Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № 2(060)-4275/2024 05.06.2024 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Sumqayıt Şəhər Məhkəməsinin hakimi Hüseynov Elmir Xoşbəxt oğlu, İddiaçı cavabdehlər Cavabdeh2 və Sumqayıt şəhər 3 saylı Notariat Ofisinə qarşı (3cü şəxs: Sumqayıt şəhəri üzrə İcra İdarəsi) kredit müqaviləsinin etibarsız hesab edilməsi və onun əsasında verilmiş icra qeydinin ləğvi tələbinə dair iddia ərizəsi və ona əlavə olunmuş sənədləri məhkəmənin inzibati binasında nəzərdən keçirərək müəyyən etdi: İddiaçı iddia ərizəsi ilə Sumqayıt Şəhər Məhkəməsinə müraciət edərək onunla Cavabdeh2 arasında Smqayıt şəhər 3 saylı Notariat Kontorunda bağlanmış xx.xx.2017-ci il tarixli 3 saylı reyestrlə qeydə alınmış kredit müqaviləsinin etibarsız hesab olunması və həmin kredit müqaviləsi əsasında verilmiş xx.xx.2018-ci il tarixli icra qeydinin ləğvi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə, iddia ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək hesab edir ki, həmin ərizə və sənədlər geri qaytarılmalıdır. İddia ərizəsi və ona əlavə edilmiş sənədlərdən görünür ki, ərizəçi tərəfindən dövlət rüsumu ödənilməsi ilə bağlı əlavə edilmiş qəbz istifadə olunmuşdur. Belə ki, Sumqayıt Şəhər Məhkəməsinin icraatında olan 2(060)-2073/2024 saylı iş üzrə qəbul edilmiş xx.xx.2024-cü il tarixli qərardadla İddiaçı Cavabdeh2 qarşı kredit müqaviləsinin etibarsız hesab edilməsi və onun əsasında verilmiş icra qeydinin ləğv edilməsi tələbinə dair iddia ərizəsi və ona əlavə olunmuş sənədlərin geri qaytarılması, İddiaçı xx.xx.2024-cü il tarixdə ********** nömrəli qəbz vasitəsi ilə Sumqayıt Şəhər Məhkəməsinin hesabına ödəmiş olduğu 100 (bir yüz) manat məbləğində dövlət rüsumu dövlət büdcəsinin vəsaiti hesabından İddiaçı qaytarılması, qərardadın bu hissədə icrası Azərbaycan Respublikası Maliyyə Nazirliyinin Sumqayıt şəhər Maliyyə İdarəsinə həvalə edilməsi qərara alınmışdır. Hazırki iş üzrə iddiaçı məhkəməyə müraciət edərkən dövlət rüsumunun ödənilməsini təsdiq edən sənəd kimi istifadə olunan ********** nömrəli qəbzi əlavə etmişdir. Azərbaycan Respublikasının Mülki Məcəllənin 152.1.5-ci maddəsinə əsasən müəyyən edilmiş qaydada və məbləğdə dövlət rüsumunun ödənilməsini təsdiq edən sənəd təqdim edilmədikdə hakim iddiaçının iddia ərizəsi və ona əlavə edilmiş sənədləri geri qaytarılır. Həmin Məcəllənin 152.4-cü maddəsinə əsasən iddia ərizəsinin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur. Məhkəmə hesab edir ki, iddia ərizəsi məhkəməyə verilərkən MPM-nin 149-cu maddəsinin tələbləri pozulduğundan, həmin məcəllənin 152.1.5-ci maddəsinə əsasən iddia ərizəsi geri qaytarılmalı, ərizəçiyə bu nöqsanlar aradan qaldırıldıqdan sonra yenidən məhkəməyə müraciət etmək hüququ izah olunmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 263, 264 və 268-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddiaçı cavabdehlər Cavabdeh2 və Sumqayıt şəhər 3 saylı Notariat Ofisinə qarşı (3cü şəxs: Sumqayıt şəhəri üzrə İcra İdarəsi) kredit müqaviləsinin etibarsız hesab edilməsi və onun əsasında verilmiş icra qeydinin ləğvi tələbinə dair iddia ərizəsi və ona əlavə olunmuş sənədlər geri qaytarılsın. iddiaçıya göstərilən nöqsanlar aradan qaldırıldıqdan sonra yenidən ümumi qaydada məhkəməyə müraciət etmək hüququ izah olunsun. Qərardaddan şikayət qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində Sumqayıt Şəhər Məhkəməsinə (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetdən istifadə edilməklə) verilir. Hakim Elmir Hüseynov
Məhkəmə qərarları › İş №2(060)-4275/2024
Sumqayıt Şəhər Məhkəməsi Qərardad — İş №2(060)-4275/2024
05.06.2024 · Müqavilənin etibarsız hesab edilməsi tələbi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver