Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(060)-4166/2021 26.05.2021 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Qoşqarlı Rəşad Nizami oğlunun sədrliyi Məhkəmə iclas katibi X2 İddiaçı və cavabdeh “Cavabdeh” İstahsalat Birliyinin nümayəndəsi X4 iştirakları ilə İddiaçı cavabdeh “Cavabdeh” İstahsalat Birliyinə qarşı «aktın etibarsız hesab olunması və əsassız hesablanmış borcun silinməsi tələbinə dair» iddia ərizəsi üzrə mülki işə Sumqayıt şəhərində açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh “Cavabdeh” İstehsalat Birliyi tərəfindən faktiki olaraq onun istifadəsində olan Sumqayıt şəhəri, 12-ci mikrorayon, 35 saylı evin 18-ci mənzilinə dair tərtib olunmuş 09.12.2019-cu il tarixli təbii X6nın pozulması haqqında ******* saylı aktın etibarsız hesab olunması, sayğacın dəyəri kimi ondan tələb olunan 64 manat 67 qəpik məbləğində borcun və 135 manat məbləğində cərimənin silinməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmədə İddiaçı iddianı müdafiə edərək göstərdi ki, Sumqayıt şəhəri, 12-ci mikrorayon, 35 saylı evin 18-ci mənzili mərhum atası X5 mülkiyyətindədir. Atası 15 iyun 2017-ci il tarixdə vəfat etmişdir. O, həmin evdə ailə üzvləri ilə birlikdə yaşayır. O, yaşadığı ünvanda qazdan istifadəyə görə sayğac üzrə ödənişləri vaxtı-vaxtında ödəmiş və tərəflərindən qaz sayğacına heç bir müdaxilə olunmayıb. Belə bir hal heç vaxt baş verməyib. 27.11.2019-cu il tarixdə cavabdeh "Cavabdeh" istehsalat Birliyinin əməkdaşları tərəfindən faktiki olaraq onun istifadəsində olan Sumqayıt şəhəri, 12-ci mikrorayon, 35 saylı evin 18-ci mənzilin qaz sayğacına baxış keçirilmiş, baxış zamanı məlum olmuşdur ki, guya sayğacın plastmast ekranında kənar təsir izi var. Plastmast qapaq tərəflərindən açıldı və plastmast şüşəni ekrana bərkidən 4 qulaqcıqdan 1-nin sınıq olduğu aşkar edildi. Ona görə də 09.12.2019-cu il tarixdə təbii X6nın pozulması haqqında ******* saylı akt tərtib olunmuşdur. Bundan sonra cavabdeh "Cavabdeh" İB-dən ona məktub göndərilmiş və həmin məktubda qeyd olunmuşdur ki, onun ünvanda olan G-2.5 markalı 00169480 nömrəli məişət qaz sayğacı Dövlət yoxlamasına göndərilmiş və Metrologiya Departamentinin verdiyi rəyə əsasən ünvandan çıxarılmış sayğacın plastmast ekranında kənar təsir izi var. Plastmast qapaq tərəflərindən açılmış və plastmast şüşəni ekrana bərkidən 4 qulaqcıqdan 1-nin sınıq olduğu aşkar olduğundan sayğac istismara yararsız kimi qiymətləndirilmişdir. Müdaxilə edilmiş sayğacın dəyəri 64 manat 67 qəpik ABB Sumqayıt filialı AZ751BAZ**********270880213 nömrəli hesaba ödənilməlidir. Ödəniş qəbzinin surəti isə Sumqayıt QİS-nə təqdim edilməlidir. Həmçinin sonradan ona məlum oldu ki, sayğacın dəyərindən əlavə ona 135 manat məbləğində cərimə də hesablanıb. Ona görə də, o, bu barədə cavabdeh təşkilata öz etirazını bildirmişdir. Cavabdeh təşkilat əsassız olaraq ona cərimə tətbiq etmişdir ki, bu da qanunsuz və əsassızdır, istehlakçı olaraq onun hüquqlarının pozulmasıdır. Cavabdeh "Cavabdeh" İB-dən ona ünvanlanan məktubun məzmunundan aydın olur ki, guya onun ünvanına quraşdırılmış məişət qaz sayğacına müdaxilə olunub və istismara yararsız vəziyyətə salınıb. Onun və ailə üzvləri tərəfindən sayğaca heç bir müdaxilə olunmayıb. Cavabdeh "Cavabdeh" İB-nin gəldiyi nəticə tamamilə əsassız və qanunsuzdur. Bu istehlakçı olaraq onun hüquqlarının kobud şəkildə pozulmasına səbəb olmuşdur. Ünvanına quraşdırılmış məişət qaz sayğacının dövlət yoxlamasına göndərilməsi və informasiya Texnologiyaları və Rabitə idarəsinin verdiyi rəy gözləniləndir. Çünki rəy verən şəxslər iş üzrə maraqlı olan şəxslərdir, istehlakçı olaraq onun əsassız olaraq yüklənməyi üçün nəzərdə tutulmuşdur. Belə ki, həmin rəyin əsasında sayğaca guya müdaxilə aşkar olunduğu müəyyən olunduğudan sayğacın dəyəri yəni, 64 manat 67 qəpik və 135 manat məbləğində əsassız olaraq hesablanmış cərimə iddiaçı tərəfindən ondan tələb olunur. O, sayğac üzrə ödənişləri vaxtı-vaxtında ödəmişdir. Sayğac üzrə cavabdeh təşkilata heç bir borcu yoxdur. Hesab edir ki, akt etibarsız hesab olunmalı, sayğacın dəyəri və cərimə kimi ondan tələb olunan borc silinməlidir. Yaşadığı evin qaz sayğacı evindən kənarda quraşdırılıb. Belə olan halda sayğaca olunan hər hansı bir müdaxiləyə və sayğacın qorunub saxlanmasına görə o, məsuliyyət daşımır. Hesab edir ki, bütün bunlar nəzərə alınmalıdır. Həmçinin akt tərtib olunarkən onun iştirakı təmin olunmayıb. Bu da qanunverciliyin tələbinə ziddir. O, aktın tərtib olunmasında xəbərsiz olmuşdur. Hesab edir ki, mübahisələndirilən aktda olan pozuntuya görə o, məsuliyyət daşımadığından və həmin akt hazırkı iş üzrə onun hüquqlarını və qanunla qorunan mənafelərini pozduğundan həmin akt etibarsız hesab olunmalıdır. Göstərilənləri nəzərə alaraq, cavabdeh “Cavabdeh” İstehsalat Birliyi tərəfindən faktiki olaraq onun istifadəsində olan Sumqayıt şəhəri, 12-ci mikrorayon, 35 saylı evin 18ci mənzilinə dair tərtib olunmuş 09.12.2019-cu il tarixli təbii X6nın pozulması haqqında ******* saylı aktın etibarsız hesab olunması, sayğacın dəyəri kimi ondan tələb olunan 64 manat 67 qəpik məbləğində borcun və 135 manat məbləğində cərimənin silinməsi barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etdi. Məhkəmədə cavabdeh “Cavabdeh” İstahsalat Birliyinin nümayəndəsi X10 iddia tələbini qəbul etməyərək göstərdi ki, ünvan 3-ə quraşdırılmış təbii qaz sayğacı ilə bağlı məlumat yazılmış və təbii qaz sayğacı çıxarılaraq yenisi ilə əvəz olunmuşdur. Sayğac dəyişdirilən zaman abonentə məlumat verilmiş və sayğacın çıxarılması zamanı yerində tərtib edilmiş ******* saylı aktda sayğacın baxış zamanı məlum olmuşdur ki, sayğacın plastmas ekranında kənar təsir izi var. Plastmas qapaq tərəflərindən açıldı və plastmast şüşəni ekrana bərkidən 4 qulaqcıqdan 1-nin sınıq olduğu aşkar olunmuşdur. Əvvəlki, yəni yararsız hala salınmış təbii qaz sayğacı təlimata uyğun olaraq İnformasiya Texnologiyaları və Rabitə İdarəsinə Dövlət Yoxlamasına göndərilmişdir. Dövlət yoxlama idarəsinin aktına əsasən qaz sayğacına “İnformasiya Texnologiyaları və Rabitə İdarə”nin kalibirləmə laboratoriyasında baxış keçirilmiş və məişət qaz sayğacında “sayğac istismara yararsız kimi qiymətləndirilmişdir”. Əməkdaşları həmin mənzilə 12.09.2019-cu il tarixdə baxış keçirərək istifadə olunan avadanlıqların siyahısını tutaraq akt tərtib etmiş və Dövlətə vurduğu ziyan müəyyən edilərək 12.09.2019-cu il tarixli aktla dəyişilmiş qaz sayğacın dəyəri kimi 64,67 manat cərimə hesablanmışdır. Bu faktla bağlı iddiaçıya məlumat verilmişdir ki, vurulmuş zərər ödənilsin, lakin hazırki vaxta kimi iddiaçı Dövlətə vurduğu zərəri ödəməmişdir. Məhkəmə İddiaçı və cavabdeh “Cavabdeh” İstahsalat Birliyinin nümayəndəsi X7 dinləyib, iş materiallarını hərtərəfli, tam və obyektiv tədqiq edərək sübutlara məcmu halda qiymət verərək hesab edir ki, iddia tələbi qismən əsaslıdır və qismən təmin edilməlidir. İş materiallarında olan “Cavabdeh” İB Sumqayıt QİS tərəfindən Əziz Paşayevə ünvanlandığı 14.04.2021-ci il tarixli məktubundan müəyyən edilir ki, ünvanında olan G-2.5 markalı 00169480 nömrəli məişət qaz sayğacı Dövlət yoxlamasına göndərilmiş və Metrologiya Departamentinin verdiyi rəyə əsasən ünvanından çıxarılmış sayğacın plastmast ekranında kənar təsir izi var və plastmas şüşəni ekrana bərkidən dörd qulaqcıqdan birinin sınıq olduğu aşkar olunduğundan sayğac istismara yararsız kimi qiymətləmdirilmişdir. Müdaxilə edilmiş Sayğacın dəyəri 64,67 manat ABB Sumqayıt filialı AZ751BAZ**********270880213 nömrəli hesaba ödənilməlidir. Ödəniş qəbzinin surəti isə Sumqayıt QİS-nə təqdim edilməlidir. Əks təqdirdə Sumqayıt QİS-si tərəfindən X3 müraciət olunacaqdır. İş materiallarında olan AZ-İ №881664 saylı, 01.07.2017-ci il tarixli “Ölüm haqqında şəhadətnamə”nin surətindən görünür ki, X11 15 iyun 2017-ci il tarixdə ölmüşdür. İş materiallarında olan “Cavabdeh” İB Sumqayıt QİS tərəfindən X8 ünvanlandığı 04.04.2021-ci il tarixli məktubundan müəyyən edilir ki, “Cavabdeh” İstehsalat Birliyi ona məxsus ünvan 3 ünvanda yerləşən yaşayış evini təbii qazla təchiz edir. Həmin ünvana “Cavabdeh” İB-nin Sumqayıt QİS-i tərəfindən **********00180 nömrəli abonent kodu verilmişdir. Qeyd olunan ünvanda yaşayış evini təbii qazla təchiz edən qaz xəttinin üzərində G-2.5 markalı, 00169480 nömrəli qaz sayğacı quraşdırılmışdır. Sumqayıt QİS-nin əməkdaşları tərəfindən 20.09.2019-cu il tarixdə mənzildə quraşdırılmış G-2.5 markalı, 00169480 nömrəli qaz sayğacı iştirakı ilə ******* nömrəli akt tərtib edilərək çıxarılmış, yeni qaz sayğacı ilə əvəz edilmişdir. Ünvandan çıxarılmış sayğac dövlət yoxlamasından keçirilməsi üçün “Cavabdeh” X1 Departamenti Sayğacların müayinəsi labaratoriyasının MSK-29/1710-02895 nömrəli rəyinə əsasən qaz sayğacına müdaxilə olunduğu və sayğacın istismara yararsız olduğu aşkar olunmuşdur. Bu səbəbdəndə itirilmiş qazın sərfiyyatına görə 135 manat borc yaranmışdır. Qeyd olunanlara əsasən hesablanmış 135 manat borcun 5 gün müddətinə ödənilməsə barəsində məhkəməyə müraciət olunacaq və əlavə olaraq məhkəmə xərcləridə ondan tələb olunacaqdır. İş materiallarında olan Azərbaycan Respublikası Qeydiyyat Vəsiqəsinin surətindən görünür ki, ünvan 3 xüsusi mülkiyyət hüququ əsasında 06.09.2001-ci il tarixli alqı-satqı müqaviləsi əsasında X5 adına qeydə alınmışdır. İş materiallarında olan 19.12.2019-cu il tarixli “Cavabdeh” İB “Dəymiş ziyanın bərpasına dair tələbnamə”nin surətindən görünür ki, Qaz sayğacının nominal qaz sərfi 2.5 m3/saat orta günlük iş rejimi 6 saat və hesabat müddəti 90 gün qəbul edilməklə itirilmiş qazın bərpası üçün hesabat aparılsın və hesablanmış məbləğ ödənilsin. Cəmi 1350 m3. İş materiallarında olan “Cavabdeh” İB-nin əməkdaşları E.Eyvazov, Y.Gülməmmədov və O.Qədirovun iştirakı ilə tərtib edilmiş “Təbii X6nın pozulması haqqında” № ******* saylı “akt”ın surətindən görünür ki, X8 məxsus ünvan 3-ə aid sayğac 27.11.2019-cu il tarixdə dövlət yoxlamasına gətirilmiş Metrologiya Departamenti sayğacların müayinəsi laborotoriyasının rəyinə görə G-2.5 markalı (№ ********) qaz sayğacına ümumi baxış keçirilmişdir. Sayğacın plastmast ekranında kənar təsir izi var. Plastmas qapaq tərəflərindən açıldı və plastmast şüşəni ekrana bərkidən dörd qulaqcıqdan birinin sınıq olduğu aşkar edilmişdir. İş materiallarında olan “Cavabdeh” İB-nin 29 mart 2019-cu il tarixli MSK 29/1710- 02895 saylı aktın surətindən görünür ki, “Cavabdeh” İB-nin SOCAR**********30991710X02895 saylı, 27 sentyabr 2019-cu il tarixli məktubuna əsasən 07 oktyabr 2019-cu il tarixində Sumqayıt QİS-dən Dövlət yoxlamasına aparılmış əhalinin mexanika tipli qaz sayğacları 27 noyabr 2019-cu il tarixdə Metrologiya Departamenti, sayğacların müayinəsi laboratoriyasında baxış keçirilmiş və Sayğacın plastmast ekranında kənar təsir izi var. Plastmas qapaq tərəflərindən açıldı və plastmast şüşəni ekrana bərkidən dörd qulaqcıqdan birinin sınıq olduğu aşkar edilmişdir. İş materiallarında olan Abonentin saldosundan görünür ki, X8 məxsus Sumqayıt şəhəri, 12-ci mikrorayon, ev 35, mənzil 18-ə qaz akta görə 135 manat borc hesablanmışdır. İş materiallarında olan AZE seriyalı, № ******** saylı şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, Paşayev X9 şəhəri, Rəsulzadə küçəsi, ev 61-də qeydiyyatdadır. “X6"nın təsdiq edilməsi haqqında Azərbaycan Respublikasının Nazirlər Kabineti 12 may 2011-ci il tarixli 80 saylı Qərarının 4.6-cı bəndinə əsasən qaz sayğaclarının üzərində SMPDK-nın və qaz paylayıcısının plombu olmalıdır. Həmin qaydaların 4.7-ci bəndinə əsasən sayğacların üzərində olan plomblar kənar müdaxilələrdən qorunmaq üçün müvafiq örtüklə örtülməli (fiziki şəxs olan istehlakçıların sayğacları qaz paylayıcısı tərəfindən) və sayğac göstəricisinə sərbəst şəkildə baxılmasına imkan olmalıdır. Həmin qaydaların 4.8-ci bəndinə əsasən fiziki şəxs olan istehlakçıların qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi qaz paylayıcısı, hüquqi şəxslərin qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi isə özləri daşıyırlar. Məhkəmə hesab edir ki, Qanunvericiliyin tələbləri baxımından fiziki şəxlərin mənzillərinə quraşdırılmış qaz sayğaclarının, o cümlədən üzərindəki plombların qorunmasına və işçi vəziyyətdə saxlanılmasına görə qaz paylayıcısı cavabdehlik daşıyır. Sayğaca məhz iddiaçı tərəfindən müdaxilə olunması üçün Sumqayıt Qaz İstismar İdarəsinin məhkəməyə təqdim edə biləcək dəlilləri olsaydı, nəzərdə tutulmuş sayğacın dəyərinin İddiaçı tələb edilməsi qanuni olardı. Bundan başqa məhkəmə onuda qeyd etməyi zəruri bilir ki, Nazirlər Kabinetinin 80 saylı 12 may 2011-ci il tarixli qərarına əsasən sayğacların işlək vəziyyətdə saxlanması üçün məsuliyyəti istehlakçı deyil, qaz paylayıcısı olan Sumqayıt Qaz İdarəsi daşıyır. Buna görə məhkəmə hesab edir ki, qaz sayğacına iddiaçı tərəfindən müdaxilə olunması sübuta yetirilmədiyi üçün iddiaçıya sərfiyyat əsasında hesablanmış 216 manat borc silinməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olunmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Həmin Məcəllənin 21.1-ci maddəsinə əsasən, zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Həmin Məcəllənin 21.2-ci maddəsinə əsasən, zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Həmin Məcəllənin 1096.1-ci maddəsinə əsasən, mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Həmin Məcəllənin 1096.2-ci maddəsinə görə, delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Həmin Məcəllənin 1097.1-ci maddəsinə əsasən, mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Bu Məcəllənin 1115-ci maddəsinə əsasən, zərərin əvəzinin ödənilməsi tələbini təmin edərkən məhkəmə zərərin vurulması üçün məsuliyyət daşıyan şəxsin üzərinə işin hallarına uyğun olaraq zərərin əvəzini naturada ödəmək (eyni növlü və keyfiyyətli əmlak vermək, zədələnmiş əmlakı düzəltmək və i.a.) və ya vurulmuş zərərin əvəzini ödəmək öhdəliyi qoyur. Göründüyü kimi İddiaçı “Cavabdeh” İstehsalat Birliyinə məxsus qaz sayğacını zədələyərək maddi ziyan vurması məhkəmədə sübuta yetirilmədi. Məhkəmə iddia tələbinin tərtib edilmiş 09 dekabr 2019-cu il tarixli, ******* saylı aktın ləğv edilməsi hissəsini araşdıraraq, hesab edir ki, aktın etibarsız hesab edilməsi üçün heç bir əsas yoxdur. Belə ki, tərtib edilmiş akt həmin sayğaca müdaxilə ilə bağlı olmuş və sayğaca müdaxilə olunması məhkəmədə öz təstiqini tapmışdır. Ona görə məhkəmə hesab edir ki, iddia tələbi bu hissədə təmin edilə bilməz. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 19-cu maddəsinə əsasən dövlət hakimiyyəti orqanının və ya yerli özünüidarə orqanının mülki qanunvericiliyə uyğun gəlməyən, fiziki və ya hüquqi şəxsin mülki hüquqlarını və qanunla qorunan mənafelərini pozan qeyri-normativ xarakterli aktı məhkəmə tərəfindən etibarsız sayıla bilər. Bundan əlavə “Cavabdeh” İB Sumqayıt QİS tərəfindən Əziz Paşayevə ünvanlandığı 14.04.2021-ci il tarixli məktubundan müəyyən edilir ki, ünvanında olan G-2.5 markalı 00169480 nömrəli məişət qaz sayğacı Dövlət yoxlamasına göndərilmiş və Metrologiya Departamentinin verdiyi rəyə əsasən ünvanından çıxarılmış sayğacın plastmast ekranında kənar təsir izi var və plastmas şüşəni ekrana bərkidən dörd qulaqcıqdan birinin sınıq olduğu aşkar olunduğundan sayğac istismara yararsız kimi qiymətləmdirilmişdir. Müdaxilə edilmiş Sayğacın dəyəri 64,67 manat ABB Sumqayıt filialı AZ751BAZ**********270880213 nömrəli hesaba ödənilməlidir. Ödəniş qəbzinin surəti isə Sumqayıt QİS-nə təqdim edilməlidir. Əks təqdirdə Sumqayıt QİS-si tərəfindən X3 müraciət olunacaqdır. Məhkəmə hesab edir ki, sayğacın dəyəri kimi iddiaçının ünvanına hesablanmış 64 manat 67 qəpik məbləğində borc silinməlidir. Belə ki, Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 12 may 2011-ci il tarixli 80 N-li Qərarı ilə təsdiq olunmuş “X6”nın 4.9-cu bəndinə görə zədələnmiş qaz sayğacının (hesablama mexanizmlərinin sıradan çıxması, baxış pəncərəsinin sınması, qoruyucu plombların qırılması, texniki nasazlıqlar və s.) təmir olunması, həmin sayğacın dövlət yoxlamasından keçirilməsi, dəyişdirilməsi və 4.2-ci bənsinə uyğun olaraq qaz paylayıcısı tərəfindən həyata keçirilir. Qaydaların 4.2-ci bəndinə görə məişət qaz qurğularının istifadəsi üçün qaz paylayıcısının vəsaiti hesabına, sənaye qaz qurğularının istifadəsi üçün isə qaz sayğacı istehlakçının vəsaiti hesabına təchiz edilir, quraşdırılır və dəyişdirilir. Azərbaycan Respublikasının “Dövlət rüsumu haqqında” Qanunun 9.1.5-ci maddəsinə əsasən, istehlakçıların hüquqlarının pozulması ilə əlaqədar verdikləri iddiaları üzrə iddiaçılar dövlət rüsumu ödəməkdən azad olunurlar. Məhkəmə bu normalardan çıxış edərək və işin faktiki halları ilə əlaqəli olan sübutları qəbul edib məcmu halda hüquqi qiymət verərək belə nəticəyə gəlir ki, iddia qismən təmin edilməli, cavabdeh “Cavabdeh” İstehsalat Birliyi tərəfindən İddiaçı yaşadığı Sumqayıt şəhəri, 12-ci mikrorayon, ev 35-də yerləşən 18 saylı mənzilə müdaxilə edilmiş sayğacın dəyəri olaraq hesablanmış 64 (altmış dörd) manat 67 (altmış yeddi) qəpik məbləğində borcun və əsassız olaraq hesablanmış 135 (bir yüz otuz beş) manat məbləğində borc silinməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsininin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsininin 14.2-ci maddəsinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsininin 106-cı maddəsinə əsasən, işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsininin 80-ci maddəsinə əsasən, məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsininin 217-ci maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Şərh edilənlərə əsasən və Azərbayçan Respublikası Mülki Məcəlləsinin 405, 567-ci və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə, QƏT E T D İ: İddia qismən təmin edilsin. Cavabdeh “Cavabdeh” İstehsalat Birliyi tərəfindən İddiaçı yaşadığı Sumqayıt şəhəri, 12-ci mikrorayon, ev 35-də yerləşən 18 saylı mənzilə müdaxilə edilmiş sayğacın dəyəri olaraq hesablanmış 64 (altmış dörd) manat 67 (altmış yeddi) qəpik məbləğində borcun və əsassız olaraq hesablanmış 135 (bir yüz otuz beş) manat məbləğində borc silinsin. Qətnamədən, qətnamə rəsmi qaydada verildiyi gündən, bir ay müddətinə Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apelyasiya Məhkəməsinin Mülki Kollegiyasına apelyasiya şikayəti verilə bilər. Sədrlik edən: Rəşad Qoşqarlı
Məhkəmə qərarları › İş №2(060)-4166/2021
Sumqayıt Şəhər Məhkəməsi Qətnamə — İş №2(060)-4166/2021
26.05.2021 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver