Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(060)-4127/2023 25.08.2023 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Abdullayev Emin Ağamusa oğlunun sədrliyi, X3 oğlunun katibliyi, iddiaçının nümayəndəsi X2 iştirakı ilə, iddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh qarşı pul tələbinə dair mülki işə Sumqayıt Şəhər Məhkəməsinin binasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: "xxxx" Açıq Səhmdar Cəmiyyəti (bundan sonra - iddiaçı) Cavabdeh (bundan sonra cavabdeh) qarşı kiçik iddialara dair sadələşdirilmiş icraat qaydasında iddia ərizəsi ilə Sumqayıt Şəhər Məhkəməsinə müraciət edərək, cavabdehin istifadə etdiyi elektrik enerjisi üzrə yaranmış 747,40 manat borc və ödənilmiş 30,40 manat məbləğində dövlət rüsumunun cavabdehdən tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, iddiaçı istehlakçıları elektrik enerjisi ilə təmin edən yeganə təchizatçıdır. İstehlakçılara verilən elektrik enerjisi sayğac vasitəsilə ölçülür və Tarif Şurasının qərarı ilə müəyyən olunmuş tarif qiyməti əsasında istehlakçı tərəfindən ödənilir. İddia ərizəsinə əlavə edilmiş pretenziyadan və abunə haqqında bildirişlərdən göründüyü kimi, abonent kodu **********00335 olan cavabdehin elektrik enerjisindən istifadə etməsi ilə bağlı iddiaçıya cəmi xx.xx.2023-cü il tarixinə 747,40 manat borcu yaranmışdır. Həmin borcun ödənilməsi ilə bağlı cavabdehə dəfələrlə müraciət olunmuş, lakin cavabdeh müxtəlif bəhanələrlə istifadə etdiyi elektrik enerjisinin haqqı olan 747,40 manat borcu bu günə qədər ödəməyərək iddiaçıya zərər vurmuşdur. İddiaçı məhkəmə iclasında iddia ərizəsinin məzmununa uyğun izahat verdi və iddia tələbinin təmin olunmasını xahiş etdi. Cavabdehə məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq məhkəmə iclasında iştirak etməmiş və bu barədə məlumat verməmişdir. Məhkəmə işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə tərəfindən iş üzrə aşağıdakı sübutlar tədqiq edilmişdir. İş materiallarında əlavə edilmiş 635564 saylı “Enerjitəchizatı müəssisəsi ilə məişət abonenti (əhali) arasında elektrik enerjisinin alqı-satqısının birtipli” müqaviləsindən görünür ki, iddiaçı ilə Mikayılov E. arasında elektrik enerjisinin alqı-satqı müqaviləsi bağlanmış və iddiaçı cavabdehin yaşadığı ünvanın elektrik enerjisi ilə təchiz edilməsi barədə öhdəlik götürmüşdür. Belə ki, iş materiallarında olan abunə haqqında saldodan görünür ki, cavabdehin yaşadığı ünvan 1 ünvanına sayğac üzrə 1993,24 manat, akta görə 113,64 manat borc hesablanmış, cavabdeh həmin borc üzrə 1132,20 manat ödəniş etmiş, 747,40 manat borc isə hazırda ödənməmiş qalmışdır. İş materiallarında olan xx.xx.2023-cü il tarixli pretenziyadan görünür ki, **********00335 saylı abunə kodu ilə qeydiyyatda olan Cavabdehnın xx.xx.2023-cü il tarixinə elektrik enerjisindən istifadəyə görə 747,40 manat borcu vardır. Sumqayıt şəhər qeydiyyat şöbəsinin məhkəmə sorğusuna cavab olaraq xx.xx.2023cü il tarixli məktubda bildirmişdir ki, “ Vətəndaşlıq Vəziyyəti aktları” X1 Sistemindən vətəndaş Cavabdeh ölüm akt qeydi aşkar edilməmişdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinə (bundan sonra – Mülki Məcəllə) əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. (385.1.). Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır (386.1.). İşdən göründüyü kimi tərəflər arasında elektrik enerjisinin alqı-satqısı barədə müqavilə bağlanmış və iddiaçı həmin müqavilə əsasında cavabdehi elektrik enerjisi ilə təchiz etmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2005-cı il tarixli, 18 saylı qərarı ilə təsdiq edilmiş «Elektrik enerjisindən istifadə Qaydaları»nın 8.14-cü bəndinə əsasən, istehlakçı hesablaşma dövründə ona buraxılmış elektrik enerjisinin haqqını enerjitəchizatı müəssisəsi tərəfindən ödəmə sənədi təqdim edildikdən sonra bir ay müddətində ödəməlidir. Cavabdeh müqavilə əsasında öz üzərinə götürdüyü öhdəlikləri lazımınca icra etməmiş və nəticədə iddiaçıya ödənilməmiş borcu qalmışdır. Məhkəmənin hazırlıq iclasında iştirak edən cavabdeh həqiqətən iddiaçıya iddia ərizəsində göstərilən məbləğdə sayğac əsasında yaranmış borcu olduğunu etiraf etmişdir. Məhkəmə baxışı iclasında isə cavabdeh iştirak etməmiş, hazırlıq iclasında bildirdiklərini təkzib etməmiş və bununla bağlı hər hansı sübut təqdim etməmişdir. Mülki Məcəllədə göstərilir ki, öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi başa düşülür (442). Öhdəliyin onun icrası üçün müəyyənləşdirilmiş müddətdə icra edilməməsi borclunun icranı gecikdirməsi sayılır (445.2.1.). Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, iddiaçı cavabdehin ona borclu qaldığı 747,40 manatı tələb etməkdə haqlı olmuşdur. Bu səbəbdən iddia təmin edilməlidir. İddia təmin edildiyi üçün iddia ərizəsinin verilməsi üçün ödənilmiş 30,40 manat dövlət rüsumu cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh istifadə etdiyi elektrik enerjisi üzrə yaranmış 747 (yeddi yüz qırx yeddi) manat 40 (qırx) qəpik borc və ödənilmiş 30 (otuz) manat 40 (qırx) qəpik məbləğində dövlət rüsumu tutularaq iddiaçı "xxxx" ASC-yə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim Emin Abdullayev
Məhkəmə qərarları › İş №2(060)-4127/2023
Sumqayıt Şəhər Məhkəməsi Qətnamə — İş №2(060)-4127/2023
25.08.2023 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver