Məhkəmə qərarları › İş №2(060)-4195/2023

Sumqayıt Şəhər Məhkəməsi Qətnamə — İş №2(060)-4195/2023

07.08.2023 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(060)-4195/2023 07.08.2023 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Tanrıverdiyeva Günel Cəbrayıl qızının sədrliyi, Əsədli İlahə Yusif qızının katibliyi, İddiaçı, Cavabdeh "xxxx" ASC-nin etibarnamə üzrə səlahiyyətli nümayəndəsi X1 iştirakı ilə İddiaçı cavabdeh "xxxx" ASC-yə qarşı borcun silinməsi tələbinə dair mülki işə 07 avqust 2023-cü il tarixdə ünvan 2qayıt şəhər Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı cavabdeh "xxxx" ASC-yə qarşı əsassız olaraq akta əsasən hesablanmış borcun silinməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ünvan 2qayıt şəhəri, 13-cü mikrorayon, 2 saylı evin 13 saylı mənzilinə dair enerji sayğacına görə tərtib olunmuş 287419 nömrəli, xx.xx.2022-ci il tarixli akt əsasında yaranmış 1040.65 manat məbləğində borcun silinməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Daha sonra İddiaçı məhkəməyə iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək, ünvan 2qayıt şəhəri, 13-cü mikrorayon, 2 saylı evin 13 saylı mənzilinə dair enerji sayğacına görə tərtib olunmuş 287419 nömrəli, xx.xx.2022-ci il tarixli akt əsasında yaranmış 571 manat məbləğində borcun silinməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, ünvan 2qayıt şəhəri, 13-cü mikrorayon, 2 saylı evin 13 saylı mənzili AR ƏMDK yanında DƏDRX-nin ******* nömrəli, xx.xx.2018-ci il tarixli çıxarışı ilə onun mülkiyyətində və istifadəsindədir. Həmin evə quraşdırılmış elektrik sayğacına dair **********00064 nömrəli abonent kodu Qayıbxanova Sinəgülün qeydiyyata alınmışdır. Heç vaxt kommunal ödənişləri ilə bağlı heç bir problem yaranmamışdır. Belə ki, xx.xx.2022-ci il tarixdə ‘'Azərişıq” ASC-nin əməkdaşları yaşadığı evə gələrək 287419 nömrəli, xx.xx.2022-ci il tarixli akt tərtib etmişlər. Həmin seriyalı aktda sayğacın sxemdən parlaşdırılaraq kənar xəttdən istifadə olunması qeyd edilmişdir. Bunun nəticəsi olaraq ki, həmin akt əsasında 1040.65 manat məbləğində borc yaranmışdır. Qeyd edir ki, istifadəsində olan sayğac 2022-ci ilin iyul ayında digər ilə əvəzlənmişdir. Heç vaxt da aylıq ödənişlərində gecikmə etməmişdir, ödənişləri vaxtı vaxtında etmişdir. Yaranmış həmin borcu qanunsuz və əsassız hesab edir. Belə ki, akt tərtib olunarkən belə o, evdə olmamışdır. Sözügedən sayğac binanın blokunda hündür məsafədə quraşdırılmışdır. Nə o, nə ailə üzvləri tərəfindən sayğaca heç bir müdaxilə olunmamışdır. Həmçinin sayğaca nəzarət cavabdeh təşkilatın əməkdaşlarının nəzarətində olan işdir. Bu müddət ərzində nəzarətçinin sayğaca nəzarət etməməsi və işinə səhlənkar yanaşması onun hüquqlarını tapdalayır. Bu borc reallığı əks etdirmir. Hesab edir ki, "xxxx" ASC tərəfındən hesablanmış 1335.69 manat məbləğində borc Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2005-ci il 02 fevral tarixli 18 saylı qərarı ilə təsdiq edilmiş “Elektrik enerjisindən istifadə qaydaları”nın tələblərinə zidd olaraq əsassız hesablanmışdır. Yaranmış həmin borcu qanunsuz və əsassız hesab edir. Ona görə də məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Hesab edir ki, cavabdeh "xxxx" ASC tərəfindən heç bir əsası olmadan qeyri-müəyyən hesablanmış borcun məndən tələb etməsi onun hüququnun kobud şəkildə pozulması kimi qiymətləndirilməlidir. Hesab edir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2005-ci il 02 fevral tarixli 18 saylı qərarı ilə təsdiq edilmiş “Elektrik enerjisindən istifadə qaydaları”nın tələblərinə zidd olaraq (orta gündəlik elektrik enerjisi sərfınə uyğun hesablama məişət abonenti istisna olmaqla hesablanır) əsassız, orta sərfıyyatla qeyri müəyyən hesablanılmış borc silinməlidır. Qeyd edilənlərə əsasən iddiaçı məhkəmədən iddia tələbinin təmin edilməsini xahiş etmişdir. Cavabdeh "xxxx" ASC məhkəməyə etiraz təqdim edərək bildirmişdir ki, İddiaçı iddia ərizəsi ilə ünvan 2qayıt şəhər Məhkəməsinə müraciət edərək, ünvan 2qayıt şəhəri, 13-cü mikrorayon, 2 saylı evin 13 saylı mənzilə dair enerji sayğacına görə tərtib olunmuş 287419 N-İi, xx.xx.2022-ci il tarixli akt əsasında yaranmış sayğacın 1040.65 manat borcun silinməsi tələbinə dair qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Aşağıda sadalananlara əsasən İddiaçı Hacıəhrnəd oğlunun "Azərişıq” ASC-yə qarşı hazırki iddia tələbi mövcud qanunvericiliyin tələblərinə zidd və əsassız olduğu üçün hüquqdan suiistifadə hesab edilərək təmin olunmamalıdır. Belə ki, 29 dekabr 2022-ci il tarixdə "xxxx" ASC-nin əməkdaşları tərəfindən abonentə məxsus mənzilin elektrik hesabat sayğacına baxış keçirilərkən məlum olub ki, mənzilin elektrik hesabat sayğacı sxemdən kənarlaşdırılıb. Pk=l.l kvt Psay=0 kvt olması halı aşkar edilmiş və Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2005-ci il tarixli, 18 nömrəli qərarı ilə təsdiq edilmiş "Elektrik enerjisindən istifadə qaydaları"nın (EEİQ) 8.17-ci bəndinin tələblərinə uyğun olaraq 29 dekabr 2022-ci il tarixli, 287419 saylı akt əsasında 528.44 manat dəyərində itirilmiş elektrik enerjisi bərpa edilmiş və bu barədə aktda müvafiq qeydlər aparılmışdır. Həmçinin yuxarıda qeyd olunan mənzildə kənar xəttin aşkar olduğu zaman çəkilən video çəkiliş evdə kənar xəttdən isdifadə olunmasını bir daha sübut edir. Bununla əlaqədar abonentə qarşı Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2005-ci il tarixli, 18 nömrəli qərarı ilə təsdiq edilmiş "Elektrik enerjisindən istifadə qaydaları"nın (EEİQ) 8.17.1ci bəndinin İstehlakçı (o cümlədən məişət abonenti) hesablaşma elektrik sayğacından kənar elektrik xətti vasitəsilə elektrik şəbəkəsinə qanunsuz qoşulduqda, enerjı təchizat müəssisəsi tərəfindən bu Qaydaların 7.18-ci və 7.19-cu bəndləri nəzərə alınmaqla qanunsuz elektrik xətti açılmalı və bu Qaydaların 10.18.9-1-ci yarımbəndinə uyğun olaraq elektrik şəbəkəsinə qoşulmaqla, elektrik enerjisinin talanması hallarının qarşısının alınması məqsədilə paylayıcı qurğulara keçirilmiş sonuncu baxış tarixindən on iki aydan çox olmayan müddətdə istifadə edilmiş elektrik enerjisinin dəyəri sayğacdan kənar çəkilmiş elektrik naqilinin en kəsiyindən buraxıla bilən maksimum cərəyan, gərginlik və məişət abonentlərinə münasibətdə sutkanın 24 saatı, digər istehlakçılara münasibətdə isə onların işləmə saatı nəzərə alınmaqla yenidən hesablanır. İstehlakçı (o cümlədən məişət abonenti) hesablaşma elektrik sayğacını xüsusi qurğu vasitəsilə sxemdən kənarlaşdırdıqda, enerji təchizat müəssisəsi tərəfindən bu Qaydaların 7.18-ci və 7.19-cu bəndləri nəzərə alınmaqla pozuntu aradan qaldırılmalı, on iki aydan çox olmayan müddətdə istifadə edilmiş elektrik enerjisinin dəyəri elektrik qəbuledicilərinin gücü məişət abonentlərinə münasibətdə sutkanın 24 saatı, digər istehlakçılara münasibətdə isə onların işləmə saatı nəzərə alınmaqla yenidən hesablanır. 8.17-2. İstehlakçı (o cümlədən məişət abonenti) tərəfindən bu Qaydaların 8.17-ci və 8.17-1-ci bəndlərində nəzərdə tutulan hallara yol verildiyi aşkar edildikdə, enerji təchizatı müəssisəsinin nümayəndəsi onun iştirakı ilə akt tərtib edir və aktın bir nüsxəsini istehlakçıya təqdim etməlidir. Enerjı təchizatı müəssisəsinin niimayəndəsi tərtib etdiyi akta vurulmuş zərərin bu Qaydaların 8.17-ci və 8.17-1-ci bəndlərinə uyğun olaraq hesablanmış məbləği barədə ilkin məlumatı əlavə edir. Akt enerji təchizatı müəssisəsinin nümayəndəsi və istehlakçı tərəfindən imzalanmalıdır. İstehlakçı aktı imzalamaqdan imtina etdikdə, bu barədə aktda müvafiq qeyd aparılır və yol verilmiş pozuntu texniki vasitələrlə (foto və ya videoçəkiliş aparılmaqla) qeydə alınır. İstehlakçı izahatlar və aktın məzmunu barəsində öz mülahizələrini təqdim etmək, habelə aktı imzalamaqdan imtina etməsinin səbəblərini göstərmək hüququna malikdir, bu izahatlar və mülahizələr akta əlavə olunur. İddiaçı qeyd edilən akta əsasən ona məxsus mənzilə 1040.65 manat hesablaşma aparıldığını iddia edərək həmin məbləğin silinməsini məhkəmədən xahiş edir. Göründüyü kimi iddiaçının silinməsini tələb etdiyi məbləğin ona akta əsasən hesablanmış məbləğə hər hansı uyğunluğu yoxdur və onun belə bir iddia tələbinin nə ilə əsaslandırıldığı məlum deyildir. Bundan başqa Azərbaycan Respublikası Mülki Prosessual məcəlləsinin 149-cu maddəsinə əsasən "iddiaçının və ya ərizəçinin tələbi, onların öz tələblərini əsaslandırdıqları hallar; qanunlara və digər normativ hüquqi aktlara əsaslanan tələbin əsaslandırıldığı hüquqi tövsif, iddia bir neçə cavabdehə yonəldildikdə isə onların hər birinə qarşı yönələn tələb iddia ərizəsində göstərilməlidir". Yuxarıda qeyd edilənlərə əsasəıı hesab edirlər ki, iddiaçının aktın etibarsız hesab edilməsi və hesablanmış məbləğin silinməsi barədə iddia tələbi qanunsuz və əsassızdır və onun bu iddia tələbi yaranmış debitor borcunu ödəməkdən imtina etmək niyyətindən irəli gəlir. Bu isə iddiaçının hüquqdan sui-istifadə etməsi qənaətinə gəlinməsinə əsas verir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 560.3.2-ci maddəsinə əsasən şəxsin öz vəzifələrini kobudcasına pozmasına baxmayaraq hüquqlarının həyata keçirməsi hüquqdan sui-istifadə hesab edilməlidir. Həmçinin həmin maddəyə görə hüquqdan sui-istifadə yolverilməzdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 425-ci maddəsinə əsasən öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Göründüyü kimi yuxarıda istinad edilmiş hüquq normaları imperativ norma olduğundan həmin normaların istehlakçının üzərinə qoyduğu tələblərə onun tərəfindən mütləq əməl olunmalıdır.Qeyd edilənlərə əsasən, İddiaçı Həcıəhməd oğlunun ünvan 2qayıt şəhəri, 13cü mikrorayon, 2 saylı evin 13 saylı mənzilə dair enerji sayğacına görə tərtib olunmuş 287419 nömrəli xx.xx.2022-ci il tarixli akt əsasında yaranmış sayğacın 1040.65 manat borcun silinməsi tələbinə dair" iddia tələbinin əssasız olduğu üçün iddia tələbinin rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddia tələbini müdafiə etdiyini bildirdi və əlavə olaraq qeyd etdi ki, onun yaşadığı mənzilə kənar xəttin kimin tərəfindən çəkilməsi barədə məlumatı yoxdur. Sözügedən mənzil 1 otaqlıdır. Həmin mənzil kirayə verilir. Həmin mənzildə elektrik enerjisindən istifadə nəticəsində təxminən 20 manat, qış aylarında isə 30 manat hesablanır. Qeyd edilənlərə əsasən iddiaçı iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iştirak edən cavabdeh "xxxx" ASC-nin X2 etiraza uyğun izahat verərək iddia tələbini qəbul etmədiyini bildirdi və əlavə olaraq qeyd etdi ki, yazılmış borc əsaslıdır. Mənzilə baxış keçirilən zaman sayğaca kənar xətt qoşulduğu müəyyən edilmiş, akt tərtib olunmuş və həmin akt əsasında iddiaçıya cəmi 528.44 manat məbləğində cərimə yazılmışdır. Onu da məhkəmənin nəzərinə çatdırır ki, kənar xətt aşkarlananda 1 il müddətinə, sayğacda qüsur aşkarlandığı halda isə 1 ay müddətinə hesablama aparıla bilərdi. Əlavə olaraq onu da bildirir ki, mənzilə baxış 2022-ci il tarixdə olduğundan həmin məsələyə dair videogörüntünü məhkəməyə təqdim etmək mümkün deyil. Nümayəndə qeyd edilənlərə əsasən iddia tələbinin təmin edilməməsi barədə qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə tərəfindən işin halları müəyyən edilərkən aşağıdakı sübutlara istinad edilmişdir: İşdə olan çıxarışın surətindən görünür ki, ünvan 2qayıt şəhəri, 13-cü mikrorayon, 2 saylı evin 13 saylı mənzil xüsusi mülkiyyət hüququ üzrə İddiaçı adına ********** qeydiyyat nömrəsi ilə xx.xx.2018-cü il tarixdə qeydə alınmışdır. İş materiallarında olan 287419 nömrəli xx.xx.2022-ci il tarixli aktdan görünür ki, ünvan 2qayıt şəhəri, 13-cü mikrorayon, 2 saylı evin 13 saylı mənzilində elektrik sayğacına baxış keçirilən zaman sayğaca kənar xəttin qoşulduğu halı aşkar edilmişdir. İş materiallarında olan abunə haqqında məlumatdan görünür ki, ünvan 2qayıt şəhəri, 13-cü mikrorayon, 2 saylı evin 13 saylı mənzili (ünvan 1 ünvanında quraşdırılmış **********00064 saylı abonentin xx.xx.2023-cü il tarixə 559.43 manat məbləğində borcu vardır. İş materiallarında olan Əhali istehlakçılar qrupuna aid olan abonentlərin uçot komplektlərinə dair Satış sahələri üzrə və Texniki sahələr üzrə tələblərdən görünür ki, ünvan 2qayıt şəhəri, 13-cü mikrorayon, 2 saylı evin 13 saylı mənzil ünvanında sayğaca kənar xəttin qoşulduğu halı aşkar müəyyən edilmiş, bununla əlaqədar həmin ünvana 528.44 manat cərimə hesablanmış, həmin cərimənin hesablanması üçün əsas 287419 nömrəli xx.xx.2022-ci il tarixli aktdır. Məhkəmə tərəfləri dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi qismən təmin edilməlidir. Belə ki, məhkəmə tərəfindən müəyyən edilmişdir ki, cavabdeh "xxxx" ASC tərəfindən iddiaçıya məxsus ünvan 2qayıt şəhəri, 13-cü mikrorayon, ev 2, mənzil 13 ünvanında sayğaca xx.xx.2022-ci il tarixdə baxış keçirilmiş, sayğaca müdaxilə (kənar xətt vasitəsilə) edildiyi aşkar olunduğundan "xxxx" ASC tərəfindən 287419 nömrəli xx.xx.2022-ci il tarixli akt tərtib olunmuş və həmin akt əsasında iddiaçıya 528.44 manat borc hesablanmışdır. AR Mülki Məcəlləsinin 425.1-ci maddəsinə görə, öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2005-ci il tarixli, 18 nömrəli qərarı ilə təsdıq edilmiş “Elektrik enerjisindən istifadə qaydaları”na (EEİQ) görəelektrik enerjisinə görə hesablaşmalar uçot cihazlarının hesablaşma dövründəki göstərişlərinə əsasən aparılır. Bir qayda olaraq, hesablaşma dövrü 1 ay qəbul olunur. Enerji təchizatı müəssisəsi istehlakçıya verdiyi elektrik enerjisinin dəyərini yalnız sayğacın göstəricilərinə əsasən tam hesablamalı və hər ay istehlakçıya məlumat (hesab) təqdim etməlidir (göndərməlidir). “Elektrik enerjisindən istifadə Qaydaları”nın 8.1-ci bəndinə əsasən dövlət elektroenergetika müəssisəsindən enerjitəchizatı müəssisəsinə, enerjitəchizatı müəssisəsindən abonentə, abonentdən subabonentə elektrik enerjisinin verilişi yalnız müvafiq olaraq tərəflər arasında bağlanmış elektrik enerjisinin alqı-satqı müqaviləsinə əsasən və onlar üçün təyin olunmuş elektrik enerjisinin tariflərinə uyğun aparılır. Həmin Qaydaların 8.32-ci bəndinə (mübahisəli akt tərtib olunan zaman qüvvədə olan) əsasən məişət abonenti (mənzillər üzrə hesablaşma elektrik sayğacı yaşayış binasının girişində, yaxud pilləkən meydançasında quraşdırılmış məişət abonenti istisna olmaqla) tərəfindən hesablaşma elektrik sayğaclarının qoşulma sxeminin dəyişdirilməsi, sayğacın baxış şüşəsinin sındırılması, plombunun qırılması, sayğacın diskinin süni şəkildə dayandırılması və elektrik enerjisindən istifadə göstərişini azaltmaq məqsədilə edilmiş digər pozuntulara yol verildiyi aşkar edildikdə, enerjitəchizatı müəssisəsi onu şəbəkədən açmalı və hesablaşma elektrik sayğacının sonuncu dəfə əvəz olunması və ya qoşulma sxeminin yoxlanması tarixindən sonrakı müddət üçün, ancaq Azərbaycan Respublikasının Mülki Məcəlləsində nəzərdə tutulmuş iddia müddəti daxilində elektrik enerjisindən istifadəyə görə yenidən hesablaşma aparmağa borcludur. Məişət abonenti (mənzillər üzrə hesablaşma elektrik sayğacı yaşayış binasının girişində, yaxud pilləkən meydançasında quraşdırılmış məişət abonenti istisna olmaqla) tərəfindən göstərilən pozuntulara yol verildikdə, elektrik enerjisindən istifadəyə görə yenidən hesablaşma aşağıdakı kimi aparılır: a) məişət abonentində şəbəkəyə bilavasitə qoşulan elektrik sayğacı quraşdırıldıqda, sayğacın nominal cərəyanı, gərginlik və sutkanın 24 saatı ərzində elektrik enerjisindən istifadə edildiyi nəzərə alınmaqla hesabat aparılır; b) məişət abonentində ölçü transformatoru vasitəsilə elektrik sayğacı quraşdırıldıqda, cərəyan transformatorunun yüksək tərəfindəki nominal cərəyanı, gərginlik və sutkanın 24 saatı ərzində elektrik enerjisindən istifadə edildiyi nəzərə alınmaqla hesabat aparılır. Məişət abonenti hesablaşma elektrik sayğacından kənar elektrik xətti çəkmişdirsə, yaxud elektrik sayğacının göstərişini təhrif etmək üçün qurğu quraşdırmışdırsa, həmçinin mənzildə quraşdırılmış hesablaşma elektrik sayğacını zədələyərək onu sıradan çıxarmışdırsa və ya sayğacı sxemdən çıxarmışdırsa, enerjitəchizatı müəssisəsi onu şəbəkədən açmalı və hesablaşma elektrik sayğacının sonuncu dəfə əvəz olunması və ya qoşulma sxeminin yoxlanması tarixindən sonrakı müddət üçün ancaq Azərbaycan Respublikasının Mülki Məcəlləsində nəzərdə tutulmuş iddia müddəti daxilində elektrik enerjisinə görə yenidən hesablaşma aparmağa borcludur. Məişət abonenti tərəfindən göstərilən pozuntulara yol verildikdə, elektrik enerjisindən istifadəyə görə yenidən hesablaşma məişət abonentini qidalandıran elektrik naqilinin cərəyan yükünü, gərginlik və sutkanın 24 saatı ərzində elektrik enerjisindən istifadə edildiyi nəzərə alınmaqla hesabat aparılır. Məhkəmə qeyd edir ki, "xxxx" ASC tərəfindən 287419 nömrəli xx.xx.2022-ci il tarixli akta və həmin aktın tərtib edilməsi üçün əsas olmuş hallara dair məhkəməyə hər hansı sübut (video və ya foto görüntü, şahid ifadələri və s.) təqdim edilməmişdir. Bu səbəbdən həmin aktın qanuni olub-olmamasının məhkəmə tərəfindən yoxlanılması mümkün olmamışdır. Halbuki, məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir (Mülki Prosessual Məcəllənin 14.1-ci maddəsi). Həmin Məcəllənin 14.2-ci maddəsində isə qeyd edilir ki, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Göründüyü kimi, mülki icraatda məhkəmə həqiqətin müəyyən edilməsinə yalnız tərəflərin təqdim etdikləri sübutlar çərçivəsində nail ola bilər. Bu baxımdan tərəflərin təqdim etdikləri sübutların obyektiv, qərəzsiz və hərtərəfli araşdırılması mülki prosessual qanunvericilikdə məhkəmənin üzərinə qoyulmuş əsas vəzifələrdən biridir. İstinad olunan Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. MPM-in 77.1-ci maddəsində sübutetmə vəzifəsi tərəflər arasında bölüşdürüldüyündən iddiaçı və cavabdeh, yəni tərəflər öz tələblərinin və etirazlarının əsası kimi istinad etdikləri halları özləri sübut etməlidirlər. İddiaçı iddianın əsasını təşkil edən halları sübut etməlidir. Həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar aiddir. Məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur (Mülki Prosessual Məcəllənin 80, 81 və 88ci maddələri). Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, cavabdeh iddiaya etirazının əsası kimi istinad etdiyi halları sübuta yetirə bilməmişdir. Məhkəmə onu da qeyd edir ki, iddiaçı 571 manat borcun silinməsi tələb etsə də, 287419 nömrəli xx.xx.2022-ci il tarixli akt əsasında "xxxx" ASC tərəfindən iddiaçıya 528,44 manat məbləğində borc hesablandığından məhkəmə hesab edir ki, iddia tələbi 528,44 manat borcun silinməsi hissəsində təmin edilməli, qalan hissədə iddia tələbi təmin edilməməlidir. Azərbaycan Respublikası MPM-nin 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220 və 360-cı maddələrini rəhbər tutub, məhkəmə qət etdi: İddia tələbi qismən təmin edilsin. ünvan 2qayıt şəhəri, 13-cü mikrorayon, ev 2, mənzil 13 ünvanında (abunə kodu: **********00064) elektirik enerjisindən istifadəyə görə hesablanmış 528,44 (beş yüz iyirmi səkkiz manat qırx dörd qəpik) manat məbləğində borc cavabdeh "xxxx" ASC tərəfindən silinsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Qətnamə rəsmi qaydada verildiyi gündən bir ay müddətində ünvan 2qayıt şəhər Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası ünvan 2qayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Günel Tanrıverdiyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar