Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(060)-4129/2021 25.05.2021 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Süleymanova Almaz Məhərrəm qızının sədrliyi, Əsədov Naib Abdulhüseyn oğlunun katibliyi, İddiaçı, Cavabdehin nümayəndəsi X1 iştirakları ilə, İddiaçı cavabdeh “xxxx” ASC-yə qarşı «borcun silinməsi» tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı cavabdeh “xxxx” ASC-yə qarşı «borcun silinməsi» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Sumqayıt şəhəri, 13-cü mkr, 35 saylı evin 38 saylı mənzilinə dair **********M0049061 saylı elektrik sayğacına görə hesablanmış 734 manat 08 qəpik məbləğində borcun silinməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçı izahatında göstərdi ki, Sumqayıt şəhəri, 13cü mkr, 35 saylı evin 38 saylı mənzili onun istifadəsindədir. Mənzildə **********M0049061 nömrəli elektrik sayğacı mövcuddur. Yaşadığı gündən bu günə kimi istifadə etdiyi enerji sərfıyyatının ödənişlərində heç bir gecikmə olmamışdır. Cavabdeh təşkilatın əməkdaşları tərəfindən mənzildə olan sayğaca görə 734 manat 08 qəpik məbləğində borc hesablanması ilə bağlı xəbərdarlıq bildirişi verilmişdir. Hesablanan borc reallığı əks etdirmir. Belə ki, həmin borc 2015-ci il tarixdən əsassız olaraq qeydə alınmişdır. Həmin tarixə aid "xxxx" ASC-lə onun arasında heç bir müqavilə imzalanmamışdır. Cavabdeh təşkilat maddi və prosessual hüquq normalarına zidd olaraq ondan bu borcu tələb edirlər və onların borc tələb etməyə heç bir əsasları yoxdur. Hesab edir ki, xxxx ASC-nin tələb etdiyi borc əsassızdır. Ona görə də məhkəməyə müraciət etməyə məcbur olmuşdur. Odur ki, göstərdiklərinə əsasən iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etdi. Cavabdeh ASC-nin nümayəndəsi X2 iddia tələbinə etiraz edərək izahatında bildirdi ki, iddiaçının mənzili 01.10.2000-ci il tarixdə abonent qeydiyyatına alınıb. 30.11.2005-ci il tarixində elektrik hesabat sayğacı quraşdırılmışdır. İddiaçının 30.11.2015-ci il tarixdən 11.05.2021-ci il tarixə kimi 1364,15 manat dəyərində elektrik enerjisindən istifadə etdiyi halda enerjitəchizatçı təşkilata 734,15 manat borcu qalmışdır. Abunə haqqında çıxarışdan da göründüyü kimi iddiaçı 31.11.2005-ci il tarixdən 11.05.2021-ci il tarixədək aylıq ödənişləri vaxtlı-vaxtında ödəməmişdir. Bütün bunlar göstərir ki, abonent istifadə etdiyi enerjinin borclarını vaxtlı-vaxtında şərtləşdirilmiş qaydada ödəməyərək öhdəliklərin icra olunması tələblərindən irəli gələn qaydaları pozmuşdur. Qeyd olunanları nəzərə alaraq iddia tələbinin rədd edilməsini xahiş edir. Eləcə də göstərdi ki, iddiaçının tələb etdiyi borc hazırkı cavabdeh təşkilatın mövcud olduğu dövrə aid deyil, yəni 2015-ci ilin fevral ayınadək Azərenerji dövrünə aid yaranmış borcdur. Məhkəmə tərəflərin izahatını dinləyib, iş materiallarını tədqiq edərək hesab edir ki, iddia təmin edilməlidir. 16 may 2021-ci il tarixli abonent kartından görünür ki, Sumqayıt şəhəri, 13-cü mkr, 35 saylı evin 38 saylı mənzilinə aid olan **********01313 saylı abunə hesabında 802,36 manat borc 03.07.2015-ci il tarixə aid olan ETAİS-dən gələn borcdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 551.2., 551.2.1-ci maddəsinə əsasən kirayə haqqı, icarə haqqı, kapital üçün faizlər və digər vaxtaşırı ödənişlər haqqında tələblər beş il keçdikdən sonra qüvvəsini itirir. Məhkəmə qeyd edir ki, məhkəməyə təqdim edilmiş sənədlərdən, həmçinin cavabdehin nümayəndəsinin izahatından da göründüyü kimi qeyd edilən borc 2015-ci ilə qədər hesablanmış borc olmaqla 5 illik tələbetmə müddəti keçmişdir. Beləliklə, məhkəmə işin hallarına hüquq normalarının tələbinə uyğun qiymət verərək və hakimin işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarması barədə qanun göstərişinə əsasən bu nəticəyə gəlir ki, tələb müddəti keçdiyindən qüvvəsini itirmiş 734,08 manat borc ləğv olunaraq **********01313 saylı abunə hesabından silinməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia təmin edilsin. İddiaçı məxsus yaşayış sahəsinə hesablanmış 734,08 (yeddi yüz otuz dörd manat, səkkiz qəpik) manat borc ləğv olunaraq **********01313 saylı abunə hesabından silinsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Almaz Süleymanova
Məhkəmə qərarları › İş №2(060)-4129/2021
Sumqayıt Şəhər Məhkəməsi Qətnamə — İş №2(060)-4129/2021
25.05.2021 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver