Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(060)-430/2023 23.01.2023 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Tanrıverdiyeva Günel Cəbrayıl qızının sədrliyi, Əsədli İlahə Yusif qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh "xxxx" ASC-yə qarşı əsassız hesablanmış borcun silinməsi tələbinə dair mülki işə 23 yanvar 2023-cü il tarixdə Sumqayıt Şəhər Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı cavabdeh "xxxx" ASC-yə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, "xxxx" ASC tərəfindən yaşadığı Sumqayıt şəhəri, H.Z.Tagiyev qəsəbəsi, Şirvan yaşayış massivi fərdi yaşayış evinə (abonent kodu: **********00672) hesablanmış 380,19 manat məbləğində borcun silinməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, hazırda Sıımqayıt şəhəri, H.Z.Tağıyev qəsəbəsi, Şirvan yaşayış massivində olan fərdi yaşayış evinin **********00672 saylı kodu mərhum atasını X3 adınadır. Hazırda həmin abonent koduna xx.xx.2015-cı il tarixinə (ETAİS gələn borc) 380.19 manat borc hesablanmışdır. Hazırda atası X3 və anası X5 ölmüşlər. O, onların oğlu olaraq və həmçinin hüquqi varisləri olaraq həmin borcun silinməsi ilə bağlı cavabdeh orqana müraciət etsə də, cavabdeh orqan həmin borcun silinməsindən imtina etmişdir. Ona görə də cavabdeh orqan tərəfindən hesablanmış borcların silinməsi tələbi ilə məhkəməyə müraciət etmək məcburiyyətindədir. Göründüyü kimi "xxxx" ASC-nin bildirdiyi kimi həmin borc xx.xx.2015-ci il tarixə yaranmış olduğu üçün və həmin tələb üzrə müddət keçdiyindən öhdəliyin icrasına xitam verilməlidir. Bu səbəbdən də o, iddia tələbinin təmin olunmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia ərizəsinə uyğun izahat verərək iddia tələbini müdafiə etdiyini bildirərək iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etdi. İş üzrə cavabdehə məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada bildiriş göndərilsə də, nümayəndəsi məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məlumat verməmişdir. Azərbaycan Respublikası MPM-in 185.5-ci maddəsinə əsasən məhkəmə işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxmağı mümkün hesab etmişdir. Məhkəmə tərəfindən işin halları müəyyən edilərkən aşağıdakı sübutlara istinad olunmuşdur: İş materiallarında olan abunə haqqında invoisdən görünür ki, Sumqayıt şəhəri, H.Z.Tağıyev qəsəbəsi, Şirvan yaşayış masisivi, Həyət evi ünvanına quraşdırılmış sayğaca əsasən 380.19 manat borc ETAİS-dən gələn xx.xx.2015-ci il tarixə yaranmış borcdur. İşdə olan AZ ******* nömrəli doğum haqqında şəhadətnamənin notarial qaydada təsdiqlənmiş surətindən görünür ki, İddiaçı xx.xx.1965-ci ildə Sumqayıt şəhrində doğulmuşdur. X1, anası X2r. İşdə olan AZ İİ 196736 nömrəli ölüm haqqında şəhadətnamənin notarial qaydada təsdiqlənmiş surətindən görünür ki, X5 xx.xx.2021-ci il tarixdə ölmüşdür və bu barədə ölüm haqqında akt qeydləri kitabında 1276 nömrə ilə qeyd edilmişdir. İşdə olan AZ İ 369709 nömrəli ölüm haqqında şəhadətnamənin notarial qaydada təsdiqlənmiş surətindən görünür ki, X4 xx.xx.2009-cu il tarixdə ölmüşdür və bu barədə ölüm haqqında akt qeydləri kitabında 1003 nömrə ilə qeyd edilmişdir. Məhkəmə iddiaçını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, Sumqayıt şəhəri, H.Z.Tağıyev qəsəbəsi, Şirvan yaşayış masisivi, fərdi yaşayış evinə elektrik enerjisindən istifadəyə görə xx.xx.2015-ci il tarixə qədər hesablanmış 380.19 manat məbləğində borc silinməlidir. Belə ki, iş materiallarından görünür ki, Sumqayıt şəhəri, H.Z.Tağıyev qəsəbəsi, Şirvan yaşayış masisivi, fərdi yaşayış evi İddiaçı istifadəsindədir. Sözügedən mənzilə elektrik enerjisindən istifadəyə gorə sonuncu dəfə sayğac dəyişdirilməsi xx.xx.2009-cu il tarixdə həyata keçirilmişdır. İddiaçının 380.19 manat məbləğində borcu xx.xx.2015-ci il tarixə qədərki dövrdə yaranmışdır. AR Mülki Məcəlləsinin 425.1-ci maddəsinə görə, öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Həmin Məcəllənin 550-ci maddəsinə əsasən tələbə, yəni digər şəxsdən hərəkətin edilməsini və ya edilməməsini tələb etmək hüququna müddətin keçməsinə görə xitam verilə bilər. Həmin Məcəllənin 551.2.1-ci maddəsinə əsasən kirayə haqqı, icarə haqqı, kapital üçün faizlər və digər vaxtaşırı ödənişlər haqqında tələblər beş il keçdikdən sonra qüvvəsini itirir. Məcəllənin 554.1-ci maddəsinə əsasən müddət keçdikdən sonra mükəlləfiyyətli şəxsin öhdəliyin icrasından imtina etmək hüququ vardır. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, tələbetmə müddəti keçdiyinə görə cavabdeh tərəfindən iddiaçıya 2015-ci ilin iyul ayına qədər olan dövrə aid elektrik enejisindən istifadəyə görə hesablanmış 380.19 manat borcun silinməsi barədə iddia tələbi təmin edilməlidir. Azərbaycan Respublikası MPM-nin 217.4-cü maddəsinə əsasən, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlara əsaslandırır. Qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia tələbi təmin edilsin. Sumqayıt şəhəri, H.Z.Tağıyev qəsəbəsi, Şirvan yaşayış masisivi, fərdi yaşayış evinə (abunə kodu: **********00672) elektirik enerjisindən istifadəyə görə hesablanmış 380,19 (üç yüz səksən manat on doqquz qəpik) manat məbləğində borc cavabdeh "xxxx" ASC tərəfindən silinsin. Qətnamə rəsmi qaydada verildiyi gündən bir ay müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Günel Tanrıverdiyeva
Məhkəmə qərarları › İş №2(060)-430/2023
Sumqayıt Şəhər Məhkəməsi Qətnamə — İş №2(060)-430/2023
23.01.2023 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver