Məhkəmə qərarları › İş №2(060)-4200/2025

Sumqayıt Şəhər Məhkəməsi Qətnamə — İş №2(060)-4200/2025

23.09.2025 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(060)-4200/2025 23.09.2025 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ X2 Behbudovanın sədrliyi, Həsənli Mehriban Hüseyn qızının katibliyi, İddiaçı, Cavabdeh nümayəndəsi X1 iştirakları ilə, İddiaçı Cavabdehnə qarşı “əsassız hesablanmış borcun silinməsi” barədə iddia tələbi üzrə mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, məhkəmədən Cavabdeh ASC tərəfindən ona məxsus ünvan 1 ünvanında yerləşən fərdi evin **********00000 abonent kodu üzrə əsassız olaraq hesablanmış 1767.65 manat borc məbləğinin silinməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, 1-ci qrup əlil əri Babaşov Əlzaman Ağasəlim oğlu və 1-ci qrup əlil oğlu Babaşov Rahib Əlizaman oğlu ilə birlikdə ünvan 1 ünvanında yaşamışdır. Əri Babaşov Əlzaman Ağasəlim oğlu 11 yanvar 2025-ci il tarixdə vəfat etdikdən sonra oğlu ilə birlikdə həmin ünvanda yaşamağa davam etdi və hazırda da həmin ünvanda yaşayır.Evin bütün kommunal xətləri ərinin adına qeydiyyata alınmışdır. Əri vəfat etdikdən soonra kommunal xətləri öz adına keçirtmək istədiyi üçün bununla bağlı olaraq ilkin qaydada Cavabdeh müvafiq regional idarəsinə müraciət etdi, lakin ona **********00000 abonent kodu üzrə 1767.65 manat borc məbləğinin olduğu qeyd olundu. Cavabdeh 14 dekabr 2021-ci il tarixli,0207875 nömrəli aktına əsasən yaşadıqları fərdi evdə sayğacdan kənar əlavə xətlə təbii qazdan qeyri-qanuni istifadə edilməsi müəyyən edilmişdir.Lakin həmin akt gözdən əlil əri Babaşov Əlzaman Ağasəlim oğlu tərəfindən imzalanmamışdır.Belə ki,sayğacdan kənar əlavə xətt vəfat etmiş əri tərəfindən çəkilməmişdir,onun bundan xəbəri olmamış və o, həmin faktı təsdiq etmədiyi üçün aktı imzalamaqdanda imtina etmişdir.Əri vəfat etdikdən sonra evin bütün kommunal ödənişləri və digər işlər iddiaçı tərəfindən həyata keçirilmişdir və həmin borc məbləğindən məlumatı olmamışdır. İddiaçı hazırda həmin borc məbləğini qəbul etmir,həmçinin həmin məbləği ödəməyə də maddi imkanı yoxdur.Əlil oğluna təkbaşına baxır və əlavə gəlir mənbələri yoxdur.İddiaçı qanuni olaraq hesablanmış kommunal xərclərini hər zaman tam vaxtında ödəyir.Həmin borc məbləği əsassız olaraq hesablanmışdır və ******* nömrəli akt əsassız tərtib olunduğundan əri hələ öz sağlığında həmin aktı imzalamaqdan imtina etmişdir.Əlil oğlu ilə birlikdə yaşadığı Sumqayıt şəhəri, Gecə Qondu “Metallurq” küçəsi, 508 nömrəli fərdi evin **********00000 abonent kodu üzrə Cavabdeh tərəfindən hesablanmış 1767.65 manat borc məbləği qanunsuz və əsassızdır. Cavabdeh nümayəndəsi X3 tərəfindən etiraz ərizəsi məhkəməyə daxil olaraq, 2(060)- 4200/2025 saylı mülki iş üzrə İddiaçı hesablanmış borcun silinməsi tələbinə dair iddiasını əsassız hesab edərək, iddianın rədd edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Etiraz ərizəsini onunla əsaslandırmışdır ki, iddiaçı Babaşova Xalida Bayram qızı "Azəriqaz” İB-nə qarşı borcun silinməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir.Hazırkı iddia tələbi qanunsuz ve əsassız olduğu üçün rədd olunmalıdır.Məhkəmənin nəzərinə çatdırılır ki, ünvan 2 ünvanında yaşayan İddiaçı məxsus sayğaca sayğaca əməkdaşları tərəfindən xx.xx.2017-ci il və xx.xx.2021-ci il tarixlərdə qaz sayğacına baxış keçirilmiş və yerində "Təbii qazdan istifadə qaydalarının pozulması haqqında "0129865 saylı (6729m3-1345 manat) və ******* saylı (8640m3-948.48 manat) Aktları tərtib edilmiş və aktlarda "Sayğacdan kənar qeyri-qanuni qaz xətti " aşkar olunduğu" qeyd olunmuşdur.Abonentin sayğacdan kənar qaz xətti istifadə etməsi adi hal almışdır. Həmin ünvanda qaz sayğacı vətəndaş Elzaman Babaşovun adına rəsimləşdirilmişdir.Ümumilikdə sayğacdan kənar xətt istifadə etdiyinə görə 2294.28 manat itirilmiş qaz görə məbləğ hesablanmışdır. Hal-hazırda abonent İddiaçı dövlətə vurduğu zərərin 522.59 manat hissəsini ödəmişdir.xx.xx.2025-ci il tarixə abonentin 1770.89 manat borcu qalır.Abonentin sayğacdan kənar qaz xətti istifadə etməsi aktlaşdırılmışdır. Dövlət əmlakını taladığına görə iddiaçıya bildirilmişdir ki, vurulmuş zərər ödənilsin. Lakin hazırkı vaxta kimi iddiaçı dövlətə vurduğu zərəri tam ödəməmişdir. Məhkəmə iclasında İddiaçı iddia tələbini müdafiə edərək izahatında onun təmin edilməsini xahiş etdi. Əlavə olaraq qeyd etdi ki, yoldaşı 1-ci qrup əlildir və yataq xəstəsi olmuşdur. Eynilə oğluda gözdən əlildir.Heç vaxt ora çıxa bilməzlər. Sayğac darvazanın çölündə yerləşir. Qışda kombini yandıranda 120, 130 manat yazır. Aktı tərtib edərkən xəbərdarlıq edilməmişdir. Heç nədən xəbərləri olmamışdır. Məhkəmə iclasında Cavabdeh nümayəndəsi X3 izahatında iddia tələbini qəbul etməyərək bildirdi ki, vətəndaş ərizəsində 1767.65 manat borc məbləğinin silinməsini xahiş etmişdir.Həmin məbləğ bugünə qədər abonentin qaz saldosunda göstərilən məbləğdir. Göstərdiyi məbləğ hər akt üzrə uyğun gəlmir. Bir akt üzrə 948.48 manat, digər akt üzrə isə 1345.80 manatdır.Bu da bugünkü günə kimi 2294.28 manat edir. Abonent bugnə kimi 522.59 manat ödəmişdir.Hal-hazırda 1770.89 manat borcu vardır.Hər iki akt sayğacdan kənar istifadə etdiyinə görə tərtib edilmişdir. Məhkəmə, işdə iştirak edən şəxslərin izahatını dinləyərək və işin materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi təmin edilməlidir. İş materiallarında olan: Cavabdeh İB-nin 14 dekabr 2021-ci il tarixli “dəymiş ziyanın bərpasına dair” tələbnamənin surətindən görünür ki, 14 dekabr 2021-ci il tarixli ******* saylı akta əsasən itirilmiş qazın bərpası üzrə G-4 markalı qaz sayğacın nominal qaz sərfi 4 m3/saat günlük iş rejimi 24 saat və hesabat müddəti 90 gün qəbul edilməklə itirilmiş qazın bərpası üçün hesabat aparılmış və hesablanmış məbləğin ödənilməsi nəzərdə tutulmuşdur. “Təbii qazdan istifadə qaydalarının pozulması haqqında” 14 dekabr 2021-ci il tarixli ******* saylı aktın surətindən görünür ki, sayğaca baxış keçirilən zaman sayğacdan kənar əlavə xətlə təbii qazdan qeyri-qanuni istifadə edilməsi nöqsanı aşkar edilmişdir. Abonentin saldosundan görünür ki, abonent (abonent kodu **********00000) Babaşov Əlzaman Ağasəlim oğluna məxsus ünvan 1 ünvanında xx.xx.2024-cü il tarixdə GCZ-G-4 diafraqma tipli sayğac quraşdırılmışdır. 2025-ci il üçün 1623 kub metr qaz sərfi hesablanmış, 05/2025-ci il tarixdə ayın sonuna 1767.65 manat borc hesablanmışdır. “Təbii qazdan istifadə qaydalarının pozulması haqqında” xx.xx.2017-ci il tarixli ******* saylı aktın surətindən görünür ki, abonent sayğacdan kənar təbii-qazdan qeyri-qanuni istifadə edir. AZ-İİ seriyalı, 484824 nömrəli ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, Babaşov Əlzaman Ağasəlim oğlu 11 yanvar 2025-ci il tarixdə Sumqayıt şəhərində vəfat etmişdir. Bu barədə ölüm haqqında akt qeydləri kitabında 2025 ilin 01 ayının 16 günündə 92 № ilə qeyd edilmişdir. AR Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tibbi-sosial ekspert komissiyasında sonuncu müayinəsinə dair məlumatdan görünür ki, Babaşov Rahid Əlzaman oğlu birinci dərəcəli əlilliyi var və gözdən əlildir. Məhkəmə tərəfindən iş materialları əsasında müəyyən edilmişdir ki, iddiaçı yaşadığı evə verilən təbii qazın istehlak miqdarını ölçmək üçün qaz sayğacı quraşdırmış, ünvan üzrə “sayğaca baxış keçirilən zaman sayğacdan kənar əlavə xətlə təbii qazdan qeyriqanuni istifadə” əsası ilə 14 dekabr 2021-ci il tarixli ******* saylı akt tərtib olunmuş, nəticədə abonentin **********00000 saylı abonent hesabına “Sayğacdan kənar xəttin ləğv olunması və dəymiş ziyanın ödənilməsi” əsasında akt üzrə borc yazılmışdır, hazırda həmin məbləğ iddiaçıdan tələb edilir. 05/2025-ci il tarixdə ayın sonuna isə 1767.65 manat borc hesablanmışdır. Bununla belə, iddiaçı tərəfindən təbii qazdan qeyri-qanuni istifadə olunmasına, habelə iddiaçının qaz sayğacına hər hansı bir formada müdaxilə etməsinə dair hallar məhkəmə tərəfindən müəyyən edilməmişdir. Belə olan halda məhkəmə hesab edir ki, iddiaçı əsassız olaraq hesablanmış borcun silinməsi barədə iddia tələbi ilə məhkəməyə müraciət etməkdə haqlı olmuşdur. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 560.1-ci maddəsinə əsasən, mülki hüquqlar hüquqa uyğun həyata keçirilməlidir. Hüquqdan yalnız başqalarına ziyan vurmaq məqsədi ilə istifadə edilməsi yolverilməzdir. Həmin Məcəllənin 560.3.5.2-ci maddəsinə əsasən, istehlakçıların zərərinə istehsalın, satışın və ya texniki inkişafın məhdudlaşdırılması hüquqdan sui-istifadədir. “Qaz təchizatı haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2022-ci il 25 fevral tarixli Qanununa əsasən, 13-cü maddə üzrə 8-1-ci hissə əlavə edilmişdir, həmin qanun 2022-ci il mayın 1-dən qüvvəyə minmişdir. «Qaz təchizatı haqqında» Azərbaycan Respublikası Qanununun 8-ci maddəsinə əsasən, bu Qanunun 13-cü maddəsinin 8-1-ci hissəsində nəzərdə tutulmuş hallar istisna olmaqla, qaz paylayıcısı istehlakçıya verdiyi qazın dəyərini qaz sayğacının göstəricilərinə əsasən hər ay üzrə hesablamalı və növbəti ayın 10-dək istehlakçıya bu barədə məlumat (hesab) təqdim etməlidir (göndərməlidir). “Smart-kart” tipli qaz sayğacı olan istehlakçıya istifadə etdiyi qazın dəyəri haqqında hesabın qaz paylayıcısı tərəfindən təqdim edilməsi (göndərilməsi) tələb olunmur. İstehlakçının istehlak etdiyi qazın dəyəri tam ödənildikdən sonra, qaz paylayıcısı tərəfindən yol verilmiş səhvə görə düzgün hesablanmamış qazın dəyərinin istehlakçı tərəfindən ödənilməsi tələb edilə bilməz. Həmin Qanununun 13-cü maddəsinin 8-1-ci bəndinə əsasən, qanunsuz qoşulma halları aşkar edildikdə, qaz paylayıcısı qanunsuz xətti dərhal qazpaylayıcı şəbəkədən ayırmaqla, qazın verilməsini dayandırmalıdır. Sayğaca müdaxilə, habelə qanunsuz qoşulma halları aşkar edildikdə qaz paylayıcısı bu barədə akt tərtib etməli və həmin aktın bir nüsxəsini barəsində akt tərtib edilmiş şəxsə (və ya onun səlahiyyətli nümayəndəsinə, yaxud yetkinlik yaşına çatmış ailə üzvlərindən birinə), bir nüsxəsini isə inzibati xəta haqqında iş üzrə icraata başlanılması məsələsinə baxılması üçün müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana (quruma), cinayət tərkibinin əlamətləri olduqda isə cinayət təqibi orqanına təqdim etməlidir. İstehlakçının qazın talanmasında təqsirli olması həmin orqanların və ya məhkəmənin qərarı ilə müəyyən edildikdə qaz paylayıcısı vurulmuş zərərin ödənilməsini istehlakçıdan tələb etməlidir. İstehlakçı tərəfindən sayğaca müdaxilə, habelə qanunsuz qoşulma nəticəsində qaz paylayıcısına vurulmuş zərərin hesablanması ilə bağlı məsələlər sayğaca müdaxilə, habelə qanunsuz qoşulma nəticəsində qazdan istifadə olunduğu müddət və həmin müddətin əhatə olunduğu ilin mövsümü, əvvəlki dövrün orta gündəlik qaz sərfi, istehlakçının istifadə etdiyi qaz qurğusunun xüsusiyyətləri (növü, maksimal saatlıq qaz sərfi) və qaz sayğacının markası nəzərə alınmaqla bu Qanunun 11-ci maddəsinin 6-cı hissəsində nəzərdə tutulmuş qazdan istifadə qaydaları ilə tənzimlənir. Həmin Qanunun 11-ci maddəsinin 6-cı hissəsinə əsasən, qaz paylayıcısı ilə istehlakçı arasında qazın alqı-satqısı müqavilə əsasında həyata keçirilir. Qaz paylayıcısı ilə istehlakçı arasında qazın alqı-satqı müqaviləsinin nümunəsi, qazın qiyməti, şəbəkəyə qoşulma və şəbəkədən ayırma şərtləri, qazın keyfiyyəti (təzyiq və təchizatın etibarlılığı), qazın dəyərinin ödəmə şərtləri və digər məsələlər qazdan istifadə qaydaları ilə tənzimlənir. Qazdan istifadə qaydaları müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 80 saylı xx.xx.2011-ci il tarixli qərarı ilə təsdiq edilmiş «Qazdan istifadə Qaydaları»nın 4.2-ci bəndinə əsasən, məişət qaz qurğularının istifadəsi üçün qaz sayğacı qaz paylayıcısının vəsaiti hesabına, sənaye qaz qurğularının istifadəsi üçün isə qaz sayğacı istehlakçının vəsaiti hesabına təchiz edilir, quraşdırılır və dəyişdirilir. Həmin Qaydaların 4.8-ci bəndinə əsasən fiziki şəxs olan istehlakçıların qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi qaz paylayıcısı, hüquqi şəxslərin qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi isə özləri daşıyırlar. Həmin Qaydaların 5.2-ci bəndinə əsasən qaz paylayıcısı istehlakçıya verdiyi qazın dəyərini yalnız qaz sayğacının göstəricilərinə əsasən tam hesablamalıdır və hər ay istehlakçıya hesab təqdim etməlidir (göndərməlidir). “Smart-kart” tipli qaz sayğacı olan istehlakçıya istifadə etdiyi qazın dəyəri haqqında hesabın qaz paylayıcısı tərəfindən istehlakçıya təqdim edilməsi (göndərilməsi) tələb edilmir. İstehlakçı tərəfindən qazın hesabı tam ödənildikdən sonra, qaz paylayıcısı tərəfindən yol verilmiş səhvə görə düzgün hesablanmamış qazın dəyərinin qaz paylayıcısı istehlakçı tərəfindən ödənilməsini tələb edə bilməz. “İstehlakçıların hüquqlarının müdafiəsi haqqında” Qanunun 3-cü maddəsinə əsasən, istehlakçıların öz hüquqlarının və qanuni mənafelərinin müdafiəsi üçün səlahiyyətli dövlət orqanlarına və məhkəməyə müraciət etmək hüquqları vardır. Həmin Qanunun 18-ci maddəsinin 1-ci bəndinə əsasən dövlət istehlakçıların mənafelərinin müdafiəsinə təminat verir. Maddənin 2-ci bəndinə əsasən istehlakçıların hüquqlarının dövlət müdafıəsini Azərbaycan Respublikasında istehlakçılar üçün nəzərdə tutulan malların (işlərin, xidmətlərin) keyfıyyətinə, təhlükəsizliyinə və istehlakçıların Qanunla qorunan başqa hüquqlarının müdafiəsinə nəzarət edən müvafiq dövlət orqanları və məhkəmə öz səlahiyyətləri hüdudlarında həyata keçirirlər. Beləliklə məhkəmə iş üzrə təqdim edilmiş sübutları məcmu halında qiymətləndirərək hesab edir ki, iddia tələbi təmin edilməli, cavabdeh tərəfindən iddiaçının **********00000 saylı abonent koduna Cavabdeh tərəfindən “Təbii qazdan istifadə qaydalarının pozulması haqqında” 14 dekabr 2021-ci il tarixli ******* saylı akta əsasən sayğacdan kənar əlavə xətlə təbii qazdan qeyri-qanuni istifadəsinə görə əsassız hesablanmış 1767.65 manat borc silinməlidir. Azərbaycan Respublikası MPM-nin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Həmin məcəllənin 119.2-ci maddəsinə əsasən iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanununun 9.1.5-ci maddəsinə istehlakçıların hüquqlarının pozulması ilə əlaqədar verdikləri iddialar üzrə iddiaçılar dövlət rüsumundan azad edilir. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanununun 8.1.2-ci maddəsinə əsasən iddia qiyməti 1000 manatdan 10000 manatadək olduqda 30 manat + 1000 manatdan yuxarı iddia qiymətinin 1 faizi qədər dövlət rüsumu ödənilməlidir. Məhkəmə qeyd edir ki, silinməli borc 1767.65 manat olduğu üçün qanunvericiliyin tələbinə əsasən 37.67 manat dövlət rüsumu cavabdehdən tutularaq Dövlət Büdcəsinə ödənilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 124.1-ci maddəsinə əsasən, işə baxılması ilə əlaqədar məhkəmənin çəkdiyi xərclər və iddiaçının ödəməkdən azad edildiyi dövlət rüsumu, iddia tələblərinin təmin edilmiş hissəsinə mütənasib olaraq dövlət mədaxilinə cavabdehdən alınır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər. Qeyd olunanlara əsaslanaraq və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə qət etdi: İddia tələbi təmin edilsin. ünvan 1 ünvanına aid **********00000 saylı abonent koduna Cavabdeh tərəfindən “Təbii qazdan istifadə qaydalarının pozulması haqqında” 14 dekabr 2021-ci il tarixli ******* saylı akta əsasən qaz sərfiyyatına görə əsassız hesablanmış 1767.65 (bir min yeddi yüz altmış yeddi manat altmış beş qəpik) manat borc silinsin. Cavabdehndən 37.67 (otuz manat altmış yeddi qəpik) manat dövlət rüsumu alınaraq Azərbaycan Respublikası Dövlət Büdcəsinə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə (MPM-nin 361-363-cü maddələrinə və əlavə 2 uyğun olaraq) elektron qaydada apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Aynur Behbudova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar