Məhkəmə qərarları › İş №2(060)-4290/2023

Sumqayıt Şəhər Məhkəməsi Qətnamə — İş №2(060)-4290/2023

06.10.2023 · Vərəsəlik hüququ üzrə mübahisələr - Vərəsəlik hüququ üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(060)-4290/2023 06.10.2023 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Abdullayev Emin Ağamusa oğlunun sədrliyi, X11 oğlunun katibliyi, cavabdehin nümayəndəsi, Vəkil iştirakı ilə, iddiaçılar İddiaçı1 və İddiaçı2 Cavabdeh qarşı vərəsəlik şəhadətnaməsinin etibarsız hesab edilməsi və digər tələblərinə dair mülki işə Sumqayıt Şəhər Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı1 və İddiaçı2 (bundan sonra - iddiaçılar) Cavabdeh (bundan sonra – cavabdeh) qarşı iddia ərizəsi və iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə Sumqayıt Şəhər Məhkəməsinə müraciət edərək, 5 saylı Bakı “Asan xidmət” mərkəzinin notariat ofisi tərəfindən Cavabdeh verilmiş vərəsəlik şəhadətnaməsinin etibarsız hesab edilməsi, xx.xx.2015-ci il tarixdə X4 verilmiş daşınmaz əmlakın dövlət reyestrindən **********75 reyestr nömrəli, ********** qeydiyyat nömrəli çıxarışa əsasən Sumqayıt şəhəri, X6, X12, 6cı məhəllə, 232B ünvanında yerləşən 0,03 ha olan torpaq sahəsindən ibarət olan əmlaka dair cavabdehə verilmiş yeni çıxarışın ləğv edilməsi, iddiaçıların mirasın qəbul edilməsi ilə bağlı buraxılmış müddətin bərpa edilməsi, miras əmlaka dair payların müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçılar X3 və X7 ilə nikahından doğulmuş övladlarıdırlar. Nikah münasibətləri pozulduqdan sonra onlar atalarının himayəsində böyümüşlər. 2004-cü ildə ataları cavabdeh ilə nikaha daxil olmuş və birlikdə yaşamağa başlamışlar. Mərhum atalarının cavabdeh ilə nikahından övladı olmamışdır. Ataları ikinci dəfə nikaha daxil olarkən iddiaçılar uşaq olmuşlar və onun hər hansı bir işinə müdaxilə etmək imkanları olmamışdır. İddiaçıların ataları 23 iyun 2019-cu ildə İran İslam Respublikasının Qum şəhərində ürək dayanması səbəbi ilə vəfat etmişdir. Atalarının ölümündən 4 il sonra cavabdeh “fərdi yaşayış evində payın müəyyən edilməsi və fərdi yaşayış evinə köçürülmə” tələbi ilə iddiaçılara qarşı Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinə müraciət etmişdir. Məhkəməyə müraciət ərəfəsində cavabdeh iddiaçı Rövşənə müraciət edərək mənzilə köçmək istədiyini, payının verilməsini istəyib. Rövşən onun öz xoşu ilə getdiyini bu illər ərzində hər hansı bir tələblə çıxış etmədiyini və tələbinin məntiqsiz olduğunu bildirmişdir. Sonra onun vəkili zəng edərək Rövşənə könüllü şəkildə razılıq əsasında cavabdehin mənzilə köçürülməsini tələb etmişdir. İddiaçı1 söhbətin hansı şəraitsiz evdən getdiyini ilk əvvəl anlamamışdır. Çünki atası sənədlərlə bağlı işlərdən onları ayrı tutduğu üçün bu barədə heç bir təsəvvürü yox idi. Sonradan iddiaçılara məlum olmuşdur ki, atalarının Sumqayıt şəhərində xüsusi mülkiyyətində 3 sot torpaq sahəsi oİmuşdur. Həmin torpaq sahəsindən iddiaçıların xəbəri olmamışdır. Cavabdehin yaratdığı soyuq münasibət səbəbindən problem yaranmasın deyə, onların sənəd işlərinə müdaxilə etmək imkanları olmamışdır. Sonradan İddiaçı1 əmilərilə əlaqə yaradaraq məlum problemi onların nəzərinə çatdırmışdır. Əmisi ona atasına aid olan bir-iki sənədin onda olduğunu söyləmişdir. Əmisi sonra iddiaçıya iddia tələbində qeyd olunan sözügedən torpaq sahəsinə dair ilkin alqı-satqı müqaviləsini, çıxarışı və torpaq sahəsinin plan və ölçüsünə dair sənədlərin əslini təqdim etmişdir. İddiaçılar 13 aprel 2023-cü il tarixdə 4 saylı “ASAN Xidmətdə” Notariat kontoruna vərəsəlik şəhadətnaməsi almaq məqsədi ilə müraciət etdmişlər. Ordan onlara bildirmişlər ki, həmin torpaq sahəsi artıq vərəsəlik qaydasında özgəninkiləşdirilmişdir və onlar Notariat əməliyyatının aparıldığı 5 saylı ”ASAN Xidmət” Mərkəzində Notariat Ofisinə müraciət etsinlər. Ora müraciət edərkən məlum olub ki, cavabdeh 14 noyabr 2019-cü il tarixdə Sumqayıt şəhəri, “Samur- Abşeron” kanalının şimalı, X12, 6-cı məhəllə, 232b ünvanında yerləşən torpağı öz adına rəsmiləşdirmişdir. Göründüyü kimi cavabdeh məqsədli şəkildə iddiaçıların atalarına məxsus xüsusi mülkiyyətində olan sözügüdən torpaq sahəsini xəlvəti şəkildə mənimsəyərək onlatın övlad vərəsə olaraq pay haqlarını tapdalamış mənimsəmişdir. xx.xx.2023-cü il tarixində cavabdehin nümayəndəsi tərəfindən iddiaya elektron qaydada etiraz ərizəsi daxil olmuşdur. Cavabdeh iddiaçıların atası X5 ilə 2000-ci ilin avqust ayında ailə qurmuş, nikahları Sumqayıt şəhər Qeydiyyat şöbəsində 30 avqust 2004-cü il tarixdə 922 nömrəli akt qeydi ilə rəsmiləşdirilmişdir. Cavabdeh X3 1-ci nikahdan olan 2 övladının (yəni hazırki iddiaçıların) hələ uşaq vaxtlarından qayğısını çəkmiş, onlara analıq edərək böyütmüş, boya-başa çatdırmışdır ki, hal-hazırda onlar ailə-uşaq sahibidirlər. Hövsan südçülük sovxozu ərazisində yerləşən yaşadıqları ev isə cavabdehlə Fərmayıl İsmayılovun birgə nikah dövründə inşa edilmiş və həmin evin tikintisində cavabdehin böyük zəhməti olmuşdur. Cavabdehin həyat yoldaşının vəfatından bir neçə gün sonra ailədə cavabdehə qarşı münasibət kəskin surətdə dəyişmiş və analıq edərək böyütdüyü İddiaçı1 onu həmin evdən qovmuşdur. Cavabdehin Hövsan südçülük sovxozunun ərazisində birgə nikah dövründə inşa edilmiş fərdi yaşayış evinə köçürülməsi məsələsini həll edilməsi üçün cavabdehin vəkili İddiaçı1la damnışmış, Rövşən isə cavabında bildirmişdir ki, atasının ölümündən sonra onlar bölgü aparmış, atasının pensiyasını və Sumqayıtda “qamışlıq” deyilən ərazidəki 3 sot torpağı analığına güzəştə getmişlər, odur ki, onun mübahisəli evə köçürülməsindən söhbət gedə bilməz. Bütün bunlara baxmayaraq İddiaçı1, xx.xx.2023-cü il tarixdə hazırki iş üzrə keçirilən məhkəmə iclasında tamamilə başqa cəfəng fikirlər söyləyərək qeyri-səmimi olmuş, mübahisəli torpaq sahəsinin atasından miras qaldığının onlara nə vaxt məlum olması ilə bağlı məhkəməyə uydurma və anlaşılmaz dəlillər söyləmiş, məsələ ilə bağlı hakimin əlaqəli suallarına konkret və anlaşılan tərzdə cavab verə bilməmişdir. İddiaçı1, Suraxanı Rayon Məhkəməsində gedən digər iş üzrə keçirilən məhkəmə iclasında da İddiaçı1 eyni mövqe sərgiləmiş, yəni torpaq sahəsinin mövcudluğu faktının onlara məlum olması vaxtı ilə bağlı məhkəməyə yalan izahat vermişdir. Hansı ki, cavabdehin dediklərinə görə mübahisəli torpaq sahəsinin hələ vaxtilə alındığından və mövcudluğundan İddiaçı1 (eləcə də bacısı Şəhlanın) lap əvvəldən xəbəri olmuş, miras qoyan Fərmayıl İsmayılovun ölümündən sonra isə vərəsəlik məsələsi ortaya çıxanda həmin torpaq sahəsini istəmədiyini bildirmişdir. Buna səbəb o idi ki, həmin torpaq sahəsi tamamilə yarasız və əhəmiyyətsiz idi, digər tərəfdən isə İddiaçı1 atasından qalan mirasın ən vacib hissəsini, yəni maşın emalatxanasını, “Toyota Prado” avtomaşınını və s. özünə götürmüş, göstərilən torpaq sahəsini isə analığına “güzəştə getməklə” mirası “ədalətli bölünmüş” hesab etmişdir. Bütün bunlara baxmayaraq iddiaçılar, əsasən İddiaçı1, atasının ölümündən 4 (dörd) il sonra hazırki “qondarma” iddia tələbini irəli sürmüş, bununla da cavabdeh tərəfindən Suraxanı Rayon Məhkəməsində “evə köçürmə və payların müəyyən edilməsi tələbinə dair” qaldırılmış iddiadan onu çəkindirmək məqsədini güdmüşlər. xx.xx.2023-cü il tarixində cavabdehin nümayəndəsi tərəfindən elektron qaydada ərizə daxil olmuşdur. Ərizə onunla əsaslandırılmışdır ki, , iddiaçıların “mirasın qəbul edilməsi ilə bağlı buraxılmış müddətin bərpa edilməsi” ilə bağlı xahişinin təmin edilməsi üçün heç bir hüquqi əsas yoxdur. Belə ki, iddiaçı(lar), onlara heç bir təsir və təzyiq olmadan mirası qəbul etməmişlər. İddia ərizəsinə tərəflərindən verilmiş yazılı etirazda da mövqeləri əsaslandırılmış, mirasın mövcudluğunun iddiaçılara guya sonradan məlum olduğu barədə dəlillərinin hər hansı bir konkret sübutla əsaslandırılmadığı qeyd edilmişdir. Belə ki, İddiaçı1, xx.xx.2023-cü il tarixdə hazırki iş üzrə keçirilən məhkəmə iclasında tamamilə cəfəng fikirlər söyləyərək qeyri-səmimi olmuş, mübahisəli torpaq sahəsinin atasından miras qaldığının onlara nə vaxt məlum olması ilə bağlı məhkəməyə uydurma və anlaşılmaz dəlillər söyləmiş, məsələ ilə bağlı hakimin əlaqəli suallarına konkret və anlaşılan tərzdə cavab verə bilməmişdir. İş materiallarından görünür ki, iddiaçı(lar) atalarının ölümündən, yəni miras açıldıqdan 4 il sonra hazırki “qondarma” iddia tələbini irəli sürmüşlər. Hazırki iş üzrə mirasın mövcudluğunun iddiaçılara guya sonradan məlum olduğu barədə dəlillərini təsdiq edən hər hansı bir sübut, ətraflı araşdırma üçün məhkəməyə təqdim olunmamışdır. Qeyd edilənlərə əsasən cavabdehin nümayəndəsi iddia müddətinin tətbiq edilməsini və iddia tələbinin rədd edilməsini xahiş etmişdir. İddiaçı1 məhkəməyə teleqram ünvanlayaraq məhkəmə iclasında iştirak edə bilməyəcəyini qeyd etmiş, məhkəmə prosesinin təxirə salınmasını xahiş etmişdir. Məhkəmə iclası barədə məlumat verilməsinə baxmayaraq İddiaçı2 məhkəmə iclasında iştirak etməmişdir. Cavabdehin nümayəndəsi işə mahiyyəti üzrə baxılmasını tələb etdiyi üçün məhkəmə işə iddiaçıların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Cavabdehin nümayəndəsi, Vəkil məhkəmə iclasında iddiaya yazılı etirazla oxşar məzmunlu izahat verdi və həmçinin bildirdi ki, iddia tələbini qəbul etmirlər. İddianın hüquqi əsası yoxdur. Onlarda olan məlumata əsasən İddiaçı2 hazırkı iddia tələbi ilə məhkəməyə müraciət etməmişdir. Belə ki, iddia ərizəsində qeyd edilən imza ona məxsus deyil. Sözügedən torpaq sahəsi 2015-ci ildə cavabdehin qardaşının təşəbbüsü ilə alınmışdır. Torpaq sahəsi alınan zaman iddiaçı atası ilə orada olub. İddiaçının torpaq sahəsindən xəbəri var. Qeyd edilənlərə əsasən cavabdehin nümayəndəsi iddianın rədd edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə tərəfindən iş üzrə aşağıdakı sübutlar tədqiq edilmişdir: İş materialları ilə müəyyən edilir ki, iddiaçı xx.xx.1992-ci ildə, Gədəbəy rayonu, Əli- İsmayıl kəndində anadan olmuşdur. O, Bakı şəhəri, Sabunçu rayou, Maştağa qəsəbəsi, Konserv zavodu, Yataqxana ünvanında qeydiyyatdadır. İddiaçı2 xx.xx.1991-ci ildə, Gədəbəy rayonu, Əli İsmayıllı kəndində anadan olmuş, Bakı şəhəri, Sabunçu rayou, Maştağa qəsəbəsi, Konserv zavodu yat ünvanında qeydiyyatdadır. Cavabdeh xx.xx.1970ci ildə, Gədəbəy rayonu, Arıqıran kəndində anadan olmuş, ünvan 7 ünvanında qeydiyyatdadır. Daşınmaz əmlakın dövlət reyestrindən RX seriyalı, ******* saylı çıxarışa əsasən Sumqayıt şəhəri, “Samur-Abşeron” kanalının şimalı, X12, 6-cı məhəllə, 232B ünvanında yerləşən torpaq sahəsi xx.xx.2015-ci il tarixdən X3 xüsusi mülkiyyətindədir. 5 saylı Bakı “ASAN xidmət” Mərkəzində Notariat Ofisi tərəfindən iddiaçılara ünvanlanmış xx.xx.2023-cü il tarixli məktublarda mirasın qəbulu üçün qanunla müəyyənləşdirilmiş müddətin ötürülməsi səbəbindən iddiaçılara imtina cavabı verilmiş və həmin müddətin bərpasının təmin edilməsi üçün məhkəməyə müraciət edilməsi tövsiyə edilmişdir. “Elektron notariat” X1 Çıxarışa əsasən ƏMDK-nin yanında DƏDRX-nin Bakı Şəhər Ərazi İdarəsi tərəfindən xx.xx.2015 tarixdə X4 verilmiş **********75 reyestr nömrəli, ********** qeydiyyat nömrəli dövlət reyestrindən çıxarışa əsasən Sumqayıt şəhəri, X6, Yeni- Yaşayış massivi, 6-cı məhəllə, 232B ünvanında yerləşən ümumi sahəsi 0,03 ha olan torpaq sahəsinə dair X5 tərəfindən cavabdehə vərəsəlik hüququ haqqında şəhadətnamə verilmişdir. İş materialına əlavə edilmiş xx.xx.2023-cü il tarixli iddia ərizəsi ilə müəyyən edilir ki, cavabdeh İddiaçı1 qarşı fərdi yaşayış evinə köçürülmə və digər tələblərinə dair iddia ərizəsi ilə Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinə müraciət edərək, onun Bakı şəhəri, Suraxanı rayonu, Binə qəsəbəsi, Hövsan südçülük savxozu ərazisində “Məscid küçəsi” adlanan ünvandakı fərdi yaşayış evinə köçürülməyi, həmin evin 4/6 hissəsinin onun payı hesab edilərək istifadəsinə verilməsi, ev dövlət reyestrində qeydə alındıqda isə 4/6 hissənin onun adına rəsmiləşdirilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Cavabdeh tərəfindən notariat ofisinə ünvanlanmış xx.xx.2019-cu il tarixli, **********450 saylı ərizəyə əsasən o, Bakı şəhəri, Sabunçu rayonu, Maştağa qəsəbəsi, Konserv zavodu A/YAT ünvanında yaşamış X2 qalmış miras əmlakı qəbul etmişdir. Ölüm haqqında şəhadətnamənin surətinə əsasən X5 xx.xx.2019-cu ildə ölmüşdür. Nikah haqqında akt qeydindən çıxarışa əsasən X5 ilə cavabdeh arasında nikah xx.xx.2004-cü il tarixində, Sumqayıt Nikah evində bağlanmışdır. Nikah bağlandıqdan sonra ərə İsmayılov, arvada İsmayılova soyadı verilmişdir. xx.xx.2019-cu il tarixli qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnaməyə əsasən xx.xx.2019-cu ildə ölmüş X3 vərəsəsi-arvadı Cavabdehdır. O, Sumqayıt şəhəri, “Samur-Abşeron" kanalının şimalı, X12, 6-cı məhəllə, 232 Bünvanında yerləşən, ümumi sahəsi 0.03 ha olan torpaq sahəsindən 1/1 hissədə pay almalıdır. Məhkəmə cavabdehin nümayəndəsinin izahatını dinləyib, iş materiallarını iddia ərizəsinin və ona etirazın dəlillərini araşdıraraq aşağıdakı nəticəyə gəlir. Azərbaycan Respublikası Mülki Məcəlləsinə (bundan sonra – Mülki Məcəllə) əsasən ölmüş şəxsin (miras qoyanın) əmlakı başqa şəxslərə (vərəsələrə) qanun üzrə və ya vəsiyyət üzrə və ya hər iki əsasla keçir (1133.1). Qanun üzrə vərəsəlik (ölmüş şəxsin əmlakının qanunda göstərilmiş şəxslərə keçməsi) o zaman qüvvədə olur ki, miras qoyan vəsiyyətnamə qoymur, yaxud vəsiyyətnamə tamamilə və ya qismən etibarsız sayılır (1133.2). Qanun üzrə vərəsəlik zamanı vərəsələr miras qoyanın öldüyü məqamda sağ olmuş şəxslər, habelə miras qoyanın ölümündən sonra doğulmuş uşaqları ola bilərlər (1134.1). Mirası istər qanun üzrə, istərsə də vəsiyyət üzrə vərəsə qəbul edir (1243.1). Vərəsə mirasın açıldığı yer üzrə notariat ofisinə mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktik başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır (1243.2). Vərəsə vərəsəliyə çağırıldığını bildiyi və ya bilməli olduğu gündən üç ay ərzində mirası qəbul edə bilər. Miras açıldığı gündən altı ay keçdikdən sonra mirasın qəbuluna yol verilmir (1246). Mirasın qəbul edilməsi üçün müəyyənləşdirilmiş müddəti məhkəmə, gecikdirmənin səbəbini üzrlü sayarsa uzada bilər. Müddət qurtardıqdan sonra, əgər mirası qəbul edən bütün digər vərəsələr razıdırlarsa, miras məhkəməyə müraciət edilmədən də qəbul oluna bilər (1248.1). “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1246, 1248.1 və 1268.2-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2022-ci il tarixli Qərarında belə bir hüquqi mövqelər ifadə olunmuşdur ki, Mülki Məcəllənin 1246-cı maddəsi ilə müəyyən edilmiş müddət (altı ay) mirasın qəbulunun notariat qaydasında realizəsi (rəsmiləşdirilməsi) üçün nəzərdə tutulmuş müddət olaraq qəbul edilməli, mirasın açıldığı gündən altı ay keçdikdən sonra mirasın qəbulunun notariat qaydada rəsmiləşdirilməsinə yol verilməməlidir. Həmin müddətin ötürülməsindən sonra miras əmlakın qəbulu məsələsi məhkəmə qaydasında həll edilə bilər. Konstitusiya Məhkəməsinin Plenumu onu da qeyd etməyi zəruri hesab edir ki, Mülki Məcəllənin 1248.1-ci maddəsinə müvafiq olaraq, mirasın qəbul edilməsi üçün müəyyənləşdirilmiş altı aylıq müddətin uzadılması tələbi ilə bağlı işlərə baxarkən məhkəmələr tərəfindən həmin maddədə nəzərdə tutulmuş “üzrlü səbəb” anlayışı yalnız şəxsin iradəsindən asılı olmayaraq vərəsəlik hüququnun realizəsi üçün müraciət edə bilmədiyi hallarla məhdudlaşdırılmamalı, işin bütün halları, belə müraciətin qanunvericiliklə müəyyən edilmiş müddət ərzində edilməməsinin səbəbləri ətraflı araşdırılmaqla məsələyə hüquqi qiymət verilməlidir. Məhkəmə həmin dəlilləri əsassız hesab edir. İşdən göründüyü kimi iddiaçıların atası Fərmayıl İsmayılov xx.xx.2019-cu ildə vəfat etmişdir. İddiaçılar bundan 4 ildən artıq müddət keçdikdən sonra məhkəməyə müraciət etmişlər. İddiaçıların əsas dəlilləri ondan ibarət olmuşdur ki, iddiaçılar Sumqayıt şəhəri, X6, X12, 6-cı məhəllə, 232B ünvanında yerləşən 0,03 ha olan torpaq sahəsinin (bundan sonra – mübahisəli torpaq sahəsi) atalarının mülkiyyətində olması barədə məlumatlı olmamışlar. Yalnız hazırkı iş üzrə cavabdeh İddiaçı1 qarşı evə köçürülmə barədə iddia qaldırdıqdan sonra bu barədə məlumatlı olmuşdur. Qeyd edilməlidir ki, mübahisəli torpaq sahəsinin Fərmayıl İsmayılovun mülkiyyətində olması barədə daşınmaz əmlakın dövlət reyestrindən çıxarış iddiaçılar tərəfindən məhkəməyə təqdim edilmişdir. Həmin sənədin iddiaçılarda olması, həmçinin cavabdeh tərəfindən İddiaçı1 qarşı evə köçürülmə barədə iddia qaldırıldıqdan sonra iddiaçıların hazırkı tələblə məhkəməyə müraciət etmələri, iddiaçıların mübahisəli torpaq sahəsi barədə əvvəlcədən məlumatlı olmaları barədə məhkəmədə daxili inamın yaranmasına səbəb ola bilər. Konstitusiya Məhkəməsi Plenumunun T.Mənsurovun şikayəti üzrə 2011-ci il 5 dekabr tarixli Qərarında göstərilmişdir ki, mirası qəbul etmə müddəti hüquq münasibətləri iştirakçılarını intizamlandırır, vərəsələrin hüquqlarının həyata keçirilməsinə və vəzifələrinin yerinə yetirilməsinə kömək edir və mülki hüquq münasibətlərində qeyrimüəyyənliyin, qeyri-sabitliyin aradan qaldırılmasına xidmət göstərir. Mülki Məcəllənin 1273-1-ci maddəsində göstərilmişdir ki, Vərəsə bu Məcəllə ilə müəyyən edilmiş müddətlər daxilində mirası qəbul etmədikdə və ya ondan imtina etmədikdə, müvafiq olaraq bu Məcəllənin 1262-ci və 1263-cü maddələri tətbiq edilir. Həmin Məcəllədə həmçinin göstərilir ki, əgər vərəsə mirası qəbul etməkdən imtina etmişdirsə, lakin kimin xeyrinə imtina etdiyini bildirməmişdirsə, onun payı qanun üzrə vərəsəliyə çağırılmış vərəsələrin payına, vəsiyyətnamə ilə bütün əmlakın bölüşdürüldüyü halda isə vəsiyyət üzrə vərəsələrin payına əlavə edilir və onların arasında paylarına mütənasib surətdə bölüşdürülür, bu şərtlə ki, vəsiyyətnamədə ayrı qayda nəzərdə tutulmasın (1262). Əgər mirasdan imtina etmiş vərəsə həmin növbənin vərəsələri arasında yeganə vərəsədirsə, miras sonrakı növbənin vərəsələrinə keçir (1263). İddia ərizəsində göstərilmişdir ki, İddiaçı1 cavabdehin ona qarşı mənzilə köçürülmə barədə iddia qaldırmasından sonra araşdırma aparmış və əmisi ona mübahisəli torpaq sahəsinin sənədinin onda olduğunu bildirmişdir. Qeyd edilməlidir ki, cavabdehin evə köçürülmə tələbi ilə mübahisəli torpaq sahəsinin mövcud olub-olmaması arasında hər hansə əlaqə mövcud olmadığından, cavabdehin məhz həmin iddianı qaldırdıqdan sonra iddiaçının bu barədə məlumatlı olması məntiqli və inandırıcı görünmür. Məhkəmə hesab edir ki, iddiaçıların ataları Fərmayıl İsmayılovun vəfatından 4 il ərzində mirasın qəbulu ilə bağlı hər hansı təşəbbüs göstərməmələri mübahisəli torpaq sahəsinə münasibətdə mirasdan imtina kimi qiymətləndirilməlidir. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, iddia əsaslı sayıla və təmin edilə bilməz. Göstərilənlərə əsasən və MPM-in 119, 216-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçılar İddiaçı1 və İddiaçı2 Cavabdeh qarşı cavabdehə verilmiş vərəsəlik şəhadətnaməsinin etibarsız hesab edilməsi, Sumqayıt şəhəri, X6, X12, 6-cı məhəllə, 232B ünvanında yerləşən 0,03 hektar torpaq sahəsindən ibarət olan əmlaka dair cavabdehə verilmiş yeni çıxarışın ləğv edilməsi, iddiaçıların mirasın qəbul edilməsi ilə bağlı buraxılmış müddətin bərpa edilməsi, miras əmlaka dair payların müəyyən edilməsi barədə iddiaları təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Hakim Emin Abdullayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar