Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2(060)-41/2024 09.02.2024 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Tanrıverdiyeva Günel Cəbrayıl qızının sədrliyi, Atakişiyev Atakişi Nizami oğlunun katibliyi, İddiaçı etibarnamə üzrə səlahiyyətli nümayəndəsi Vəkil2, Cavabdeh etibarnamə üzrə səlahiyyətli nümayəndəsi Vəkil1 iştirakı ilə, İddiaçı Cavabdeh qarşı kompensasiya vermək yolu ilə istifadə hüququna xitam verilməsi tələbinə dair Sumqayıt şəhər Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı Cavabdeh qarşı kompensasiya vermək yolu ilə istifadə hüququna xitam verilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdehə 3 il ərzində kirayədə yaşamaq üçün birdəfəlik 7 min AZN (yeddi min manat) kompensasiya ödəməklə onların ünvan 1 ünvanında 0,10 ha torpaq sahəsində yerləşən ümumi sahəsi 106,3 kv.metr olan 4 otaqlı fərdi yaşayış evindən istifadə hüququna xitam verilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Hal-hazırda İddiaçı etibarnamə üzrə səlahiyyətli nümayəndəsi Vəkil2 xx.xx.2024-cü il tarixli barışıq sazişini məhkəməyə təqdim еdərək, iddia tələbi ilə bağlı razılığa gəldikləri üçün mülki iş üzrə icraata xitam verilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən Cavabdeh etibarnamə üzrə səlahiyyətli nümayəndəsi Vəkil1 xx.xx.2024-cü il tarixli barışıq sazişini təsdiq edərək mülki iş üzrə icraata xitam verilməsini xahiş etdi. Məhkəmə, iş materiallarını araşdıraraq hesab edir ki, İddiaçı ilə Cavabdeh arasında bağlanmış xx.xx.2024-cü il tarixli barışıq sazişi hər hansı şəxsin hüquqlarını pozmur. Bu səbəbdən həmin saziş təsdiq edilməli və mülki iş üzrə icraata xitam verilməlidir. Belə ki, iş materiallarına əlavə edilmiş barışıq sazişindən görünür ki, İddiaçı üzərinə öhdəlik götürür ki, Cavabdeh ünvan 2 ünvanında 0.10 hektar torpaq sahəsində yerləşən ümumi sahəsi 106,3 kv.metr olan 4 otaqlı fərdi yaşayış evindən istifadə hüququndan imtina etmək qarşılığında bank hesabına köçürmə yolu ilə 17000 manat kompensasiya ödəməyi öhdəsinə götürür. Cavabdeh üzərinə öhdəlik götürür ki, ünvan 2 ünvanında 0.10 hektar torpaq sahəsində yerləşən ümumi sahəsi 106,3 kv.metr olan 4 otaqlı fərdi yaşayış evinə olan bütün hüquqlarından, o cümlədən istifadə və köçürülmə hüquqlarından 17000 manat kompensasiya müqabilində imtina edəəkdir və bununla əlaqədar hər hanı bir tələbi olmayacaqdır. İddiaçı üzərinə öhdəlik götürür ki, sazişə əsasən dövlət qeydiyyat nömrəsi ** DT ***, buraxılış ili 1999-cu il, ban WOLOTGF35Y2113012 rəngi yaşıl met, mühərrikin iş həcmi 1796 sm 3 olan Opel Asta minik markalı avtomaşının satışından sonra maşına görə razılaşdıqları 3000 manat pulu həmin avtomobilin satılıb satılmamasından asılı olmayaraq 31 avqust 2024-cü il tarixinədək ödəməyi öhdəsinə götürür. Cavabdeh üzərinə öhdəlik götürür ki, Bu Sazişin 1.3-cü bəndinə müvafiq olaraq 3000 manat pul vəsiti ona ödınildikdən sonra dövlət qeydiyyat nömrəsi ** DT ***, buraxılış ili 1999-cu il, ban WOLOTGF35Y2113012 rəngi yaşıl met, mühərrikin iş həcmi 1796 sm 3 olan Opel Asta minik markalı avtomaşına olan bütün hüquqlarından (payından) alqı-satqı müqaviləsi bağlamaq yolu ilə İddiaçı xeyrinə imtina edəcək və həmin nəqliyyat vasitəsi ilə əlaqədar hər hansı bir tələbi olmayacaqdır. Tərəflər qarşılıqlı olaraq üzərlərinə öhdəlik götürürlər ki, Bu Sazişin şərtlərinə tam əməl edəcəklər. Tərəflər bəyan edirlər ki, bu sazişin şərtləri onların könüllü iradələrini, uşaqlarının mənafelərini əks etdirir və hüquqi nəticələri onlara tam aydındır. Tərəflər qəbul edirlər ki, bu sazişin şərtlərinin və qanunvericiliyin tələblərinin pozulması hallarında məhkəmə qaydasında məsuliyyət daşıyacaqlar. АR МPМ-nin 261.0.5-ci maddəsinə əsasən, tərəflər barışıq sazişi bağlamışlarsa və bu saziş məhkəmə tərəfindən təsdiq edilmişsə, hakim iş üzrə icraata xitam verir. Həmin Məcəllənin 262.4-cü maddəsinə əsasən, işin icraatına xitam verildikdə, eyni tərəflər arasında, eyni predmet haqqında və eyni əsaslar üzrə mübahisə barəsində məhkəməyə müraciət edilməsinə yol verilmir. Yuxarıda göstərilənlərə və АR МPМ-nin 261.0.5, 262-264, 266-268-ci maddələrini rəhbər tutaraq, qərara aldı: İddiaçı və Cavabdeh arasında aşağıdakı şərtlərlə bağlanmış barışıq sazişi təsdiq edilsin: 1.İddiaçı üzərinə öhdəlik götürür ki, Cavabdeh ünvan 2 ünvanında 0.10 hektar torpaq sahəsində yerləşən ümumi sahəsi 106,3 kv.metr olan 4 otaqlı fərdi yaşayış evindən istifadə hüququndan imtina etmək qarşılığında bank hesabına köçürmə yolu ilə 17000 manat kompensasiya ödəməyi öhdəsinə götürür. 2.Cavabdeh üzərinə öhdəlik götürür ki, ünvan 2 ünvanında 0.10 hektar torpaq sahəsində yerləşən ümumi sahəsi 106,3 kv.metr olan 4 otaqlı fərdi yaşayış evinə olan bütün hüquqlarından, o cümlədən istifadə və köçürülmə hüquqlarından 17000 manat kompensasiya müqabilində imtina edəcəkdir və bununla əlaqədar hər hanı bir tələbi olmayacaqdır. 3.İddiaçı üzərinə öhdəlik götürür ki, sazişə əsasən dövlət qeydiyyat nömrəsi ** DT ***, buraxılış ili 1999-cu il, ban WOLOTGF35Y2113012 rəngi yaşıl met, mühərrikin iş həcmi 1796 sm 3 olan Opel Asta minik markalı avtomaşının satışından sonra maşına görə razılaşdıqları 3000 manat pulu həmin avtomobilin satılıb satılmamasından asılı olmayaraq 31 avqust 2024-cü il tarixinədək ödəməyi öhdəsinə götürür. 4.Cavabdeh üzərinə öhdəlik götürür ki, Bu Sazişin 1.3-cü bəndinə müvafiq olaraq 3000 manat pul vəsiti ona ödənildikdən sonra dövlət qeydiyyat nömrəsi ** DT ***, buraxılış ili 1999-cu il, ban WOLOTGF35Y2113012 rəngi yaşıl met, mühərrikin iş həcmi 1796 sm 3 olan Opel Asta minik markalı avtomaşına olan bütün hüquqlarından (payından) alqı-satqı müqaviləsi bağlamaq yolu ilə İddiaçı xeyrinə imtina edəcək və həmin nəqliyyat vasitəsi ilə əlaqədar hər hansı bir tələbi olmayacaqdır.
5. Tərəflər qarşılıqlı olaraq üzərlərinə öhdəlik götürürlər ki, bu sazişin şərtlərinə tam əməl edəcəklər.
6. Tərəflər bəyan edirlər ki, bu sazişin şərtləri onların könüllü iradələrini, uşaqlarının mənafelərini əks etdirir və hüquqi nəticələri onlara tam aydındır.
7. Tərəflər qəbul edirlər ki, bu sazişin şərtlərinin və qanunvericiliyin tələblərinin pozulması hallarında məhkəmə qaydasında məsuliyyət daşıyacaqlar. Qərardaddan, təqdim edildikdən (və ya tərəf onu aldıqdan) 10 (on) gün müddətində Sumqayıt şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər.
Hakim Günel Tanrıverdiyeva