Məhkəmə qərarları › İş №2(060)-4300/2024

Sumqayıt Şəhər Məhkəməsi Qətnamə — İş №2(060)-4300/2024

07.10.2024 · Şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(060)-4300/2024 07.10.2024 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ X7 Fikrət qızının sədrliyi, Məhkəmə iclas katibi Vəlixanova Pəri Murtuza qızının katibliyi ilə, Ərizəçinin nümayəndəsi və vəkili Vəkil və maraqlı şəxs Sumqayıt şəhər İcra Hakimiyyəti Başçısı yanında Qəyyumluq və Himayəçilik Komissiyasının nümayəndəsi X1 iştirakları ilə, Ərizəçi maraqlı şəxs Sumqayıt şəhər İcra Hakimiyyətinə qarşı «şəxsin fəaliyyət qabiliyyət olmayan hesab edilməsi tələbinə dair» ərizəsinə dair mülki işə Sumqayıt şəhərində açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: Ərizəçi ərizə ilə məhkəməyə müraciət edərək, xx.xx.2000-ci ildə doğulmuş övladı X4 fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizəni onunla əsaslandırmışdır ki, o, Türkiyə Respublikasının vətəndaşı olmuş X5 ilə xx.xx.1994 -cü il tarixdə Türkiyə Respublikasında 472/128 saylı akt qeydi ilə rəsmi nikaha daxil olmuşdur. Birgə nikahlarından 3 övladları doğulmuşdur. Onu da qeyd edir ki, həyat yoldaşı X5 xx.xx.2023 - cü il tarixdə vəfat etmişdir. İkinci övladı X8 xx.xx.2000-ci ildə Türkiyə Respublikasında doğulmuşdur. X14 doğum zamanı fiziki və əqli qüsurlu doğulmuş, bu günə kimi müxtəlif tibbi əməliyyatlar və mütəmadi müalicələr olunmasına baxmayaraq sağalması mümkün olmamaşdır. X14 əqli və fiziki qüsurlu olduğu üçün özünün təbii ehtiyaclarını təmin etməsi və ünsiyyət qurması mümkün olmadığından onun mütəmadi qulluğa ehtiyacı vardır. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Tibbi -Sosial Ekspert Komissiyasının sonuncu müayinəyə dair xx.xx.2018 - ci il tarixli tibbi rəyinə əsasən, X14a daun sindiromu, anadangəlmə xromosom patalogiyası, ağır dərəcəli əqli gerilik, daima qulluq və müalicə tələb edən davranış pozğuntuları, ürək üzərində aparılan cərrahi əməliyyatlardan sonra baş verən digər funksional pozğuntular, AÜQ AV kanalın deffekti diaqnozu üzrə birinci dərəcəli əlillik təyin edilmişdir. Eyni zamanda həmin rəylə əmək qabiliyyətinə dair vəziyyəti üzrə kənar şəxsin daimi qulluğuna və yardımına ehtiyacının olması qeyd edilmişdir. Məlumat üçün bildirmək istəyir ki, X14un daimi qulluğa və yardıma ehtiyacının olması onun üzərində qəyyumluğun müəyyənləşdirilməsi üçün əsas yaratdığından tərəfindən qəyyumluğun təyin olunması məqəsilə yaşadığı ərazi üzrə Sumqayıt şəhər İcra Hakimiyyətinə müraciət edilmiş, lakin oradan bildirilmişdir ki, övladının fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi barədə məhkəmə qətnaməsi olduqdan sonra bu mümkün olacaqdır. Ərizəçi məhkəmədə iştirak edən zaman ərizəni müdafiə edib, ərizəyə oxşar izahat verdi və ərizənin təmin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmədə ərizəçinin nümayəndəsi Vəkil hazırda ekspert rəyi ilə razı olduğunu və ərizənin təmin edilməsini xahiş etdi. Məhkəmədə maraqlı şəxs Sumqayıt şəhər İcra Hakimiyyəti Başçısı yanında Qəyyumluq və Himayəçilik Komissiyasının nümayəndəsi A.V.Eyvazova ekspert rəyini nəzərə alaraq S.Ş.Uygurun fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilməsinə məhkəmənin mülahizəsinə verdi. Məhkəmə tərəflərin izahatlarını dinləyib, iş üzrə materiallarını nəzərdən keçirib, sübutlara məcmu halda qiymət verərək hesab edir ki, ərizə əsaslı olduğuna görə təmin edilməlidir. İş materiallarında olan Azərbaycan Respublikası Əmək və X2 Nazirliyi Tibbi-Sosial Ekspert Komissiyasında sonuncu müayinəyə dair elektron məlumatdan görünür ki, xx.xx.2000-ci il təvəllüdlü X9 birinci dərəcəli əlildir. “Diaqnoz-daun sindiromu, anadangəlmə xromosom patalogiyası, ağır dərəcəli əqli gerilik, daima qulluq və müalicə tələb edən davranış pozğuntuları, ürək üzərində aparılan cərrahi əməliyyatlardan sonra baş verən digər funksional pozğuntular, AÜQ AV kanalın deffekti”. İşə əlavə olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə Psixiatrik X3 Hüquqi şəxsin Ambulator Məhkəmə Psixiatrik Ekspertizasının 20 avqust 2024-cü il tarixli, 2427 saylı rəyindən müəyyən edilir ki, X6 “ Daun sindromlu şəxsdə orta dərəcəli əqli gerilik” aşkar olunur. X9 öz psixi vəziyyətinə görə öz hərəkətlərinin mənasını şüurlu dərk etmək və onları şüurlu sürətdə idarə etmək iqtidarına malik deyil, öz psixi vəziyyətinə görə fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 28.8-ci maddəsinə əsasən ağıl zəifliyi və ya ruhi xəstəlik nəticəsində öz hərəkətlərinin mənasını başa düşməyən və ya öz hərəkətlərinə rəhbərlik edə bilməyən şəxslər də məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan sayıla bilər. Onlar üzərində qəyyumluq müəyyənləşdirilir. Fəaliyyət qabiliyyəti olmayan sayılmış fiziki şəxsin adından əqdləri onun qəyyumu bağlayır. Fəaliyyət qabiliyyəti olmayan sayılmış şəxsin bağladığı əqd sonradan qəyyumun razılığı ilə etibarlı hesab edilə bilər. Həmin Məcəllənin 321.2-ci maddəsinə görə şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsinə dair məhkəmə qətnaməsi fəaliyyət qabiliyyəti olmayan hesab edilən şəxs üzərində qəyyum təyin etmək üçün əsasdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 317.2-ci maddəsinə görə, məhkəmədə psixi qüsurlarına görə şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında iş, ailə üzvlərinin birgə yaşamasından asılı olmayaraq, yaxın qohumların (valideynlərin, uşaqların, qardaş-bacıların), müvafiq icra hakimiyyəti orqanının, psixiatriya (psixonevroloji) müəssisənin ərizəsi üzrə qaldırıla bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 321.2-ci maddəsinə görə şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında iş ailə üzvlərinin ərizəsi üzrə qaldırıla bilər. Şərh edilənləri və Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə Psixiatrik X3 Hüquqi şəxsin Ambulator Məhkəmə Psixiatrik Ekspertizasının 20 avqust 2024-cü il tarixli, 2427 saylı rəyini nəzərə alaraq, məhkəmə 15 may 2000-ci il təvəllüdlü X4 fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilməsini məqbul hesab edir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 77.1-ci maddəsinə əsasən, məhkəmədə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 80-ci maddəsinə əsasən, məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 106.1-ci maddəsinə görə, işdə iştirak edən şəxslərin iş ücün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216- 220, 305, 317-321 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: Ərizə təmin edilsin. 15 may 2000-ci il təvəllüdlü X9 fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) verilə bilər. Sədrlik edən: Gülnarə Tağızadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar