Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(060)-4288/2024 25.09.2024 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Behbudova Aynur Mirzalı qızının sədrliyi, Məmmədli Rəşad Mehman oğlunun katibliyi, İddiaçı nümayəndəsi Nümayəndə və mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxslər X13 və X5 iştirakları ilə, İddiaçı Cavabdehnə qarşı (mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxslər X13 və X10) mirasın qəbul edilməsi müddətinin uzadılması tələbinə dair iddiası üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏNETDİ: İddiaçı cavabdeh Azərbaycan Respublikası Ədliyyə Nazirliyi 2 saylı Sumqayıt Regional “Asan Xidmət” Mərkəzində Notariat Ofisinə qarşı (mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxslər X13 və X10) miras əmlakın qəbulu üçün ötürülmüş müddətin bərpası tələbinə dair iddia ərizəsi ilə Sumqayıt Şəhər Məhkəməsinə müraciət edərək iddia tələbini onunla əsaslandırmışdır ki, o, xx.xx.1985-ci ildə anadan olmuş və onun anası X7 16 fevral 2023-cü ildə kəskin qaraciyər çatışmamazlığı xəstəliyindən dünyasını dəyişmiş və Sumqayıt Qeydiyyat Şöbəsi tərəfindən xx.xx.2023-cü ildə onun adına ölüm haqqında şəhadətnamə verilmişdir. Onun anasından Quba şəhəri, Fətəlixan küçəsi, ev 79-da yerləşən 39 saylı mənzil və Sumqayıt şəhəri, 9-cu mikorayon, ev 31-də yerləşən 45 saylı mənzil miras qalmışdır. Hər iki əmlak üzərində onun anasının mülkiyyət hüquqları daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmış və onun adına çıxarış verilmişdir. Onlar ailədə üç uşaqdırlar. X1, bacısı X14 və qardaşı X10 ilə birlikdə notariat ofisinə müraciət etmiş və bu üç nəfər şəxs miras qoyanın qanun üzrə birinci növbə vərəsələri tanınmışlar. Lakin onun müraciəti ilə bağlı imtina olunaraq bildirilmişdir ki, o, mirasın qəbulu ilə bağlı məhkməyə müraciət etməlidir. Onu da qeyd edir ki, o, mirası faktiki olaraq qəbul etmişdir. Hazırda anasından miras qalan Sumqayıt şəhəri, 9-cu mikrorayon, ev 31-də yerləşən 45 saylı mənzildə yaşayır. Qeyd olunanlara əsasən məhkəmədən miras kütləsinə daxil olan və mərhum anası X2 miras qalmış ünvan 1-un və Sumqayıt şəhəri, 9cu mikrorayon, ev 31-də yerləşən 45 saylı mənzilin miras qoyanın qanun üzrə birinci növbə vərəsəsi kimi onun tərəfdən qəbul edilməsi müddətinin uzadılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı sonradan iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, məhkəmədən miras kütləsinə daxil olan və mərhum anası X2 miras qalmış ünvan 1-un və Sumqayıt şəhəri, 9-cu mikrorayon, ev 31-də yerləşən 45 saylı mənzilin o tərəfdən faktiki qəbul edilməsini nəzərə alaraq miras qoyanın qanun üzrə birinci növbə vərəsəsi kimi onun tərəfdən qəbul edilməsi müddətinin uzadılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı nümayəndəsi Nümayəndə iddia ərizəsində göstərilənlərə uyğun eyni məzmunlu izahat verərək məhkəmədən iddia tələbinin təmin olunması barədə qətnamə qəbul edilməsini xahiş etdi. Bildirdi ki, şahidləri vardır. Keçən il aprel-may ayından şahidlər orada yaşamağı təsdiq edə bilərlər. Məhkəmə iclasında mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs X13 izahatında bildirdi ki, Quba rayonundakı evdə faktiki olaraq heç kim yaşamır. Sumqayıt şəhərindəki evdə isə bacısı 2023-cü il tarixdən yaşayır. Anası vəfat etməmişdən öncə bacısı həmin evə gəlmiş və getmişdir. Lakin tam yaşamaq ondan sonra olmuşdur. Quba rayonundakı ev boşdur. Atası mirası qəbul etmiş, lakin qardaşını bilmir. Məhkəmə iclasında mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs X10 izahatında bildirdi ki, 2023-cü ilin iyul ayına kimi həmin mənzildə yaşamışdır. Həmin vaxtdan sonra qapının açarını dəyişmişdirlər. Mirasın bacısının adına keçməyinə razı deyildir. Özü də mirası qəbul etməmişdir. 2023-cü ilin iyul ayının əvvəllərindən bacısı həmin ünvanda yaşayır. Tam olaraq 2023-cü ilin sentyabr ayından yaşamağa başlamışlar. Anası vəfat edərkən orada olmuşdur. Cavabdeh Azərbaycan Respublikası Ədliyyə Nazirliyi 2 saylı Sumqayıt Regional “Asan Xidmət” Mərkəzində Notariat Ofisi məhkəməyə ərizə ilə müraciət edərək məhkəmə iclasının onların iştirakı olmadan keçirilməsini xahiş etmişdir. Azərbaycan Respublikası MPM-in 185.6-cı maddəsinə əsasən məhkəmə cavabdeh Azərbaycan Respublikası Ədliyyə Nazirliyi 2 saylı Sumqayıt Regional “Asan Xidmət” Mərkəzində Notariat Ofisinin nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün hesab etdi. Məhkəmə İddiaçı nümayəndəsi Nümayəndə izahatını, şahidlərin ifadələrini dinləyib, məhkəmə baxışında tədqiq edilən sübutlara məcmu halda qiymət verərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia tələbi təmin edilməlidir: Məhkəmə iclasında şahid X12 ifadəsində bildirdi ki, Vüsaləni uşaqlıqdan tanıyır. Mehriban qonşudurlar. Vüsalə keçən ilin aprel-may ayından, anası xəstə yatandan həmin ünvanda yaşayır. Anası vəfat etdikdən sonra da orada yaşamış, uşaqları oxumuşdur. Məhkəmə iclasında şahid X11 ifadəsində bildirdi ki, Vüsalənin bibisidir. Vüsalə Quba rayonuna gəlin getmişdir. İndi hal-hazırda Sumqayıt şəhərində yaşayır. Vüsalə keçən ilin aprel-may ayından, anası xəstə yatandan həmin ünvanda yaşayır. Həmin vaxtdan qardaşı getmiş, Vüsalə də uşaqları ilə birlikdə həmin ünvanda yaşayır. İş materiallarında olan: Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin 2 saylı Sumqayıt Regional “Asan Xidmət” Mərkəzində Notariat Ofisinin 13 mart 2024-cü il tarixli, 390 nömrəli arayışından görünür ki, mirasın qəbulu üçün qanunla müəyyənləşdirilmiş müddət ötürüldüyündən halhazırda ona vərəsəlik hüququ haqqında şəhadətnamə verilə bilməz. Odur ki, mirasın qəbulu üzrə qanunla müəyyənləşdirilmiş müddətin bərpası üçün məhkəməyə müraciət etmək tövsiyyə olunmuşdur. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən verilmiş RX seriyalı, ******* nömrəli çıxarışın surətindən görünür ki, ünvan 1 ünvanında yerləşən mənzil xüsusi mülkiyyət hüququ əsasında X4 adına tam payda ********** qeydiyyat nömrəsi ilə xx.xx.2013-cü il tarixdə rəsmiləşdirilmişdir. Daşınmaz Əmlakın Dövlət Reyestrində 3 nömrəli reyestr kitabının 173 nömrəli vərəqində qeydiyyata alınmışdır. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən verilmiş RX seriyalı, ******* nömrəli çıxarışın surətindən görünür ki, ünvan 3ydalarla: AZ 5001, ünvan 2 ünvanında yerləşən mənzil xüsusi mülkiyyət hüququ əsasında X4 adına tam payda ********** qeydiyyat nömrəsi ilə xx.xx.2015-ci il tarixdə rəsmiləşdirilmişdir. Daşınmaz əmlak üzərində hüquq daşınmaz əmlakın dövlət reyestrində 267 nömrəli reyestr kitabının 21 nömrəli vərəqində qeydiyyata alınmışdır. Quba Rayon VVADQ şöbəsi tərəfindən AZ-İ seriyalı, 224360 nömrəli, 16 iyun 2006cı il tarixli nikah haqqında şəhadətnamənin surətindən görünür ki, Nümayəndə ilə X8 arasında xx.xx.2006-cı il tarixdə nikah bağlanmışdır. Bu barədə nikahın bağlanması haqqında akt qeydləri kitabında 2006-cı ilin iyun ayının 16-cı günündə 132 nömrə ilə qeyd edilmişdir. Nikah bağlandıqdan sonra arvada Məlikova soyadı verilmişdir. Sumqayıt Şəhər Qeydiyyat Şöbəsi tərəfindən verilmiş 25 fevral 2023-cü il tarixli, AZ-İİ seriyalı, 324919 nömrəli ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X9 16 fevral 2023-cü il tarixdə kəskin və yarımkəskin qaraciyər çatışmazlığı səbəbindən Sumqayıt şəhərində ölmüşdür. Bu barədə ölüm haqqında akt qeydləri kitabında 2023-cü ilin 02-ci ayının 24-cü günündə 292 nömrə ilə qeyd edilmişdir. Quba Rayon Qeydiyyat Şöbəsi tərəfindən verilmiş 05 mart 2024-cü il tarixli, 45 nömrəli arayışdan görünür ki, xx.xx.1956-cı ildə Azərbaycan Respublikası Quba şəhərində anadan olmuşdur. Bu barədə xx.xx.1956-cı il tarixdə Quba rayon qeydiyyat şöbəsi tərəfindən 411 nömrəli doğum haqqında akt qeydi tərtib olunmuşdur. X9 xx.xx.2023-cü ildə vəfat etmişdir. Məhkəmə iclasında işin araşdırılan halları və iş materiallarına əlavə edilmiş sənədlərdən müəyyən edildi ki, X9 16 fevral 2023-cü ildə vəfat etmiş, iddiaçı mərhum anası X4 vəfatından sonra ondan miras qalmış ünvan 1 ünvanında yerləşən mənzil və ünvan 3ydalarla: AZ 5001, ünvan 2 ünvanında yerləşən mənzilin qəbulu üçün Azərbaycan Respublikası Ədliyyə Nazirliyi 2 saylı Sumqayıt Regional “Asan Xidmət” Mərkəzində Notariat Ofisinə müraciət etmiş, imtina məktubu alaraq Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1246-cı maddəsinə əsasən mirasın qəbulu üzrə qanunla müəyyənləşdirilmiş müddətin bərpası üçün məhkəməyə müraciət etmək tövsiyyə olunmuşdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1243.1-ci maddəsinə əsasən mirası istər qanun üzrə, istərsə də vəsiyyət üzrə vərəsə qəbul edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1243.2-ci maddəsinə əsasən vərəsə mirasın açıldığı yer üzrə notariat ofisinə mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktik başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1243.3-cü maddəsinə əsasən vərəsə mirasın bir hissəsinə sahiblik etməyə faktik başladıqda hesab edilir ki, mirasın nədə ifadə edilməsindən və harada olmasından asılı olmayaraq, o, mirası tamamilə qəbul etmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1248.1-ci maddəsinə əsasən mirasın qəbul edilməsi üçün müəyyənləşdirilmiş müddəti məhkəmə, gecikdirmənin səbəbini üzrlü sayarsa, uzada bilər. Müddət qurtardıqdan sonra, əgər mirası qəbul edən bütün digər vərəsələr razıdırlarsa, miras məhkəməyə müraciət edilmədən də qəbul oluna bilər. Həmin Məcəllənin 1248.2-ci maddəsinə əsasən bu Məcəllənin 1248.1-ci maddəsində nəzərdə tutulan halda mirasın qəbulunu gecikdirmiş vərəsəyə digər vərəsələrin aldığı və ya dövlətin mülkiyyətinə keçmiş əmlakdan pay qalan əmlakdan naturada verilir; ona çatası əmlakın qalan hissəsinin dəyərinin məbləği də verilir. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1246 və 1273-1-ci maddələrinin Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin Vİİ hissəsinə uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 26 dekabr 2023-cü il tarixli qərarına əsasən Mülki Məcəllənin vərəsəlik hüququ üçün xüsusi qəbul şərtini və müddətini müəyyən edən 1246 və 1273-1-ci maddələri mütənasiblik konstitusiya prinsipinə və Konstitusiyanın 29-cu maddəsinin Vİİ hissəsində təsbit olunmuş vərəsəlik hüququnun təminatına və bu Qərarın təsviriəsaslandırıcı hissəsində əks olunmuş hüquqi mövqelərə uyğun olmadığından qüvvədən düşmüş hesab edilmişdir. Həmin qərarda həmçinin qeyd edilir ki, miras qoyanın ölümü ilə yaranan vərəsəlik hüquq münasibətləri vərəsənin mirasdan imtina etməsi anınadək davam edir. Vərəsə statusunda olan şəxs bu statusdan imtina etmək qərarına gələrsə, bununla bağlı iradə ifadəsini Mülki Məcəllənin 1256-cı maddəsinə müvafiq olaraq, vərəsəliyə çağırıldığını bildiyi və ya bilməli olduğu gündən üç ay ərzində ifadə etməlidir. Bu baxımdan qanunla müəyyən edilmiş müddət ərzində mirasdan imtina etməyən vərəsə mirası qəbul etmiş vərəsə hesab edilməli və vərəsələr arasında miras əmlakın bölüşdürülməsi Mülki Məcəllənin 1301-ci maddəsinə uyğun olaraq həyata keçirilməldir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1301.1-ci maddəsinə əsasən əgər vərəsəliyə çağırılmış, yerində olmayan, lakin olduğu yer müəyyənləşdirilmiş vərəsə mirasdan üç ay ərzində imtina etməzsə, digər vərəsələr mirası bölüşdürmək niyyətləri barəsində ona bildiriş göndərməlidirlər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1301.2-ci maddəsinə əsasən əgər bu cür vərəsə bildirişdən sonra üç ay ərzində özünün əmlak bölgüsü haqqında razılaşmada iştirak etmək arzusu barəsində digər vərəsələrə məlumat verməzsə, digər vərəsələr qarşılıqlı razılaşma üzrə əmlakı bölüşdürə bilər və yerində olmayan vərəsənin payını ayıra bilərlər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1301.3-cü maddəsinə əsasən əgər miras açıldıqdan sonra altı ay ərzində qaib vərəsənin olduğu yer müəyyənləşdirilməzsə və mirasın qəbulundan imtina barəsində ondan bir xəbər alınmazsa, digər vərəsələr bu Məcəllənin 1301.2-ci maddəsində müəyyənləşdirilmiş qaydada əmlakı bölüşdürə bilərlər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Həmin Məcəllənin 133.1-ci maddəsinə əsasən məhkəmə qanunla müəyyən edilmiş müddətin buraxılmasının səbəbini üzürlü hesab edərsə, işdə iştirak edən şəxsin ərizəsinə əsasən buraxılmış müddəti bərpa edir. Həmin Məcəllənin 133.4-cü maddəsinə əsasən buraxılmış prosessual müddətin bərpası məhkəmənin qətnaməsində, qərardadında və qərarında göstərilməlidir. Məhkəmə hesab edir ki, müddətin ötürülməsi üzrlü səbəbdən olduğu, həmçinin tərəflər arasında iddiaçının miras əmlakı faktiki qəbul etdiyi mübahisə predmeti olmadığı üçün ötürülmüş müddət bərpa edilməlidir. Beləliklə, qanunvericiliyin yuxarıda qeyd edilən normalarının mahiyyətindən göründüyü kimi qanunvericiliklə müəyyən edilmiş müddətin buraxılması səbəbini məhkəmə o halda üzrlü hesab edərək bərpa edir ki, şəxsin həmin hərəkəti etməsi onun özündən asılı olmayan səbəbdən qeyri-mümkün olsun. Bütün bunları nəzərə alaraq məhkəmə hesab edir ki, iddia tələbi təmin edilməli, X3 miras qalmış ünvan 1 ünvanında yerləşən mənzil və ünvan 3ydalarla: AZ 5001, ünvan 2 ünvanında yerləşən mənzil üzərində miras əmlakın İddiaçı tərəfindən qəbul edilməsi müddətinin buraxılması üzrlü hesab edilərək mirasın qəbulu müddəti bərpa edilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 217.3-cü maddəsinə əsasən, qətnamə iş üzrə müəyyən edilmiş həqiqi hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Qeyd olunanlara əsaslanaraq və Azərbaycan Respublikası MPM-nin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə QƏTETDİ: İddia tələbi təmin edilsin. X3 miras qalmış, ünvan 1 ünvanında yerləşən mənzil və ünvan 3ydalarla: AZ 5001, ünvan 2 ünvanında yerləşən mənzilə dair miras əmlakı İddiaçı tərəfindən qəbul edilməsi müddətinin buraxılması üzrlü hesab edilərək mirasın qəbulu müddəti bərpa edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə (MPM-nin 361-363-cü maddələrinə və əlavə 2 uyğun olaraq) elektron qaydada apellyasiya şikayəti verilə bilər. Hakim Aynur Behbudova
Məhkəmə qərarları › İş №2(060)-4288/2024
Sumqayıt Şəhər Məhkəməsi Qətnamə — İş №2(060)-4288/2024
25.09.2024 · Vərəsəlik hüququ üzrə mübahisələr - Vərəsəlik hüququ üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver