Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(060)-4322/2020 20.10.2020 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim Süleymanova Almaz Məhərrəm qızının sədrliyi, Əsədov Naib Abdulhüseyn oğlunun katibliyi, İddiaçı, Cavabdehin nümayəndəsi X2 iştirakları ilə, İddiaçının cavabdeh “xxxxxxxx” ASC-yə qarşı «borcun silinməsi» tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi : İddiaçı cavabdeh “xxxxxxxx” ASC-yə qarşı «borcun silinməsi» tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh tərəfindən elektrik enerjisinə görə hesablanmış 151,41 manat borcun silinməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçı tələbi onunla əsaslandırmışdır ki, Sumqayıt şəhəri, 13-cü mkr ünvanında yerləşən 10B saylı evin 5 saylı mənzili mülkiyyət hüququ ilə ona məxsusdur. Cavabdeh tərəfindən elektrik enerjisinə görə 151,41 manat borcun olduğu hesablanmışdır. O, mənzildə istifadə edilən elektrik enerjisinin dəyərini mütəmadi olaraq ödəmişdir. 2019-cu ilin sonlarında mənzilinə xidmət göstərən sayğacın göstəricilərində nasazlıq olduğunu, sərfiyyatın düzgün aparılmadığını müşahidə etdiyi üçün cavabdehə müraciət etmişdir. Cavabdeh 2019-cu ilin sonlarında həmin sayğac yenisi ilə əvəz edilmişdir. Bu zaman heç bir akt tərtib edilməmiş və elektrik enerjisinə görə ona 151,44 manat borcun olması barədə bildiriş verilmişdir. Cavabdeh elektrik enerjisinə görə yaranmış borcu “orta sərfiyyat norması” əsasında hesablamışdır. Sayğac mənzilin blokunda yerləşir. İstehlakçı kimi sayğaca heç bir müdaxilə etməmişdir və tələb olunan məbləği əsassız hesab edir. Odur ki, iddiası təmin edilməli, əsassız hesablanmış borc silinməlidir. Məhkəmə iclasında iştirak edən iddiaçı iddia tələbini müdafiə edərək eyni məzmunlu izahat verdi və iddianın təmin edilməsini xahiş etdi. Cavabdeh ASC-nin nümayəndəsi iddia tələbinə etiraz edərək izahatında bildirdi ki, xx.xx.2019-cu il tarixdə “xxxxxxxx” ASC-nin əməkdaşları tərəfindən abonentə məxsus mənzilin elektrik hesabat sayğacına baxış keçirilərkən elektrik hesabat sayğacının işləməməsi halı aşkar edilmiş və Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2005-ci il tarixli, 18 saylı qərarı ilə təsdiq edilmiş “X1 qaydaları”nın 8.16-cı bəndinin tələblərinə uyğun olaraq xx.xx.2019-cu il tarixli, 158292 saylı akt tərtib edilərək 151,41 manat dəyərində itirilmiş elektrik enerjisi bərpa edilmişdir. Qeyd olunanları nəzərə alaraq iddia tələbinin rədd edilməsini xahiş edir. Cavabdehin nümayəndəsi həmçinin göstərdi ki, abonentə məxsus sayğaca baxış yalnız “xxxxxxxx” ASC-nin əməkdaşları tərəfindən keçirilmiş, hal şahidləri, nə də abonent özü iştirak etməmişdir. Abonentə məxsus mənzilə aid sayğac evdən kənarda yerləşir. Məhkəmə tərəflərin izahatını dinləyib, iş materiallarını tədqiq edərək hesab edir ki, iddia təmin edilməlidir. “xxxxxxxx” ASC-nin əməkdaşları tərəfindən tərtib edilmiş xx.xx.2019-cu il tarixli, 158292 №-li aktdan görünür ki, İddiaçı məxsus Sumqayıt şəhəri, 13-cü mkr ünvanında yerləşən 10B saylı evin 5 saylı mənzilə aid sayğacı yoxlama zamanı məlum olmuşdur ki, elektrik sayğacı işləmir. Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-4322/2020 saylı sorğusuna əsasən “xxxxxxxx” ASC-nin xx xxxxxxxx 2020-ci il tarixli, 50-01-305 saylı məktubundan görünür ki, İddiaçı məxsus Sumqayıt şəhəri, 13-cü mkr ünvanında yerləşən 10B saylı evin 5 saylı mənzil **********02969 nömrəli kodla xx.xx.2001-ci ildən abonent qeydiyyatındadır. Həmçinin abonentin mənzilinə xx.xx.2009-cu il tarixdə elektrik hesabat sayğacı quraşdırılaraq istismara verilmişdir. xx.xx.2019-cu il tarixində enerjitəchizatı təşkilatının əməkdaşları tərəfindən elektrik enerjisinin uçotu və “EEİQ”na riayət olunmasının vəziyyəti yoxlanılarkən abonentin mənzilinə məxsus elektrik hesabat sayğacının işləmədiyi aşkar olunmuş və 158292 saylı akt tərtib edilmişdir. İtirilmiş enerjinin bərpası məqsədilə akta görə 1671 KVT/s (151,41) manat sərfiyyat abonentlə qarşılıqlı hesablaşmaya daxil edilmişdir. Akta əsasən xx.xx.2019-cu il tarixdə yeni Kohler AEL.MF.xx xxxxx 77061621 nörməli ******* dövlət möhürlü sayğac ilə əvəz edilmişdir. Abonentin xx.xx.2020-ci il tarixinə enerjitəchizatı təşkilata qeyd olunmuş səbəbdən 152,27 manat borcu vardır. Abunə haqqında məlumatdan görünür ki, İddiaçı(abonent kodu **********02969) abunə hesabında akta görə 151,41 manat borcu vardır. Azərbaycan Respublikasının Nazirlər Kabinetinin xx xxxxxx 2005-ci il tarixli 18 №li qərarı ilə təsdiq olunmuş“X1 Qaydaları”nın 8.2-ci bəndində göstərilmişdir ki, elektrik enerjisinə görə hesablaşmalar uçot cihazlarının hesablaşma dövründəki göstərişlərinə əsasən aparılır. Bir qayda olaraq, hesablaşma dövrü 1 ay qəbul olunur. Enerji təchizatı müəssisəsi istehlakçıya verdiyi elektrik enerjisinin dəyərini yalnız sayğacın göstəricilərinəəsasən tam hesablamalı və hər ay istehlakçıya məlumat (hesab) təqdim etməlidir (göndərməlidir). İstehlakçı tərəfindən elektrik enerjisinin hesabı tam ödənildikdən sonra, enerji təchizatı müəssisəsi tərəfindən yol verilmiş səhvə görə düzgün hesablanmamış elektrik enerjisinin dəyərini enerji təchizatı müəssisəsi istehlakçı tərəfindən ödənilməsini tələb edə bilməz. Qaydaların 8.32-ci bəndinə görə məişət abonenti (mənzillər üzrə hesablaşma elektrik sayğacı yaşayış binasının girişində, yaxud pilləkən meydançasında quraşdırılmış məişət abonenti istisna olmaqla) tərəfindən hesablaşma elektrik sayğaclarının qoşulma sxeminin dəyişdirilməsi, sayğacın baxışşüşəsinin sındırılması, plombunun qırılması, sayğacın diskinin süni şəkildə dayandırılması və X1 göstərişini azaltmaq məqsədi ilə edilmiş digər pozuntulara yol verildiyi aşkar edildikdə, enerjitəchizatı müəssisəsi onu şəbəkədən açmalı və hesablaşma elektrik sayğacının sonuncu dəfəəvəz olunması və ya qoşulma sxeminin yoxlanması tarixindən sonrakı müddət üçün, ancaq Azərbaycan Respublikasının Mülki Məcəlləsində nəzərdə tutulmuş iddia müddəti daxilində X1yə görə yenidən hesablaşma aparmağa borcludur. Məişət abonenti (mənzillər üzrə hesablaşma elektrik sayğacı yaşayış binasının girişində, yaxud pilləkən meydançasında quraşdırılmış məişət abonenti istisna olmaqla) tərəfindən göstərilən pozuntulara yol verildikdə, X1yə görə yenidən hesablaşma aşağıdakı kimi aparılır: a) məişət abonentində şəbəkəyə bilavasitə qoşulan elektrik sayğacı quraşdırıldıqda, sayğacın nominal cərəyanı, gərginlik və sutkanın 24 saatıərzində X1 edildiyi nəzərə alınmaqla hesabat aparılır; b) məişət abonentindəölçü transformatoru vasitəsi ilə elektrik sayğacı quraşdırıldıqda, cərəyan transformatorunun yüksək tərəfindəki nominal cərəyanı, gərginlik və sutkanın 24 saatıərzində X1 edildiyi nəzərə alınmaqla hesabat aparılır. Qaydaların 7.2-ci bəndində göstərilmişdir ki, dövlət elektroenergetika müəssisəsinin, enerjitəchizatı müəssisəsinin, müstəqil enerji istehsalçısının, abonentin və subabonentin şəbəkələrinə elektrik enerjisinə görə hesablaşma uçot cihazları olmayan elektrik qurğularının qoşulmasına yol verilmir. Qaydaların 7.9-cu bəndinə görə məişət abonentinin elektrik enerjisi sərfinə görə hesablaşması üçün hər bir yaşayış sahəsi, o cümlədən yaşayış binalarındakı hər bir mənzil üzrə hesablaşma elektrik sayğacı quraşdırılır. Həmçinin yaşayış binalarında ümumi məqsədlərə-pilləkənlərin işıqlandırılmasına, liftlərin, nasosların işləməsinə və s. sərf edilən elektrik enerjisinə görə hesablaşmaq üçün hesablaşma elektrik sayğacı quraşdırılır. Kommunal mənzildə elektrik enerjisi sərfinə görə hesablaşmalar aparmaq məqsədi ilə hər bir məişət abonenti üçün hesablaşma elektrik sayğacı quraşdırılır, həmçinin mənzilin ümumi istifadə yerlərində (dəhlizin, mətbəxin, hamamın və s.) elektrik enerjisi sərfini müəyyənləşdirmək üçün ayrıca hesablaşma elektrik sayğacı quraşdırılır. Fiziki şəxs olan istehlakçıların sayğaclarla təchiz edilməsi, onların quraşdırılması və dəyişdirilməsi enerji təchizatı müəssisəsinin hesabına həyata keçirilir. Qaydaların 7.10-cu bəndinə görə istismarda olan yaşayış binalarında məişət abonentlərinin mənzillərindəki hesablaşma elektrik sayğacları enerjitəchizatı müəssisəsi tərəfindən öz vəsaiti hesabına çıxarılaraq, yaşayış binalarının girişində, yaxud pilləkən meydançalarında quraşdırıla bilər. Yeni yaşayış binalarında mənzillər üzrə məişət abonentlərinin hesablaşma elektrik sayğacları yaşayış binalarının girişində, yaxud pilləkən meydançalarında quraşdırılmalıdır. Bu hesablaşma elektrik sayğacları kənardan müdaxilə imkanı olmayan elektrik lövhəsində quraşdırılmalıdır. Qaydaların 7.11-ci bəndinə görə yaşayış binalarının girişində, yaxud pilləkən meydançalarında quraşdırılmış mənzillər üzrə hesablaşma elektrik sayğaclarının, o cümlədən üzərindəki plombların qorunmasına və işçi vəziyyətdə saxlanılmasına görə enerjitəchizatı müəssisəsi cavabdehlik daşıyır. Enerjitəchizatı müəssisəsi yaşayış binalarının girişində, yaxud pilləkən meydançalarında quraşdırılmış mənzillər üzrə hesablaşma elektrik sayğaclarının göstərişlərinə baxış keçirilməsi üçün məişət abonentlərinə şərait yaratmağa borcludur. Qaydaların 8.33-cü bəndinə görə məişət abonenti tərəfindən X1də pozuntuya yol verildiyi aşkar edildikdə, enerjitəchizatı müəssisəsinin nümayəndəsi onun və iki nəfər hal şahidinin iştirakı ilə akt tərtib edir və aktın bir nüsxəsini məişət abonentinə verir. Akt enerjitəchizatı müəssisəsinin nümayəndəsi, məişət abonenti və iki nəfər hal şahidi tərəfindən imzalanmalıdır. Məişət abonenti aktı imzalamaqdan imtina etdikdə, bu barədə aktda müvafiq qeyd aparılır. Məişət abonenti izahatlar və aktın məzmunu barəsindəöz mülahizələrini təqdim etmək, habelə aktı imzalamaqdan imtina etməsinin səbəblərini göstərmək hüququna malikdir, bu izahatlar və mülahizələr akta əlavə olunur. İddiaçı tərəfindən mübahisələndirilən xx.xx.2019-cuil tarixli, 158292 №-li aktdan görünür ki, enerjitəchizatı müəssisəsinin nümayəndələri tərəfindən “X1 Qaydaları”nın yuxarıda qeyd olunan tələbləri pozularaq akt tərtib olunarkən abonentin və iki nəfər hal şahidinin iştirakı təmin olunmamışdır. Məhkəmə araşdırması zamanı iş materiallarından və tərəflərin izahatlarından müəyyən olunmuşdur ki, iddiaçıya məxsus evə verilən elektrik enerjisini qeydə alan elektrik sayğacı mənzildən kənarda quraşdırılmışdır ki, qeyd olunan “X1 Qaydaları”na görə də qeyd olunan halda hesablaşma elektrik sayğaclarının işçi vəziyyətdə saxlanılmasına görə enerjitəchizatı müəssisəsi cavabdehlik daşıyır. Qeyd olunanları nəzərə alaraq məhkəmə hesab edir ki, iddia təmin olunmalı, “xxxxxxxx” ASC-nin xx xxxxxx 2019-cu il tarixli 158292 saylı aktı əsasında İddiaçı məxsus yaşayış sahəsinə hesablanmış 151,41 (bir yüz əlli bir manat qırx bir qəpik) manat borc **********02969 saylı abunə hesabından silinməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia təmin edilsin. “xxxxxxxx” ASC-nin xx xxxxxx 2019-cu il tarixli 158292 saylı aktı əsasında İddiaçı məxsus yaşayış sahəsinə hesablanmış 151,41 (bir yüz əlli bir manat qırx bir qəpik) manat borc **********02969 saylı abunə hesabından silinsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt ApellyasiyaMəhkəməsinə apellyasiya şikayəti verilə bilər. Məhkəmə qətnaməsindən şikayət verilməmişdirsə, qəbul edildiyi gündən bir ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Almaz Süleymanova
Məhkəmə qərarları › İş №2(060)-4322/2020
Sumqayıt Şəhər Məhkəməsi Qətnamə — İş №2(060)-4322/2020
20.10.2020 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver