Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(060)-4163/2021 16.06.2021 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ X2 Behbudovanın sədrliyi, Mehriban Hüseyn qızı Həsənlinin katibliyi, İddiaçı «İddiaçı» İB-nin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı «İddiaçı» İB-nin Cavabdeh qarşı təbii qazdan istifadə qaydaları üzrə istehlakçının təqsirli hərəkəti nəticəsində dəymiş zərərin əvəzinin ödənilməsi tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı «İddiaçı» İB Cavabdeh qarşı təbii qazdan istifadə qaydaları üzrə istehlakçının təqsirli hərəkəti nəticəsində dəymiş zərərin əvəzinin ödənilməsi tələbinə dair iddia ərizəsi ilə Sumqayıt şəhər Məhkəməsinə müraciət edərək tələbini onunla əsaslandırmışdır ki, “İddiaçı” İstehsalat Birliyi 30.04.2020-ci il tarixli 388 saylı “Qaz paylayıcısı ilə məişət qaz qurğusu istifadəçisi arasında qazın alqı-satqısı barədə Müqavilə” (bundan sonra müqavilə) əsasında Cavabdeh məxsus fərdi yaşayış evini təbii qazla təchiz edir (müqavilə əlavə edilir). Həmin ünvana “İddiaçı” İB-nin Sumqayıt QİS-İ tərəfindən **********01971 nömrəli abonent kodu verilmişdir. Qeyd olunan ünvanda yaşayış evini təbii qazla təchiz edən qaz xəttinin üzərində G-4 markalı, 1102AQ**********2 nömrəli qaz sayğacı quraşdırılmışdır. Lakin, cavabdeh Azərbaycan Respublikası Nazirlər Kabinetinin 12 may 2011-ci il tarixli, 80 saylı “Qazdan istifadə Qaydaları"nın 1.3 bəndinə uyğun olaraq bağlanmış qazın alqı-satqısı barədə müqavilənin 2.2.5-ci bəndinin (istehlakçının təqsirli hərəkətləri (hərəkətsizliyi), habelə bu müqavilə üzrə müəyyən edilmiş vəzifələrin icra edilməməsi nəticəsində dəymiş zərərin əvəzinin ödənilməsini İstehlakçıdan tələb etmək) tələblərini pozaraq, qaz sayğacına müdaxilə edərək sayğacı yararsız hala salmış və təbii qazı talamışdır. Belə ki, Birliyin əməktaşları tərəfindən 19.01.2020-ci il tarixdə Cavabdeh fərdi yaşayış evinə quraşdırılmış G-4 markalı, 1102AQ**********2 nömrəli qaz sayğacı abonentin iştirakı ilə ******* nömrəli akt tərtib edilərək çıxarılmış, yeni qaz sayğacıyla əvəz edilmişdir. Ünvandan çıxarılmış sayğac dövlət yoxlamasından keçirilməsi üçün “İnformasiya Texnologiyaları və Rabitə İdarəsi”nə göndərilmişdir. “İnformasiya Texnologiyaları və Rabitə İdarəsi”nin MSK-29/1710-00262-2 nömrəli rəyinə əsasən sayğaca baxış keçirilmiş, sayğacın hesablama mexanizminin qoruyucu örtüyünün üzərinə vurulan plombların rəngi qoruyucu örtüyün rəngindən fərqlidir, yivli birləşmələri korroziyaya uğrayıb, göstəricilər arasında fərq mövcuddur, sayğacın hesablama mexanizminin qoruyucu örtüyü alt hissədən çatlayıb, hesablama mexanizmi keçən qazın həcmini fasilələrlə qeyd edir, sayğacın yaddaş arxivi oxundu, sayğacda 24.11.2018-ci il tarixdə “Alarm-1” rejimi aşkar olunub, xətalar normadan artıqdır, sayğac minimal və nominal sərfiyyatda 100% nisbi xətayla işləyir, kamera vasitəsi ilə sayğacın daxilinə baxış keçirildi, kənar təsir izləri aşkar edilmədi, hesablama mexanizmi fasilələrlə hərəkət edir, hesablama mexanizmi sərfiyyatda keçən qazın həcmini qeyd etmir və sayğacın istismara yararsız olduğu aşkar olunmuşdur. Bu səbəbdəndə itirilmiş qazın sərfiyyatına görə 216,00 manat borc və yararsız hala salınmış sayğacın dəyəri olaraq 185,73 manat ümumilikdə 401,73 manat abonentdən minimal tələb edilmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 12 may 2011-ci il tarixli, “Qazdan istifadə Qaydaları"nın təsdiq edilməsi haqqında qanunun 4.5-ci bəndinə əsasən qaz sayğaclarının növbəti dövlət yoxlanılmasından keçirilməsinə görə istehlakçılardan vəsait tələb etmək qadağandır. İstehlakçının arzusu ilə qaz sayğacının dövlət yoxlamasından keçirilməsinə görə istehlakçı vəsait ödəməlidir. Həmin qərarda vətəndaşın laboratoriyada keçirilən yoxlamada iştirakının Birlik tərəfindən təmin olunması qeyd olunmamışdır. Cavabdehin öz vəsaiti hesabına da yoxlamanı keçirdə bilər. Məhkəməyə təqdim olunmuş laboratoriyanın rəyində də aydın görünür ki, sayğaclar yoxlamaya gedərkən kütləvi şəkildə və yalnız sayğacın nömrəsi qeyd olunur, orada vətəndaş və onun ünvanı barədə məlumat olmur. Bununla da yoxlamanın nə qədər şəffaf keçirildiyi öz təsdiqini tapır. Dövlət təşkilatı kimi «İddiaçı» İB-nin məqsədi səlahiyyəti daxilində dövlətin əmlakını qorumaq və ona vurulmuş zərərin əvəzini ödətdirmək üçün tədbirlər görməkdir. Azərbaycan Respublikası Prezidentinin 29 iyun 2000-ci il tarixli 356 saylı “Əhalinin və iqtisadiyyatın enerji daşıyıcıları ilə təminatının yaxşılaşdırılması haqqında” Fərmanın 9-cu bəndində qeyd olunur ki, «İddiaçı» İstehsalat Birliyi təbii qaz üzrə ödənişlərin tam yerinə yetirilməsi üçün şəhər (rayon) icra hakimiyyəti orqanları ilə birlikdə təxirəsalınmaz tədbirlər həyata keçirsinlər. Qeyd olunanlara əsasən iddiaçı «İddiaçı» İB məhkəmədən Cavabdeh tərəfindən qaz sayğacının yararsız hala salmasına görə hesablanmış 216 AZN məbləğində dəymiş ziyanın, yararsız hala salınmış sayğacın dəyəri olaraq 185,73 AZN, 30 AZN dövlət rüsumunun, ümumilikdə isə 431,73 AZN pul tutularaq Birliyin hesabına ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı «İddiaçı» İB-nin nümayəndəsi X3 məhkəmə iclasında iddia tələbini müdafiə edərək, iddia ərizəsində göstərilənlərə uyğun eyni məzmunlu izahat verib məhkəmədən iddia tələbinin təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etdi. Cavabdeh qanunla müəyyən edilmiş qaydada məhkəmə iclasının yeri və vaxtı barədə xəbərdar edilmiş, lakin buna baxmayaraq məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbləri haqqında məhkəməyə heç bir məlumat verməmişdir. Bu səbəbdən məhkəmə iş üzrə Cavabdeh iştirakı olmadan işə baxılmasını mümkün hesab etdi. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzürsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək cavabdehə apellyasiya qaydasında şikayət etmək hüququ verilir. Məhkəmə iddiaçı «İddiaçı» İB-nin nümayəndəsi X1 izahatını dinləyib, iş materiallarını araşdırıb, məhkəmə baxışında tədqiq edilən sübutlara məcmu halda qiymət verərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia tələbi təmin edilməməlidir. İş materiallarında olan «İddiaçı» İB-nin 388 nömrəli qaz paylayıcısı ilə məişət qaz qurğusu istifadəçisi arasında qazın altı-satqısı müqaviləsindən görünür ki, ünvan 2 ünvanında yaşayan Cavabdeh ilə Sumqayıt şəhəri QİS-in rəisi Elxan Hüseynov arsında 30.04.2020-ci il tarixində müqavilə imzalanmışdır. İş materiallarına əlavə edilmiş “İddiaçı” İB-nin əməkdaşları tərəfindən təbii qazdan istifadə qaydalarının pozulması haqqında tərtib edilmiş aktda qeyd edilir ki, Cavabdeh yaşadığı ünvan 2 ünvanında yerləşən ev **********01971 abonent kodu və həmin ünvana quraşdırılmış qaz sayğacı isə 1102AQ**********2 kodu altında qeydiyyatdadır. Qeyd olunan qaz sayğacının hesablama mexanizminin qoruyucu örtüyünün üzərinə vurulan plombların rənginin qoruyucu örtüyün rəngindən fərqli olması, yivli birləşmələrin korroziyaya uğraması, göstəricilər arasında fərqin olması, sayğacın hesablama mexanizminin qoruyucu örtüyünün alt hissədən çatlaması müəyyən edilmişdir. İş materiallarında olan 17 mart 2020-ci il tarixli dəymiş ziyanın bərpasına dair tələbnamənin surətindən görünür ki, iddiaçı Cavabdeh ünvanına ******* saylı, 17.03.2020ci il tarixli tərtib edilmiş akta əsasən itirilmiş qazın bərpası üçün 2160 m3 qaz itkisi hesablanmışdır. İş materiallarında olan qaz sayğacının yoxlanılması barədə Metrologiya Departamentinin verdiyi 28 fevral 2020-ci il tarixli, MSK-29/1710-00262-2 saylı aktın surətindən görünür ki, sayğaca baxış keçirilmiş, baxış zamanı sayğacın hesablama mexanizminin qoruyucu örtüyünün üzərinə vurulan plombların rənginin qoruyucu örtüyün rəngindən fəqli olması, yivli birləşmələrin korroziyaya uğraması, göstəricilər arasında fərlərin olması, sayğacın hesablama mexanizminin qoruyucu örtüyünün alt hissədən çatlaması, hesablama mexanizminin keçən qazın həcmini fasilərlə qeyd etməsi, sayğacın yaddaş arxivi oxunarkən 24.11.2018-ci il tarixində “Alarm-1” rejiminin aşkar edilməsi, xətaların normadan artıq olması, sayğacın minimal sərfiyyatda 100% nisbi xəta ilə işləməsi, kamera vasitəsilə daxilinə baxış keçirilərkən kənar təsir izlərinin aşkar edilməməsi, hesablama mexanizminin fasilərlə hərəkət etməsi, hesablama mexanizminin minimal sərfiyyatda keçən qazın həcmini qeyd etməməsi faktları aşkar edilmişdir. İş materiallarında olan abonentin saldosundan görünür ki, ünvan 2 ünvanında yaşayan Cavabdeh təbii qazdan istifadəyə görə akta əsasən 216 manat məbləğində borcu var. İş materiallarında olan 03 mart 2021-ci il tarixli xəbərdarlığın surətindən görünür ki, Cavabdeh yaşadığı ünvan 2 ünvanında itirilmiş təbii məişət qazının sərfiyyatına görə 216 AZN borcunun ödənilməsi barədə xəbərdar etmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 560.1-ci maddəsinə əsasən, mülki hüquqlar hüquqa uyğun həyata keçirilməlidir. Hüquqdan yalnız başqalarına ziyan vurmaq məqsədi ilə istifadə edilməsi yolverilməzdir. «Qaz təchizatı haqqında» Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinin 9-cu bəndinə əsasən, məişət qaz qurğularının istifadəsi üçün qaz sayğacı qaz paylayıcısının vəsaiti hesabına, sənaye qaz qurğularının istifadəsi üçün isə qaz sayğacı istehlakçının vəsaiti hesabına təchiz edilir, quraşdırılır və dəyişdirilir. İstehlakçının təqsiri olmadan zədələnmiş qaz sayğacının təmir olunması, texniki baxışdan keçirilməsi, dəyişdirilməsi (yenisi ilə əvəz edilməsi) və quraşdırılması bu hissənin birinci cümləsinə uyğun olaraq, zədələnmə istehlakçının təqsiri üzündən baş verdikdə isə istehlakçının vəsaiti hesabına qaz paylayıcısı tərəfindən həyata keçirilir. Qaz paylayıcısı tərəfindən qaz sayğacının dəyişdirilməsi, təmir olunması və ya texniki baxışdan keçirilməsi istehlakçıdan tələb edildikdə, bu halda qaz paylayıcısı tərəfindən həmin tələbin hüquqi əsası göstərilməlidir. Qaz sayğaclarının növbəti texniki baxışının keçirilməsi onların texniki pasportlarında göstərilmiş müddətdə həyata keçirilir. Qaz sayğaclarının növbəti texniki baxışdan keçirilməsinə görə istehlakçılardan vəsait tələb etmək qadağandır. İstehlakçının arzusu ilə qaz sayğacının texniki baxışdan keçirilməsinə görə istehlakçı vəsait ödəməlidir. Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 12 may 2011-ci il tarixli 80 nömrəli qərarı ilə təsdiq edilmiş «Qazdan istifadə Qaydaları»nın 4.2-ci bəndinə əsasən, qaz sayğacı ilə təchiz edilmə, onun quraşdırılması və dəyişdirilməsi fiziki şəxs olan istehlakçıya münasibətdə qaz paylayıcısı hesabına, hüquqi şəxs olan istehlakçıya münasibətdə isə öz vəsaiti hesabına həyata keçirilir. Həmin Qaydaların 4.6-cı bəndinə əsasən, qaz sayğaclarının üzərində SMPDK-nın və qaz paylayıcısının sayğacın işlək vəziyyətdə olduğunu təsdiq edən plombu olmalıdır. Həmin qaydaların 4.7-ci bəndinə əsasən sayğacların üzərində olan plomblar kənar müdaxilələrdən qorunmaq üçün müvafiq örtüklə örtülməli (fiziki şəxs olan istehlakçıların sayğacları qaz paylayıcısı tərəfindən) və sayğac göstəricisinə sərbəst şəkildə baxılmasına imkan olmalıdır. Həmin Qaydaların 4.8-ci bəndinə əsasən, fiziki şəxs olan istehlakçıların qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi qaz paylayıcısı, hüquqi şəxslərin qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi isə özləri daşıyırlar. Həmin Qaydaların 4.9-cu bəndinə əsasən, istehlakçının təqsiri olmadan zədələnmiş qaz sayğacının təmir olunması, texniki baxışdan keçirilməsi, dəyişdirilməsi (yenisi ilə əvəz edilməsi) və quraşdırılması bu Qaydaların 4.2-ci bəndinə uyğun olaraq, zədələnmə istehlakçının təqsiri üzündən baş verdikdə isə istehlakçının vəsaiti hesabına qaz paylayıcısı tərəfindən həyata keçirilir. Qaz paylayıcısı tərəfindən qaz sayğacının dəyişdirilməsi, təmir olunması və ya texniki baxışdan keçirilməsi istehlakçıdan tələb edildikdə, bu halda qaz paylayıcısı tərəfindən həmin tələbin hüquqi əsası göstərilməlidir. Qaz sayğaclarının növbəti texniki baxışının keçirilməsi onların texniki pasportlarında göstərilmiş müddətdə həyata keçirilir. Qaz sayğaclarının növbəti texniki baxışdan keçirilməsinə görə istehlakçılardan vəsait tələb etmək qadağandır. İstehlakçının arzusu ilə qaz sayğacının texniki baxışdan keçirilməsinə görə istehlakçı vəsait ödəməlidir. Şəxsin öz vəzifələrini kobudcasına pozmasına baxmayaraq hüquqlarının həyata keçirməsi hüquqdan sui-istifadə hesab edilməlidir. Həmin maddəyə əsasən hüquqdan suiistifadə yolverilməzdir (MM 560.3.2). Həmin Məcəllənin 425-ci maddəsinə əsasən öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Həmin Məcəllənin 1096-cı maddəsinə əsasən mülki hüquq pozuntusu hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd əməldir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 36.9-cu maddəsinə əsasən istehlakçının hüququnun müdafiəsi haqqında iddialar iddiaçının yaşadığı yerə görə, yaxud müqavilənin bağlandığı və ya icra edildiyi yerə görə verilə bilər. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, Cavabdeh məxsus ünvana quraşdırılmış qaz sayğacının korroziyaya uğraması, göstəricilər arasında fərq olması cavabdeh tərəfindən hər hansı müdaxilə nəticəsində baş verməsi və ya onun təqsiri üzündən olması öz təsdiqini tapmadığından, sayğacda yaranmış xətalar nəticəsində təbii məişət qazının itirilmiş sərfiyyatı ilə bağlı cavabdeh məsuliyyət daşımır. Belə olan halda, iddiaçının məsuliyyəti cavadbehin öhdəliyinə verməsi və əsassız olaraq borc hesablayaraq qanunsuz tələb etməsi, qaz sayğacının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi iddiaçı təşkilat daşıdığından, cavabdehin təqsiri müəyyən edilmədiyindən, həmin sayğacın dövlət yoxlanmasından keçirilməsi, dəyişdirilməsi iddiaçı təşkilat tərəfindən həyata keçirilməli olduğundan, sayğac Cavabdeh yaşadığı mənzilin bayır divarında quraşdırıldığından, itirilmiş qazın bərpası məqsədilə iddiaçı təşkilat tərəfindən cavabdehin abunə koduna hesablanmış 216 manat cərimə borcunun tələb etməsi əsassız olduğundan təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 77.2-ci maddəsinə əsasən dövlət orqanlarının, icra və.s orqanların aktlarının etibarsız hesab edilməsi barədə mübahisələrə baxıldıqda həmin aktların qəbul edilməsi üçün əsas olmuş halları sübut etmək vəzifəsi bu aktı qəbul etmiş orqanın üzərinə düşür. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinin tələbinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Azərbaycan Respublikası MPM-in 217-ci maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıda göstərilənlərinə əsasən və Azərbaycan Respublikası MPM-in 216-220, 360-cı maddələrinin tələblərini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı «İddiaçı» İB-nin Cavabdeh qarşı təbii qazdan istifadə qaydaları üzrə istehlakçının təqsirli hərəkəti nəticəsində dəymiş zərərin əvəzinin ödənilməsi tələbinə dair iddiası təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Sumqayıt şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim: Aynur Behbudova
Məhkəmə qərarları › İş №2(060)-4163/2021
Sumqayıt Şəhər Məhkəməsi Qətnamə — İş №2(060)-4163/2021
16.06.2021 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver