Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(060)-4193/2021 29.06.2021 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Hüseynov Elmir Xoşbəxt oğlunun sədrliyi Novruzova Nailə Xəlfəqulu qızının katibliyi, İddiaçı, Cavabdeh “xxxx” ASC-nin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı cavabdehlər Sumqayıt şəhəri İcra və Probasiya İdarəsi və “xxxx” ASC-yə qarşı hərracın və hərracın nəticələrinə dair protokolun etibarsız hesab edilməsi tələbinə dair iddiası üzrə mülki işə Sumqayıt Şəhər Məhkəməsinin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh Sumqayıt şəhəri İcra və Probasiya İdarəsinə qarşı hərracın və hərracın nəticələrinə dair protokolun etibarsız hesab edilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, “xxxx” MMC tərəfindən mülkiyyətində olan ünvan 1 ünvanında yerləşən 46 saylı mənzilə dair keçirilən hərrac vəhərracın yekunlarına dair tərtib edilmiş protokolun etibarsız hesab edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia onunla əsaslandırılmışdır ki, “xxxx” ASC-nin iddiası Sumqayıt Şəhər Məhkəməsinin 08.07.2015-ci il tarixli, 2(060)-3865/2015 saylı qətnaməsi ilə təmin edilərək iddiaçıdan 14 717.16 ABŞ dolları əsas borc, 1693,52 ABŞ dolları faiz borcu,cəmi 16 420,68 ABŞ dolları borc və iş üzrə ödənilmiş 30manat dövlət rüsumunun tutularaq iddiaçıya ödənilməsi, həmin borcun ipotekaya qoyulmuş iddiaçıya məxsus olan və 50 000 manat məbləğində qiymətləndirilmiş ünvan 2 ünvanında yerləşən 46 saylı mənzilə yönəldilməklə mənzilin açıq hərracda satılması, satışdan əldə olunmuş pul vəsaiti hesabına cəmi məbləği 16 420,68 ABŞ dolları və ödənilmiş 30 manat məbləğində pulun iddiaçı “xxxx” ASC-yə ödənilməsi, satıldıqdan bir ay sonar evin boşaldılması qət edilmişdir. Qətnamə 09 avqust 2015-ci ildə qanuni qüvvəsini almış və 09 avqust 2016-cı ildə icra vərəqəsi verilmişdir. Qətnamə qüvvəyə mindikdən sonbra icraya yönəldilmişdir. Sumqayıt şəhər icra idarəsi həmin evə dair hərracın keçirilməsi üçün sifariş verilmişdir. Qanuna zidd olaraq 3-cü dəfə keçirilən hərracda, həmin ev 31 875 manat müqabilində ipoteka saxlayan “xxxx” ASC tərəfindən əldə edilmişdir. İddiaçı mənzilinə dair keçirilən hərracın yekunlarını qanuna zidd hesab edir. Belə ki, kredit müqaviləsi üzrə borc ödənilmədiyinə görə məhkəmənin qərarı əsasında ünvan 3 ünvanında yerləşən 46 saylı mənzillə bağlı Sumqayıt şəhərİcra idarəsi tərəfindən hərracın keçirilməsi üçün sifariş verilmişdir. Keçirilən hərracla bağlı iddiaçının məlumatı olmamışdır. Hərracın keçirilməsi formal xarakterli olmuş, hərraciddiaçının maraqlarına uyğun həyata keçirilmişdir. Guya birinci keçirilən hərraczamanı iddiaçıya məxsus olan ünvan 2 ünvanında yerləşən 46 saylı mənzil 50 000 manata satışa çıxarılmış, lakin hərracbaş tutmadığından təkrar hərrac keçirilməsi təyin edilmişdir. Növbəti hərracdaqeyd olunan mənzil 42 500 manat məbləğində müəyyən olunaraq hərraca çıxarılmış, lakin hərrac yenidən baş tutmamışdır. Üçüncü dəfə qeyd olunan mənzilin hərracda satış qiyməti 31 875 manat məbləğində müəyyən edilərən iddiaçı “xxxx” ASC-yə təklif edilmiş və mənzil bankın əməkdaşı tərəfindən hərracda alınmışdır. Qeyd edilən hərracla bağlı iddiaçının heç bir məlumatı olmamış, bu barədə məlumatı Sumqayıt şəhər İcra və Probasiya idarəsi tərəfindən mənzilin boşaldılması ilə bağlı xəbərdarlıqlarından sonar məlumat almışdır. Mənzilin hərracda müəyyən olunmuş satış qiyməti hərracın formal keçirilməsinin sübutudur. İpoteka predmeti olan mənzil Sumqayıt şəhərinin mərkəzində yerləşir və 2015-ci ildə evin qiyməti 50 000 manat (real dəyərindən az) müəyyən edilmişdir. 2015-ci ildə manatın ABŞ dollarına nisbətdə dəyərinin ən azı 2 dəfə itirməsi ölkəmizdə inflasiyay səbəb olmuş, bütün sahələrdə nəzərə çarpacaq həddə bahalaşma olmuşdur. Belə olan halda 2015ci ildə 50 000manat məbləğində qiymətləndirilənm mənzil niyə 2017-ci ildə 31 875 manat məbləğində qiymətləndirilərək hərraca çıxarılsın. İddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizəilə məhkəməyə müraciət edərək, ünvan 2, mənzil 46 hal-hazırda “xxxx” ASC-nin mülkiyyətində olduğu üçün “xxxx” ASC-nin cavabdeh kimi işə cəlb edilərək iddia ərizəsinin xahiş edirəm hissəsindəki qeyd etdiklərinin nəzərə alınmasını xahiş etmişdir. Məhkəmə iclasında iddiaçı iddia ərizəsi ilə eyni məzmunlu izahat verərək, bildirdi ki, hərrac keçirilərkən qanun normaları pozulub ona görə də, cavabdeh “xxxx” ASC-nin mülkiyyətində olan ünvan 1 ünvanında yerləşən 46 saylı mənzilə dair “xxxx” MMC tərəfindən keçirilən hərrac və hərracın yekunlarına dair tərtib edilmiş protokol etibarsız hesab edilməlidir. Məhkəmə iclasında “xxxx” ASC-nin nümayəndəsi izahat verərək, iddianın əsassız olduğu üçün rədd edilməsini xahiş etdi. Cavabdeh Sumqayıt şəhəri İcra və Probasiya İdarəsi və üçüncü şəxs “xxxx” MMC-nin nümayəndəsinə məhkəmə iclası barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, onlar məhkəmə iclasına gəlməmişlər. Qanunvericiliyin tələbləri baxımından məhkəmə mülki işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının və cavabdeh “xxxx” ASC-nin nümayəndəsinin izahatlarını dinləyib iş materiallarını araşdıraraq və iş üzrə sübutlara hüquqi qiymət verərək hesab edir ki, iddia rədd edilməlidir.. Belə ki, iş materiallarında olan - Sumqayıt şəhəri üzrə İcra idarəsinin icra məmuru Abusət Qasımov tərəfindən “xxxx” MMC-yə ünvanlanmış sifarişdən görünür ki, Sumqayıt şəhər Məhkəməsi tərəfindən verilmiş 2(060)-3865/2016 saylı. 08.07.2016-cıil tarixli icra sənədinə əsasən borclu İddiaçı cəmi 16420,68 ABŞ dolları borc və iş üzrə ödənilmiş 30 manat dövlət rüsumu “xxxx” ASCnin xeyrinə ödənilməlidir. Borc ipoteka predmetinə yönəldilməlidir. İpoteka predmeti borclu AğayevRamil Vahid oğlunun tam mülkiyyətində olan ünvan 7 ünvanında yerləşən 46 saylı mənzil sahəsinə yönəldilməli,həmin əmlakın ilkin satış qiymətinin 50.000 manat məbləğində müəyyən edilməli, əmlak açıq hərracdasatılmalı və onun satışından əldə olunmuşpul vəsaiti hesabına cəmi 16420,68 ABŞ dolları borcvə iş üzrə ödənilmiş 30 manat dövlət rüsumu məbləğindəpulun tələbkar “xxxx” ASC-yə ödənilməli, satıldıqdan bir ay sonra əmlakın boşaldılmalı olduğu qeyd edilmişdir. Beləliklə, məhkəmə araşdırılması zamanı müəyyən olundu ki, xxxx” ASC-nin iddiası Sumqayıt Şəhər Məhkəməsinin 08.07.2015-ci il tarixli, 2(060)-3865/2015 saylı qətnaməsi ilə təmin edilərək iddiaçıdan 14 717.16 ABŞ dolları əsas borc, 1693,52 ABŞ dolları faiz borcu,cəmi 16 420,68 ABŞ dolları borc və iş üzrə ödənilmiş 30manat dövlət rüsumunun tutularaq iddiaçıya ödənilməsi, həmin borcun ipotekaya qoyulmuş iddiaçıya məxsus olan və 50 000 manat məbləğində qiymətləndirilmiş ünvan 2 ünvanında yerləşən 46 saylı mənzilə yönəldilməklə mənzilin açıq hərracda satılması, satışdan əldə olunmuş pul vəsaiti hesabına cəmi məbləği 16 420,68 ABŞ dolları və ödənilmiş 30 manat məbləğində pulun iddiaçı “xxxx” ASC-yə ödənilməsi, satıldıqdan bir ay sonar evin boşaldılması qət edilmişdir. Qətnamə 09 avqust 2015-ci ildə qanuni qüvvəsini almış və 09 avqust 2016-cı ildə icra vərəqəsi verilmişdir. Qətnamə qüvvəyə mindikdən sonbra icraya yönəldilmişdir. Sumqayıt şəhər icra idarəsi həmin evə dair hərracın keçirilməsi üçün sifariş verilmişdir. Qanuna zidd olaraq 3-cü dəfə keçirilən hərracda, həmin ev 31 875 manat müqabilində ipoteka saxlayan “xxxx” ASC tərəfindən əldə edilmişdir. Məhkəmə iddia tələbi ilə bağlı aşağıdakı hüquq normalarının qeyd edilməsini zəruri hesab edir. Məhkəmə araşdırması zamanı hərrac təşkilatı tərəfindən hərracın keçirilməsi zamanı qanun pozuntusuna yol verilməsi müəyyən edilməmişdir. Belə ki, birinci hərracın keçirilməsi barədə İddiaçı qeydiyyatda olduğu ünvana bildirişlər göndərilmiş və kütləvi informasiya vasitələrində hərrac gününə 30 gün qalmış birinci elan, 15 gün qalmış ikinci elan dərc edilmişdir. İkinci hərracın keçirilməsi baradə prosedur qaydalarına eynilə riayət olunmuşdur. Hərrac təşkilatı tərəfindən məhkəməyə təqdim edilmiş açıq hərracın keçirilməsinə dair 01, 01/2 və 02/2 saylı bildirişlərdən məlum olur ki, mənzil ikinci hərraca ilkin satış qiymətindən 15 % (faiz) aşağı qiymətə çıxarılmışdır. Bundan belə nəticəyə gəlmək olur ki, İpoteka haqqında qanunun 43.5-ci maddəsində nəzərdə tutulmuş səbəblərə görə (yəni həmin qanunun 43.1.2-ci maddəsində nəzərdə tutlmuş hal-iştrakçı olmadıqda), hərracın iştrakçısı olmadığı üçün ikinci hərrac təyin edilib. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, yüklü edilmiş əşyaya, xüsusən də ipoteka predmetinə mülkiyyət hüququna xitam verilmə “İpoteka haqqında” qanunla tənzimlənir.Buna görə də, “İpoteka haqqında” Qanunla mülkiyyət hüququnun itirilməsi üçün mütləq ipoteka predmetinin satılması vacibdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsində mülkiyyət hüquqlarının xitam olunma əsasları və mülkiyyət hüquqlarının qeydiyyatı barədə müvafiq norma da öz əksini tapmış, həmin Məcəllənin 205.2-ci maddəsində tutmanın yönəldildiyi əmlaka mülkiyyətçinin mülkiyyət hüququna, alınmış əmlakın keçdiyi şəxsin həmin əmlaka mülkiyyət hüququnun yarandığı andan xitam verildiyi nəzərdə tutulmuşdur. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin 1-ci hissəsinə görə Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Azərbaycan Respublikasının tərəfdar çıxdığı “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasına 1 saylı Protokolun 1-ci maddəsinə əsasən də, “hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Heç kəs cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz.” maddi nemətlərin fərdi mənsubiyyətini təsbit edən mülkiyyət hüququ insan hüquqlarının ümumi nəzəriyyəsində iqtisadi hüquq və azadlıqlar sistemində, Azərbaycan Respublikasının Konstitusiyasında (13 və 29-cu maddələr) və ölkəmizin qoşulduğu beynəlxalq-hüquqi aktlarda (İnsan hüquqları haqqında Ümumi Bəyannamənin 17-ci maddəsi, İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında Konvensiyaya 1 saylı əlavə protokolun 1-ci maddəsi və s.) nəzərdə tutulmuş fundamental insan hüquqları sırasında mühüm yer tutur. Mülkiyyət hüququ hamılıqla qəbul edilmiş ali insani dəyərləri özündə əks etdirən demokratik cəmiyyətin, hüquqi dövlətin təməl daşlarından biri hesab edilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinə görə mülkiyyət hüququ subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüquqdur. Beləliklə, qeyd olunan müddəaların mənasına görə mülkiyyət hüququ təbiəti etibarilə nəinki mülkiyyətçinin hüquqi təsbit olunmuş geniş səlahiyyətləridir (ona məxsus olan əmlaka faktiki sahib olmaq, öz tələbatlarının təmin olunması üçün təyinatından asılı olaraq bu əmlakdan istədiyi kimi istifadə etmək, əmlakın hüquqi müqəddəratını öz iradəsinə görə müəyyən etmək), həm də qüvvədə olan qanunvericiliyin çərçivəsində digər şəxslərin hüquq və qanunla qorunan maraqlarını pozmadan mülkiyyətçinin dövlət tərəfindən təminat altına alınmış həmin əmlak üzərindəki hüquqlarına üçüncü şəxslərin qeyri-hüquqi müdaxiləsini aradan götürmək, bu zaman öz mülahizəsinə görə və maraqlarına uyğun hərəkət etmək səlahiyyətidir. Məhkəmə iddia tələbinin mübahisəli mənzilə dair keçirilmiş hərracın etibarsız hesab olunmasına dair gətirdiyi arqumenti, yəni keçirilən hərrac barədə onun məlumatının olmaması hissəsini araşdıraraq hesab edir ki, iddiaçı tərəfindən gətirilən arqument hərracın etibarsız hesab edilməsi üçün əsas hesab edilə bilməz. Belə ki, məhkəmə araşdırması zamanı poçt bildirşləri vaxtında ünvan sahibinə çatdırılmasıda müəyyən edilmişdir. Beləliklə, məhkəmə iş üzrə təqdim edilmiş sübutları məcmu halında qiymətləndirərək və sadalanan hüquq normalarının tələblərini nəzərə alaraq hesab edir ki, idiaçının iddia tələbi təmin edilməməlidir. Azərbaycan Respublikası MPM-nin 77.1.-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası MPM-nin 14.2.-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası MPM-nin 217.4.-cü maddəsinə əsasən, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220-ci, 360cı maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: İddiaçı cavabdeh “xxxx” ASC-nin mülkiyyətində olan ünvan 1 ünvanında yerləşən 46 saylı mənzilə dair “xxxx” MMC tərəfindən keçirilən hərrac və hərracın yekunlarına dair tərtib edilmiş protokolun etibarsız hesab edilməsi barədə iddiası təmin edilməsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1(bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Elmir Hüseynov
Məhkəmə qərarları › İş №2(060)-4193/2021
Sumqayıt Şəhər Məhkəməsi Qətnamə — İş №2(060)-4193/2021
29.06.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İpoteka müqaviləsi üzrə mübahisələr - İpoteka üzrə hərracın nəticələrinin ləğv edilməsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver