Məhkəmə qərarları › İş №2(060)-4260/2025

Sumqayıt Şəhər Məhkəməsi Qərardad — İş №2(060)-4260/2025

19.06.2025 · Əmək mübahisələri - Əmək haqqı tələbi - Əmək mübahisələri - Əmək münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2(060)-4260/2025 19.06.2025 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Kazımov Elçin Məmməd oğlunun sədrliyi, Bəhramlı Ümid Fəxri oğlunun katibliyi, İddiaçı, Cavabdehin nümayəndəsi Nümayəndə iştirakı ilə, İddiaçı Cavabdehnə qarşı əmək haqqı və son haqq-hesablaşma tələbinə dair mülki işə Sumqayıt Şəhər Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı iddia ərizəsi ilə Sumqayıt Şəhər Məhkəməsinə müraciət edərək 2024-cü ilin oktyabr, noyabr və dekabr aylarında iş vaxtından artıq işlədiyi dövrün əmək haqqının ödənilməsi, iddiaçı ilə son haqq-hesablaşma və iddiaçıya istifadə edilməmiş əmək məzuniyyətinə görə pul əvəzinin cavabdehin hesabına ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı iddia tələbini müdafiə edərək tələbin təmin edilməsini xahiş etdi. Cavabdehin nümayəndəsi Nümayəndə vəsatətlə məhkəməyə müraciət edərək Cavabdeh hüquqi ünvanı AZ1095, Bakı şəhəri, Nəsimi rayonu, Neftçilər prospekti, ev 153 olduğundan İddiaçı Cavabdehnə qarşı əmək haqqı və son haqq-hesablaşma tələbi barədə iddia ərizəsinin (iş №2(060)-4260/2025) baxılmasına aidiyyəti üzrə Bakı Şəhər Nəsimi Rayon Məhkəməsinə göndərilməsi barədə qərardad qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə, tərəfləri dinləyib, cavabdehin nümayəndəsinin vəsatətini və mülki işin materiallarını nəzərdən keçirib belə nəticəyə gəlir ki, mülki iş ərazi aidiyyatı üzrə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinə göndərilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 33-cü maddəsinə əsasən birinci instansiya məhkəməsi qismində işlərə ərazi üzrə baxılmasına dair məhkəmələr arasında səlahiyyətlərin bölünməsi bu fəsillə müəyyən olunur. (Maddə

33. Ərazi aidiyyəti anlayışı) Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 35.1-ci maddəsinə əsasən qanunla başqa hal nəzərdə tutulmamışdırsa, iddia cavabdehin rəsmi qeydə alındığı yerin məhkəməsinə verilir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 44.2.2-ci maddəsinə əsasən iş həmin məhkəmədə baxıldığı zaman onun aidiyyət qaydalarının pozulması ilə icraata qəbul edildiyi aşkar olarsa məhkəmə işi başqa məhkəmədə baxılmağa verir. Həmin Məcəllənin 45.2-ci maddəsinə əsasən məhkəmə mübahisənin ərazi aidiyyəti ilə bağlı bu Məcəllənin 21-ci fəslinin qaydalarına uyğun olaraq qərardad çıxarır. Həmin qərardaddan işdə iştirak edən şəxslər tərəfindən qərardadın alındığı (verildiyi) andan 10 gün ərzində şikayət verilə bilər. Həmin Məcəllənin 45.3-cü maddəsinə əsasən İşin bir məhkəmədən başqa məhkəməyə verilməsi həmin qərardaddan şikayət verilmə müddəti başa çatdıqdan sonra icra edilir. Məhkəmə qanunvericiliyin tələblərini və hazırki vəziyyətdə tərəflərin mövqeyini nəzərə alaraq hesab edir ki, İddiaçı Cavabdehnə qarşı əmək haqqı, son haqq-hesabın ödənilməsi və istifadə edilməmiş məzuniyyətə görə pul ödənilməsi tələbinə dair 2(060)- 4260/2025 saylı mülki iş baxılması üçün ərazi aidiyyatı üzrə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinə göndərilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 263, 264, 268-ci maddələrini rəhbər tutaraq, məhkəmə

QƏRARA ALDİ:

İddiaçı Cavabdehnə qarşı əmək haqqı və son haqq-hesablaşma tələbinə dair 2(060)-4260/2025 saylı mülki iş baxılması üçün ərazi aidiyyatı üzrə Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinə göndərilsin. Qərardaddan şikayət qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində Sumqayıt Şəhər Məhkəməsinə (Elektron Məhkəmə İnformasiya Sistemində yaradılan elektron kabinetdən istifadə edilməklə) verilir.

Hakim Elçin Kazımov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar