Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(060)-4285/2022 16.08.2022 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Ələkbərov Əfqan Qəzənfər oğlunun sədrliyi, Məmmədli Rəşad Mehman oğlunun katibliyi, İddiaçı, Cavabdehin nümayəndəsi X5 iştirakı ilə, İddiaçı cavabdeh "xxxx" ASC-yə qarşı borcun silinməsi tələbinə dair mülki işə məhkəmənin inzibati binasında, açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyən etdi: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh "xxxx" ASC tərəfindən Sumqayıt şəhəri, 15-ci məhəllə, Bakı küçəsi, 15 nömrəli yataqxana, ev 5, mənzil 135-ə mənzilə enerji sərfiyyatına görə xx.xx.2015-ci il tarixə hesablanmış 1201.59 manat (ETAİS-dən gələn borc) və xx.xx.2016-cı il tarixə hesablanmış 1569.07 manat qaçqın limiti üzrə borcun silinməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia onunla əsaslandırılmışdır ki, o və ailə üzvləri məlum hadisələr nəticəsində Füzuli rayonundan məcburi köçkün olduqdan sonra Sumqayıt şəhəri, 15-ci məhəllə, ünvan 1 ünvanın abonent kodu (**********01136) mərhum X1nın adınadır. Hazırda həmin mənzildə istifadə edilən enerji sərfiyyatına görə xx.xx.2015-ci il tarixə 1201.59 manat (ETAİS-dən gələn borc) və xx.xx.2016-cı il tarixə 1569.07 manat qaçqın limiti üzrə borc hesablanmışdır. X1 xx.xx.2021-ci il tarixdə vəfat etmişdir. Həmin abonent kodunun adına rəsmiləşdirilməsi ilə bağlı cavabdehə müraciət etsə də, cavabdeh həmin abonent kodunda istifadə edilən enerji sərfiyyatına görə borc olduğundan abonent kodunun onun adına rəsmiləşdirilməsindən imtina etmişdir. Hazırda anası xx.xx.2021-ci il tarixdə vəfat etdiyindən, o, anasının hüquqi varisi olaraq həmin borcun silinməsi ilə bağlı məhkəməyə müraciət etmək üçün subyektiv hüquqa malikdir. İddiaçı məhkəmə iclasında iddia müdafiə edərək, iddia ərizəsində göstərilənlərə uyğun eyni məzmunlu izahat verib, məhkəmədən iddianın təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etdi. Məhkəmə iclasında cavabdehin nümayəndəsi izahat verərək bildirdi ki, İddiaçı məxsus ünvan 2 ünvanında yerləşən evi **********01136 saylı kodla xx.xx.2008-ci il tarixindən X7 adı ilə abonent qeydiyyatındadır. Abonentin mənzilinə xx.xx.2011-ci il tarixində elektrik hesabat sayğacı quraşdırılaraq istismara verilmişdir. xx.xx.2016-cı ildə aparılmış “Məcburi köçkün borcunun dondurulması” zamanı abonentin hesabına donma əməliyyatı şamil edilərək 1569.07 manat borc dondurulmuşdur. Hal-hazırda "xxxx" ASC tərəfindən həmin borcların ödənişi tələb olunmadığından, abonentlərə təqdim edilən bildirişdə qeyd edilmir. Lakin, abonentlərə borcun olub-olmaması haqqında arayış verilərkən, həmin borcun möcudluğu bildirilir və bu borcun ödənilməsi tələb olunur. Həmin borcun silinməsi müəssisənin səlahiyyətində deyildir. Mənzilin xx.xx.2016-cı il tarixindən xx.xx.2022-ci il tarixinədək enerjitəchizatçı təşkilata 2078.21 manat sayğac borcu vardır. Məhkəmə, tərəflərin izahatını dinləyib, iş materiallarını tədqiq edərək hesab edir ki, iddia qismən təmin edilməlidir. İş materiallarında olan: - Azərbaycan Respublikası DİN-nin ******* saylı, xx.xx.2022-ci il tarixli arayışından görünür ki, İddiaçı Füzuli rayonu, Əbdürrəhmanlı Ərazi Dairəsi, Kürdlər kəndində qeydiyyatdadır. - Azərbaycan Respublikası Sumqayıt şəhər İcra Hakimiyyəti Mənzil Kommunal Təsərrüfatı İstehsalat Birliyinin 22 saylı Mənzil Kommunal Səhəsinin 1002 №-li arayışından görünür ki, İddiaçı və onun ailə üzvləri Füzuli rayonundan məcburi köçkün kimi 1992-ci ildən Sumqayıt şəhəri, 15-ci məhəllə, Bakı küçəsi, 15 nömrəli yataqxana, ev 5, mənzil 135-də məskunlaşmışdır. - Azərbaycan Respublikası Sumqayıt şəhər İcra Hakimiyyəti Mənzil Kommunal Təsərrüfatı İstehsalat Birliyinin 22 saylı Mənzil Kommunal Səhəsinin 1003 №-li arayışından görünür ki, İddiaçı Füzuli rayonundan məcburi köçkün kimi Sumqayıt şəhəri, 15-ci məhəllə, Bakı küçəsi, 15 nömrəli yataqxana, ev 5, mənzil 135-də məskunlaşmışdır. -Abunə haqqında çıxarışdan görünür ki, 1569.07 manat silinməli qaçqın borcu mövcuddur. - Ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X4 xx.xx.2021-ci ildə vəfat etmişdir. - "xxxx" ASC-nin “Şimal” X6 və Satışı İdarəsinin 50-01/356 saylı, xx.xx.2022-ci il tarixli məktubundan görünür ki, İddiaçı məxsus ünvan 2 ünvanında yerləşən evi **********01136 saylı kodla xx.xx.2008-ci il tarixindən X7 adı ilə abonent qeydiyyatındadır. Abonentin mənzilinə xx.xx.2011-ci il tarixində elektrik hesabat sayğacı quraşdırılaraq istismara verilmişdir. xx.xx.2016-cı ildə aparılmış “Məcburi köçkün borcunun dondurulması” zamanı abonentin hesabına donma əməliyyatı şamil edilərək 1569.07 manat borc dondurulmuşdur. Hal-hazırda "xxxx" ASC tərəfindən həmin borcların ödənişi tələb olunmadığından, abonentlərə təqdim edilən bildirişdə qeyd edilmir. Lakin, abonentlərə borcun olub-olmaması haqqında arayış verilərkən, həmin borcun möcudluğu bildirilir və bu borcun ödənilməsi tələb olunur. Həmin borcun silinməsi müəssisənin səlahiyyətində deyildir. Mənzilin xx.xx.2016-cı il tarixindən xx.xx.2022-ci il tarixinədək enerjitəchizatçı təşkilata 2078.21 manat sayğac borcu vardır. Beləliklə, məhkəmə araşdırılması zamanı müəyyən olundu ki Sumqayıt şəhəri, 15ci məhəllə, Bakı küçəsi, 15 nömrəli yataqxana, ev 5, mənzil 135 ünvanına xx.xx.2016-ci ilə kimi hesablanmış sərfiyyat borcu 1569.07 manat təşkil edir, sayğac göstəriciləri isə xx.xx.2016-ci ildən etibarən hesablanmağa başlanılmışdır. Həmin məbləğ dondurulmuş məcburi köçkün borcudur. Məhkəmə qeyd edir ki, iddiaçının ərizəsində silinməsini xahiş etdiyi 1201.59 manat borc (ETAİS-dən gələn borc) 1569.07 manat borcun tərkibindədir. Məhkəmə araşdırması zamanı müəyyən olunanlara əsasən məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olunmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Həmin Məcəllənin 399.1-ci maddəsinə əsasən müqavilə bağlandığı andan qüvvəyə minir və tərəflər üçün məcburi olur. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 02 fevral 2005-ci il tarixli, 18 nömrəli Qərarı ilə təsdiq edilmiş “X3 Qaydaları”nın 8.1-ci bəndinə əsasən Dövlət elektroenergetika müəssisəsindən enercitəchizatı müəssisəsinə, enerjitəchizatı müəssisəsindən abonentə, abonentdən subabonentə elektrik enerjisinin verilişi yalnız müvafiq olaraq tərəflər arasında bağlanmış elektrik enerjisinin alqı-satqı müqaviləsinə əsasən və onlar üçün təyin olunmuş elektrik enerjisinin tariflərinə uyğun aparılır.Həmin Qaydaların 8.2-ci bəndinə əsasən elektrik enerjisinə görə hesablaşmalar uçot cihazlarının hesablaşma dövründəki göstəricilərinə əsasən aparılır.Həmin Qaydaların 8.4-cu bəndinə əsasən Enerjitəhcizatı müəssisəsi istehlakçıdan yalnız istifadə olunmuş elektrik enerjisinə görə ödəniş alır,digər ödənişlərin,o cümlədən bu qaydaların 3.5-ci bəndinə uyğun olaraq istehlakçıya məxsus elektrik qurğularına gərginlik verilməsinə görə ödənişin alınmasına yol verilmir. Həmin Qaydaların 8.9-cu bəndinə əsasən istehlakcı (məişət abonenti istisna olmaqla) hesablaşma elektrik sayğacının göstərişi haqqında məlumat vermədikdə, hesablaşma əvvəlki dövr ücün müəyyən olunmuş orta gündəlik elektrik enerjisi sərfinə uyğun aparılır və orta gündəlik elektrik enerjisi sərfinə uyğun hesablaşma bir hesablaşma dövründən artıq olmamalıdır, dövr başa çatdıqdan sonra göstərilən hal davam edərsə, elektrik enercisinin sərfi istehlakçının (məişət abonenti istisna olmaqla) cərəyan qəbuledicilərinin gücünə və işləmə saatlarına uyğun olaraq müəyyənləşdirilir. Bu qayda elektrik sayğaclarının göstərişi haqqında istehlakçı (məişət abonenti istisna olmaqla) məlumat verənədək davam etdirilir və həmin dövr üçün elektrik enerjisinin yenidən hesablaşması aparılmır. Sadalanan hüquq normalarını rəhbər tutaraq məhkəmə hesab edir ki, iddiaçı ilə cavabdeh arasında müqavilə olmadığı halda Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2005-ci il 02 fevral tarixli 18 saylı qərarı ilə təsdiq edilmiş “X3 qaydaları”nın tələblərinə zidd olaraq (orta gündəlik elektrik enerjisi sərfinə uyğun hesablama məişət abonenti istisna olmaqla hesablanır) əsassız, orta sərfiyyatla qeyri müəyyən hesablanmış 203.76 manat borc silinməlidır. İddiaçının mənzilinə işlədicilərin gücünə görə orta sərfiyyat əsasında Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2005-ci il 02 fevral tarixli 18 saylı qərarı ilə təsdiq edilmiş “X3 qaydaları”nın tələblərinə zidd, əsassız olaraq 203.76 manat borc hesablanmışdır. Eyni zamanda həmin borc məbləğinin qarşısından “Qaçqın borcu silinməli” qeydi aparılmışdır. Ona görə də, məhkəmə hesab edir ki, cavabdeh "xxxx" ASC tərəfindən heç bir əsası olmadan qeyri-müəyyən hesablanmış borcun iddiaçıdan tələb etməsi vətəndaşın hüququnun pozulması kimi qiymətləndirilməlidir. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Bu Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Beləliklə, məhkəmə hesab edir ki, iddia qismən təmin edilməli, "xxxx" ASC tərəfindən Sumqayıt şəhəri, 15-ci məhəllə, Bakı küçəsi, 15 nömrəli yataqxana, ev 5, mənzil 135 ünvanında yaşayan İddiaçı istifadəsində olan **********01136 saylı abonent koduna hesablanmış 1569.07 manat borc silinməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220-ci və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Qət etdi: İddia qismən təmin edilsin. İddiaçı yaşadığı Sumqayıt şəhəri, 15-ci məhəllə, Bakı küçəsi, 15 nömrəli yataqxana, ev 5, mənzil 135 üzrə qeydiyyata alınmış **********01136 saylı abonent koduna hesablanmış 1569.07 manat borc silinsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Əfqan Ələkbərov
Məhkəmə qərarları › İş №2(060)-4285/2022
Sumqayıt Şəhər Məhkəməsi Qətnamə — İş №2(060)-4285/2022
16.08.2022 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver