir ki, iddia tələbi qismən təmin edilərək, İddiaçı məxsus Sumqayıt şəhəri, 76-cı məhəllə, ev 0250 (saldo üzrə Sumqayıt şəhəri, 76-cı məhəllə, ev(Bina):0000, mənzil:0250) ünvanında elektrik enerjisindən istifadəyə görə cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyəti tərəfindən hesablanmış 1088 (bir min səksən səkkiz) manat məbləğində borc **********00250 saylı abunə hesabından silinməli, iddia tələbi qalan hissədə təmin edilməməlidir. Azərbaycan Respublikası MPM-nin 124.1-ci maddəsinə əsasən işə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərclər və iddiaçının ödəməkdən azad edildiyi dövlət rüsumu, iddia tələblərinin təmin edilmiş hissəsinə mütənasib olaraq dövlət mədaxilinə cavabdehdən alınır. Məhkəmə cavabdehdən dövlət rüsumunun alınması məsələsinə qiymət verərək hesab edir ki, iddia qiyməti 1.000 manatdan 10.000 manatadək olduqda, cavabdehdən dövlət mədaxilinə 30 manat + 1.000 manatdan yuxarı olan iddia qiymətinin 1 faizi məbləğində dövlət rüsumu alınmalıdır. Belə ki, «Dövlət rüsumu haqqında» Azərbaycan Respublikası Qanununun 9.1.5-ci maddəsinə əsasən, istehlakçıların hüquqlarının pozulması ilə əlaqədar verdikləri iddialar üzrə iddiaçılar dövlət rüsumu ödəməkdən azad olunurlar. Həmin Qanunun 9.4-cü maddəsinə əsasən iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq cavabdehdən tutularaq dövlət büdcəsinə köçürülür. Azərbaycan Respublikası MPM-nin 14-cü maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Yuxarıda göstərilənlərinə əsasən və Azərbaycan Respublikası MPM-in 216-220, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi : İddia tələbi qismən təmin edilsin. İddiaçı məxsus Sumqayıt şəhəri, 76-cı məhəllə, ev 0250 (saldo üzrə Sumqayıt şəhəri, 76-cı məhəllə, ev(Bina):0000, mənzil:0250) ünvanında elektrik enerjisindən istifadəyə görə hesablanmış 1088 (bir min səksən səkkiz) manat məbləğində borc **********00250 saylı abunə hesabından silinsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətindən 30,8 (otuz manat səksən qəpik) manat dövlət rüsumu alınaraq Azərbaycan Respublikasının Dövlət Büdcəsinə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə (MPM-nin 361-363cü maddələrinə və əlavə 2 uyğun olaraq) elektron qaydada apellyasiya şikayəti verilə bilər. Hakim Aynur Behbudova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar