Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(060)-4320/2024 29.07.2024 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ X13 Fikrət qızının sədrliyi, Məhkəmə iclas katibi Vəlixanova Pəri Murtuza qızının katibliyi, Ərizəçinin nümayəndəsi Nümayəndə iştirakı ilə, Ərizəçi maraqlı tərəf Sumqayıt şəhər İcra Hakimiyyətinə qarşı «şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun pasportundakı adı, atasının adı və ya soyadı ilə düz gəlmədiyi halda hüquq müəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktının müəyyən edilməsi» tələbinə dair ərizəsi üzrə mülki işə Sumqayıt Şəhər Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: Ərizəçi ərizə ilə məhkəməyə müraciət edərək, Azərbaycan SSR Sumqayıt şəhər X10 İcraiyyə Komitəsi mənzillərin qeydiyyatı və bölüşdürülməsi şöbəsi tərəfindən adına verilmiş 22 fevral 1982- ci il tarixli H/168 nömrəli orderdə qeyd edilmiş “X5” kimi göstərilmiş şəxsin o, X6 ilə eyni şəxs olması, sahəyə ixtiyarı olub order üzrə evə köçən şəxslərin siyahısı üzrə qeyd olunan “Məhəmmədov Rafık M., Məmmədova Afət Q., Məhəmmədova Aygün R.” kimi ata adları qeyd edilmiş şəxslərin ata adlarının “X6, X7, X3” ilə eyni şəxs olması faktının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizəsini onunla əsaslandırmışdır ki, o, X6 xx xxxxxx 1949-cu ildə anadan olmuşdur. Ailəlidir. Sumqayıt şəhər X10 İcraiyyə Komitəsinin 16 fevral 1982-ci il tarixli qərarı ilə ona 3 nəfərdən ibarət ailə üzv ilə bərabər keçmiş “Nasosnı” ərazisi sayılan, indiki X9 qəsəbəsi, S.Bəhlulzadə küçəsində yerləşən 5 nömrəli evin 69 saylı, 30.05 kv.m mənzili verilmişdir. Həmin qərar əsasında Azərbaycan SSR Sumqayıt şəhər X10 İcraiyyə Komitəsi mənzillərin qeydiyyatı və bölüşdürülməsi şöbəsi tərəfindən 22 fevral 1982-ci il tarixli H/168 order verildi. Orderdə onun ata adı səhvən “Mömün” əvəzinə “Mamiş” yazılmış, sahəyə ixtiyarı olub order üzrə evə köçən şəxslərin siyahısı üzrə qeyd olunan şəxslərin isə ata adları tam yazılmamışdır. Bu yanlışlıq isə hazırda hüququnun qeydiyyata alınmasından imtinaya səbəb olur. Belə ki, Sumqayıt şəhər, X9 qəsəbəsi, S.Bəhlulzadə küçəsində yerləşən 5 nömrəli evin 69 saylı mənzili üzərində mülkiyyət hüququnun qeydiyyatı üçün müraciət etsə də, Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 2 saylı Sumqayıt Ərazi İdarəsi yuxarıda qeyd olunan səbəblərdən imtina etmişdir. Azərbaycan Respublikası Konstitusiyasının Keçid Müddəalarının 6-cı bəndində deyilir ki, bu Konstitusiya qüvvəyə mindiyi gündən Azərbaycan Respublikası yerli xalq Deputatları Sovetlərinin səlahiyyətlərinə xitam verilir. Azərbaycan Respublikasının qanunvericiliyi yerli xalq deputatları sovetlərinə aid edilmiş səlahiyyətləri yerli icra hakimiyyəti orqanları həyata keçirir. Sənədlərdə olan uyğunsuzluqla bağlı Sumqayıt şəhər İcra Hakimiyyətinə müraciət etsə də, imtina cavabı almışdır. Bu səbəbdən də hazırki, ərizə ilə məhkəməyə müraciət edir. Çünki o, bu yanlışlığı başqa qaydada düzəldə bilmir. Sənədlərindəki düzəliş ona ayrılmış mənzil üzərində hüquqlarının qeydiyyatı üçün lazımdır. Məhkəmədə ərizəçinin nümayəndəsi Nümayəndə eyni məzmunlu ərizə verərək ərizənin təmin edilməsini məhkəmədən xahiş etdi. Maraqlı tərəf Sumqayıt şəhər İcra Hakimiyyəti məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən olunmuş qaydada məlumat verilməsinə baxmayaraq, nümayəndəsi məhkəmə iclasına gəlməmiş və və gəlməməsinin səbəbləri haqqında məlumat verməmişdir. Ona görə də Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən, məhkəmə maraqlı tərəfin nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə ərizəçinin nümayəndəsinin izahatını dinləyib, ərizəni nəzərdə keçirdib, iş materiallarını araşdıraraq hesab edir ki, ərizə əsaslı olduğundan təmin edilməlidir. İş materiallarında olan AZ-İ № 331447 saylı, xx.xx.2007-ci il tarixli “Nikah haqqında şəhadətnamənin surətindən görünür ki, Məhəmmədova Aygünün ata adı Rafik qızı kimi qeyd edilmişdir. İşdə olan Dövlət Arxivinin Sumqayıt Filialıının xx.xx.2024-cü il tarixli protokolunda Məhəmmədova Afətin ata adı Qəmbər qızı kimi qeyd edilmişdir. İşə əlavə olan AA******* saylı şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, ərizəçinin adı, soyadı, ata adı Ərizəçi kimi qeyd edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 2 saylı Sumqayıt Ərazi İdarəsinin Ərizəçi ünvanladığı 01 may 2024-cü il tarixli məktubun surətindən görünür ki, ünvan 2 ünvanında yerləşən 69 nömrəli mənzilə dair Sumqayıt şəhər X10 İcraiyyə Komitəsi Mənzillərin qeydiyyatı və bölüşdürülməsi şöbəsi tərəfindən verilmiş xx.xx.1982-ci il tarixli, N/168 nömrəli orderdə nömrəli orderdə “sahəyə ixtiyarı olub order üzrə evə köçən şəxslərin siyahısı” üzrə qeyd olunan şəxslərin ata adları tam yazılmadığı və order verilən şəxsin ata adında isə uyğunsuzluq olduğu müəyyən olunmuşdur. Nəzərə çatdırır ki, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 11.2-ci maddəsinə əsasən təqdim olunmuş sənədlərdə mətnlər aydın yazılmalı, hüquqi və fiziki şəxslərin adları tam şəkildə göstərilməlidir. Pozulmuş, sonradan əlavə edilmiş, silinmiş sözlər və həqiqiliyi təsdiqlənməmiş digər düzəlişlər olan, habelə məzmununu birmənalı başa düşmək imkanı verməyən dərəcədə zədələnmiş sənədlər hüquqların dövlət qeydiyyatı üçün qəbul edilmir. Həmçinin bildirir ki, adlar arasındakı uyğunsuzluq məhkəmə qaydasında həll olunmalıdır. İş materiallarında olan X8 və X2 notarial qaydada təsdiq edilmiş ərizələrindən görünür ki, qeydiyyatda olduqları Sumqayıt şəhəri, X9 qəsəbəsi, S.Bəhlulzadə küçəsi, ev 5 ünvanında yerləşən 69 nömrəli mənzilin Ərizəçi adına özəlləşdirilməsinə etiraz etmirlər. İş materiallarında olan xx.xx.1982-ci il tarixli, N/168 saylı “Order”in surətindən görünür ki, ərizəçinin adı, soyadı, ata adı Ərizəçi Mamiş oğlu kimi qeyd edilmişdir. İşə əlavə olan İ-JQ № 420016 saylı, xx.xx.1977-ci il tarixdə “Nikahın bağlanması haqqında” şəhadətnamənin surətindən görünür ki, Ərizəçi, X1 qeyd edilmişdir. Göründüyü kimi, yuxarıda qeyd olunan yanlışlığa görə, ərizəçi mənzil üzərində hüquqlarını həyata keçirə bilmir və həmin yanlışlığa ərizəçidən asılı olmayan səbəblərdən yol verilmişdir. Qeyd edilən faktı təsdiq edən sənədləri digər qaydada əldə etmək mümkün olmadığından, ərizəçi həmin faktı başqa qaydada müəyyən edə bilmir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 307-ci maddəsinə əsasən məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Həmin Məcəllənin 307.2, 307.2.5-ci maddəsinə əsasən, məhkəmə şəxsin sənəddə göstərilən adı, atasının adı və ya soyadı onun pasportdakı adı, atasının adı və ya soyadı ilə düz gəlmədiyi halda hüquq müəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktının müəyyən edilməsi barədə işlərə baxır. Həmin Məcəllənin 308-ci maddəsinə əsasən, məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Həmin Məcəllənin 311-ci maddəsinə əsasən, məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədləri əvəz etməməklə, belə qeydəalınma üçün əsasdır. Məhkəmə, təqdim olunmuş sənədlərlə təsdiq olundu ki, Azərbaycan SSR Sumqayıt şəhər X10 İcraiyyə Komitəsi mənzillərin qeydiyyatı və bölüşdürülməsi şöbəsi tərəfindən adına verilmiş 22 fevral 1982- ci il tarixli H/168 nömrəli orderdə qeyd edilmiş “X5” kimi göstərilmiş şəxsin o, X6 ilə eyni şəxs olması, sahəyə ixtiyarı olub order üzrə evə köçən şəxslərin siyahısı üzrə qeyd olunan “Məhəmmədov Rafık M., Məmmədova Afət Q., Məhəmmədova Aygün R.” kimi ata adları qeyd edilmiş şəxslərin ata adlarının “X6, X7, X3” ilə eyni şəxs olması faktı öz təsdiqini tapır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinin tələbinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinin tələblərinə görə, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, ərizə təmin edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: Ərizə təmin edilsin. Azərbaycan SSR Sumqayıt şəhər X10 İcraiyyə Komitəsi mənzillərin qeydiyyatı və bölüşdürülməsi şöbəsi tərəfindən adına verilmiş 22 fevral 1982-ci il tarixli H/168 nömrəli orderdə qeyd edilmiş “X5” kimi göstərilmiş şəxsin o, X6 ilə eyni şəxs olması, sahəyə ixtiyarı olub order üzrə evə köçən şəxslərin siyahısı üzrə qeyd olunan “Məhəmmədov Rafık M., Məmmədova Afət Q., Məhəmmədova Aygün R.” kimi ata adları qeyd edilmiş şəxslərin ata adlarının “X6, X7, X3” ilə eyni şəxs olması barədə hüquqi əhəmiyyəti olan fakt müəyyən edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) verilə bilər. Sədrlik edən: Gülnarə Tağızadə
Məhkəmə qərarları › İş №2(060)-4320/2024
Sumqayıt Şəhər Məhkəməsi Qətnamə — İş №2(060)-4320/2024
29.07.2024 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Hüquq müəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver