Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(060)-4226/2021 16.07.2021 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Hüseynov Elmir Xoşbəxt oğlunun sədrliyi, Novruzova Nailə Xəlfəqulu qızının katibliyi, Cavabdeh1 iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3-nə qarşı müqavilənin, protokolun, maliyyə arayışının etibarsız hesab edilməsi, çıxarışın ləğv edilməsi və birgə nikah dövründə əldə edilmiş əmlakın bölünməsi tələbinə dair iddia ərizəsinə Sumqayıt Şəhər Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq məhkəmə müəyyən etdi: İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3-nə qarşı müqavilənin, protokolun, maliyyə arayışının etibarsız hesab edilməsi, çıxarışın ləğv edilməsi və birgə nikah dövründə əldə edilmiş əmlakın bölünməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Sumqayıt şəhəri, 6-cı mikrorayon, 12 saylı evin 22 saylı mənzilinə dair cavabdeh "xxxx" MTK-nə üzvlərinin ümumi iclasının 01 nömrəli, 18.11.2019-cu il tarixli protokoldan çıxarış və 18.11.2019-cu il tarixli maliyyə arayışının etibarsız hesab edilməsi və 19.12.2019-cu il tarixli ********** qeydiyyat nömrəli Cavabdeh1 adına verilmiş mülkiyyət hüququnun qeydiyyatının ləğv edilməsi, İddiaçı və Cavabdeh2 Qabil oğlunun birgə nikah dövründə əldə etdikləri Sumqayıt şəhəri, 6-cı mikrorayon, 12 saylı evin 22 saylı mənzilə 2/3 (üçdə iki) hissədə İddiaçı payının müəyyən edilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, hazırki iddia üzrə iddiaçı və Cavabdeh2 Qabil oğlu 13.06.2016-cı il tarixdə nikaha daxil olmuş, Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-4091/2019 saylı, 20 may 2019-cu il tarixli qətnaməsi ilə nikahları pozulmuşdur. Tərəflərin birgə nikahlarından bir oğlu: 07.07.2017-ci il təvəllüdlü X5 dünyaya gəlmişdir. Onların nikahda olduqları müddət ərzində hazırki iddia üzrə iddiaçının əri Cavabdeh2 21.10.2016-cı il tarixdə X1 Cavabdeh3-dan Sumqayıt şəhəri, 6-cı mikrorayon, 12 saylı evin 22 saylı mənzilini müqavilə əsasında almışdır. Həmin tarixdə Cavabdeh2 "xxxx" MTKnın vermiş olduğu maliyyə arayışına əsasən həmin mənzilin dəyərini tam ödəmiş və heç bir borcu qalmamışdır. Hazırki iddia üzrə iddiaçı tərəfindən Sumqayıt şəhəri, 6-cı mikrorayon, 12 saylı evin 22 saylı mənzilə dair Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX-nin 2 saylı Ərazi İdarəsinə verilən 30.10.2020-ci il tarixli 215 №-li sorğuya həmin İdarənin 10 noyabr 2020-ci il tarixli **********81 nömrəli cavab məktubunda qeyd olunmuşdur ki, Sumqayıt şəhəri, 6-cı mikrorayon, 12 saylı evin 22 saylı mənzili "xxxx" MTK tərəfindən verilmiş 18.11.2019-cu il tarixli, 1 nömrəli protokoldan çıxarış və 18.11.2019-cu il tarixli maliyyə arayışı ilə Cavabdeh1 adına qeydiyyata alınmış və daşınmaz əmlakın dövlət reyestrindən çıxarış verilmişdir. Bundan əlavə, tərəflərindən Sumqayıt şəhəri, 6-cı mikrorayon, 12 saylı evin 22 saylı mənzilə dair "xxxx" MTK-nə verilən 30.10.2020-ci il tarixli 216 №-li sorğuya həmin MTK-nın 03.11.2020-ci il tarixli cavab məktubunda qeyd olunmuşdur ki, 21.10.2016-cı il tarixdə Cavabdeh2 X1 "xxxx" MTK-nə məxsus binadan mənzili alıb. Sonradan Cavabdeh2 13 noyabr 2019-cu il tarixdə Cavabdeh1 etibarnamə verib. Etibarnamə əsasında Cavabdeh1 22 saylı mənzili öz adına keçirərək çıxarış alıb. Bu hallar iddiaçıya bu barədə digər Cavabdeh1 tərəfindən İddiaçı azyaşlı övladı ilə birlikdə mənzildən çıxarılma tələbinə dair iddia ərizəsi ilə əlaqədar ünvanına gəlmiş məhkəmə bildirişinə əsasən verilmiş sorğulara müvafiq cavabları almasından sonra məlum olmuşdur. İddiaçı yaşadığı mənzilin alındığı vaxtdan əri Cavabdeh2 məxsus olmasını bilmişdir. Göründüyü kimi hal-hazırda mənzil Cavabdeh1 mülkiyyətindədir. Əvvəlki məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili, iddia ərizəsi ilə eyni məzmunlu izahat verərək, əlavə olaraq bildirmişdir ki, Cavabdeh1 qanunsuz olaraq etibarnamə əsasında özü öz xeyrinə hərəkət edərək iddiaçının birgə əmlakı hesab edilən mənzili öz adına rəsmiləşdirmişdir. Qeyd edilənlərə əsasən iddiaçının iddiasının təmin edilməsini xahiş edir. Bundan başqa iddiaçı tərəf məhkəməyə ərizə ilə müraciət edərək hazırki iclası onların iştirakı olmadn keçirilməsini xahiş etmişdir. Məhkəmə iclasında Cavabdeh1 izahat verərək bildirdi ki, iddianı qəbul etmir, mübahisəli mənzil onin vəsaitinə alınıbdır, o əvvəlki mənzilini sataraq həmin vəsait hesabına hazırki mənzli oğlunun adına almışdır, oğlu iddiaçı ilə yola getməmiş və nikahı pozaraq Azərbaycandan xaricə getmişdir. İddia əsassızdır, ona görədə, xahiç edir ki, iddia rədd edilsin. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmiş cavabdehlər Cavabdeh2 və Cavabdeh3-nın nümayəndəsi, habelə maraqlı şəxs DƏDRX-nin 2 saylı Sumqayıt ərazi idarəsinin nümayəndəsi məhkəmə iclaslarına gəlməmişlər. Məhkəmə, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə gəlməmiş tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçını və cavabdehi dinləyərək, iş materiallarını tədqiq edərək belə hesab edir ki, iddia ərizəsi qismən təmin olunmamalıdır. Belə ki, iş materiallarında olan: -Sumqayıt şəhər Qeydiyyat şöbəsinin 16.07.2019-cu il tarixli 238 saylı qeydi ilə X2 ilə X3 arasında nikahın pozulması qeydə alınmışdır, Qəhramanova soyadı Beydullayeva soyadına dəyişdirilmişdir. - Sumqayıt “ASAN” xidmət mərkəzi Qeydiyyat şöbəsinin 15.01.2020-ci il tarixli 13 saylı qeydinə əsasən Beydullayeva Samirə dəyişdirilərək İddiaçı qeydi aparılmışdır. -Sumqayıt Şəhəri "xxxx" Mənzil Tikinti Kooperativinin məktubundan görünür ki, 21.10.2016-cı il tarixdə Cavabdeh2 X1 "xxxx" MTK-nə məxsus binadan mənzili alıb. Sonradan 13 noyabr 2019-cu il tarixdə Cavabdeh1 etibarnamə verib. Etibarnamə əsasında Cavabdeh1 22 saylı mənzili öz adına keçirərək çıxarış alıb. -Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX-nin 2 saylı Sumqayıt Ərazi İdarəsi tərəfindən verilmiş məktubdan görünür ki, Sumqayıt şəhəri, 6-cı mikrorayon, 12 saylı evin 22 saylı mənzili "xxxx" MTK tərəfindən verilmiş 18.11.2019-cu il tarixli, 1 nömrəli protokoldan çıxarış və 18.11.2019-cu il tarixli maliyyə arayışı ilə Cavabdeh1 adına qeydiyyata alınmış və daşınmaz əmlakın dövlət reyestrindən çıxarış verilmişdir. - Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX-nin Çıxarışından görünür ki, Sumqayıt şəhəri, 6-cı mikrorayon, 12 saylı evin 22 saylı mənzil xüsusi mülkiyyət hüququ ilə Cavabdeh1 mülkiyyətindədir. - Sumqayıt şəhər Məhkəməsinin 2(060)-4091/2019 saylı 20.05.2019-cu il tarixli qətnaməsindən görünür ki, 13 iyun 2016-cı il tarixdə Sumqayıt ASAN xidmət mərkəzi qeydiyyat şöbəsində X8 oğlu ilə X4 arasında bağlanmış nikah həmin qətnamə ilə pozulmuşdur. Məhkəmə araşdırması zamanı müəyyən olunanlara əsasən məhkəmə qeyd edir ki, İddiaçın ilə Cavabdeh2 13.06.2016-cı il tarixdə nikaha daxil olmuşlar. 21.10.2016-cı il tarixdə Cavabdeh2 X1 "xxxx" MTK-nə məxsus binadan mənzili almışdır. 20 may 2019-cu il tarixdə Sumqayıt şəhər Məhkəməsinin 2(060)-409/2019 saylı qətnaməsi ilə İddiaçın Cavabdeh2 ilə nikahı pozulmuşdur. 13 noyabr 2019-cu il tarixdə Cavabdeh2 etibarnaməsi əsasında onun atası Cavabdeh1 Sumqayıt şəhəri, 6-cı mikrorayon, 12 saylı evin 22 saylı mənzilinə dair ilkin hüquqverici sənədləri öz adına keçirmişdir. 19 dekabr 2019-cu il tarixdə Cavabdeh1 Sumqayıt şəhəri, 6-cı mikrorayon, 12 saylı evin 22 saylı mənzilinə dair mülkiyyət hüquqları qeydiyyata alınmışdır. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 31.1-ci maddəsinə əsasən - Ər-arvadın birgə mülkiyyətinin rejimi onların əmlakının qanuni rejimi hesab olunur. Həmin Məcəllənin 32.1-ci maddəsinə əsasən- Nikah müddətində ər-arvadın əldə etdikləri əmlak onların ümumi birgə mülkiyyəti sayılır. Həmin Məcəllənin 36.9-cu maddəsinə əsasən - Nikah pozulduqda ər-arvadın ümumi əmlakının bölünməsi haqqında onların tələbinə 3 illik iddia müddəti tətbiq olunur. Həmin Məcəllənin 37.1-ci maddəsinə əsasən - Ər-arvad arasındakı müqavilədə başqa hal nəzərdə tutulmayıbsa, onların ümumi əmlakının bölünməsi zamanı bu əmlakdakı payları bərabər hesab edilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 222.1-ci maddəsinə əsasən - Birgə mülkiyyətin əmələ gəlməsi üçün əsas olmuş ümumiliyin iştirakçıları birgə mülkiyyətin mülkiyyətçiləridir. Əgər birgə mülkiyyətin mülkiyyətçiləri arasındakı razılaşmada ayrı qayda nəzərdə tutulmayıbsa, onlar ümumi əmlaka birgə sahiblik edir və ondan birgə istifadə edirlər. Həmin Məcəllənin 222.3-cü Birgə mülkiyyətin hər bir mülkiyyətçisi, əgər bütün mülkiyyətçilərin razılaşmasından ayrı qayda irəli gəlmirsə, ümumi əşyaya dair sərəncam verilməsi haqqında əqdlər bağlaya bilər. Birgə mülkiyyətin mülkiyyətçilərindən birinin ümumi əmlaka dair sərəncam verilməsi ilə əlaqədar bağladığı əqd həmin mülkiyyətçinin lazımi səlahiyyətlərinin olmaması mülahizələrinə əsasən qalan iştirakçıların tələbi ilə yalnız o halda etibarsız sayıla bilər ki, əqdin başqa tərəfinin bunu bildiyi və ya bilməli olduğu sübuta yetirilsin. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 225-ci maddəsi ərlə arvadın ümumi mülkiyyətinə dair hüquq normalarını müəyyən edir. Həmin normalara əsasən - Ərlə arvadın nikah dövründə qazandıqları əmlak, əgər nikah kontraktında və ya onlar arasındakı razılaşmada ayrı qayda nəzərdə tutulmayıbsa, onların ümumi mülkiyyətidir (225.1). Daşınmaz əmlaka birgə hüququ olan ərin (arvadın) razılığı olmadan daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmış hüquq barədə bağlanmış müqavilə etibarsız hesab edilir. Bu, həmçinin əldə edənin belə hüququn yalnız müqavilə tərəfinə məxsus olması barədə vicdanlı olduğu hallara da aiddir. Əgər müqavilə üzrə tərəf müqavilənin etibarsızlığını bilirdisə və ya bilməli idisə, əldə edən həmin tərəfdən etibarsızlıqdan irəli gələn zərərin əvəzinin ödənilməsini tələb edə bilər (225.6). Azərbaycan Respublikası Mülki Məcəlləsinin 355.1-ci maddəsinə əsasən əgər əqdin etibarlığı üçüncü şəxsin razılığından asılıdırsa, onda həm razılıq, həm də razılıqdan imtina istər bir tərəfin, istərsə də digər tərəfin qarşısında ifadə edilə bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 157-ci maddəsi mülkiyyət hüqunun müdafiəsi normalarını özündə ehtiva edir. Nəmin noramalara əsasən Mülkiyyətçinin mülkiyyət hüququnun tanınmasını tələb etmək ixtiyarı vardır (157.1). Mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər (157.2). Əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər (157.4). Mülkiyyətçi hüquqları mülkiyyətçi olmasa da, bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan əsasla əmlaka sahiblik edən şəxsə də mənsubdur (157.8). Azərbaycan Respublikası Mülki Məcəlləsinin 359.3-cu maddəsinə əsasən- təmsilçi təmsil edilən adından şəxsən özü barəsində əqdlər bağlaya bilməz. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 6-cı maddəsinə əsasən mülki qanunvericiliyin prinsiplərindən biri mülkiyyətin toxunulmazlığıdır. Həmin Məcəlləyə görə əmlakın fiziki və ya hüquqi şəxsin mülkiyyətində, Azərbaycan Respublikasının və ya bələdiyyələrin mülkiyyətində olmasından asılı olaraq əmlaka sahiblik, ondan istifadə və ona dair sərəncam hüququnun əldə edilməsi və ona xitam verilməsi xüsusiyyətləri yalnız qanunla müəyyənləşdirilə bilər (MM-in 153.3-cü maddəsi). Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinə görə mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Mülkiyyətdən insan və vətəndaş hüquqları və azadlıqları, cəmiyyətin və dövlətin mənafeləri, şəxsiyyətin ləyaqəti əleyhinə istifadə edilə bilməz. Konstitusiyanın 29-cu maddəsinə görə isə hər kəsin mülkiyyət hüququ vardır. Heç kəs məhkəmənin qərarı olmadan mülkiyyətindəm məhrum edilə bilməz. Azərbaycan Respublikası Konstitusiyasının 43-cü maddəsinin 1-ci hissəsinə əsasən heç kəs yaşadığı mənzildən qanunsuz məhrum edilə bilməz. Azərbaycan Respublikası Konstitusiyasının 71-ci maddəsinə görə Konstitusiyada təsbit olunmuş insan və vətəndaş hüquqularını və azadlıqlarını gözləmək və qorumaq qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanının borcudur. Məhkəmə araşdırması zamanı müəyyən edilən mübahisərləndirilməyən hallardan müəyyən edilir ki, Sumqayıt şəhəri, 6-cı mikrorayon, 12 saylı evin 22 saylı mənzili iddiaçı ilə Cavabdeh2 nikahda olduğu dövrdə əvəzli olaraq əldə edilmiş, iddiaçının həmin mənzilə bigə mülkiyyət hüqunun müəyyən edilməsi tələbi üzrə qanunvericiliklə təyin edilmiş iddia müddəti keçməmiş, iddiaçının razılıqı olmadan mənzil etibarnamə əsasında digər cavabdeh tərəfindən özününkiləşdirlmişdir. Cavabdeh1 mübahisəli mənzilin nikah dövründə əldə edilməsini bilərək, Cavabdeh2 tərəfindən verilmiş etibarnamə əsasında özü barəsində hərəkət edərək, mübahisəli mənzilin hüquqverici sənədlərini öz adına rəsmiləşdirmiş və həmin mənzilə dair mülkiyyət hüqularını qeydiyyata aldırmışdır. Qeyd edilənlərə əsasən Sumqayıt şəhəri, 6-cı mikrorayon, 12 saylı evin 22 saylı mənzilinə dair Rəndə-2“ MTK-nın üzvlərinin ümumi iclasının 01 nömrəli, 18.11.2019-cu il tarixli protokolu və 18.11.2019-cu il tarixli maliyyə arayışı etibarsız hesab edilməli və həmin sənədlrə əsasında verilmiş ********** qeydiyyat nömrəli, 19.12.2019-cu il tarixli çıxarış lğv edilməlidir. Həmçinin iddia tələbinin 2-ci hissəsi üzrə iddia qismən təmin edilməli, Sumqayıt şəhəri, 6-cı mikrorayon, 12 saylı evin 22 saylı mənzili üzərində İddiaçı ½ hissədə, Cavabdeh2 oğlunun ½ hissədə payları müəyyən edilməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 14.2-ci maddəsinə görə məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220-ci, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia qismən təmin edilsin. Sumqayıt şəhəri, 6-cı mikrorayon, 12 saylı evin 22 saylı mənzilinə dair Rəndə-2“ MTK-nın üzvlərinin ümumi iclasının 01 nömrəli, 18.11.2019-cu il tarixli protokolu, 18.11.2019-cu il tarixli maliyyə arayışı etibarsız hesab edilsin və Cavabdeh1 Məhəmməd oğluna verilmiş mülkiyyət hüququnun qeyd edilməsinə dair ********** qeydiyyat nömrəli, 19.12.2019-cu il tarixli çıxarış ləğv edilsin. Sumqayıt şəhəri, 6-cı mikrorayon, 12 saylı evin 22 saylı mənzili üzərində İddiaçı ½ hissədə, Cavabdeh2 oğlunun ½ hissədə payları müəyyən edilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1(bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Elmir Hüseynov
Məhkəmə qərarları › İş №2(060)-4226/2021
Sumqayıt Şəhər Məhkəməsi Qətnamə — İş №2(060)-4226/2021
16.07.2021 · Müqavilənin etibarsız hesab edilməsi tələbi üzrə - Ailə münasibətləri üzrə mübahisələr - Ər-arvad arasında əmlak mübahisələri
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver