Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(060)-4337/2022 22.08.2022 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ X3 Behbudovanın sədrliyi, Mehriban Hüseyn qızı Həsənlinin katibliyi, İddiaçı, Cavabdeh ASC-nin nümayəndəsi X1 iştirakları ilə, İddiaçı Cavabdeh ASC-yə qarşı borcun silinməsi tələbinə dair iddiası üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi : İddiaçı Cavabdeh ASC-yə qarşı borcun silinməsi tələbinə dair iddia ərizəsi ilə müraciət edərək tələbini onunla əsaslandırmışdır ki, ona məxsus Sumqayıt şəhəri, ’’Xəzər” bağları, Qaladərəsi küçəsi, № 69a-da istifadə etdiyi su borcuna görə ödənişlər vaxtlı-vaxtında ödənilmişdir. Bütün bu ödənişlər barədə qəbzləri vardır. Heç bir borcunun olmamasına baxmayaraq əsassız olaraq cavabdeh təşkilat həmin ünvan üzrə onun guya 176.40 manat debitor borcunun olduğunu bildirmişdir. Qeyd edilənlərlə əlaqədar Cavabdeh ASC sayğaclarının yoxlanılması barədə 15 aprel 2022-ci il tarixdə AKT № 089939 nömrəli akt tərtib edilmişdir. Guya ki, sayğacda olan köçməyən D-20 mm-lik sudan istifadə edir. Hesab edir ki, həmin borclar qanunsuz və əsassız olduğu üçün silinməlidir. Bununla əlaqədar cavabdeh təşkilata dəfələrlə müraciət etməyinə baxmayaraq həmin borcun necə yarandığını sübut edə bilməmiş, həmçinin heç bir ödəniş sənədi təqdim etməmişdir. Lakin buna baxmayaraq cavabdeh təşkilat qeyri-müəyyən yollarla istifadəsində olan yaşadığı mənzilə qanunsuz olaraq 176,40 manat məbləğində hesablaşma aparmışdır. Cavabdeh təşkilat ondan istifadə etmədiyi su sayğacına görə ödəniş tələb edir. Qeyd edilənlərə əsasən məhkəmədən cavabdeh tərəfindən ona məxsus ünvan 1 ünvanında yerləşən mənzilinə su sayğacından istifadəyə görə əsassız olaraq akta əsasən hesablanmış 176.40 manat məbləğdə debitor borcun silinməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı izahatında iddia tələbini müdafiə etdiyini bildirərək iddia tələbinin təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etdi. Əlavə olaraq qeyd etdi ki, onun su xəttinə hər hansı bir təsiri olmamışdır. Sayğacda problem olduğundan 2 il əvvəl Bəşir adlı nəzarətçiyə zəng etmiş, o, sayğaca baxış keçirəndən sonra onun dəyişilməli olduğunu bildirmişdir. Cavabdeh ASC-nin nümayəndəsi X2 iddia tələbini qəbul etməyərək İddiaçı ünvanına xx.xx.2016-cı il tarixdə sayğac quraşdırıldığını, xx.xx.2020-ci ildə isə ünvan üzrə sayğacın dəyişdirildiyni bildirdi. Baxış keçirilən zaman iddiaçının ünvanında sudan qeyriqanuni istifadə faktı aşkar edilərək akt tərtib olunmuşdur. Ona görə də məhkəmədən iddia tələbinin rədd olunması barədə qətnamə qəbul edilməsini xahiş etdi. Məhkəmə iş materiallarını araşdıraraq, tərəflərin izahatlarını dinləyərək məhkəmə baxışında tədqiq edilən sübutlara məcmu halda qiymət verərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia tələbi təmin edilməlidir. İş materiallarında olan xx.xx.2022-ci il tarixli, 089939 №-li aktdan görünür ki, Cavabdeh ASC-nin əməkdaşı tərəfindən İddiaçı ünvanında yerləşən su sayğacına baxış keçirilərkən sayğacdan keçməyən D-20 mm-lik sudan istifadə edilməsi aşkar olunmuşdur. İş materiallarında olan Sumqayıt şəhəri Xəzər Bağçılıq Cəmiyyəti tərəfindən verilmiş Bağçının üzvlük kitabçasından görünür ki, Bağçılıq cəmiyyətinin sahəsindən 200 m2 olan 69a №-li bağ sahəsi Sumqayıt şəhər XDS-in xx.xx.1987-ci il tarixdə qeydə alınmış müqaviləsinə əsasən daimi istifadə etmək üçün İddiaçı verilmişdir. İş materiallarında olan AR Sumqayıt Bələdiyyəsi Xəzər Bağçılıq Cəmiyyəti ərazisi üzrə 1 saylı Məhəllə Komitəsi tərəfindən verilmiş 501 №-li, xx.xx.2022-ci il tarixli arayışdan görünür ki, cavabdeh İddiaçı Xəzər Bağçılıq Cəmiyyəti ərazisində daxili tanınması üçün adlandırılan küçə Qaladərəsi küçəsi, bağ № 69a ünvanında qeydiyyatsız yaşayır. «Su təchizatı və tullantı suları haqqında» Azərbaycan Respublikası Qanununun 30.1-ci maddəsinə əsasən su təchizatı müəssisəsi istehlakçıya verilən suyun həcmini su ölçən cihazlar vasitəsi il əvə ya müvafiq normativ hüquqi aktlarla nəzərdə tutulmuş qaydada hesablama yolu ilə müəyyənləşdirilir. Su təchizatı müəssisəsi istehlakçıya verdiyi suyun dəyərini tam hesablamalıdır və hər ay istehlakçıya məlumat (hesab) təqdim etməlidir. (göndərməlidir.) İstehlakçı tərəfindən suyun hesabı tam ödənilmədikdən sonra, su həchizatı müəssisəsi istehlakçı tərəfindən ödənilməsini tələb edə bilməz. Həmin qanunun 59.1-ci maddəsinə əsasən müvafiq normativ hüquqi aktlarla nəzərdə tutulmuş şərtlərlə və qaydada su təchizatı və kanalizasiya müəssisələri su təchizatı və kanalizasiya müəssisəsinin xidmətlərindən istifadə edən hər hansı istehlakçıdan bu qanuna müvafiq olaraq müəyyənləşdirilmiş ödəmələri götürmək və onların ödənilməsini tələb etmək hüququna malikdir. Həmin qanunun 59.3-cü maddəsinə əsasən su təchizatı və kanalizasiya müəssisələrinin xidmətlərinə görə ödəmələrin məbləği suölçən cihazların göstəricilərinə görə verilən suyun həcminin və ya obyektlərdən axıdılan tullantı sularının miqdarının uçotuna müvafiq normativ hüquqi aktlarla müəyyənləşdirilmiş qaydalara əsasən hesablanır. Həmin qanunun 61-ci maddəsinə əsasən, su təchizatı və kanalizasiya müəssisəsi ilə fərdi istehlakçı arasında müqavilənin olub-olmamasından asılı olmayaraq, xidmətlərin haqqının ödənilməsi üzrə istehlakçıların vəzifələri onların obyektdə yaşaması, obyektin icarəçisi olması və ya onlar tərəfindən su təchizatı obyektlərindən hər hansı digər məqsədlər üçün istifadə faktına əsaslanır. Həmin qanunun 62-ci maddəsinə əsasən, istehlakçı su təchizatı və kanalizasiya müəssisələrinə, onların göstərdikləri xidmətlərə görə borcu, hesabın ödənilməsinə təqdim olunduğu gündən bir ay müddətində ödəməlidir və istehlakçı tərəfindən bu vəzifələri yerinə yetirilməməsi su təchizatı və kanalizasiya müəssisəsi qanunverçiliklə nəzərdə tutulmuş müvafiq tədbirləri görmək hüququnu yaradır. «Sudan istifadə qaydalarının» Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2014cü il 17 iyul tarixli 262 nömrəli qərarının 4.1.3 bəndinə əsasən,verilən suyun və axıdılan tullantı sularının həcminə uyğun olaraq ona təqdim edilmiş hesab üzrə ödənişin həyata keçirilməsini istehlakçı təmin etməlidir. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, İddiaçı ünvan 2 ünvana sudan qanunsuz istifadəyə görə xx.xx.2022-ci il tarixli, 089939 №-li akt əsasında 176.40 manat məbləğində borc hesablanmışdır. İddiaçı həmin borcu əsassız hesab edərək bununla bağlı dəfələrlə cavabdeh təşkilata müraciət etməsinə baxmayaraq cavabdeh təşkilat borcun necə yarandığını sübut edə bilməmişdir. Bu səbəbdən hazırki tələblə məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Cavabdeh ASC-nin həmin ünvanda akt tərtib edərək cərimə hesablamasına baxmayaraq, həmin ünvanda sayğacdan kənar xətt olması sübuta yetirilməyərək, öz təsdiqini tapmamışdır. Belə ki, cavabdeh tərəfindən tərtib olunmuş hesab fakturaya əsasən 17.04.22-ci il tarixdə 4,90 manat dəyərində istifadə edilmiş sərfiyat üçün iddiaçı ödəniş etmişdir. Cavabdeh ASC-nin nümayəndəsi məhkəmə iclasında iştirak edərək iddia tələbinin rədd olunmasını barədə qətnamə qəbul edilməsini xahiş etsə də, həmin borcun yaranması üçün əsas olmuş halları, iş üzrə zəruri sübutları məhkəmə araşdırması gedişatında təqdim edə bilməmişdir. Məhkəmə hesab edir ki, sayğacda olan qüsurların, az göstərici ilə işləməsi və sair halara nəzarət edilməsi iddiaçının səlahiyyətinə aid olmamaqla, cavabdeh təşkilatın nümayəndəsinin vaxtaşırı nəzarət etmək vəzifəsidir. Ona görə də hazırki halda sayğacdan kənar xəttin olması iş materialları ilə sübut olunmur. Azərbaycan Respublikasının Mülki Məcəlləsinə əsasən kirayə haqqı, icarə haqqı, kapital üçün faizlər və digər vaxtaşırı ödənişlər haqqında tələblər beş il keçdikdən sonra qüvvəsini itirir (551.2.1). Həmin Məcəllənin 551-ci maddəsinin tələbinə görə tələbə, yəni digər şəxsdən hərəkətin edilməsini və ya edilməməsini tələb etmək hüququna müddətin keçməsinə görə xitam verilə bilər. Azərbaycan Respublikası Mülki Məcələnin 560.3.2-ci maddəsinə əsasən şəxsin öz vəzifələrini kobudcasına pozmasına baxmayaraq hüquqlarının həyata kecirməsi hüquqdan sui-istifadə hesab edilməlidir. Həmin maddəyə əsasən hüquqdan sui-istifadə yolverilməzdir. Həmin Məcələnin 425-ci maddəsinə əsasən öz hüquqlarını həyata kecirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 448.2-ci maddəsinə əsasən, borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Həmin Məcəllənin 385-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcələnin öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Məhkəmə hesab edir ki, İddiaçı iddia ərizəsində istinad etdiyi hallar məhkəmə iclasında öz təsdiqini tapması nəzərə alınaraq, iddia tələbi təmin edilməli, Cavabdeh ASC tərəfindən ünvan 2ünvanında yerləşən mənzilə su sayğacından istifadəyə görə əsassız olaraq akta əsasən hesablanmış 176.40 manat məbləğində borc silinməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 14-cü maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Yuxarıda göstərilənlərinə əsasən və Azərbaycan Respublikası MPM-in 216-220, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: İddia tələbi təmin edilsin. Cavabdeh ASC tərəfindən ünvan 2 ünvanına mənzilə su sayğacından istifadəyə görə əsassız olaraq akta əsasən hesablanmış 176.40 (yüz yetmiş altı manat qırx qəpik) manat məbləğində borc silinsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Aynur Behbudova
Məhkəmə qərarları › İş №2(060)-4337/2022
Sumqayıt Şəhər Məhkəməsi Qətnamə — İş №2(060)-4337/2022
22.08.2022 · Sair mülki iş - Kommunal xərcləri ilə bağlı istehlakçıların hüquqlarının müdafiəsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver