Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(060)-420/2023 13.01.2023 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Hüseynov Elmir Xoşbəxt oğlunun sədrliyi, Rüstəmli Aytən Kamil qızının katibliyi, İddiaçı, Cavabdeh2, Cavabdeh2 nümayəndəsi-vəkil Nümayəndə iştirakı ilə, İddiaçı Cavabdeh2 və Sumqayıt şəhəri 1 saylı Notariat Ofisinə qarşı müqavilənin etibarsız hesab edilməsi tələbinə dair iddia ərizəsi üzrə mülki işə Sumqayıt Şəhər Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı iddia ərizəsi ilə Sumqayıt Şəhər Məhkəməsinə müraciət edərək, Sumqayıt şəhər 1 saylı Notariat Ofisində onunla Cavabdeh2 arasında xx.xx.2020-ci il tarixdə bağlanmış kredit müqaviləsinin etibarsız hesab edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, iddiaçı ilə Cavabdeh2 arasında 02 mart 2020-ci ildə kredit müqaviləsi bağlanılmış və həmin müqavilə Sumqayıt şəhəri 1 saylı notariat ofisində təsdiq edilmişdir. Müqavilənin 1-ci bəndində göstərilmişdir ki, “borc verən” Cavabdeh2 “borc alana” - yəni iddiaçıya 22225 manat məbləğində pulu notariusun bankda açılan depozit hesabı vasitəsi ilə borc verir. Əslində isə Cavabdeh2 tərəfindən iddiaçıya hər hansı borc verilməyib, notariusun bankda açılan depozitinə iddiaçı tərəfindən pul məbləği qoyulmamışdır. Həmin pul başqa şəxs tərəfindən depozitə qoyulub və onun tərəfindən də götürülmüşdür. Yəni iddiaçıya həmin məbləğdə pul verilməmişdir. İddiaçı ilə cavabdeh arasında 2015-ci ildə ticarət sahəsində münasibətləri yaranmışdır, belə ki, paltar alış-satışı üçün hər ikisi şərik olaraq ümumilikdə 25000 (15000 manatı iddiaçı, 10000 manatı isə cavabdeh verib) manat pul sərmayəyə qoymuşlar. Manat devalvasiyaya uğradığından hər ikisi ziyana düşmüş, sonra iddiaçı ziyandan çıxmaq üçün iddiaçıya məxsus olan 1 otaqlı evi satmağa məcbur olmuçdur. Buna baxmayaraq alver edə bilməyərək, daha da ziyana düşmüşlər. İddiaçı cavabdehə bildirmişdir ki, artıq bu işlərdən kənara çəkilmək istəyir, o isə iddiaçını 1-2 ilə işlərin düzələcəyinə inandırmışdır. Buna baxmayaraq yenə də ziyana düşmüşdür, belə ki, aylıq icarə haqqı olaraq 1000 manat vermiş, əlavə olaraq vergi və digər ödənişləri də mən ödəmiş, cavabdeh isə hər hansı xərc çəkməmişdir. O sadəcə iddiaçının yanında durub kömək etməyə çalışmışdır. Lakin iddiaçı yenə də ziyana düşmüş, alver edə bilməmişdir. Cavabdeh daha sonra iddiaçıya bildirmişdir ki, notariat kontoruna gedərək, formal kredit müqaviləsi bağlasınlar, səbəb iə evdə ailə üzvlərinin arxayın olmasıdır. İddiaçı da cavabdehin sözünə aldanıb Cavabdeh1na getmişdir. Notarius pulun depozitə köçürülməsini tələb etdiyindən iddiaçı Sumqayıt şəhəri, 34-cü məhəllədə yerləşən valyuta dəyişmə məntəqəsində işləyən şəxsdən 22225 manat pul götürmüş və notariusun depozitinə qoymuşdur. Daha sonra həmin pulu elə valyuta dəyişmə məntəqəsinin əməkdaşı götürmüşdür. İddiaçı həmin pulu götürməmişdir və cavabdeh həmin məbləğdə iddiaçıya pul verməmişdir. Həmin pulun depozitə qoyulmasında məqsəd iddiaçı ilə cavabdeh arasında kredit müqaviləsinin bağlanması olmuşdur. İşin hallarından görünür ki, cavabdeh iddiaçını aldatmışdır, iddiaçı kredit müqaviləsi bağlansa da o formal olaraq görünüş xatirinə bağlanılmış və müqavilədə göstərilən pul məbləği verilməmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia tələbini müdafiə edərək, iddia ərizəsinin məzmuununa uyğun izahat verdi, tələbin təmin edilməsi barədə qətnamə qət edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən Cavabdeh2 iddia tələbini qəbul etməyərək bildirdi ki, iddiaçı ondan borca pul istəmişdir, o da xx.xx.2020-ci il tarixli müqavilə əsasında iddiaçıya 22225 manat pul vermişdir. İddiaçı hər ay 925 manat olmaqla hissə-hissə müqavilə üzrə ödənişləri ödəməyi öhdəsinə götürsə də, heç bir ödəniş etməmişdir. Məhkəmə iclasında iştirak edən Cavabdeh2 nümayəndəsi-vəkil Nümayəndə iddia tələbini qəbul etməyərək bildirdi ki, iddiaçı ilə cavabdeh arasında 02 mart 2020-ci il tarixdə kredit müqaviləsi bağlanmış, müqavilədə əks olunmasa da, tərəflər arasında razılaşmaya əsasən, 2 il ərzində iddiaçı cavabdehə 900 manat ödəməyi öhdəsinə götürmüş, lakin iddiaçı tərəfindən heç bir ödəniş olmamışdır. Cavabdeh tərəfindən kredit müqaviləsinin ləğv edilməsi və pul tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət olunmuş, Sumqayıt Şəhər Məhkəməsinin 23 sentyabr 2021-ci il tarixli, 2(060)-5812/2021 saylı qərardadı ilə iddia tələbi kredit müqaviləsinin ləğv edilməsi hissəsində baxılmamış saxlanılmış, Sumqayıt Şəhər Məhkəməsinin 07 oktyabr 2021-ci il tarixli, 2(060)-5812/2021 saylı qətnaməsi ilə kredit müqaviləsinə əsasən 22.225 manat məbləğində borcun, ödənilmiş 30 manat məbləğində dövlət rüsumunun, habelə gecikdirilmiş vaxt üçün həmin məbləğin illik 5 faizinin alınıb cavabdehə verilməsi tələbinə dair iddia təmin olunmamışdır. Cavabdeh tərəfindən apellyasiya şikayəti verilmiş, Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 2(105)-478/2022 saylı, xx.xx.2022-ci il tarixli qətnaməsi ilə apellyasiya şikayəti qismən təmin olunaraq Sumqayıt Şəhər Məhkəməsinin 07 oktyabr 2021-ci il tarixli, 2(060)-5812/2021 saylı qətnaməsi ləğv olunmuş, kredit müqaviləsinə əsasən, 22.225 manat məbləğində pulun İddiaçı alınaraq Cavabdeh2 verilməsi qət edilmişdir. Ziddiyyətin yaranmasına, məhkəmə proseslərinin uzun çəkməsinə səbəb isə kredit müqaviləsinin 2-ci bəndində “borc alan”ın krediti “borc verən”ə hissə-hissə qaytarmağı öhdəsinə götürməsi müddəti olaraq 2 il göstərilsə də, tarix olaraq xx.xx.2021-ci ilin qeyd olunması olmuşdur. Belə ki, məhkəməyə hələ kredit müqaviləsinin müddəti bitmədən müraciət olunmuşdur. İddia tələbinin rədd edilməsini xahiş etdi. Sumqayıt şəhəri 1 saylı notariat ofisi ərizə ilə Sumqayıt Şəhər Məhkəməsinə müraciət edərək xx.xx.2023-cü il tarixli məhkəmə iclasında iştirak edə bilməyəcəyini bildirmiş, məhkəmə iclasının iştirakı olmadan keçirilməsini xahiş etmişdir. Məhkəmə tərəflərin izahatını dinləyərək, iş materiallarını tədqiq edərək belə hesab edir ki, iddia tələbi rədd edilməlidir. Belə ki, iş materiallarında olan: Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-5812/2021 saylı, 07 oktyabr 2021-ci il tarixli qətnaməsi ilə iddiaçı Cavabdeh2 cavabdeh İddiaçı kredit müqaviləsinə əsasən 22.225 manat məbləğində borcun, ödənilmiş 30 manat məbləğində döviət rüsumunun, habelə gecikdirilmiş vaxt üçün həmin məbləğin illik beş faizinin alınıb ona verilməsi tələbinə dair iddiası təmin edilməmişdir. Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-5812/2021 saylı. xx.xx.2021-ci il tarixli qərardadı ilə iddiaçı X1 cavabdeh İddiaçı qarşı kredit müqavilənin ləğv edilməsi və pul tələbinə dair iddiası MPM-nin 259.0.1 -ci maddəsinə əsasən xx.xx.2020-ci il tarixli kredit müqaviləsinin ləğv edilməsi hissəsində baxılmamış saxlanılmışdır. Sumqayıt Apellyasiya Məhkəməsi 2(105)-478/2022 saylı 03 mart 2022-ci il tarixli qətnaməsindən görünür ki, apellyasiya şikayəti qismən təmin edilmiş, Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-5812/2021 saylı, 07 oktyabr 2021-ci il tarixli qətnaməsi ləğv edilərək iş üzrə yeni qətnamə qəbul edilmiş, iddia tələbi qismən təmin edilərək, İddiaçı xx.xx.2020ci il tarixli kredit müqaviləsinə əsasən 22225 manat məbləğində pul alınaraq iddiaçı Cavabdeh2 verilməsi, qalan hissədə iddia tələbinin təmin edilməməsi, oddianın və apelyasiya şikayətinin verilməsi üçün ödənilmiş cəmi 45 manat dövlət rüsumu İddiaçı tutulub Cavabdeh2 verilməsi qət edilmişdir. Məhkəmə araşdırması zamanı müəyyən olunanlara əsasən məhkəmə qeyd edir ki, Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-5812/2021 saylı, 07 oktyabr 2021-ci il tarixli qətnaməsi ilə iddiaçı Cavabdeh2 cavabdeh İddiaçı kredit müqaviləsinə əsasən 22.225 manat məbləğində borcun, ödənilmiş 30 manat məbləğində döviət rüsumunun, habelə gecikdirilmiş vaxt üçün həmin məbləğin illik beş faizinin alınıb ona verilməsi tələbinə dair iddiası təmin edilməmişdir. Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-5812/2021 saylı. xx.xx.2021-ci il tarixli qərardadı ilə iddiaçı X1 cavabdeh İddiaçı qarşı kredit müqavilənin ləğv edilməsi və pul tələbinə dair iddiası MPM-nin 259.0.1 -ci maddəsinə əsasən xx.xx.2020-ci il tarixli kredit müqaviləsinin ləğv edilməsi hissəsində baxılmamış saxlanılmışdır. Sumqayıt Apellyasiya Məhkəməsi 2(105)-478/2022 saylı 03 mart 2022-ci il tarixli qətnaməsindən görünür ki, apellyasiya şikayəti qismən təmin edilmiş, Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-5812/2021 saylı, 07 oktyabr 2021-ci il tarixli qətnaməsi ləğv edilərək iş üzrə yeni qətnamə qəbul edilmiş, iddia tələbi qismən təmin edilərək, İddiaçı xx.xx.2020-ci il tarixli kredit müqaviləsinə əsasən 22225 manat məbləğində pul alınaraq iddiaçı Cavabdeh2 verilməsi, qalan hissədə iddia tələbinin təmin edilməməsi, oddianın və apelyasiya şikayətinin verilməsi üçün ödənilmiş cəmi 45 manat dövlət rüsumu İddiaçı tutulub Cavabdeh2 verilməsi qət edilmişdir. İddiaçı iddia tələbini müdafiə edir, csavabdeh iddia tələbini qəbul etmir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Mülki Məcəllənin 337, 339.6, 346.1 və 354-cü maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair 2 aprel 2021-ci il tarixli Qərarında (bundan sonra Konstitusiya Məhkəməsi Plenumunun qərarı) nümayiş etdirdiyi hüquqi mövqeyə əsasən, istənilən iddia tələbi ilə əlaqədar məhkəmə icraatının ən əsas vəzifəsi həmin tələbin hüquqi əsasının olub-olmadığının müəyyən olunmasıdır. Məhkəmələr bunu tərəflərin həmin tələblə bağlı hansı hüquqi əsaslandırmanı irəli sürmələrindən asılı olmayaraq müstəqil surətdə müəyyən etməlidir. Müəyyən bir əqd əsasında yarandığı hesab edilən hüquqla bağlı iddia tələbində məhkəmə icraatının ilk vəzifəsi həmin əqdin etibarlı olub-olmadığını təsbit etməkdir. İddia tələbinin əsaslandığı əqdin etibarsız olması, birbaşa həmin əqd üzrə hüquqi nəticənin əmələ gəlmədiyini, yəni müqavilə üzrə iddia olunan subyektiv hü-ququn yaranmadığını göstərir. Ona görə də, hər hansı bir əqdə əsaslanaraq verilən iddianın düzgün hüquqi həlli üçün, ilk növbədə, istinad olunan həmin əqdin etibarlı olub-olmaması müəyyən edilməlidir. Etibarsız əqdə əsaslanaraq qaldırılan iddia tələblərində iddiaçının tələbinin əqd üzrə hüquqi əsası mövcud olmur. Çünki əqdin etibarsız olması həmin əqdin nəzərdə tutulan hüquqi nəticəni yaratmaması, yəni əqd üzrə mülki hüquq və öhdəliklərin əmələ gəlməməsi deməkdir. Əqdin etibarsızlığı əqdin bağlanması ilə əlaqədar yol verilən hüquqa zidd halların nəticəsi olmaqla, bağlandığı andan etibarən öz təsir və nəticələrini göstərir. Beləliklə, Konstitusiya Məhkəməsinin Plenumu vurğulayır ki, hər hansı əqdə istinad edilərək iddia verildiyi təqdirdə, həmin iddianın necə əsaslandırılmasından asılı olmayaraq məhkəmənin ilk vəzifəsi həmin əqdin etibarlılığını müəyyən etməkdir. Azərbaycan Respublikası Mülki Məcəllənin 14.1.-ci maddəsinə əsasən Mülki hüquqlar və vəzifələr mülki qanunvericilikdə nəzərdə tutulan əsaslardan, habelə fiziki və hüquqi şəxslərin qanunvericilikdə nəzərdə tutulmasa da, mülki qanunvericiliyin prinsiplərinə görə mülki hüquqlar və vəzifələr doğuran hərəkətlərindən əmələ gəlir. Mülki hüquqların və vəzifələrin əmələ gəlməsi əsaslarından biri də qanunvericilikdə nəzərdə tutulmuş müqavilələr və başqa əqdlər, habelə qanunvericilikdə nəzərdə tutulmasa da, ona zidd olmayan müqavilələr və başqa əqdlərdir (MM-nin 14.2.1-ci maddəsi) Mülki Məcəllənin 324.1-ci maddəsinin tələblərinə əsasən əqd mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir. Həmin Məcəllənin 324.5-ci maddəsinə əsasən iradə ifadəsinin təfsiri zamanı onun həqiqi məzmunu təkcə hərfi mənaya görə deyil, həm də ağlabatan mühakimə əsasında müəyyənləşdirilməlidir. Başqa tərəfin qəbul etməsi tələb olunan iradə ifadəsi başqa tərəfə çatdığı andan etibarlı olur (MM-nin 325.1-ci maddəsi). Qeyd olunan Məcəllənin 390.1-ci maddəsinə əsasən fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər. Müqavilə onun bağlandığı vaxt qüvvədə olan qanunla və digər hüquqi aktlar ilə müəyyənləşdirilmiş, tərəflər üçün məcburi qaydalara (imperativ normalara) uyğun gəlməlidir. Əgər müqavilə bağlandıqdan sonra onu bağlayarkən qüvvədə olmuş qaydalardan fərqlənən, tərəflər üçün məcburi başqa qaydalar müəyyənləşdirən qanun qəbul edilmişsə, bağlanmış müqavilənin şərtləri qüvvəsini saxlayır, amma qanunda onun qüvvəsinin əvvəllər bağlanmış müqavilələrdən əmələ gələn münasibətlərə şamil olunmasının müəyyənləşdirildiyi hallar istisna təşkil edir (MM-nin 390.1-ci maddəsi). Mülki Məcəllənin 390.3-cü maddəsinə əsasən müqavilə bağlamaq vəzifəsinin həmin Məcəllədə və ya könüllü götürülmüş öhdəlikdə nəzərdə tutulduğu hallar istisna olmaqla, müqavilə bağlamağa məcbur etməyə yol verilmir. Tərəflər bu Məcəllədə nəzərdə tutulmuş müxtəlif müqavilələrin ünsürlərini əhatə edən müqavilə (qarışıq müqavilə) bağlaya bilərlər. Tərəflərin razılaşmasından və ya qarışıq müqavilənin mahiyyətindən ayrı hal irəli gəlmirsə, qarışıq müqavilə üzrə tərəflərin münasibətlərinə qarışıq müqavilədə ünsürləri olan müqavilələrə dair qaydalar müvafiq hissələrdə tətbiq edilir(MM-nin 390.4-cü maddəsi). Mülki Məcəllənin 404.1-ci maddəsinə əsasən müqavilə şərtlərini təfsir edərkən məhkəmə təkcə müqavilədəki söz və ifadələrin hərfi mənasını deyil, həm də tərəflərin iradə ifadəsinin həqiqi mənasını, bütövlükdə müqavilənin hərfi mənasının onun digər şərtləri və mənası ilə müqayisəsini nəzərə alır. Bu zaman bütün müvafiq hallar, o cümlədən müqaviləyə qədərki danışıqlar və yazışmalar, tərəflərin qarşılıqlı münasibətlərində yaranmış praktika, işgüzar adətlər, tərəflərin sonrakı hərəkətləri nəzərə alınır (MM-nin 404.2-ci maddəsi). Mülki Məcəllənin 337.1-ci maddəsinə həmin Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər. Mülki Məcəllənin 337.2-ci maddəsinə əsasən əqd barəsində mübahisə edildikdə, əqd bağlandığı andan etibarsızdır. Müqavilənin mübahisə edilməsi müqavilənin digər tərəfinə iradə ifadəsinin bildirilməsi yolu ilə həyata keçirilir. Digər tərəfə münasibətdə həyata keçirilmiş birtərəfli əqd həmin şəxsə qarşı mübahisə edilir. Əqd mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir. Əqdlər birtərəfli və müqavilə şəklində (ikitərəfli və ya çoxtərəfli) ola bilər. Müqavilənin bağlanması üçün iki tərəfin razılaşdırılmış iradə ifadəsi (çoxtərəfli əqd) zəruridir. İradə ifadəsinin təfsiri zamanı onun həqiqi məzmunu təkcə hərfi mənaya görə deyil, həm də ağlabatan mühakimə əsasında müəyyənləşdirilməlidir (Mülki Məcəllənin 324.1, 324.2, 342.4 və 324.5-ci maddələri). Məhkəmə iddia tələbini araşdıraraq, hesab edir ki, kredit müqaviləsinin etbarsız hesab edilməsi və kredit öhdəliklərinə xitam verilməsi üçün əsas mövcud deyil. Belə ki, xx.xx.2020-ci il tarixli kredit müqaviləsi bağlanan zaman qanunvericiliyin tələblərinə əməl edilmiş və hər hansı qanun pozuntusuna yol verilməmişdir. Bununla yanaşı qüvvədə olan Məhkəmə qətnaməsi ilə hazırda mübahisələndirilən əqd üzrə İddiaçı Cavabdeh2 xeyrinə borc tutulmuşdur. Beləliklə məhkəmə hesab edir ki, İddiaçı Sumqayıt şəhər 1 saylı Notariat Ofisində onunla Cavabdeh2 arasında xx.xx.2020-ci il tarixdə bağlanmış kredit müqaviləsinin etibarsız hesab edilməsinə dair iddia tələbi rədd edilməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220-ci və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qətetdi: İddiaçı Sumqayıt şəhər 1 saylı Notariat Ofisində onunla Cavabdeh2 arasında xx.xx.2020-ci il tarixdə bağlanmış kredit müqaviləsinin etibarsız hesab edilməsinə dair iddia tələbi rədd edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılan elektron kabinetdən istifadə edilməklə) Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Elmir Hüseynov
Məhkəmə qərarları › İş №2(060)-420/2023
Sumqayıt Şəhər Məhkəməsi Qətnamə — İş №2(060)-420/2023
13.01.2023 · Müqavilənin etibarsız hesab edilməsi tələbi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver