Məhkəmə qərarları › İş №2(060)-4112/2021

Sumqayıt Şəhər Məhkəməsi Qətnamə — İş №2(060)-4112/2021

13.08.2021 · Müqavilənin etibarsız hesab edilməsi tələbi üzrə - Müqavilələrin ləğv edilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(060)-4112/2021 13.08.2021 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ X2 Behbudovanın sədrliyi, Mehriban Hüseyn qızı Həsənlinin katibliyi, İddiaçı nümayəndəsi və vəkili Vəkil iştirakı ilə İddiaçı cavabdehlər "xxxx" KB ASC-yə, "xxxx" MMC-yə, Sumqayıt şəhəri üzrə İcra İdarəsinə qarşı hərracın nəticələrinin etibarsız hesab edilməsinə dair mülki işə Sumqayıt Şəhər Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehlər "xxxx" KB ASC-yə, "xxxx" MMC-yə, Sumqayıt şəhəri üzrə İcra İdarəsinə qarşı hərracın nəticələrinin etibarsız hesab edilməsinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək iddia tələbini onunla əsaslandırmışdır ki, ünvan 1 ünvanda yerləşən 34 saylı mənzil onun mülkiyyətində olmuşdur. Lakin həmin mənzil qanunvericiliyin tələbləri pozulmaqla onun mülkiyyətindən çıxarılmışdır. Sumqayıt Şəhər Məhkəməsinin 17 mart 2017-ci il tarixli qətnaməsi ilə, iddianın qismən təmin edilməsi, iddiaçı "xxxx" KB ASC ilə cavabdeh İddiaçı arasında bağlanmış 24.07.2015-ci il tarixli 09Y/15-1 saylı əllavə kredit müqaviləsi və 28.07.2015-ci il tarixli 24mspYSM/15 saylı əlavə kredit xətti müqaviləsinin ləğv edilməsi, cavabdeh İddiaçı 24.07.2015-ci il tarixli 09Y/15-1 saylı əlavə kredit müqaviləsindən irəli gələn ödənilməmiş 37410,96 ABŞ dolları əsas borc, 3973,37 ABŞ dolları faiz borcu, 100 ABŞ dolları məbləğində cərimə, ümumilikdə 41484,76 ABŞ dolları və 28.07.2015-ci il tarixli 24mspYSM/15 saylı əlavə kredit xətti müqaviləsi üzrə , 35 ABŞ dolları, ümumilikdə 3905,72 ABŞ dolları məbləğində borc ödəniş gününə Azərbaycan Respublikası Mərkəzi Bankın Azərbaycan manatına (məzənnə nisbətində manatla iddiaçı "xxxx" ASC-nin xeyrinə ödənilir tələbin ünvan 1 ünvanda yerləşən, 34 saylı mən yönəldilməsi, həmçinin 9-cu mkr, ev 9Q ünvanda yerləşən, 34 saylı mənzilin ilkin satış qiyməti 65000 manat müəyyən edilməsi, mənzilin açıq hərrac ixtisaslaşdrılmış müəssisə vasitəsi ilə satılması, mənzilin satışından əldə olunan vəsaitdən hərracın keçirilməsi xərcləri çıxıldıqdan sonra 41484,72 ABŞ dolları 3905,72 ABŞ dolları məbləğində borcun ödəniş gününə Azərbaycan Respublil Mərkəzi Bankın Azərbaycan manatına olan məzənnə nisbətində manatla iddiaçı "xxxx" ASC-nin xeyrinə ödənilməsi, qalan vəsaitin isə İddiaçı qaytarılması, iddianın qalan hissədə təmin olunmaması, iddia ərizəsi verilməsinə görə ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 30 manat və məhkəmə xərcləri kimi ödənilmiş 30 manat pulun cavabdehdən tutularaq "xxxx" ASC-nin xeyrinə ödənilməsi qət edilmişdir.Sumqayıt Apelyasiya Məhkəməsinin 2(105)-181/2018 saylı, 06 fevral 201 ci il tarixli qətnaməsi ilə Sumqayıt Şəhər Məhkəməsinin 17 mart 2017-ci il tari qətnaməsi 28.07.2015-ci il tarixli əlavə kredit müqaviləsi üzrə əsas borc məbləğinin tutulması, cavabdehlərin yaşayış sahəsindən çıxarılması və ipoteka predmetinin ilkin satış qiyməti hissəsində ləğv edilməsi və həmin hissədə iş üz yeni qətnamə qəbul edilməsi, 28.07.2015ci il tarixli əlavə kredit müqaviləsi üzrə cavabdeh İddiaçı tutulmalı olan əsas borc məbləğinin dəyişdirilərək cavabdeh İddiaçı 3469,35 ABŞ dolk məbləğində pul ödəniləcək günə manat olan məzənnəsi nəzərə alınmaqla manat hesabı ilə alınaraq "xxxx" ASC-nin xeyrinə ödənilməsi, sözügedən mənzilə tutma yönəldildikdən, o satıldıqda 1 ay ərzində həmin mənzildə qeydiyyatda olan şəxslərin həmin mənzildən çıxarılması ipoteka predmeti olan qeyd olunan mənzilin ilkin satış qiymətinin 95000 manat müəyyyən edilməsi qət edilmişdir.Ona məxsus ünvan 2 ünvanda yerləşən 34 sayl mənzil Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Sumqayıt şəhəri üzrə İcra İdarəsinin sifarişi üzrə açıq hərraca çıxarılmış və "xxxx" MMC -nin Y-490 nömrəli, 07 dekabr 2018-ci il tarixli yekur protokoluna görə mənzilin ilkin satış qiyməti 95000 manat məbləğində müəyyən edilmiş, lakin ilkin satış qiymətinin enmiş faizləri təkrar hərracda - 15%, əmlakın son satış qiyməti isə 60562 manat müəyyən edilmiş və həmin mənzil hərracın yekunları üzrə alqı-satqı müqaviləsi bağlanaraq cavabdeh "xxxx" ASC tərəfindən alınmışdır.Hərracın keçirilməsi ilə əlaqədar bildirişlər onun ünvanına gəlməmiş, həmçinin keçirilməsindən xəbəri olmamışdır. Eyni zamanda Sumqayıt şəhər İcra idarəsinin icra məmuru tərəfindən hərracın keçirilməsi ilə əlaqədar məlumatlandırılmamışdır. Qeyd olunanlara əsasən məhkəmədən "xxxx" MMC-nin ünvan 1 ünvanda yerləşən 34 saylı mənzilin hərracdan satılmasının nəticələri haqqında Y-490 nömrəli, 07.12.2018-ci il tarixli yekun protokolun və hərracın yekunları üzrə əmlakın alıq-satqısı barədə müqavilənin etibarsız və əsassız hesab edilərək ləğv edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçının nümayəndəsi və vəkili Vəkil məhkəmə iclasında iddia tələbini müdafiə edib, iddia ərizəsində göstərilənlərə uyğun eyni məzmunlu izahat verib, məhkəmədən iddia tələbinin təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. 12.07.2021-ci il tarixli məhkəmə iclasında iştirak edən cavabdeh "xxxx" KB ASC-nin nümayəndəsi X1 bildirişləri məhkəməyə təqdim edərək bildirdi ki, iddia tələbini qəbul etmirlər. Belə ki, hərracın keçiriləsi ilə bağlı bildirişlər iddiaçıya göndərilmişdir. Cavabdeh "xxxx" KB ASC-nin nümayəndəsi qanunla müəyyən edilmiş qaydada məhkəmə iclasının yeri və vaxtı barədə xəbərdar edilmiş, lakin buna baxmayaraq məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri haqqında məhkəməyə heç bir məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası MPM-in 185.5-ci maddəsinə əsasən, onun iştirakı olmadan işə baxılmasını mümkün hesab etdi. Cavabdeh "xxxx" MMC-nin ünvanına məhkəmə iclasının yeri və vaxtı barədə qanunla nəzərdə tutulmuş qaydada məhkəmə bildirişi göndərilmişdir. Lakin cavabdehin rəsmi ünvanına məhkəmə bildirişini təqdim etmək mümkün olmamışdır. Bu barədə poçt tərəfindən müvafiq qeyd yazılmış və möhürlə təsdiq edilmiş məhkəmə bildirişi məhkəməyə qaytarılmışdır. Azərbaycan Respublikası MPM-nin 147-ci maddəsinə əsasən cavabdehin faktiki olduğu yer məlum olmadıqda, məhkəmə cavabdehin axırıncı yaşayış yeri üzrə yerli özünüidarə orqanının, müvafiq icra hakimiyyəti orqanının və ya cavabdehin məlum olan axırıncı iş yeri üzrə müdiriyyətin məhkəmə bildirişini aldığını təsdiq edən qeyd yazılmış məhkəmə bildirişi məhkəməyə daxil olduqdan sonra işə baxmağa başlayır. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 147-ci maddəsini rəhbər tutaraq işə cavabdeh "xxxx" MMC-nin iştirakı olmadan baxılmasını mümkün hesab etdi. Məhkəmə, iddiaçının nümayəndəsinin izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi təmin edilməməlidir. Belə ki, iş materiallarına əlavə edilmiş Sumqayıt şəhəri üzrə icra idarəsinin "xxxx" MMC -yə ünvanlanan 12.09.2018-ci il tarixli 22745/27 saylı hərracın keçirilməsi haqqında sifarişin surətindən görünür ki, Sumqayıt Apellyasiya Məhkəmsi tərəfindən verilmiş 2(105)- 181 saylı, 06.02.2018-ci il tarixli icra sənədi üzrə ipoteka ilə yüklü edilmiş, Sumqayıt şəhəri, 9-cu mkr., ev 9Q, 34 saylı mənzilin ilkin satış qiyməti 95000 manat müəyyən edilmiş və həmin mənzilin açıq hərracda satılması ilə bağlı "xxxx" MMC -nə sifariş verilmişdir. İş materillarına əlavə edilmiş açıq hərracın keçirilməsinə dair 357 saylı, 28.09.2018ci il tarixli bildirişin surətindən görünür ki, birinci hərracın keçirilməsi 31.10.2018-ci il tarixinə təyin edilmişdir, İddiaçı 1-ci hərracın keçirilməsinə 20 gün qalmış məktubla məlumat verilmişdir. İş materiallarına əlavə edilmiş açıq hərracın keçirilməsinə dair 850 saylı 02.11.2018-ci il tarixli bildirişin surətindən görünür ki, ikinci hərracın keçirilməsi 05.12.2018-ci il tarixinə təyin edilmişdir, İddiaçı 2-ci hərracın keçirilməsinə 30 gün qalmış məktubla məlumat verilmişdir. İş materillarına əlavə edilmiş hərrac təşkilatçısı Əmlak İxtisaslaşdırılmamış Hərrac Mərkəzi” MMC-nin açıq hərracın nəticələri haqqında Y-490 saylı protokolun surətindən görünür ki, 07.12.2018-cı il tarixidə keçirilən hərracın qalibi "xxxx" KB ASC-hərracı udmuş şəxsdir və Sumqayıt şəhəri, 9-cu mikrorayon,ev 9Q yerləşən 34 saylı mənzilin ilkin hərrac qiyməti 95000 manat olmuş və 60562,50 manata satılmışdır. İş materiallarına əlavə edilmiş hərracın yekunları üzrə əmlakın alqı-satqısı barədə 07.12.2018-cı il tarixli müqavilənin surətindən görünür ki, Sumqayıt şəhəri, 9-cu mikrorayon,ev 9Q yerləşən 34 saylı mənzilin 60562,50 manata alqı-satqısı barədə Əmlak İxtisaslaşdırılmamış Hərrac Mərkəzi” MMC ilə "xxxx" KB ASC ilə alqı-satqı müqaviləsi bağlanmışdır. “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 42.1-ci maddəsinə əsasən hərracın təşkilatçısı hərracın keçirilməsinə dair kütləvi informasiya vasitələrində elan dərc etdirir, ipoteka saxlayana və ipoteka qoyana verilməsini təsdiq etmə üsulu ilə bildiriş göndərir. Birinci elan və bildiriş hərracın keçirilməsinəən geci 30 təqvim günü qalmış verilir. Hərracın keçirilməsinə 15 təqvim günü qalmış ikinci elan verilir. Həmin Qanunun 43.1-ci maddəsinə əsasən hərracın təşkilatçısı aşağıdakı hallardan biri baş verdikdə, hərracın baş tutmadığı barədə hərracın keçirilməsinə dair elanın verildiyi kütləvi informasiya vasitəsində məlumat dərc etdirir: 1) hərraca iki nəfərdən az alıcı gəldikdə; 2) hərracın iştirakçısı olmadıqda; 3) hərracı udmuş iştirakçı hərracın nəticələri barədə protokolu imzalamaqdan imtina etdikdə; 4) hərracı udmuş iştirakçı bu Qanunla müəyyən olunmuş müddətdə alış qiymətini tamamilə ödəmədikdə, bu şərtlə ki, ipoteka saxlayanın razılığı ilə həmin müddət uzadılmasın.Həmin Qanunun 43.3-cü maddəsində hərracın baş tutmaması barədə elanın dərc edildiyi gündən sonra 10 təqvim günü müddətində ipoteka saxlayan ipoteka qoyanla müqavilə əsasında ipoteka predmetini ilkin satış qiymətilə ala bilər. Həmin Qanunun 43.4-cü maddəsinə əsasən ipoteka predmetinin ipoteka saxlayan tərəfindən alınması barədə bu Qanunun 43.3-cü maddəsində nəzərdə tutulmuş müqavilə baş tutmadıqda, birinci hərracın keçirildiyi gündən bir 45 təqvim günündən gec olmayaraq, təkrar hərrac keçirilir. Həmin Qanunun 43.5-cü maddəsinə əsasən təkrar hərrac bu Qanunun 42-ci maddəsində nəzərdə tutulmuş qaydada keçirilir. Hərracın təşkilatçısı ipoteka predmetini ilkin satış qiymətilə, bu Qanunun 43.1.2-ci maddəsində nəzərdə tutulmuş səbəbə görə ilkin satış qiymətindən 15 faiz aşağı qiymətlə hərraca çıxarır. Həmin Qanunun 43.7-ci maddəsinə əsasən bu Qanunun 43.1.1-ci maddəsində nəzərdə tutulmuş hal istisna olmaqla, hərrac digər səbəblərə görə baş tutmamış elan edildikdə, ipoteka saxlayan ipoteka predmetini təkrar hərracdakı ilkin satış qiymətindən 25 faiz az olmayan qiymətlə ala bilər. Həmin Qanunun 43.8-ci maddəsinə əsasən ipoteka saxlayan təkrar hərrac baş tutmamış elan edildikdən sonra 30 təqvim günü ərzində ipoteka predmetini əldə etməzsə, ipotekaya xitam verilir. Bu Qanunla müəyyən edilmiş qaydaları pozmaqla keçirilən hərrac Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 416-cı maddəsində nəzərdə tutulmuş nəticələrə səbəb olur. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 416.1-ci maddəsinə əsasən bu Məcəllədə müəyyənləşdirilmiş qaydaları pozmaqla keçirilən hərrac maraqlı şəxsin iddiası üzrə məhkəmə tərəfindən etibarsız sayıla bilər. Məhkəmə iş materiallarını araşdıraraq müəyyən etdi ki, İddiaçı ilə "xxxx" KB ASC arasında kredit müqaviləsi bağlanmışdır. Həmin müqavilənin təminatı olaraq, Sumqayıt şəhəri, 9-cu mikrorayon,ev 9Q yerləşən 34 saylı mənzili ipoteka ilə yüklü edilmişdir. Kreditor iddiaçının öhdəliyinin lazımi qaydada həyata keçirə bilmədiyi üçün məhkəməyə müraciət etmiş, məhkəmə qətnaməsi əsasında iddiaçıdan borc öhdəliyinin tutulması və borcun ipoteka predmeti olan Sumqayıt şəhəri, 9-cu mikrorayon,ev 9Q yerləşən 34 saylı mənzilinə yönəldilməsi qət olunmuşdur. İcra sənədinə əsasən borc tələbi ipoteka predmetinə yönəldilmiş, hərracın keçirilməsi və İddiaçı məxsus olan Sumqayıt şəhəri, 9-cu mikrorayon,ev 9Q yerləşən 34 saylı mənzilinə dair Sumqayıt şəhəri üzrə icra İdarəsi tərəfindən Əmlak İxtisaslaşdırılmamış Hərrac Mərkəzi” MMC-nə sifariş verilmişdir. Mübahisəli mənzilə dair iki dəfə hərrac keçirilmişdir. Mənzilin birinci hərraca 95000 manat, ikinci hərraca qanunvericiliyin tələbləri baxımından 15 % həmin məbləğdən ucuz qiymətə çıxarılmışdır. Hər iki hərrac baş tutmadığından tərəflərə 30 gün ərzində mənzilin 60562,50 alınması təklif edilmişdir. Həmin təklifə "xxxx" KB ASC razılıq verərək alqı-satqı müqaviləsi əsasında mənzili əldə edərək, 60562,50 manat pulu hərrac təşkilatının hesabına keçirmişdir. Hal-hazırda həmin mənzil ƏMDK yanında DƏDRX-nin verdiyi Çıxarış əsasında "xxxx" KB ASC-yə məxsusdur. Məhkəmə araşdırması zamanı hərrac təşkilatı tərəfindən hərracın keçirilməsi zamanı qanun pozuntusuna yol verilməsi müəyyən edilməmişdir. Belə ki, cavabdeh "xxxx" KB ASC-nin nümayəndəsi 12.07.2021-ci il tarixdə hərracın keçirilməsi ilə bağlı bildirişlərin iddiaçıya göndərilməsi barədə bildirişləri təqdim etmişdir. İddiaçı MPM-nin 77-ci maddəsinə əsasən sübutları təqdim, həmçinin cavabdeh "xxxx" KB ASC tərəfindən təqdim edilən sübutları təkzib edə bilməmişdir. Hərrac təşkilatı tərəfindən məhkəməyə təqdim edilmiş açıq hərracın keçirilməsinə dair 850 və 1047 saylı bildirişlərdən məlum olur ki, mənzil ikinci hərraca ilkin satış qiymətindən 15 % (faiz) aşağı qiymətə çıxarılmışdır. Bundan belə nəticəyə gəlmək olur ki, İpoteka haqqında qanunun 43.5-ci maddəsində nəzərdə tutulmuş səbəblərə görə (yəni həmin qanunun 43.1.2-ci maddəsində nəzərdə tutulmuş hal-iştirakçı olmadıqda), hərracın iştirakçısı olmadığı üçün ikinci hərrac təyin edilib. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, yüklü edilmiş əşyaya, xüsusən də ipoteka predmetinə mülkiyyət hüququna xitam verilmə “İpoteka haqqında” qanunla tənzimlənir. Buna görə də, “İpoteka haqqında” Qanunla mülkiyyət hüququnun itirilməsi üçün mütləq ipoteka predmetinin satılması vacibdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsində mülkiyyət hüquqlarının xitam olunma əsasları və mülkiyyət hüquqlarının qeydiyyatı barədə müvafiq norma da öz əksini tapmış, həmin Məcəllənin 205.2-ci maddəsində tutmanın yönəldildiyi əmlaka mülkiyyətçinin mülkiyyət hüququna, alınmış əmlakın keçdiyi şəxsin həmin əmlaka mülkiyyət hüququnun yarandığı andan xitam verildiyi nəzərdə tutulmuşdur. Bu o deməkdir ki, vicdanlı alıcı hesab olunan "xxxx" KB ASC öz adına Sumqayıt şəhəri, 9-cu mikrorayon,ev 9Q yerləşən 34 saylı mənzilinə dair DƏDRXdən çıxarışın alındığı vaxtdan İddiaçı həmin mənzil üzərində mülkiyyət hüquqlarına xitam verilmişdir. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin 1-ci hissəsinə görə Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Azərbaycan Respublikasının tərəfdar çıxdığı “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasına 1 saylı Protokolun 1-ci maddəsinə əsasən də, “hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Heç kəs cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz.” maddi nemətlərin fərdi mənsubiyyətini təsbit edən mülkiyyət hüququ insan hüquqlarının ümumi nəzəriyyəsində iqtisadi hüquq və azadlıqlar sistemində, Azərbaycan Respublikasının Konstitusiyasında (13 və 29-cu maddələr) və ölkəmizin qoşulduğu beynəlxalq-hüquqi aktlarda (İnsan hüquqları haqqında Ümumi Bəyannamənin 17-ci maddəsi, İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında Konvensiyaya 1 saylı əlavə protokolun 1-ci maddəsi və s.) nəzərdə tutulmuş fundamental insan hüquqları sırasında mühüm yer tutur. Mülkiyyət hüququ hamılıqla qəbul edilmiş ali insani dəyərləri özündə əks etdirən demokratik cəmiyyətin, hüquqi dövlətin təməl daşlarından biri hesab edilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinə görə mülkiyyət hüququ subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüquqdur. Beləliklə, qeyd olunan müddəaların mənasına görə mülkiyyət hüququ təbiəti etibarilə nəinki mülkiyyətçinin hüquqi təsbit olunmuş geniş səlahiyyətləridir (ona məxsus olan əmlaka faktiki sahib olmaq, öz tələbatlarının təmin olunması üçün təyinatından asılı olaraq bu əmlakdan istədiyi kimi istifadə etmək, əmlakın hüquqi müqəddəratını öz iradəsinə görə müəyyən etmək), həm də qüvvədə olan qanunvericiliyin çərçivəsində digər şəxslərin hüquq və qanunla qorunan maraqlarını pozmadan mülkiyyətçinin dövlət tərəfindən təminat altına alınmış həmin əmlak üzərindəki hüquqlarına üçüncü şəxslərin qeyri-hüquqi müdaxiləsini aradan götürmək, bu zaman öz mülahizəsinə görə və maraqlarına uyğun hərəkət etmək səlahiyyətidir. Əvvəlki mülkiyyətçi İddiaçı məhkəmənin qətnaməsinə və keçirilmiş hərracın nəticələrinə əsasən mənzilin üzərində mülkiyyət hüququnu itirmiş və bununlada o, mülkiyyət hüququnun Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152-ci maddəsində nəzərdə tutulan hər üç elementini – sahiblik, istifadə və sərəncam hüquqlarını yeni mülkiyyətçiyə ötürmüşdür. Məhkəmə hesab edir ki, yeni mülkiyyətçi olan "xxxx" KB ASC istər milli qanunvericiliyin, istərsədə beynalxalq qanunvericiliyin tələbləri baxımından nəzərdə tutulmuş mülkyyət hüquqları qorunmalıdır. Məhkəmə iddia tələbinin Sumqayıt şəhəri, 9-cu mikrorayon,ev 9Q yerləşən 34 saylı mənzilinə dair keçirilmiş hərracın etibarsız hesab olunmasına dair gətirdiyi arqumenti, yəni keçirilən hərrac barədə onun məlumatının olmaması hissəsini araşdıraraq hesab edir ki, iddiaçı tərəfindən gətirilən arqument hərracın etibarsız hesab edilməsi üçün əsas hesab edilə bilməz. Həmçinin iddiaçı ona bildirişin çatıb-çatmaması barədə hər hansı sübutları məhkəməyə təqdim etməmişdir. Beləliklə, məhkəmə iş üzrə təqdim edilmiş sübutları məcmu halında qiymətləndirərək və sadalanan hüquq normalarının tələblərini nəzərə alaraq hesab edir ki, İddiaçı iddia tələbi təmin edilməməlidir. Azərbaycan Respublikası MPM-nin 77.1.-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası MPM-nin 14.2.-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası MPM-nin 217.4.-cü maddəsinə əsasən, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220-ci, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı cavabdehlər "xxxx" KB ASC-yə, "xxxx" MMC-yə, Sumqayıt şəhəri üzrə İcra İdarəsinə qarşı "xxxx" MMC-nin ünvan 1 ünvanda yerləşən 34 saylı mənzilin hərracdan satılmasının nəticələri haqqında Y-490 nömrəli, 07.12.2018-ci il tarixli yekun protokolun və hərracın yekunları üzrə əmlakın alıq-satqısı barədə müqavilənin etibarsız və əsassız hesab edilərək ləğv edilməsinə dair iddia tələbi təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Aynur Behbudova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar