Məhkəmə qərarları › İş №2(060)-4361/2021

Sumqayıt Şəhər Məhkəməsi Qətnamə — İş №2(060)-4361/2021

23.08.2021 · Müqavilənin etibarsız hesab edilməsi tələbi üzrə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № 2(060)-4361/2021 23.08.2021 SUMQAYIT ŞƏHƏR MƏHKƏMƏSİ Hakim İsmayılov Azər İbrahim oğlunun sədrliyi, Həsənova Həvva Seymur qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh1 BOKT ASC, “Əmlak İxtisaslaşdırılmış Hərrac Mərkəzi“ və Sumqayıt şəhəri üzrə İcra İdarəsinə qarşı «hərracın nəticələrinin etibarsız hesab edilməsi» tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehlər Cavabdeh1 BOKT ASC, “Əmlak İxtisaslaşdırılmış Hərrac Mərkəzi“ və Sumqayıt şəhəri üzrə İcra İdarəsinə qarşı «hərracın nəticələrinin etibarsız hesab edilməsi» tələbinə dair iddia ərizəsi ilə Sumqayıt şəhər Məhkəməsinə müraciət edərək, "xxxx" MMC-nin ünvan 1 ünvanında yerləşən 14 saylı mənzilin hərracdan satılmasının nəticələri haqqında 12 iyul 2018-ci il tarixli, Y-765 nömrəli yekun protokolun və hərracın yekunları üzrə əmlakın alqı-satqısı barədə müqavilənin etibarsız və əsassız hesab edilərək ləğv edilməsinə dair qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçı məhkəmə iclasında iddia tələbini müdafiə edərək onunla əsaslandırdı ki, ünvan 2 ünvanında yerləşən 14 saylı mənzil onun mülkiyyətində olmuşdur. Lakin həmin mənzil qanunvericiliyin tələbləri pozulmaqla onun mülkiyyətindən çıxarılmışdır. Belə ki, o, 27 avqust 2015-ci il tarixində Cavabdeh1 BOKT ASC ilə 2015/00167-01 saylı kredit müqaviləsi ilə 60 ay müddətinə illik 28% hesablanmaq şərtilə 20000 ABŞ dolları məbləğində kredit götürmüşdür. Həmin kreditin əsas təminatı kimi ona məxsus olan ünvan 2 ünvanında yerləşən 14 saylı mənzili ipoteka ilə yüklü edilmişdir. Sumqayıt Şəhər Məhkəməsinin 2(060)-8689/2016 saylı, 30 iyun 2016-cı il tarixli qətnaməsi ilə iddia qismən təmin edilmiş, iddiaçı Cavabdeh1 BOKT ASC-nin xeyrinə əsas borc üzrə 19520,13 ABŞ dolları, faiz borcuna görə 2112,53 ABŞ dolları, cərimə borcuna görə 200 ABŞ dolları, borcun cəmi məbləği 21832,66 ABŞ dolları və ödəniş gününə Mərkəzi Bankın müəyyən etdiyi rəsmi məzənnəyə uyğun manatla borc və dövlət rüsumu kimi ödənilmiş 31 manat məbləğində pulun tutulması, tələbin mülkiyyətində olan ünvan 2 ünvanında yerləşən 14 saylı mənzilə yönəldilməsi, ipoteka predmeti olan cəmi məbləği 21832,66 ABŞ dolları və ya ödəniş gününə Mərkəzi Bankın müəyyən etdiyi rəsmi məzənnəyə uyğun manatla borc və dövlət rüsumu kimi ödənilmiş 31 manat məbləğində pulun iddiaçı Cavabdeh1 BOKT ASC-nin xeyrinə ödənilməsi qət edilmişdir. Bildirir ki, o qətnamə qəbul edildikdən sonra borcunu hissə-hissə ödəyərək, Cavabdeh1 BOKT ASC-nin hesabına ümumilikdə 5000 (beş min) manat məbləğində pul ödəmişdir. Lakin onun ödənişləri nəzərə alınmayaraq ona məxsus ünvan 4 ünvanında yerləşən 14 saylı mənzil hərraca çıxarılmışdır. Ona məxsus Sumqayıt şəhər 10-cu mkr, ev 55 ünvanında yerləşən 14 saylı mənzil Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Sumqayıt şəhəri üzrə İcra İdarəsinin sifarişi üzrə açıq hərraca çıxarılmış və "xxxx" MMC -nin Y-765 nömrəli, 12 iyul 2018-ci il tarixli yekun protokoluna görə mənzilin ilkin satış qiyməti 35000 manat məbləğində müəyyən edilmiş, lakin ilkin satış qiymətinin enmiş faizləri: “İpoteka haqqında” AR qanunun 43.5-ci maddəsinə əsasən təkrar hərracda - 15% və 43.7-ci maddəsinə əsasən 25 %, əmlakın son satış qiyməti isə 22313 manat müəyyən edilmiş və həmin mənzil hərracın yekunları üzrə alqı-satqı müqaviləsi bağlanaraq Cavabdeh1 BOKT ASC tərəfindən alınmışdır. Eyni zamanda Cavabdeh1 BOKT ASC-nin əməkdaşı onunla əlaqə saxlayaraq Cavabdeh1 BOKT ASC-nin hesabına 10000 (on min) manat məbləğində pul köçürəcəyi təqdirdə ona məxsus ünvan 5 ünvanında yerləşən 14 saylı mənzilə köçüb yaşaya biləcəyini bildirmişdir. O Cavabdeh1 BOKT ASC-nin əməkdaşına inanıb 02 aprel 2021-ci il tarixdə 10000 (on min) manat məbləğində pul köçürmüşdür. Lakin o pul köçürdükdən sonra Cavabdeh1 BOKT ASC-nin əməkdaşı bunun mümkün olmadığını, yenidən 45000 (qırx beş min) manat məbləğində pul köçürməyini tələb etmişdir. Qeyd edir ki, hərracın keçirilməsi ilə əlaqədar bildirişlər onun ünvanına gəlməmiş, hərracın keçirilməsindən xəbəri olmamışdır. Eyni zamanda Sumqayıt şəhəri üzrə İcra idarəsinin icra məmuru tərəfindən hərracın keçirilməsi ilə əlaqədar məlumatlandırılmamışdır. Yuxarıda göstərilən səbəbləri nəzərə alaraq hərracın nəticələrinin etibarsız hesab edilməsi bağlı məhkəməyə müraciət edir. Qeyd edilənlərə əsasən iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etdi. Cavabdeh1 BOKT ASC-nin nümayəndəsi Nümayəndə iddia ərizəsinə etiraz verərək göstərmişdir ki, Cavabdeh1 BOKT ASC ilə İddiaçı arasında bağlanmış 27 avqust 2015-ci il tarixli, 2015/00167-01 №-li Kredit Müqaviləsinə əsasən iddiaçıya 60 ay müddətinə illik 28% hesablanmaq şərti ilə 20000 ABŞ dolları məbləğində kredit verilmişdir. Kredit müqaviləsinin təminatı olaraq İddiaçı mülkiyyətində olan ünvan 7 ünvanında yerləşən 14 saylı mənzilini ipoteka predmeti kimi Cavabdeh1 BOKT ASC-yə təqdim etmiş və bu barədə 27 avqust 2015-ci il tarixli, 3M-882 saylı İpoteka Müqaviləsi bağlanmışdır. İddiaçı tərəfindən kredit üzrə Ödənişlər mütamadi olaraq pozulduğundan bank tərəfindən ona qarşı "borcun tutulması və tutmanın ipoteka predmetinə yönəldilməsi tələbinə dair" Sumqayıt Şəhər Məhkəməsində iddia qaldırılmışdır. Sumqayıt Şəhər Məhkəməsinin 30 iyun 2016-cı il tarixli, 2(060)-8689/2021 saylı qətnaməsi ilə iddia qismən təmin edilərək cavabdeh İddiaçı cəmi 21832.66 ABŞ dolları borcun tutulması və tutmanın ipoteka predmeti olan ünvan 2 ünvanında yerləşən 14 saylı mənzilinə yönəldilməsi, həmin mənzilin hərracdan satılması, satışdan eldə edilən vəsait hesabına borcun ödənilməsi qət edilmişdir. Qeyd olunan qətnamə üzrə verilmiş icra vərəqəsinə əsasən Sumqayıt şəhəri üzrə İcra İdarəsinin sifarişinə əsasən ipoteka predmeti açıq hərracda satılması üçün "xxxx" MMC-yə göndərilmişdir. Həmin əmlak açıq hərraca çıxarılmış, lakin satılmadığından İpoteka Haqqında Azərbaycan Respublikası Qanunun 43.7-ci maddəsinə əsasən 22 313 manata Cavabdeh1 BOKT ASC-və təklif edilmişdir. “Əmlak İxtisaslaşdırılmış Hərrac Mərkəzi" MMC ilə Cavabdeh1 BOKT ASC arasında “hərracın yekunları üzrə əmlakın alqısatqısı” müqaviləsi və “hərracın nəticələri haqqında yekun" Protokol imzalanmışdır. Həmin müqaviləyə və Hərracın nəticələri haqqında yekun protokola əsasən Azərbaycan Respublikası Daşınmaz Əmlakın Dövlət Reyestr Xidməti Hüquqların Dövlət Qeydiyyatı Haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən ünvan 2 ünvanında yerləşən 14 saylı mənzilinə “Finoko" BOKT ASC-nin mülkiyyət hüququnu təsdiq edən Çıxarış alınmışdır. Sumqayıt şəhər Məhkəməsinin 16 mart 2020-ci il tarixli, 2(060)-868/2020 saylı qətnaməsi ilə cavabdehlər İddiaçı və digərlərinin ünvan 2 ünvanında yerləşən 14 saylı mənzilinə istifadə hüquqlarına xitam verilmiş və cavabdehlərin əşyaları ilə birlikdə həmin mənzildən çıxarılması qət edilmişdir. ünvan 7 ünvanında yerləşən 14 saylı mənzilinə Cavabdeh1 BOKT ASC-nin mülkiyyət hüququnu təsdiq edən Çıxarış və onun verilməsinə əsas olmuş hərracın yekunları üzrə əmlakın alqı-satqısı Müqaviləsi və yekun Protokol əsasında cavabdehlər İddiaçı və digərlərinin mənzildən çıxarılma və istifadə hüququna xitam verilməsi tələb edilmişdir. Sumqayıt şəhər Məhkəməsinin 16 mart 2020-ci il tarixli ,2(060)- 868/2020 saylı qətnaməsi ilə iddia təmin olunmuşdur. Bu o deməkdir ki, Sumqayıt şəhər Məhkəməsinin 16 mart 2020-ci il tarixli, 2(060)-868/2020 saylı qətnaməsi ilə mülkiyyət hüququnu təsdiq edən Çıxarış və onun verilməsinə əsas olmuş hərracın yekunları üzrə əmlakın alqı- satqısı Müqaviləsi və yekun Protokolun etibarlılığı təsdiq olunmuşdur. Əks halda iddia tələbi təmin olunmazdı. Yəni hərracın yekunları üzrə əmlakın alqı-satqısı Müqaviləsi və yekun Protokolun etibarlılığına Sumqayıt şəhər Məhkəməsinin 16 mart 2020-ci il tarixli, 2(060)-868/2020 saylı qətnaməsi ilə qiymət verilmişdir. Həmin qətnamə də qanuni qüvvəsini almışdır. Bu səbəbdən də hərracın yekunları üzrə əmlakın alqısatqısı Müqaviləsi və yekun Protokol yenidən mübahisələndirilə bilməz. Bundan əlavə, Sumqayıt Səhər Məhkəməsinin 30 iyun 2016-cı il tarixli, 2(060)-8689/2016 saylı qətnaməsi çıxarıldıqdan sonra İddiaçı 12832 manat ödəniş etmişdir. Onun etdiyi ödənişlər borcdan silinmişdir. İpoteka predmeti olan mənzilin balans qiyməti və İddiaçı etdiyi ödənişlər silindikdən sonra onun təşkilata 2002 manat qalıq borcu qalmışdır. Qeyd edilənlərə əsasən İddiaçı cavabdehlər Cavabdeh1 BOKT ASC, "xxxx" MMC və Sumqayıt şəhəri üzrə İcra İdarəsinə qarşı hərracın nəticələrinin etibarsız hesab edilməsi tələbinin təmin edilməməsi xahiş olunur. Digər cavabdehlər Sumqayıt şəhəri üzrə İcra İdarəsi və "xxxx" MMC məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq, nümayəndələri məhkəmə iclasına gəlməmişlər və gəlməmələrinin səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Belə olan halda məhkəmə, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə, iddiaçını dinləyib, iş materiallarını nəzərdən keçirib və məhkəmə iclasında tədqiq edilən sübutlara hüquqi qiymət verərək belə nəticəyə gəlir ki, iddia tələbi əsassız hesab edilməli və onun rədd olunmasına dair qətnamə qəbul edilməlidir. Belə ki, iş materiallarına əlavə edilmiş Y-765 saylı, 12.07.2018-ci il tarixli "xxxx" hərracın nəticələri haqqında protokolun surətindən görünür ki, İddiaçı məxsus Sumqayıt şəhəri, 10-cu mkr, 55 saylı evin 14 nömrəli mənzilinin ilkin satış qiyməti 35000 manat müəyyən edilmiş, ilkin satış qiymətinin enmiş faizləri “İpoteka Haqqında” Azərbaycan Respublikası Qanununun 43.5-ci maddəsinə əsasən təkrar hərracda 15% və 43.7-ci maddəsinə əsasən 25% enmiş, əmlakın satılmış son qiyməti isə 22313 manat müəyyən edilmiş və həmin mənzil Cavabdeh1 BOKT ASC tərəfindən alınmışdır. Azərbaycan Respublikasının Konstitusiyasının 129-cu maddəsinin İ bəndinə əsasən məhkəmənin qəbul etdiyi qərarlar dövlətin adından çıxarılır və onların icrası məcburidir. Azərbaycan Respublikasının Konstitusiyasının 129-cu maddəsinin İİ bəndinə əsasən Məhkəmə qərarının icra olunmaması qanunla müəyyən edilmiş məsuliyyətə səbəb olur. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 15.2-ci maddəsinə əsasən məhkəmələrin qanuni qüvvəyə minmiş qətnaməsi, qərardadı, qərarı, əmri bütün dövlət hakimiyyəti, yerli özünüidarə orqanları, onların vəzifəli şəxsləri, ictimai birliklər, siyasi partiyalar, həmkarlar ittifaqları, onların vəzifəli şəxsləri, həmçinin fiziki və hüquqi şəxslər üçün məcburidir və Azərbaycan Respublikasının bütün ərazisində hökmən icra olunmalıdır. İşin araşdırılan halları ilə müəyyən edilmişdir ki, əmlakın hərrac vasitəsi ilə satılması qanuni qüvvəsini almış Sumqayıt Şəhər Məhkəməsinin 30.06.2016-cı il tarixli, 2(060)- 8689/2016 saylı qətnaməsi əsasında həyata keçirilmişdir. Beləliklə, iddiaçı iddia tələbinin əsası kimi istinad etdiyi hallara dair iddia ərizəsinə hər hansı sübut əlavə etməmiş, o cümlədən məhkəmə prosesinin gedişində məhkəməyə təqdim etməmişdir. Halbuki, məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir (Mülki Prosessual Məcəllənin 14.1-ci maddəsi). Həmin Məcəllənin 14.2-ci maddəsində isə qeyd edilir ki, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Göründüyü kimi, mülki icraatda məhkəmə həqiqətin müəyyən edilməsinə yalnız tərəflərin təqdim etdikləri sübutlar çərçivəsində nail ola bilər. Bu baxımdan tərəflərin təqdim etdikləri sübutların obyektiv, qərəzsiz və hərtərəfli araşdırılması mülki prosessual qanunvericilikdə məhkəmənin üzərinə qoyulmuş əsas vəzifələrdən biridir. İstinad olunan Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. MPM-in 77.1-ci maddəsində sübutetmə vəzifəsi tərəflər arasında bölüşdürüldüyündən iddiaçı və cavabdeh, yəni tərəflər öz tələblərinin və etirazlarının əsası kimi istinad etdikləri halları özləri sübut etməlidirlər. İddiaçı iddianın əsasını təşkil edən halları sübut etməlidir. Həmin hallara mübahisəli hüquq münasibətinin mövcudluğu ilə əlaqədar olan faktlar və cavabdeh tərəfindən iddiaçının hüququnun pozulmasını və mübahisələndirilməsini təsdiqləyən faktlar aiddir. Məhkəmə onu da qeyd edir ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Azərbaycan Respublikası Konstitusiyasının 125-ci maddəsinin Vİİ hissəsinin Azərbaycan Respublikasının mülki prosessual qanunvericiliyi baxımından şərh edilməsinə dair” 18 mart 2019-cu il tarixli qərarında qeyd edilmişdir ki, çəkişmə və dispozitivlik prinsiplərinin üstünlüyündən irəli gələrək mülki prosessual qanunvericilik məhkəmənin heç bir halda öz təşəbbüsü ilə sübut toplamaq vəzifəsini nəzərdə tutmur, əskinə bunu məhkəməyə qadağan edir. Yuxarıda qeyd edildiyi kimi, hüquqi həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. Təqdim olunmuş sübutlar əsasında həqiqətin müəyyən edilməsi isə məhkəmə tərəfindən sübutların düzgün qiymətləndirilməsindən asılıdır. Beləliklə, məhkəmə, məhkəmə iclasında tədqiq edilən sübutları və işin faktiki hallarını qiymətləndirib, qanunvericiliyin tələblərini nəzərə alıb belə nəticəyə gəlir ki, İddiaçı cavabdehlər Cavabdeh1 BOKT ASC, “Əmlak İxtisaslaşdırılmış Hərrac Mərkəzi“ və Sumqayıt şəhəri üzrə İcra İdarəsinə qarşı «hərracın nəticələrinin etibarsız hesab edilməsi» tələbinə dair iddiası əsassız hesab edilərək rədd olunmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı cavabdehlər Cavabdeh1 BOKT ASC, “Əmlak İxtisaslaşdırılmış Hərrac Mərkəzi“ və Sumqayıt şəhəri üzrə İcra İdarəsinə qarşı «hərracın nəticələrinin etibarsız hesab edilməsi» tələbinə dair iddia tələbi rədd edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1(bir) ay müddətində Sumqayıt Şəhər Məhkəməsi vasitəsi ilə Sumqayıt Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. HAKİM: AZƏR İSMAYİLOV

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar