Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(060)-4326/2023 14.08.2023 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ X6 Fikrət qızının sədrliyi Məhkəmə iclas katibi X3, İddiaçı, nümayəndəsi Nümayəndə2, nümayəndəsi və vəkili Vəkil və Cavabdeh İstahsalat Birliyinin nümayəndəsi Nümayəndə1 iştirakları ilə İddiaçı Cavabdeh İstahsalat Birliyinə qarşı «əsassız hesablanmış borcun silinməsi» tələbinə dair iddia ərizəsi üzrə mülki işə Sumqayıt şəhərində açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: İddiaçıı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh İB tərəfindən hesablanmış 6725,80 (altı min yeddi yüz iyirmi beş manat səksən qəpik) manat ziyanın silinməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Sumqayıt şəhəri, 49-cu məhəllədə yerləşən 21 N-li fərdi ev ona məxsusdur. Zəngilan rayonundan məcburi köçkün kimi ailəsi ilə Sumqayıt şəhəri, 40-cı məhəllədə yerləşən bina evində məskunlaşdıqlarından 2012dən etibarən demək olar ki, yalnız yay aylarında fərdi evdə yaşamışıdırlar. Həmin evə öz vəsaiti hesabına qaz xətti çəkmişdir. Fərdi evdə yaşadıqları dövrdə sayğac 2 dəfə bloka düşmüş, cavabdehə xəbərdarlıq etmiş, onlar gələrək sayğacı açıb aparmış, normal hala gətirdikdən sonra yerinə bağlamışlar. İyul 2022-ci ildə istismar müddəti başa çatdığı üçün plombu üstündə olan, normal işləyən sayğacı açıb götürmüş, yeni sayğac quraşdırmışlar. Qaz sayqacı Smart kartla işləmişdir. Vaxtaşırı karta pul yükləməklə qazdan istifadə etmişdir. O heç vaxt qaz sayğacı ilə maraqlanmamışdır. Həmin əraziyə xidmət edən qaz nəzarətçisi İlham Məmmədov hər ay gələrək payroint aparatı vasitəsi ilə istifadə etdiyi qazın məbləğini ona söyləmiş və sayğaca nəzarət etmişdir. Fərdi evi 2022-ci ildə Qarabağ müharibəsi veteranı X1. Evi satarkən bütün kommunal xərcləri sıfırladıqdan sonra S.Mustafayev evi ondan təhvil almışdır.Cavabdeh iyul 2022-ci il tarixə qaz borcunun olmaması barədə ona arayış təqdim etmişdir. Evin yeni sahibi karta pul yüklədikcə, pulun yarısının silindiyini gördükdə, cavabdehə müraciət etmiş, cərimə yazıldığını aydınlaşdırmışdır. Cərimənin 2022-ci ildə istismar müddətinin başa çatması ilə əlaqədar açılıb götürülmüş sayğaca görə yazıldığını bildirmişlər. Cavabdeh müraciət edilməsinə baxmayaraq bu barədə sənəd təqdim etməsə də, şifahi olaraq sayğacın laboratoriyaya aparıldığını, sayğacın mənfiyə işlədiyini və bu səbəbdən 6725,80 manat məbləğində zərər hesablandığını demişdir. O cərimə ilə razı deyildir. Onun tərəfindən sayğaca müdaxilə edilməmiş, kartla işlədiyindən ümumiyyətlə müdaxilə edilməsinə ehtiyac olmamışdır. Hesab edir ki, daim qaz nəzarətçisinin nəzarətində olmuş, normal işləyən, plombu üstündə olan, yalnız istismar müddətinin başa çatması ilə əlaqədar açılıb götürülən sayğaca sonradan müdaxilə edilib-edilməməsinə o cavabdeh deyildir və o fərdi evdə yaşayarkən zavod-fabrik işlətməmişdir ki, 6725,80 manat məbləğində zərər hesablansın. Sayğac açılıb aparılarkən laboratoriyaya aparılması barədə ona heç nə bildirilməmişdir. O hansı məntiq və qanuna əsasən əsassız hesablanmış cəriməni ödəməlidir. İddiaçı, nümayəndələri Nümayəndə2 və Vəkil iddia ərizəsini müdafiə etdilər, eyni məzmunlu izahat verdilər və təmin olunmasını məhkəmədən xahiş etdilər. Məhkəmədə Cavabdeh İstahsalat Birliyinin nümayəndəsi Nümayəndə1 iddia tələbini qəbul etməyərək bildirdi ki, dövlət təşkilatı kimi Cavabdeh məqsədi səlahiyyəti daxilində dövlətin əmlakını qorumaq və istifadə edilmiş təbii qazın dəyərini tələb etmək, həmçinin ödətdirmək üçün tədbirlər görməkdir. Məhkəmənin nəzərinə çatdırır ki, ünvan 1 ünvanına əməkdaşları tərəfindən təbii qaz sayğacına baxış keçirilən zaman, təbii qaz sayğacının mənfiyə işləməsi aşkar edilmiş və yerində ******* saylı xx.xx.2022-ci il tarxili akt tərtib edilərək qeyd olunan MEN 1 və MEN 2 -21795m3 nöqsanları yazılmışdır. Abonent istifadə edilmiş təbii qazın dəyərini vaxtında ödəmədiyi üçün sayğac mənfiyə işləmiş, nəticədə 6725,80 manat debitor borc yaranmışdır. Bu faktla bağlı iddiaçıya məlumat verilmişdir ki, debitor borc ödənilsin. Lakin hazırkı vaxta kimi iddiaçı istifadə etdiyi təbii qazın dəyərini ödəmədiyi üçün Dövlətə ziyan vurmuşdur. İddiasını əsassız hesab edərək, iddianı rədd edilməsi barədə qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə tərəflərin izahatını dinləyib, iş materiallarını tədqiq edərək sübutlara məcmu halda qiymət verərək hesab edir ki, iddia tələbi əsaslıdır və təmin edilməlidir. İş materiallarında olan abonentin saldosundan müəyyən olunur ki, İddiaçı yaşadığı ünvan 1 ünvanında yerləşən, fərdi evə 6725,80 manat borc hesablanmışdır. “Qazdan istifadə Qaydaları"nın təsdiq edilməsi haqqında Azərbaycan Respublikasının Nazirlər Kabineti 12 may 2011-ci il tarixli 80 saylı Qərarının 4.6-cı bəndinə əsasən qaz sayğaclarının üzərində SMPDK-nın və qaz paylayıcısının plombu olmalıdır. Həmin qaydaların 4.7-ci bəndinə əsasən sayğacların üzərində olan plomblar kənar müdaxilələrdən qorunmaq üçün müvafiq örtüklə örtülməli (fiziki şəxs olan istehlakçıların sayğacları qaz paylayıcısı tərəfindən) və sayğac göstəricisinə sərbəst şəkildə baxılmasına imkan olmalıdır. Həmin qaydaların 4.8-ci bəndinə əsasən fiziki şəxs olan istehlakçıların qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi qaz paylayıcısı, hüquqi şəxslərin qaz sayğaclarının işlək vəziyyətdə saxlanılmasına görə cavabdehliyi isə özləri daşıyırlar. Bundan başqa məhkəmə onuda qeyd etməyi zəruri bilir ki, Nazirlər Kabinetinin 80 saylı 12 may 2011-ci il tarixli qərarına əsasən sayğacların işlək vəziyyətdə saxlanması üçün məsuliyyəti istehlakçı deyil, qaz paylayıcısı olan Sumqayıt Qaz İdarəsi daşıyır. Buna görə məhkəmə hesab edir ki, qaz sayğacına iddiaçı tərəfindən müdaxilə olunması sübuta yetirilmədiyi üçün iddiaçıya sərfiyyat əsasında hesablanmış 6725,80 manat borc silinməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olunmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Həmin Məcəllənin 21.1-ci maddəsinə əsasən, zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Həmin Məcəllənin 21.2-ci maddəsinə əsasən, zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Həmin Məcəllənin 1096.1-ci maddəsinə əsasən, mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Həmin Məcəllənin 1096.2-ci maddəsinə görə, delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. Həmin Məcəllənin 1097.1-ci maddəsinə əsasən, mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Bu Məcəllənin 1115-ci maddəsinə əsasən, zərərin əvəzinin ödənilməsi tələbini təmin edərkən məhkəmə zərərin vurulması üçün məsuliyyət daşıyan şəxsin üzərinə işin hallarına uyğun olaraq zərərin əvəzini naturada ödəmək (eyni növlü və keyfiyyətli əmlak vermək, zədələnmiş əmlakı düzəltmək və i.a.) və ya vurulmuş zərərin əvəzini ödəmək öhdəliyi qoyur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsininin 14.2-ci maddəsinə görə, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsininin 106-cı maddəsinə əsasən, işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Göründüyü kimi İddiaçı Cavabdehnə məxsus qaz sayğacını zədələyərək maddi ziyan vurması məhkəmədə sübuta yetirilmədi. İşə əlavə edilmiş abonent saldosundan müəyyən edilir ki, iddiaçı hər ay işlətdiyi qaza görə ödəniş etmişdir, cari borcu 0 təşkil edir. Cavabdeh həmin borcun yaranmasının səbəbini göstərməmiş və bu illər ərzində iddiaçıya qarşı heç bir iddia tələbi irəli sürməmişdir. Azərbaycan Respublikasının “Dövlət rüsumu haqqında” Qanunun 9.1.5-ci maddəsinə əsasən, istehlakçıların hüquqlarının pozulması ilə əlaqədar verdikləri iddiaları üzrə iddiaçılar dövlət rüsumu ödəməkdən azad olunurlar. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsininin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsininin 80-ci maddəsinə əsasən, məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsininin 217-ci maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Məcəlləsinin 405, 567-ci və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220 və 360-cı maddələrini rəhbər tutaraq məhkəmə, Q Ə T E T D İ: İddia təmin edilsin. Cavabdeh tərəfindən İddiaçı yaşadığı ünvan 1 ünvanına hesablanmış 6725 (altı min yeddi yüz iyirmi beş) manat 80 (səkəsən) qəpik məbləğində borc silinsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti (“Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə) verilə bilər. Sədrlik edən: Tağızadə Gülnarə
Məhkəmə qərarları › İş №2(060)-4326/2023
Sumqayıt Şəhər Məhkəməsi Qətnamə — İş №2(060)-4326/2023
14.08.2023 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver